Azərbaycan Müstəqilliyinin Bərpası Günü Moldovada qeyd olunub -- FOTOLAR

WhatsApp Image 2021 10 19 at 02.01.51

Oktyabrın 18-də ölkəmizin Moldovadakı Səfirliyində Azərbaycanda Müstəqilliyin Bərpasının 30-cu ildönümünə həsr edilmiş maraqlı tədbir keçirilib. Bu barədə, Səfirliyin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda deyilir ki, bu möhtəşəm tədbirdə Moldova Respublikası Parlamentinin vitse-spikeri, hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) fraksiya sədri Mihail Popşoy, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunmuş Bolqarıstan, Belarus, Litva və Rumıniyanın səfirləri, Türkiyə, Rusiya, Almaniya, Slovakiya və digər səfirliklərin əməkdaşları, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) sədri Elçin Bayramov, eləcə də Moldovada fəaliyyət göstərən icmaların rəhbərləri və üzvləri, eləcə də digər həmvətənlərimiz və yerli media nümayəndələri iştirak ediblər.WhatsApp Image 2021 10 19 at 02.01.51 1
Məlumata görə, ilk öncə, tədbir iştirakçıları tərəfindən Səfirliyin önündə yeni yaradılmış bağçadakı Ulu Öndər Heydər Əliyevin büst-heykəli önünə gül dəstələri düzülüb. Bundan sonra, ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov açılış nitqi ilə qonaqları salamlayaraq, Azərbaycan Respublikasının müstəqillik tarixi haqqında onlara məlumat verib. Səfir öz nitqində 1991-ci ilin bu günündə ölkəmizin müstəqilliyinin bərpa edildiyini, bu dövrdə Azərbaycanın çox gərgin və mürəkkəb proseslərlə qarşılaşdığını, bunun Ermənistanın müstəqil dövlətimizə qarşı təcavüzünün güclənməsinə səbəb olduğunu və torpaqlarımızın 20 faizinin işğala məruz qaldığını xüsusi vurğulayıb.WhatsApp Image 2021 10 19 at 02.01.53

Bildirib ki, 1993-cü ildə, xalqın təkidli tələbi və iradəsi ilə, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdıb və bu gəlişlə də, ölkəmizdə sabitlik bərqərar olub. Görkəmli dövlət xadiminin rəhbərliyi dövründə, dövlətimizin siyasi, iqtisadi, mədəni... sahələrdə inkişafı və beynəlxalq əməkdaşlığını genişləndirməsi nəticəsində dövlət müstəqilliyimiz getdikcə daha da möhkəmləndirilib.Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti nəticəsində isə, Azərbaycan Respublikası regionda lider ölkəyə çevrilib.WhatsApp Image 2021 10 19 at 02.01.53 1

Natiq öz çıxışında, Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının dərin siyasəti, qətiyyəti və müdrikliyi sayəsində, bu gün, müstəqilliyimizin bərpası gününün qalib ölkə olaraq ərazi bütövlüyümüzün bərpası şəraitində qeyd olunduğunu dilə gətirib və 44 günlük Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini diqqətə çatdırıb.WhatsApp Image 2021 10 19 at 02.01.55
Daha sonra, səfir Qüdsi Osmanov öz çıxışında Azərbaycan -- Moldova münasibətlərindən də söhbət açaraq, gələcək əməkdaşlıq perspektivlərindən danışıb, bu ölkədə yaşayan həmvətənlərimizi daim diqqətdə saxladığına görə, Moldova rəhbərliyinə təşəkkürünü çatdırıb.WhatsApp Image 2021 10 19 at 02.01.54
Moldova Parlamentinin vitse-spikeri, PAS-ın fraksiya sədri M. Popşoy çıxış edərək, Moldova parlamenti və xalqı adından ölkəmizi və bütün azərbaycanlıları müstəqilliyimizin bərpasının 30 illik yubileyi münasibətilə təbrik edib. Vitse-spiker qeyd edib ki, bu il, Moldova Respublikası da, müstəqilliyinin 30 illiyini qeyd edib və qardaş ölkələrimiz 30 illik müstəqillik tarixində oxşar proseslərlə üzləşiblər. O, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələr üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bununla da, iki dost ölkə arasında təmasların möhkəmləndirilməsi ilə bağlı planların olduğunu vurğulayıb. M. Popşoy onu da bildirib ki, hakim partiyanın fraksiya sədri olaraq, Moldovada yaşayan azərbaycanlıların təşkilatçılığı, fəallığı və səfərbərliyini hər zaman digər icmalar üçün nümunə göstərib. O, MAK-ın diaspor fəaliyyətində təcrübəli yaşlı nəslin yerini istedadlı gənc nəslə ötürməsinin təqdirəlayiq olduğunu da diqqətə çatdırıb. Diaspor təşkilatımızın səmərəli fəaliyyətinin, ümumən götürdükdə, ölkələrimiz arasında münasibətlərin genişlənməsinə müsbət təsir göstərdiyini bildirən M. Popşoy, yüksək səviyyəli əməkdaşlığın, günü-gündən möhkəmlənən müstəqilliyin xalqlarımızın rifahına töhfə verəcəyinə əminliyini də xüsusi vurğulayıb.WhatsApp Image 2021 10 19 at 02.01.54 1
Tədbirdə çıxış edən Belarus Respublikasının Moldovadakı səfiri Anatoliy Kalinin isə, dövlət müstəqilliyimizin ölkəmizdəki stabilliyə, iqtisadi inkişafa əsaslı zəmin yaratması baxımından qiymətli və vacib olduğunu dilə gətirib. Belarus səfiri qeyd edib ki, Azərbaycanın hərtərəfli inkişafı onu regionun, Cənubi Qafqazın aparıcı ölkəsinə çevirib. O, öz çıxışında, Azərbaycan xalqının zəhmətkeş və qürurlu olduğunu da dönə-dönə dilə gətirib. Azərbaycan -- Belarus münasibətlərindən də danışan səfir, Azərbaycan Respublikasını dost ölkə adlandırıb və iki ölkə arasında ticarət dövriyyəsinin, bütün sahəhələrdə ikitərəfli təmasların, beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı dəstəyin bunun göstəricisi olduğunu qeyd edib. Səfir, MAK-ın Moldovadakı fəaliyyətinin, burada yaşayan Belarus İcması üçün də nümunə olduğunu diqqətə çatdırıb. Sonda A. Kalinin dövlət müstəqilliyinin bərpasının 30 illik ildönümü münasibətilə Azərbaycan rəhbərliyini və xalqımızı təbrik edərək, xoş arzularını dilə gətirib.WhatsApp Image 2021 10 19 at 02.01.54
Tədbirdə təbrik nitqi ilə çıxış edən Türkiyə Respublikasının Moldovadakı Səfirliyinin əməkdaşı Özlem Okuyucu isə, Türkiyə Cümhuriyyətinin ölkəmizin müstəqilliyini tanıyan ilk ölkə, bunun isə, iki qardaş ölkə arasında xüsusi münasibətlərin mövcudluğunun göstəricisi olduğunu xüsusi qeyd edib, “Bir Millət -- İki Dövlət” ideyası altında Azərbaycanın daim yanında olduğunu xüsusi vurğulayıb. Çıxışının sonunda, o, müstəqillik uğrunda və Vətən Müharibəsində şəhid olanların doğma və yaxınlarına başsağlığı diləyib.WhatsApp Image 2021 10 19 at 02.01.52
Sonda, tədbirdə çıxış edən MAK-ın sədri Elçin Bayramov, müstəqilliyimizin bərpası gününün, ilk dəfə olaraq, bu il ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdiyimizi bildirib və MAK-ın daim Vətənimizin uğurları, həqiqətləri, adət-ənənələrinin təbliği istiqamətində çalışacağını vurğulayıb.
Mətbuat Xidmətinin araz.az-a daxil olan məlumatından o da məlum olur ki, Səfirliyimiz, keçirdiyi tədbir çərçivəsində, ölkəmizin müstəqillik tarixinə həsr edilən və qonaqlar tərəfindən böyük maraqla izlənən foto-şəkillərdən ibarət sərgi də təşkil edib. Eyni zamanda, tədbirdə iştirak edən qonaqlara zəngin Azərbaycan mətbəxinin milli təamları da təqdim olunub.
Sonda, onu da qeyd etməyi lazım bildik ki, olkəmizin Moldovadakı Səfirliyində Müstəqilliyimizin Bərpasının 30-cu ildönümünə həsr edilən bu möhtəşəm tədbirin gedişi, bu dövlətin aparıcı kütləvi informasiya vasitələrində də geniş işıqlandırılıb.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər