Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin son iclasında vacib məsələlər müzakirə olunub

WhatsApp Image 2020 09 26 at 16.34.12Dünən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. 
Şuradan araz.az-a bildirilib ki, qurumun rəhbəri Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib. İclasda öncə -nin 2020-ci ilin 8 ayı ərzində gördüyü işlərə dair hesabatı dinlənilib. Ə. Amaşov bildirib ki, Şuranın fəaliyyətində iki ənənəvi xətt olub -- ümumi fəaliyyətin 57,2 faizini təşkil edən şikayətlərin araşdırılması və 42,8 faizlə müxtəlif istiqamətləri əhatə edən işlər. Sədrin dediyinə görə, ümumilikdə, 2020-ci ilin yanvar-avqust ayları ərzində Şuraya 376 müraciət daxil olub. Onlardan 251-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. 125 müraciət digər məsələlərlə bağlıdır.
251 şikayətin 88-i ayrı-ayrı vətəndaşlardan, 93-ü dövlət idarə, müəssisə və təşkilatlarından, 70-i isə özəl müəssisələrdən daxil olub. 173 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 78 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib. Burada baxılan 78 məsələdən 66-sı komissiya səviyyəsində həllini tapıb”, - deyə sədri aydınlıq gətirib.
Şikayətlərin KİV-lər üzrə təsnifatına gəlincə, Ə.Amaşov bildirib ki, internet xəbər portallarından şikayətlər ümumi şikayətlərin 65,8, informasiya agentliklərindən şikayətlər 18,1, qəzetlərdən şikayətlər 15,1, jurrnallardan şikayətlər isə 1 faizini təşkil edib.
MŞ sədri hesabatında quruma daxil olan şikayətlərdə ifadə olunan narazılıqları da müvafiq faiz göstəriciləri ilə sadalayıb. Bu baxımdan o, şikayət doğuran materiallarda qarşı tərəfin mövqeyinin işıqlandırılmamasından (35,9 %), işgüzar nüfuzun ləkələnməsindən (29,3 %), şərəf və ləyaqətin təhqirindən (27,4 %) söz açıb və əlavə edib ki, 7,4 faiz şikayət digər müxtəlif məsələlərlə əlaqədardır.
Azərbaycan Mətbuat Şurasına daxil olan müraciətlərdə ifadə olunan tələblərdən söz açan Ə.Amaşov bildirib ki,WhatsApp Image 2020 09 26 at 16.36.42 şikayətçilərin 26,4 faizi yayımlanmış materialın silinməsini, 20,1 faizi üzr istənilməsini, 17,8 faizi təkzib verilməsini, 15,8 faizi mövqeyinin işıqlandırılmasını, 12,7 faizi KİV-in fəaliyyətinin dayandırılmasını, 7,2 faiz isə digər qanuni ölçünün götürülməsini istəyib. Buna qarşılıq Şura cavabdeh KİV-lərin 31,3 faizinin təkzib verməli, 29,9 faizinin qarşı tərəfin mövqeyini işıqlandırmalı olduğunu müəyyənləşdirib. Digər hallarda Şura məsələnin hüquqi müstəvidə araşdırılmasının zəruriliyi ilə bağlı şikayətçi tərəfi məlumatlandırıb.
MŞ sədri diqqətə çatdırıb ki, medianın 9 fevral Parlament seçkilərini işıqlandırmasının vəziyyəti bir neçə mərhələdə öyrənilib. Bunlardan birincisi ümumən KİV-lərin monitorinqinin aparılması, ikincisi isə seçki günü jurnalistlərin öz peşə vəzifələrini reallaşdırmalarının monitorinqidir: “9 fevral Parlament seçkilərinin keçirildiyi gün Şuranın şəhər və mobil telefon nömrələri “qaynar xətt” rejimində işləyib. Fevralın 10-da qurum özünün yekun hesabatını cəmiyyətə açıqlayıb”.
Ə.Amaşov həmçinin bildirib ki, rəhbərlik etdiyi təşkilat ötən müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə həyata keçirdiyi tədbirlərə dəstək verib, jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinin səmərəliləşdirilməsi istiqamətində Operativ Qərargah və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə müntəzəm təmaslar yaradıb. Bunun nəticəsində 20-dək redaksiyanın ümumilkdə 30-dan çox əməkdaşının, həmçinin onlarla müstəqil jurnalistin iş sərbəstliyi qanunvericiliyə və qoyulmuş qaydalara uyğun tənzimlənib. Bu fəaliyyət 2020-ci ilin mart-iyun aylarını əhatə edib.
Ə.Amaşov bildirib ki, MŞ KİV-lərə “COVID-19” pandemiyası dövründə medianın nələrə diqqət yetirməli olduğuna dair 4 tövsiyə mətni ünvanlayıb. Bundan başqa Şura hesabat müddətində pandemiya mövzusunun mediada işıqlandırılması ilə bağlı onlayn konfranslar təşkil edib, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının mövzuya dair onlayn konfranslarında iştirak edib.
“İyunun 26-da Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun tətbiqi və Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə yeni maddə (533-1) əlavə edilib. Bu maddə kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması ilə bağlı cərimələrin nəzərdə tutur. Belə ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Mətbuat Şurasının sədri və müavinlərinə həmin cərimələrin tətbiqi üçün protolol tərtib edərək məhkəməyə göndərmək səlahiyyəti verilib”, - deyə Ə.Amaşov bildirib.
Şura sədri həmçinin qeyd edib ki, rəhbəri olduğu qurum iyulun 13-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və bu xüsusda hərbi əməliyyatların davamlı xarakter alması ilə bağlı Azərbaycan mediasına müraciət ünvanlayıb. Müraciətdə jurnalistlərin peşə vəzifələrinə həssas yanaşmaları tövsiyə olunub.
Ə.Amaşov MŞ-nin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixli Prezident Sərəncamından irəli gələn fəaliyyətə də həssas yanaşdığını diqqətə çatdırıb. Mətbuat Şurasına təltiflərlə bağlı jurnalistlərdən gələn müraciətlər sistemləşdirilərək Prezident Administrasiyasına göndərilib.
Hesabat dövründə Dövlət İmtahan Mərkəzinin ali məktəblərin jurnalistika fakültələrinə qəbuldakı qabiliyyət imtahanlarının işində də yaxından iştirak edib.
İclasda bildirib ki, Mətbuat Şurası “Nəriman Nərimanov mükafatı” və “Əziz Əliyev mükafatı” təsis edir. Şura sədri
Ə. Amaşov həyat və yaradıcılıqlarında, fəaliyyətlərində mətbuat amilinin ön planda olduğu tarixi şəxsiyyətlərimizin irsinin yaşadılmasına hər zaman xüsusi diqqət yetirildiyini bildirib. O deyib ki, bu şəxsiyyətlər mətbu sözün daşıdığı missiyanın böyüklüyünü əməli işləri ilə dəyərləndirib, mövcud istiqamətdə əsl fədakarlıq göstəriblər. “Belə dəyərli simalardan ikisinin – Nəriman Nərimanovun və Əziz Əliyevin adına mükafat təsis etməyi düşünürük. Nəriman Nərimanov qəzet oxumağın mənəvi tələbata çevrilməsinə əzmlə çalışan ziyalılarımızdandır. Tiflis ədəbi mühitinin nümayəndəsi olan Nərimanov elmi-mədəni elitanın, milli burjuaziyanın formalaşmasında söz sənətinin əhəmiyyətini hər zaman vurğulayıb. Əziz Əliyev isə qısa fasilələrlə iki dəfə Tibb Universitetinin rektoru olub. Hazırda universitetinin “Təbib” adlı qəzeti işıq üzü görür ki, həmin nəşr vaxtilə “Tibbi kadrlar uğrunda” adını daşıyıb və məhz görkəmli alimin təşəbbüsü ilə fəaliyyət göstərib. Ə.Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olarkən, bu təhsil ocağının “Bakı Universiteti” qəzetinin nəşrini reallaşdırıb. Qəzet “Bakı tərbiyəsi uğrunda” adlanıb. Görkəmli dövlət xadimi Cənubi Azərbaycanda tarixə “Əziz Əliyev missiyası” kimi düşmüş missiyaya rəhbərlik etdiyi vaxtlarda ictimai xadim, xalq yazıçısı Mirzə İbrahimovun rəhbərlik etdiyi “Vətən yolunda” qəzetini qurub. Ə.Əliyev Dağıstana rəhbərliyi illərində 80-dən çox xalqın yaşadığı bu respublikada 30 müxtəlif xalqın dilində qəzetin işıq üzü görməsində yaxından iştirak edib. Bütün bunlar Mətbuat Şurasına onların adını daşıyan mükafatlar təsis etmək üçün imkan verir. Yaxşı olar ki, Azərbaycanda səhiyyənin tarixi, keçdiyi yol, nailiyyətləri ilə bağlı mətbuatda və digər kütləvi informasiya vasitələrində təbliğat aparan, cəmiyyətin mövcud istiqamətdə maarifləndirilməsinə əmək sərf edən, habelə əməli fəaliyyəti ilə insanları sahənin incəlikləri ilə tanış edən şəxslər mükafatların laureatları olsunlar”, - deyə Ə.Amaşov bildirib. O, əlavə edib ki, hər iki mükafatın ilk laureatlarının dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizədə aktivliyi ilə seçilmiş tibb işçilərinin, tibb ictimaiyyətinin nümayəndələrinin olması vacibdir. İdarə Heyətinin də bu istiqamətdə təkliflər verməsi şərtdir.
İclasda xüsusi gödəkçələrlə bağlı məsələ də müzakirə olunub. MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesabatı müsbət qiymətləndirdiyini bildirib. O pandemiya dövründə Şuranın kifayət qədər məhsuldar çalışdığını vurğulayıb. Xüsusən jurnalistlərin sərbəstliyinin mümkün qədər təmin edilməsinə həssas yanaşılmasını vacib məqam kimi önə çəkib. V.Rəhimzadə onu da bildirib ki, pandemiya şəraiti jurnalistikadakı sui-istifadələri də açıqlığı ilə ortaya qoydu. “Biz hər birimiz belə halları gördük. Düşünürəm ki, bunlardan nəticə çıxarılmalıdır. Eyni zamanda ciddi mübarizə aparılmalıdır, bunun üçünsə ilk növbədə qanuni mexanizmlər təkmilləşdirilməlidir”, - deyən V.Rəhimzadə -yə üzv olmaq üçün müraciətlərin çoxluğu məsələsinə diqqət yönəldib. O, hər bir müraciət edən media qurumunun fəaliyyətinin ciddi araşdırılmalı olduğunu bildirib.
sədri Ə. Amaşov mediadan sui-istifadə hallarının qarşısının alınması ilə bağlı məsələnin hər zaman gündəmdə olduğunu deyib. Bu baxımdan o, diqqəti jurnalistlər üçün üzərində “PRESS” yazılmış gödəkçələrin verilməsi məsələsinə yönəldib: “Bu gödəkçələr hazırdır. Onlar nömrələniblər. Məsələyə dair Daxili İşlər Nazirliyi ilə müzakirə aparmışıq. Kütləvi aksiyalarda çoxlu sayda jurnalistin nizamsız şəkildə hərəkət etdiyini, bəzən polis orqanlarının əməkdaşları ilə konfliktə getdiklərini görürük. Jurnalistin işi aksiyanı işıqlandırmaqdır. Şüarlar səsləndirmək, maneçilik törətmək deyil. Baxırsan ki, xüsusi gödəkçədə olan biri ilə polis arasında insident yaranır. İnsidentin kökü isə heç də bilərəkdən jurnalist fəaliyyətinə maneçiliklə əlaqədar olmur. Ancaq hər kəsin əynində “PRESS” gödəkçə var. Belə hallar yolverilməzdir və tənzimlənməlidir. Nömrələnmiş xüsusi gödəkçələrdən istifadə də buna görədir. Təbii ki, onların paylanmasına ciddi yanaşılmalı, qaydalar tətbiq edilməlidir”.
İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də çıxışında Şuranın ötən səkkiz ayda kifayət qədər işlər gördüyünü vurğulayıb. O, qurumun İdarə Heyətinin ayrı-ayrı üzvlərinin də pandemiya ilə əlaqədar maarifləndirmə işlərində aktivlik göstərdiklərini bildirib. “Pandemiya dövründə saxta vəsiqələrlə bağlı problemlər də meydana çıxdı. Buna və digər səbəblərə görə jurnalistlərin reyestri aparılmalıdır. Belə olduqda biz vəziyyəti konkret görəcəyik. Kimlərin sui-istifadəyə yol verdiklərini də həmçinin. Bu kimi hallara son qoyulmalıdır. Çünki jurnalistika ilə bağlı mənfi təəssürat formalaşır”, - deyən E.Mirzəbəyli bildirib ki, İdarə Heyətinin üzvləri jurnalistika ilə bağlı qabiliyyət imtahanında iştirak etdilər. Jurnalistikanı seçənlərin kəmiyyətində artım olsa da, keyfiyyət aşağıdır: “Məsələyə sistemli yanaşmaq istəyiriksə, Təhsil Nazirliyi ilə birgə orta məktəblərdən başlamalıyıq. Bunu yuxarı sinif şagirdləri arasında yazı müsabiqələrinin təşkili ilə gerçəkləşdirmək və yazı qabiliyyəti ilə seçilənləri elə məktəbdəcə seçmək mümkündür. Hər bir halda işin konkret mexanizmi formalaşmalıdır”.
İclasda vahid KİV Bankı təklifinə də baxılıb.
Ə. Amaşov -nin Vahid KİV Bankının yaradılması ilə əlaqədar təklifinin olduğunu vurğulayıb. “Biz belə düşünürük ki, bu sistem media və əmək fəaliyyəti ilə bağlı qurumların bazalarına inteqrasiya olunmuş sistem olmalıdır. Jurnalistika strateji sahədir. Bu sahədə çalışan hər bir şəxs barədə bilgilər həmin sistemə daxil edilməlidir. Bu, sahəyə fundamental yanaşmanı təmin edəcək və sui-istifadələrin də qarşısını alacaqdır. Prosesin reallaşması üçün həm media ictimaiyyətinin, həm də müvafiq qurumların iradəsinin olması şərtdir”.
İdarə Heyətinin üzvü Azər Həsrət çıxışında hesabat dövründə görülən işlərdən məmnunluğunu dilə gətirib. Aksiyalarda bir qrup şəxsin əyinlərində jurnalist gödəkçəsi ilə probem yaratdıqlarını vurğulayan A.Həsrət məsələnin tənzimlənməsinə sistemli yanaşılmasının zəruriliyini əsaslandırıb. O, həmçinin “KİV haqqında” Qanunun yenidən işlənilməsinə dair cəmiyyətdə gedən müzakirələrə münasibət bildirib və deyib ki, zaman-zaman bu məsələni gündəmə gətirib, indi də proseslərin önündə getməlidir.
İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Şuranın tövsiyə və təkliflərinin bir qayda olaraq hər zaman mediaya yönəldiyini vurğulayıb. Ancaq sosial şəbəkələr də ictimai rəyin formalaşmasında aktiv iştirak edirlər: “Hesab edirəm ki, Mətbuat Şurası sosial şəbəkələrlərdəki mənfi təmayüllərlə bağlı cəmiyyətin maarifləndirilməsi işində aktiv iştirak etməlidir. Çünki sosial şəbəkələrin başlıca instrumenti informasiyadır”.
İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov KİV-lərin prezident İlham Əliyevin söylədiyi ictimai nəzarət funsksiyasını yerinə yetirmələrinə dəstək göstərmələrinin zəruriliyini qabardıb. Bu işdə Şuranın İdarə Heyətinin üzvlərinin daha çox fəallıq göstərməli olduğunu önə çəkib.
İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid -nin 2020-ci ilin müvafiq dövrü ərzindəki fəaliyyətini müsbət qiymətləndirdiyini diqqətə çatdırıb. Şuranın hadisə və proseslərə kifayət qədər təmkinli və çevik yanaşdığını deyən baş redaktor sərt karantin rejimidə jurnalist fəaliyyətinə sərbəstliyin yaradılmasına dəstək göstərilməsini vacib məqam kimi önə çəkib.
İdarə Heyətinin üzvü, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev jurnalistika sahəsindəki problemlərin aradan qaldırılması üçün ayrıca Jurnalist Sənətkarlığı İnstitutunun yaradılmalı olduğunu deyib. Şuraya yeni üzvlərin qəbulu məsələsinə gəlincə, B.Həziyev də məsələnin ciddi şəkildə araşdırılmasına ehtiyacın duyulduğunu önə çəkib.
sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında media fəaliyyətilə bağlı səslənmiş təkliflər ətrafında davamlı ictimai müzakirələrin aparılmasının zəruriliyini əsaslandırıb.
Mətbuat Şurasına yeni üzvlər qəbul olunması məsələsi də, İdarə Heyətinin bu iclasında müzakirə olunub. Qərara alınıb ki, namizəd təşkilatlar barədə məlumatlar İdarə Heyətinin üzvlərinin hər birinə ayrılıqda təqdim edilsin və tezliklə İdarə Heyətinin bununla əlaqədar ayrıca iclası keçirilsin.
Bu və digər məsələlər ətrafında İdarə Heyətinin digər üzvləri də fikirlərini ifadə etdikdən sonra, hesabat və qoyulmuş başqa məsələlər səsverməyə çıxarılaraq, qəbul edilib.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Jurnalist Aqil Ələsgərli Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə müraciət edib

93J4XdiFmtcL "Dossier.center" saytı Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların siyahısını yayıb. Saytda yayımlanmış "Как Кремль вмешивается во внутреннюю политику соседних стран Часть четвертая: «Борода» из Еревана и мягкая сила в Баку" sərlövhəli araşdırma yazıda həm Yerevanda, həm də Bakıda Rusiyaya xidmət edən şəxslərin olduğu iddia edilir.

Yazıda qeyd edilir ki, "ГРУ" zabiti Valeri Çernışovun sənədləri arasında, Kremlin maraqları naminə istifadə ediləcəyi iddia edilən Azərbaycan vətəndaşlarının siyahısı olub. 74 nəfərdən ibarət olan siyahıda tannmış siyasətçilərin, ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Siyahıda olan adlardan 16-sı isə xüsusi rənglə vurğulanıb.

Dominant.az xəbər verir ki, siyahıda adı çəkilən jurnalist Aqil Ələsgərli həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət edirib:

"Həmin saytı diqqətlə oxusanız və ya rusca azacıq dil bazanız olarsa, görərsiniz ki, orada “əməkdaşlıq edir” deyil, “əməkdaşlıq üçün nəzərdə tutulan” ifadəsi var. Yəni, Kremlin ya da bu "sənəd"i kim hazırlayıbsa, rusca yazdığı budur ki, bu 76 nəfərlə əməkdaşlıq nəzərdə tutulur və ya arzuolunandır. Yəqin ki, rusca "предполагается использовать" sözünün “işləmək” yoxsa “işlənilməsi üçün nəzərdə tutulur” olduğunu bilmək üçün qismən rusca anlamaq kifayətdir. Bu siyahıda olan çox dəyərli və öz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən Gülnarə xanım, Elxan müəllim, Rizvan kimi insanların adı var. Əlbəttə ki, Biləcəridən bu tərəfdə belə tanınmayanlardan fərqli olaraq, o şəxslərlə əməkdaşlıq etmək, onlarla əlaqə qurmaq bir çox qurumun və ya sizin ifadənizlə desək, agentin arzusu ola bilər.
Ancaq mətni nədənsə, tam oxumadan əksəriyyəti Azərbaycanın xaricdə tanınan qələm sahibləri olan şəxsləri olduqca ağır “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların SİYAHISI YAYILDI” başlığı ilə ləkələyərək, öz həmkarlarını qınaq altında qoymaq peşakarlıq deyil. Ayrıca, bu qədər peşakarsınızsa, nə üçün həmin yazıda pasport bilgiləri və Rusiyada hansı tədbirlərdə iştirak etmiş, yəni sizin deyiminizlə desək, “Rusiyaya işləyən” şəxslərlə bağlı açıq və geniş yazılan mətndən bir cümlə də verilməyib, ancaq əməkdaşlıq üçün nəzərdə tutulan (yəni, gələcək perspektiv vurğulanan) və bu barədə heç bir başqa detal olmayan siyahı “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlılar” kimi tirajlanıb.

Və siyahıda sizin də uzun müddət maaş aldığınız (Dominant.az saytının redaktoru nəzəzrdə tutulur - red.) və pulu birbaşa Moskvadan gələn “Sputnik”dən bir nəfərin belə olmaması da ayrı mövzudur. Qısacası, rus mediasının adından istifadə edərək və cümləni kontekstdən çıxararaq, ittiham şəklində verilməsinin özü bir təxribatdır. Bunu bilərək (ki, belə güman edirəm) və ya bilməyərək vermək bu təxribata xidmət edir.

Mən elə buradan həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət edirəm ki, mən daxil olmaqla, bu siyahıda adı olanlar, eyni zamanda rus mətbuatının yazdığının təhrif olunaraq, Azərbaycanda tirajlanmasının səbəbləri dərindən araşdırılsın və ictimaiyyət bu barədə məlumatlandırılsın".

                           
                                             *****
Nəzərinizə çatdıraq ki, bu gün ölkə mətbuatında belə bir yazı dərc edilib.Oxucularımız üçün maraqlıdır deyə, həmin yazını olduğu kimi təqdim edirik: "Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların SİYAHISI YAYILDI
   
Dossier.center saytı Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların siyahısını yayıb.
Dominant.az xəbər verir ki, saytda yayımlanmış "Как Кремль вмешивается во внутреннюю политику соседних стран Часть четвертая: «Борода» из Еревана и мягкая сила в Баку" sərlövhəli araşdırma yazıda həm Yerevanda, həm də Bakıda Rusiyaya xidmət edən şəxslərin olduğu iddia edilir.
Yazıda qeyd edilir ki, "ГРУ" zabiti Valeri Çernışovun sənədləri arasında, Kremlin maraqları naminə istifadə ediləcəyi iddia edilən Azərbaycan vətəndaşlarının siyahısı olub. 76 nəfərdən ibarət olan siyahıda tannmış siyasətçilərin, ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Siyahıda olan adlardan 16-sı isə xüsusi rənglə vurğulanıb.
İttihamın ciddiliyini və ağırlığını nəzərə alaraq sözügedən siyahını tərcümə etmədən - olduğu kimi təqdim edirik:
 
 
"Азербайджанская Республика
ƏTRAFLI
Snickers
1.Заур Бабаев-доцент факультета журналистики Бакинского государственного университета (БГУ)
 
2.Лаврина Анастасия Заместитель Председателя Международного Фонда «Евразия Пресс»,телеведущая CBC, заместитель председателя РУССКОЙобщины АР
 
3. АббасоваФарида студент факультета Международных отношений, регионоведения ижурналистики Бакинского Славянского Университета
 
4. Абдуллаева Гюнель студент Бакинского государственного университета, практикантинформационного портала «Azxeber»
 
5. Абдуллаева Руфина студент факультета Международных отношений, регионоведения ижурналистики Бакинского Славянского Университета4. Агаева Сима студент Бакинского государственного университета, практикант информационногопортала «Azxeber»
 
6. АгагадашевДжафар Корреспондент Report.az6.АлекпероваДжамиля Корреспондент Media/az
 
7. Алиев Рахман корреспондент информационного портала «Oxu.az»
 
8. Асадов Турал корреспондент информационного агентства «Репорт»
 
9. Еминова Лейла студент Бакинского государственногоуниверситета, практикантинформационного агентства «Тренд»
 
10. Гасанова Шелале профессор Бакинского славянского университета, заведующий кафедройжурналистики, эксперт по PR
 
11. Гейдарлы Эйваз ТВ-продюсер
 
13. Исмаилова Нигяр студент факультета Международных отношений, регионоведения ижурналистики Бакинского Славянского Университета
 
14. Мехдиев Заур корреспондент информационного агентства «axar.az»,историк
 
15. Микаилова Мира студент факультета Международных отношений, регионоведения ижурналистики Бакинского Славянского Университета
 
16. Мустафаев Гаджибаба студент факультета журналистики Бакинского государственногоуниверситета
 
17. Новрузов Кянан журналист издания «Олимпийский мир»
 
18. Солтанова Кенуль корреспондент информационного портала «Oxu.az»
 
19. Ферштандт Антон студент факультета журналистики Бакинского государственногоуниверситета
 
20. Шакирзаде Незрин студент факультета Международных отношений, регионоведения ижурналистики Бакинского Славянского Университет
 
21.Исмаилова Аян «Школа политической психологии»
 
22,Намазалиева Ляман "Молодежное движение "Доброе ДелоАхундзаде Вусал Студент Азербайджанской Дипломатической Академии
 
23, Аббасов Тофик–политолог, сотрудник Бакинского международного центрамультикультурализма;
 
24. Пашаева Гюльшан-заместитель директора Центра стратегических исследований;
 
25. Байрамов Вахид-заместитель генерального директора информационного агентства «Тренд»;
 
26.Гаджизаде Али-главный редактор сайта «Большой Ближний Восток», политический аналитик;
 
27. Фаррухов Мамедали-преподаватель Академии государственного управления при президентеАзербайджанской Республики;
 
28. Тогрул Аллахвердили-глава информационного центра–диаспора;
 
29. Cабухи Аббасов-глава азербайджанско–славянской ассоциации;
 
30, Нилуфар Ахмедова-молодежная организация–AGAT;
 
31.Алиев Ибрагим-главный редактор «Стратегия.аз»;
 
32.Микаилова Севиль-главный редактор газеты «Azernews»;
 
33. Агиль Алескер-главный редактор yenicag;
 
34. Рахман Гаджи-главный редактор 1 news az;
 
35. Сеймур Мамедов-главный редактор Взгляд аз;
 
36. Наталия Кулиева–редактор eurasiadairy;
 
37. Джейхун Расимоглу-обозревательагенство сиа;
 
38. АлиевРашад–журналист информационного портала OXU.az
 
39. ОсмановДжавид–журналист информационного портала media.az
 
40. МамедовВусал–главный редактор информационного агентства
 
41. Омаров Кавказ–редактор русскоязычной версииЕничаг
 
42. АлиеваЭсмира–корреспондент телеканала «CBC»
 
43. ШахсуварлыТалех–главный редактор сайта aznews.az
 
44. НаджафовСянан–блогер, журналист сайта qhtxeber.az
 
45.Мамедов Заур, политолог, преподаватель Академии государственного управления приПрезиденте АР, координатор Клуба Молодых экспертов и журналистов России и Азербайджана;
 
46.Мамедов Орхан, заместитель редактора русской службы новостей CBC
 
47.Алиев Мамед–директор НИЛ Россиеведения Азербайджанского университета языков,кандидат философских наук, профессор;
 
48.Cадыхов Фикрет-политолог, профессор Западного Университета;
 
49.Рустамов Эльшан Обозреватель 1news.az
 
50.Рустамов Сабир Координатор по международным отношениямОбщественной организации «Бакинский Клуб Молодежи», участник программыМолодые послы Азербайджан
 
51. Магеррамов Эмиль Обозреватель Media.az
 
52. Довлатов Араз Координатор клуба Молодых экспертов и журналистовРоссии иАзербайджана
 
53.Алиев Ильхам Студент Азербайджанского Государственного Экономическогоуниверситета, победитель конкурса Каспийского медиафорума в г. Астрахань
 
54.МИРЗАЛИЕВ Руслан–глава отдела по делам с волонтерами Агентства DOST
 
55.Аббасадзаде Юсиф-член Молодёжной организации студентовАзербайджанского Университета языков56.Ахмед София-студент Бакинскогогосударственного университета;
 
57. Ахмедов Азад–студент Бакинского колледжа управления и технологий;
 
58. Багирова Севинч-волонтер операционной компании «Бакинское городскоекольцо», студент Бакинского славянского университета;
 
59. Байрамлы Нигяр-активист волонтерского сообщества «Güvən» («Доверяй»);
 
60. Бакиханов Эльчин-волонтер операционной компании «Бакинскоегородское кольцо», студент Азербайджанского государственногоэкономического университета;
 
61. Будагова Сабина–координатор проекта «Поле возможностей», студентБакинского государственного университета;
 
62. Вадалова Айтекин-участник волонтерского корпуса, студентАзербайджанского государственного университета туризма и менеджмента;
 
63. Данилов Сергей–волонтер операционной компании «Бакинское городскоекольцо», студент Бакинского славянского университета
 
64. Гусейнов Аяз–заместитель председателя Ассоциации больных гемофилиейАзербайджана;
 
65. Гусейнов Константин–активист проекта «Международная командаволонтеров 75-летия Победы» в Азербайджанской Республике;
 
66. Зарбиев Тебриз-волонтер операционной компании «Бакинское городскоекольцо»;
 
67. Ибрагимова Ситара–координатор проектов платформы Varyox Az
 
68.Климов Сергей-лаборант Научно-исследовательской лаборатории «ЦентрРоссиеведения» Азербайджанского Университета Языков;
 
69. Курбанов Анар-представитель Общественного объединения «Ирели»;
70.Мирзаев Алекпер-волонтёр Министерство Спорта и МолодежиАзербайджанской Республики, председатель молодежный организацииГосударственной Партии Новый Азербайджан в Бакинском СлавянскомУниверситете, активист Молодежный Организации Партии Новый Азербайджан
 
71.Гамид Гамидов–главный редакторMedia.az,Oxu.az
 
72.Алескеров Эльхан Директор Экспертного совета Baku Network
 
73.ГАСЫМОВА Алмаз Адыгезал к. Директор департамента новостей каналаBaku TV
 
74.ГУЛУЗАДЕ Кенан Видади Оглы Политолог, независимый эксперт
 
75.ГУСЕЙНОВ Ризван Наджаф Оглы Политолог, сотрудник Национальнойакадемии наук Азербайджана
 
76.МАМЕДЗАДЕ Гюльнара Руководитель проектов Каспийского экспертногоклуба, заместитель директора Международного экспертного совета Baku Network, аналитик".".
 
 
 
 
araz.az xəbər portalı

"Facebook" beyni kiçildir - XƏBƏRDARLIQ

c60f10ee986d556ba7c77d3e5d50b9b3"Facebook"dan intensiv istifadə edən insanlarda psixoaktiv maddələrdən asılı olan xəstələrdə olduğu kimi beynin badamcıq sahəsində boz beyin materialının həcminin azalması müşahidə edilib.
Türkiyəli uzman Alptekin Çetin bu istiqamətdə araşdırma aparıb.
O bildirib ki, "Facebook"dan mütəmadi istifadə beynin badamcıq sahəsinə təsir edir:
"Yaddaş problemləri, unutqanlıq, düşünmə qabiliyyətinin itirilməsi kimi klinik nəticələr gündəlik həyata mənfi təsir göstərə bilər. İnsanın kompüter və ya smartfon arxasında gününün çox hissəsini sosial media hesablarında keçirmə istəyi çoxdur. Əgər o, bu istəyinə qarşı çıxa bilmirsə, həyatı üçün təhlükəli olan alüdəçiliklə üz-üzə qalır. Sağlamlığı risk altına düşür". (publika.az)

MİRKAZIM SEYİDOVDAN RAMİZ MEHDİYEVƏ SENSASİON XATIRLATMA

kodek 10Tanınmış ictimai-siyasi xadim, Azərbaycan diaspor quruculuğunun formalaşmasında müstəsna xidmətləri olan, uzun müddət müxtəlif ölkələrdə, xüsusilə də, Rusiyada Azərbaycan həqiqətlərinin ən parlaq təbliğatçılarından biri, "Tərəqqi" medalı laureatı, yazıçı Mirkazım Seyidov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqqında ciddi ittihamlar səsləndirib. 

Onun fikirlərini olduğu kimi təqdim edirik:
 
Sizin mənə etdiyiniz təklif Dövlət başçısına qarşı, Mehriban xanım Əliyevaya qarşı təxribat idi. 2 saat Əli Həsənovun otağında danışıqlardan sonra mən sizin təklifinizdən imtina etdim"

"Ramiz Mehdiyev, sizə müəllim deməyə dilim gəlmir, müəllim adına layiq olmadığınız üçün sizə ad və soyadınızla müraciət edəcəm. Bir aya yaxındır ki, kütləvi informasiya vasitələri, ictimai-siyasi xadimlər, deputatlar, özünüzə ən yaxın saydığınız silahdaşlarınız, çoxlu sayda insanlar sizin və Əli Həsənovun qeyri-qanuni yollarla, vəzifənizdən sui-istifadə edərək əldə etdiyiniz dəyəri milyardlarla ölçülən mülklərinizdən, var-dövlətlənizdən danışıb yazırlar. Eyni zamanda, bu qədər sərvəti hansı yollarla qazanmağınızı sual olaraq sizin qarşınıza qoyub cavab tələb edirlər. İctimaiyyəti narahat edən qaranlıq dolu fəaliyyətinizlə bağlı xalqın haqlı suallarına cavab vermək və qeyri-qanuni yollarla dövlətdən və xalqdan oğurladıqlarınızı könüllü olaraq xalqa qaytarıb xalqdan üzr istəmək əvəzinə, ən nəhayət, günahlarınızı "yumaq" üçün özünüzü (halbuki sizi xalq bağışlamaz) intihar etmək əvəzinə "əzələ nümayiş etdirirsiniz, şantajla məşğul olursunuz. Siz özünüz heç utanmırsınız? Hesab etmirsiniz ki, xalqın qəzəbinə düçar olmusunuz? Siz "əlimdəki faktları ortaya qoysam, aləm bir-birinə dəyər" deyirsiniz. Hələ də düşünürsünüz ki, xalq sizin şər- böhtanlarınıza, "fakt"larınıza, şantajlarınıza inanacaq? Əsla yox!

Ona görə ki, uzun illər siz, Əli Həsənov və sizin kimi ünsürlər ölkə başçısının sizə olan inam və etibarından sui-istifadə edərək ona qarşı, xalqımıza qarşı nəinki xəyanət etmisiniz, hətta özünüz kimi xəyanətkar və cinayətkar məmur "ordusu" yaradaraq onlara rəhbərlik etmisiniz. Xəyanətkar məmur ordusuna himayədarlıq etmisiniz. Siz və sizin kimi ünsürlər çirkin yollarla biznes imperiyası yaratmısınız. Bu dövlətin, xalqın, yetimin, kasıbın pulunu yeyərək sərvətlərimizi xaricə daşımısınız, xarici qüvvələrin vassalına çevrilmisiniz.

Bir sualım var sizə...Yaxın keçmişdə sizin Diaspora komitəsinə yeni təyin olunan rəhbərini təqdim etdiyiniz vaxt çıxışınız yadınızdadırmı? Siz demədinizmi ki, diaspor komitəsinin keçmiş rəhbərliyi Sizdən də ikiqat rüşvətxor Nazim İbrahimov dövlət vəsaitini mənimsəyib, diasporaya ayrılan pullar ünvanına çatmayıb? Bəs niyə Nazim İbrahimova cinayət işi açılmasına imkan vermədiniz? Dünyanın müxtəlif ölkələrində, xüsusilə də, Rusiyada olan diaspor təşkilatları çıxışınızdan sonra sizin qəti qərar qəbul etməyinizi gözləyirdi. Siz nə etdiniz? Nazim İbrahimovun dedikləri ilə razılaşdınız. Yadınızdan çıxıbsa, yaddaşınızı təzələyirəm. Sizin çıxışa rəğmən Nazim İbrahimov dedi ki, "Ramiz Mehdiyev ilk növbədə bizim ağsaqqalımızdır, rəhbərimzidir, o, nə deyirsə, düz deyir”. Və bununla da siz işinizi bitmiş hesab etdiniz. Bununla da sübut etdiniz ki, siz rüşvətxorun, korrupsionerin himayədarısınız. Tək budumu?

Mən şəxsən özüm üç dəfə sizin və Əli Həsənovun çirkin əməllərinizin qurbanı olmuşam. Bu üç faktı mən böyük məmuniyyətlə kütləvi- informasiya vasitələrinə danışacam, bunu sizə söz verirəm. Sizin xəyanətlərinizdən, rüşvətxorluğunuzdan və "dövlət içində dövlət" yaratmaq “bacarığınızdan” saatlarla danışmaq olar. Siz həm də qısqanc və paxıl adam olmusunuz. Həmişə hörmətli adamları ləkələməyə çalışmısınız. 

Yadınızdadırmı, 2013- cü ildə Əli Həsənovun vasitəsi ilə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) rəhbəri kimi mənim vasitəmlə ölkədə, qarşıdurma yaratmaq istəyirdiniz? Sizin mənə təklifiniz dövlət başçısına qarşı, Mehriban xanım Əliyevaya qarşı təxribat idi. 2 saat Əli Həsənovun otağında danışıqlardan sonra mən sizin təklifinizdən imtina etdim. Bəs niyə sonra məni vəzifəyə qoymadınız? Axı danışıqlar olanda Əli Həsənov mənə sizin adınızdan icra başçısı vəzifəsini təklif etmişdi. Sonra nə oldu? Niyə məni qoymadınız vəzifəyə? Çünki, mən sizin təxribatınıza razılıq vermədim. Sizin o vaxt həyata keçirmək istədiyiniz təxribat Ölkə Başçısına, Birinci Xanıma xəyanət idi. Siz murdar əməllər sahibisiniz. Əlinizdə olan faktlar da elə sizin özünüz kimi saxtadır, buna mənim şübhəm yoxdur. Açıqlayacağınız “fakt”lar ilk növbədə özünüzü xalqın qəzəbinə tuş edəcək. Atalar yaxşı deyiblər ki, daldan atılan daş topuğa dəyər. Siz əlinizdə olan faktları vaxtında ictimaiyyətə açıqlasaydınız, sizi başa düşmək olardı. Artıq gecdir, sizə də inam yoxdur. Məsləhət görərdim ki, hakimiyyəti və xəyanətkar “silahdaşlarınızı" şantaj etmək əvəzinə, mülkünüzdən, torpaqlarınızdan xalqın xeyrinə imtina edin, bəlkə bu xalq sizi bağışlayar”

araz.az xəbər portali

"Vüqar Səfərli ilə bərabər, Əli Həsənova da cinayət işi açılıb!" -- XƏBƏR VAR

WhatsApp Image 2020 09 01 at 05.44.15"Yaxın müddətdə Türkiyədən geri dönməsə, harasa qaçmağa cəhd göstərsə haqqında beynəlxalq axtarış elan ediləcək və tezliklə qolu qandallı Azərbaycana gətiriləcək!" -- PROKURORLUQ TƏRƏFİNDƏN CİDDİ XƏBƏRDARLIQ
Uzun zaman həm Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, həm də bir müddət ölkə rəhbərinin köməkçisi vəzifələrini tutan Əli Həsənov və on ildən çox vaxt ərzində Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru olan Vüqar Səfərli tutduqları bu vəzifələrdən azad ediləndən indiyədək, bu Fondun ətrafında yaranan xoşagəlməz durum bütövlükdə ölkənin media ictimaiyyətinin diqqətindədir. Hətta ötən həmin on ildə KİVDF-nin fəaliyyətinin rəsmən araşdırılmasına, ortaya çıxacaq nəticə barədə hüquq və qanunlarımız çərçivəsində müvafiq ölçü götürülməsinə dair mətbuat fəallarının çağırışları belə getdikcə daha da çoxalır. Çünki bu Fond dövlət başçısının yanında fəaliyyət göstərib və bilavasitə mətbuat sahəsinə dövlət vəsaitlərinin ayrılmasında vasitəçi olub. Bu vəsaitin bir hissəsi jurnalistlər üçün evlərin tikilməsinə, bir hissəsi isə, birbaşa, media qurumlarına, eləcə də Qeyri -- Hökumət Təşkilatlarına yönəlib. 
Əlbəttə ki, bu prosesin ötən həmin müddətdə şəffaf aparılmamasına dair vətəndaş cəmiyyətində etirazlar çoxdur. Elə, bu səbəbdəndir ki, bu məsələlər həmişə gündəmə gətirilib. Üstəlik, ölkənin bir sıra media qurumları rəhbərlərinin şikayətləri əsasında, Baş Prokurorluğun Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda yol verilən qanunsuzluqlarla bağlı, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açması da sübut edir ki, bu ciddi məsələ hələ uzun müddət gündəmdən düşənə oxşamır. 
 Artıq Hesablama Palatasının apardığı araşdırmalar zamanı müfəssəl və yetərli faktların əldə edilməsindən, o cümlədən Baş Prokurorluğun yaydığı rəsmi açıqlamadan sonra da, KİVDF-nin keçmiş rəhbərliyinin hansı qanunsuz əməllərə və cinayətlərə yol verdiyi tam aydın olub. Bu da ona işarədir ki, bu cinayətə yol verənlər kimliklərindən, əvvəllər hansı vəzifəni tutmalarından asılı olmayaraq, qanun çərçivəsində mütləq cəzalandırılmalıdırlar. Bəli, Baş Prokurorluğun rəsmi iddialarında göstərilən və qurumun keçmiş sədri Vüqar Səfərlinin sədrliyi dövründə yol verilən həmin qanunsuzluar, ictimai təhlükəliliyinə görə, ağır cinayətlər kateqoriyasına daxildir və hamı yaxşı bilir ki, kimsə istəsə belə, Vüqar Səfərlini və onun cinayət ortaqlarını törətdikləri cinayətlərdən qoruya bilməyəcək. Burada hamının maraqla izlədiyi bircə məsələ olub ki, görək, istintaq müddətində Vüqar Səfərli burada törədilən bütün qanunsuzluqları yalnız öz boynuna götürəcək, yoxsa bunlara görə daha kimlərisə satacaq.
Cinayət işi açıldığı və araşdırmalar getdiyi belə bir vaxtda, Vüqar Səfərlinin və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, eləcə də keçmiş əməkdaşlarının ifadələri əsasında Respublika Prokurorluğunda Əli Həsənov barəsində də, Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi açıldığı haqqında, araz.az xəbər portalı olaraq,  məlumat əldə etdik. Bu barədə xəbəri, xaricdə yaşayan jurnalist həmkarımız Fikrət Hüseynli də öz "Facebook" səhifəsində paylaşıb. Onun bildirdiyinə görə, bu günlərdə respublika hüquq-mühafizə orqanlarının əməkdaşları Əli Həsənovun Türkiyədə müalicə olunduğu xəstəxana ilə əlaqə yaradıblar. Onlar tərəfindən onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib. Bu zaman şəxsən Əli Həsənovun özünə də çatdırılıb ki, yaxın müddətdə geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, bildiyi kompramatları kənara ötürməyə cəhd etsə haqqında beynəlxalq axtarış elan ediləcək. Və belə olan tərzdə, o, tezliklə qolu qandallı Azərbaycana gətiriləcək.
Bu yerdə onu deməyi vacib bilirik ki, onsuz da, Vüqar Səfərlinin və onunla bu qanunsuzluqları birgə həyata keçirənlərin istintaq müddətində bir-birlərinin üzünə duracaqlarını və bir-birlərini satacaqlarını jurnalistlər çoxdan xüsusi olaraq bəyan etmişdilər. Sanki Əli Həsənovun işdən çıxarılması da, bu deyilənlərə bir rəvac vermiş oldu. Elə, bu son xəbər də onu təsdiqləyir ki, istər jurnalistlərin binasında yol verilən məlum yeyinti faktlarının, istər jurnalistlər arasında aparılan ədalətsiz ev bölgüsünün, istərsə də qəzetlər vasitəsilə pulsilmə əməliyyatlarının hamısı, sonda, Əli Həsənovun üstünə yıxılacaq. 
Hələ ki, bu cinayət işi üzrə saxlanılan kimsə yoxdur. Amma alınan son məlumat da təsdiq edir ki, Baş Prokurorluqda aparılan bu cinayət işi, sonda, mütləq, həm Vüqar Səfərlinin, həm də Əli Həsənovun həbsləriylə nəticələnəcək.
Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

1 -dən səhifə 31

Əlaqəli xəbərlər