Səfir Qüdsi Osmanov rəşadətli Azərbaycan Milli Ordusunun zəfərləri barədə -- FACEBOOK SƏHİFƏSİNDƏ

5 Azərbaycan xalqı bu gün tarixin yeni səhifələrini yazır. Bu barədə, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov özünün Facebook səhifəsində daha geniş yazısını verib. Səfirin həmin yazısı Moldovanın TRIBUNA, NOI kimi aparıcı informasiya portalları və digər bir sıra mətbuat vasitələri tərəfindən də dərc olunub.      
        Qüdsi Osmanov öz yazısında, daha çox, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında, bu gün tarixin yeni səhifələrini yazan rəşadətli Azərbaycan Milli Ordusunun zəfərlərindən bəhs edib: «Bir az daha və bu torpaqların həqiqi sahibləri -- öz yurd-yuvalarından didərgin düşmüş təxminən 1 milyon günahsız qaçqın və məcburi köçkün öz dədə-baba yurdlarındakı doğma evlərinə qayıdacaqlar», -- diplomat yazısının əsasını isə, bu təsiredici xətt üzərində formalaşdırıb. Səfir həmçinin erməni quldurları tərəfindən Azərbaycanın dinc yaşayış məntəqələrinin sistematik şəkildə atəşə tutulması, o cümlədən, münaqişə zonasından uzaq olan Gəncə şəhərinin amansız raket atəşinə məruz qalması və bunun nəticəsində uşaqların, qadınların, günahsız mülki şəxslərin həlak olması məsələsinə də, xüsusi yanaşma ilə toxunub: «Mənfur düşmən hərbi obyektləri deyil, yaşayış məntəqələrini hədəfə alır və bununla da, öz faşist mənsubiyyətini göstərir. Elə, bu zaman da, onlar, Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozmaqla, bütün sülhsevər dünya qarşısında mülki şəxslərə qarşı ağır cinayətlər törətdiklərini çəkinmədən ortaya qoyur, murdar və iyrənc əməl sahibləri olduqlarını sübut edirlər».
       Müəllif yazısının sonunda isə xüsusi olaraq onu vurğulayıb ki, Ali Baş Komandanımızın rəhbərliyi altında, cəsarətli Milli Ordumuz özünün şanlı qələbələri sayəsində, gün keçmədən, mənfur düşmən tərəfindən işğal edilmiş neçə-neçə yaşayış məntəqələrimizi azad edib, üzərlərində müqəddəs Azərbaycan Bayrağı dalğalandırır: "Bu da ona işarədir ki, qüdrətli Milli Ordumuzun igidləri, illərdi düşmən tapdağında inildəyən Qarabağ torpaqlarını, tezliklə, çəkdiyi bu əzab-əziyyətdən xilas edib, düşmənin layiqli payını verəcəklər. Çünki bu torpaqlar -- xalqımızındır, bu torpaqlar -- Azərbaycandır! Möhtərəm Prezidentimizin israrla dediyi kimi: "Qarabağ Azərbaycandır!».

       Səfirin həmin yazısı ilə, aşağıdakı linklərdə tanış olmaq mümkündür:

https://noi.md/ru/v-mire/posol-azerbajdzhanskij-narod-segodnya-pishet-novye-stranicy-istorii?prev=1 ;

https://tribuna.md/ru/2020/10/22/ru

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər