DOĞUM GÜNLƏRİ BU TARİXƏ DÜŞƏN ŞƏHİDLƏRİMİZ -- FOTOLAR

PROFİL 1 Cİ44 günlük Vətən Müharibəsi müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı və əbədi olaraq tarixə yazıldı. Bəli, bu Böyük Qələbə xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus böyük epopeyalar, səlnamələr və dastanlar yazmış oldu!

Bu gün, bu Möhtəşəm Qələbəni canları, qanları bahasına bizə bəxş etmiş
Vətən Müharibəsi şəhidlərimizdən 2 nəfərin doğum günüdür.

araz.az şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir və bu gün ad günlərini qeyd etdiyimiz şəhidlərimiz haqqında məlumatları dəyərli oxucularımızın və ictimaiyyətin də diqqətinə çatdırır:PROFİL ŞƏKİL 1 Cİ

MAHHXHQ əsgər Məmmədov Səbuhi Şakir oğlu 1982-ci ildə Mingəçevir şəhərində anadan olub. O, Mingəçevir şəhər 4 saylı tam orta məktəbin məzunu olub. Şəhidimiz ömrünün 9 ilini hərbiyə həsr edib. 

2016-cı ilin Aprel döyüşlərində iştirak edən Səbuhi Məmmədov ötən il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində də iştirak edib. 

O, Vətən müharibəsində Suqovuşan-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Sentyabrın 30-da şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz oktyabrın 1-də torpağa tapşırılıb. Onun vətənə əmanət üç övladı yadigar qalıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Səbuhi Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.PROFİL ŞƏKİL 2 Cİİİ

MAHHXHQ əsgər Məmmədov Elnur Xurşud oğlu 1982-ci il oktyabrın 21-də Gəncə şəhərində anadan olub. Üç yaşında olarkən ailəsi Ağdama köçüb. Elnur Ağdam rayon 1 nömrəli orta məktəbdə təhsil alır. 1993-cü ildə Ağdam rayonu işğal edildikdən sonra Məmmədovlar ailəsi bu dəfə Gəncə şəhərinə məcburi köçkün kimi qayıdıb. Bundan sonra Elnur təhsilini Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə davam etdirib. 

2000-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən Şuşa Kənd Təsərrüfatı Texnikumuna qəbul olub. Texnikumu bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra yenidən hərbidə xidmət etməyə qərar verib. 2014-cü ildən Göygöl rayonunun Toğanalı kəndində yerləşən “N” saylı hərbi hissədə manqa komandiri olub. 

Elnur Məmmədov 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib və döyüş əməliyyatlarında uğurlu iştirakına görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif edilib. 

Sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman Elnur Məmmədov da ön cəbhədə yer alıb. Murovdağ yüksəkliyi uğrunda şiddətli döyüşlərə qatılıb, elə həmin döyüşlərdə də düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən qəhrəmanımız oktyabr ayının 26-da şəhid olub. 

Elnur Məmmədov oktyabrın 27-də Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Şəhidimizin vətənə əmanət iki oğul övladı yadigar qalıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elnur Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilibPROFİL 2 Cİİİ

 

Şəhidlər ölməz, vətən bölünməz.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər