"Nəhayət, Azərbaycanın Moldovadakı səfirliyinin də, ölkəmizin adına layiq inzibati binası yaradıldı" -- KİŞİNYOVDAKI SOYDAŞIMIZ

WhatsApp Image 2021 01 30 at 14.25.37 2Yazımızın başlığına çıxardığımız bu xoş xəbəri, eləcə də onun təsdiqi üçün çəkilmiş bu foto-video görüntüləri, araz.az xəbər portalımızın e-mail ünvanına, Baş redaktorumuzun tələbə yoldaşı olmuş, hal-hazırda isə, Moldovada yaşayan bir soydaşımız göndərib. Və özü də, bizə ötürdüyü bu xəbərini qürurverici təsir bağışlayan bu cümlələrlə başlayıb: "Biz bunu çoxdan gözləyirdik. Di gəl ki,..
...İndi çox məmnunuq ki, günü-gündən hərtərəfli inkişaf edərək, getdikcə daha da güclənən doğma respublikamızdakı ürəkaçan tərəqqi, onun xarici əlaqələrinin genişlənməsinə də güclü təkan verir. Elə, Azərbaycanla Moldova arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi də, bunun daha bir sübutudur. Azərbaycanın mülkiyyəti olan belə bir diplomatik kompleksin tikintisi isə, ölkəmiz tərəfindən Moldova dövlətinə verilən önəmin təzahürüdür. Münasibətlərin belə bir səviyyəyə çatmasından, üstəlik, müəyyən səbəblərə görə məskunlaşdığımız bu ölkədə də, artıq,  səfirliyimizin dövlətimizin adına layiq belə bir möhtəşəm görüntülü binasının olmasından məmnun olduğumuzu hər yerdə xüsusi vurğulayır, bununla, iki dövlət arasında tarixi olan münasibətlərin daha da möhkəmlənməsi arzumuzu izhar etmiş oluruq".
 
Verilən məlumatdan, foto-şəkillərdən və video-görüntülərdən aydın olur ki, doğrudan da, köhnə inzibati binanın yerində ən yüksək səviyyədə aparılan təmir-tikinti işləri nəticəsində, burada gözəl Səfirlik kompleksi yaradılıb. Müasir üslubda dizaynı verilən bu bina, həm də yerləşdiyi ərazinin gözəlliyini artırır. Son illər ölkəmizin hərtərəfli inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu tikili, ilk növbədə, təbii ki, Azərbaycanın xaricdə imicinin yüksəlməsi işinə xidmət edir. Digər tərəfdən, bu, xarici ölkələrdəki mötəbər diplomatik infrastrukturunun yaradılmasının hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu göstərir. Çünki belə komplekslərdə istənilən tədbiri ölkəmizin adına layiq yüksək səviyyədə təşkil etmək üçün geniş imkanlar olur. Bundan başqa, belə obyektlərdə əməkdaşların iş şəraitini müasir tələblər səviyyəsinə çatdırmaq baxımından da, bu cür layihələr mühüm əhəmiyyət kəsb edir. Konkret desək, bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də, tarixi ənənələri qoruyub, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prinsiplərindən biridir. 
 
Verilən xəbərdən o da məlum olur ki, bu ərazi hələ 2007 ildə, İsfəndiyar Vahabzadə səfir işlədiyi vaxt alınıb:
"Öncədən yaşayış binası kimi nəzərdə tutulan utancverici bu tikili, az sonra, Səfirliyin fəaliyyəti üçün düzəldilib. Bir sözlə, buradakı heç nə ölkəmizin adına yaraşan səviyyədə olmayıb. Ən pisi odur ki, konsulluq fəaliyyəti Səfirlik binasının zirzəmisində aparılıb. Azərbaycan vətəndaşları, eləcə də viza üçün müraciət edən  xarici ölkələrin vətəndaşları dövlətimizin imicinə xələl qətirən bu şəraitsiz zirzəmidə qəbul ediliblər. Üstəlik, Səfirliyin girişi də utancverici bir halda olub. Təhlükəsizlik norma və qaydalarına cavab verməyən bu əraziyə giriş isə, çox asan başa gəlib. Digər tərəfdən, təhlüksəsizlik normalarına cavab verməyən şərait binanın özündə də aydın müşahidə olunub. Hətta binaya qonşu evlərin pencərələri belə Səfirliyin həyətinə çıxıb, qonşu istədiyi vaxt bu əraziyə pencərəsindən rahat daxil ola bilib. Hətta video-müşahidə sistemləri belə quraşdırılmayıb. Səfirlik binasının bu utancverici vəziyyətini, xarici qonaqlar belə, xüsusi etirazlar formasında, dəfələrlə, Moldovada çalışan səfirlik əməkdaşlarına da çatdırıblar. O vaxtlar dövlətimiz tərəfindən bu utancverici binanın rekonstruksiyası üçün külli miqdarda pul ayrılsa da, cavabdehlər həmin vəsaiti ortadan yox ediblər. Di gəl ki, bu ciddi korrupsiya faktına görə, onların xətrinə belə dəyən tapılmayıb... 
 
...Qüdsi Osmanov fövqəladə və səlahiyyətli səfir olandan sonra, konkret desək, 2018 -- 2020-ci illərdə, üstünə ciddi düşülən bu vacib məsələ, nəhayət ki, öz həllini tapıb. Hazırlanan yüksək səviyyəli layihə əsasında, səfirliyin köhnə binası, demək olar ki, sökülərək, yenidən inşa olunub, Səfirlik ərazisində konsulluq, mühafizə... üçün yeni inzibati binalar tikilib, əməkdaşların normal işləməsi üçün hər cür şərait yaradılıb, iş otaqları müasir  texnika və avadanlıqlarla tam təhciz olunub. Ən əsası odur ki, əraziyə giriş təhlükəsizliyi də, tam şəkildə rekonstruksiyasını tapıb... 
 
...Girişi dövlətimizin rəmzləri ilə bəzədilən bu diplomatik kompleksin qürurverici görüntüləri, doğulub, boya-başa çatdığı doğma Vətənini ürəkdən sevən hər kəsdə xüsusi məmnunluq hissləri yaradır. Tikilinin həyətyanı sahəsi və ətrafındakı ərazi də abadlaşdırılıb, ağaclar əkilib və xüsusi dizayn üslubunda işlənmiş yaşıllıq, hətta, səfirliyin sifariş ilə, tanınmış heykəltəraş Natiq Əliyevin hazırladığı Ulu Öndər Heydər Əliyevin büst-heykəlinin ucaldılacağı bağça salınıb...". 
Verilən məlumata görə, paytaxt Kişinyovun mötəbər bir ərazisində, Avropa təsisatlarının və çoxsaylı diplomatik missiyaların ofislərindən elə də uzaq məsafədə olmayan Səfirlik binasının tezliklə təntənəli açılış mərasimi gözlənilir.
 
 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər