Yevlax və Ucar polisləri Vətən Müharibəsi iştirakçısına qarşı -- ŞİKAYƏT

WhatsApp Image 2021 03 04 at 01.54.10

Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, Vətən Müharibəsi iştirakçısı Rafiq Behbud oğlu Əhmədov, araz.az xəbər portalına ünvanladığı məktubunu, başdan-ayağa, hədsiz narazılığının ifadəsi olan cümlələr üzərində qurub. O, Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsində, eləcə də Ucar Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsində üzləşdiyi qanunsuzluqlardan şikayətçidir. Şikayətçinin bu məktubunu olduğu kimi təqdim edirik:WhatsApp Image 2021 03 04 at 01.54.31
"Vətən Müharibəsi iştirakçısı olmağıma baxmayaraq, mən də, bir müddətdir ki, Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində baş verən saxtakarlıqlardan, bu azmış kimi, Ucar Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı Fəqan Məmmədovun da özbaşına əməllərindən əziyyət çəkirəm. Belə ki, "MİTSUBİSHİ" markalı 99 XU 876 nömrəli avtomobili, 15 sentyabr 2020-ci il tarixində alıb, Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsində adıma qeydiyyata aldırmışam. Həmin vaxt burada məndən həm qeydiyyat, həm də texniki baxış adı ilə, 150 manat pul alındı, mənə isə bildirildi ki, avtomobilim artıq texniki baxışdan keçirilib. Bundan 6 gün sonra -- sentyabrın 21-də isə, çağırışla, mən də, Vətən Müharibəsinə aparıldım. Cəbhədə möhtəşəm qələbələr qazanan Milli Ordumuzun sıralarından dekabrın 26-da tərxis edildim.WhatsApp Image 2021 03 04 at 01.54.52
Cəbhədən qayıdandan iki gün sonra, dekabrın 28-də, qeydiyyata düşmək üçün, Ucar Rayon Hərbi Komissarlığına gedən zaman özümü pis hiss etdiyimdən, avtomobilimi atamın idarə etməsini qərara aldıq. Bu zaman, bizi, yolda, Ucar Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşı Fəqan Məmmədov saxlatdı. Avtomobilimin texniki baxışdan keçmədiyini əsas gətirib, qanunsuz protokol tərtib etdi. Mən isə ona izah etdim ki, sentyabr ayının 15-də aldığım avtomobili, adıma qeydiyyata da aldırmışam. Həmin vaxt avtomobilimin texniki baxışdan keçməsini Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsində də mənə bildiriblər. Mən, həmçinin, sentyabr 21-də Vətən Müharibəsinə getmişəm. Bütün bu dediklərimə və dekabrın 26-da cəbhədən geri dönməyimi də bildirməyimə baxmayaraq, Fəqan Məmmədov heç nəyi nəzərə almadan, həmin qanunsuz protokolu tərtib etdi. Bu, bir özbaşınalıq və qanunsuzluqdur, hansı ki, Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsi və Ucar Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşı Fəqan Məmmədov tərəfindən mənə qarşı törədilib. WhatsApp Image 2021 03 04 at 01.55.09 
Ümumiyyətlə, idarə etdiyi yol patrul avtomobili ilə, Fəqan Məmmədov, hər gün rayonun yollarında sürücüləri güdərək, tələyə salmaqla, hədə-qorxu gəlib, onları talamaqla məşğuldur. Məqsədinə çatmaq üçün, o, hətta sürücü vətəndaşları söyüb, təhqir etməkdən belə çəkinmir. Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsinin rəhbər şəxsləri isə, sürücüləri aldadıb, bu yolla ciblərini doldurmaqla məşğuldurlar. Qanuna əsasən, avtomobil qeydiyata alınan zaman, həm də texniki baxışdan keçirilməlidir. Bir də ki, avtomobilin qeydiyyata alınması 17 manat, texniki baxışdan keçirmək rüsumu isə, 20 manat təşkil etdiyi halda, sentyabrın 15-də məni aldadaraq, 150 manat pulumu alıblar. Üstəlik, bu azmış kimi, öyrəndim ki, avtomobilimi qeydiyyata alsalar da, heç, texniki baxışdan belə keçirməyiblər. Bu hallar, bir mənim yox, çoxlarının başına gətirilən qanunsuz əməllərdir.WhatsApp Image 2021 03 04 at 01.55.29
Bəli, bütün bunlar, korrupsiya və rüşvət yönlu bağışlanmaz cinayətlərdir ki, həm Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsinin rəhbərliyi, həm də Ucar RPŞ-nin YPX-nin əməkdaşı Fəqan Məmmədov həyata keçiriblər. Belə bəd əməl sahibi olan şəxslərin hüquq-mühafizə orqanlarında təmsil olunmaları, ən azı, ölkə polisinin adına bir ləkədir!".WhatsApp Image 2021 03 04 at 01.55.41
Şikayətci Vətən Müharibəsi iştirakçısı məktubunun sonunda onu da bildirir ki, bütün bunlar barədə, o, Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazova da şikayət xarakterli müraciət ünvanlayıb və çox hörmətli general-polkovnikdən xahiş edib ki, başına gətirilənləri araşdırıb, korrupsiyaya qurşanan Yevlax Rayonlararası Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsinin rəhbər şəxslərinin və YPX əməkdaşı Fəqan Məmmədovun barələrində, qanunlarımız çərçivəsində ciddi tədbirlər görsün.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər