Ulu Öndərin Anım Günüylə bağlı Moldovadakı səfirimizin geniş müsahibəsi və Səfirliyimizdə keçirilən möhtəşəm tədbir barədə rumın və rus dillərində ətraflı yazılar mətbuat səhifələrində

 WhatsApp Image 2021 12 14 at 03.15.53    Ulu Öndərimiz Heydər Əliyevin Anım Günüylə əlaqədar ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun verdiyi geniş müsahibə və bu ölkədəki Səfirliyimizdə keçirilən möhtəşəm tədbir Moldova mətbuatında rumın və rus dillərində geniş işıqlandırılıb. Bunlar barədə səfirliyin Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumata görə, səfir Qüdsi Osmanov öz müsahibəsində öncə onu bildirib ki, ölkəmizin, Moldova Respublikası da daxil olmaqla, dünyanın müxtəlif yerlərindəki diplomatik nümayəndəlikləri hər ilin dekabr ayının 12-sində Unudulmaz Liderin əziz xatirəsini dərin ehtiramla yad edirlər. Bundan sonra, səfir öz müsahibəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş söhbət açıb, Prezident İlham Əliyev tərəfindən atasının yolunun uğurla davam etdirildiyini xüsusi vurğulayıb. 

  Daha sonra: “Ötən il isə, Ümummilli Liderin ən əziz arzusu gerçəkləşdi -- Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytardı. Artıq, bu gün müqəddəs Azərbaycan Bayrağı Şuşanın, Qarabağın düşmən işğalından azad edilmiş digər ərazilərinin üzərində dalğalanır! Heydər Əliyev bizimlə olmasa da, onun möhtəşəm ideyaları, siyasəti, fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası bizimlə bərabər yaşayır. Konkret desək, onun yaratdığı müasir Azərbaycan yaşayır və müstəqilliyinə daha möhkəm qovuşan Azərbaycan dövləti böyük sürətlə inkişaf edir. Bütün bunlara görə də, bu Böyük və Dahi Siyasətçinin xatirəsi azərbaycanlıların qəlbində əbədi qalacaq!” -- deyə, səfir Qüdsi Osmanov öz müsahibəsinə Dahi Liderə məxsus xüsusi bir ahəng qatıb.
   Bundan başqa, səfirlikdən araz.az-a daxil olan məlumatda o da bildirilir ki, dekabrın 12-si tarixində, Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar, ölkəmizin Moldovadakı səfirliyinin qarşısındakı bağçada ucadılmış Ulu Öndərin büstü önünə həmişə xatırlanacaq və yadda qalacaq gülqoyma mərasimi keçirilib. Bu mərasimə, qardaş Türkiyə Respublikasının Moldovadakı səfirliyinin diplomatı, yerli iş adamları və sakinlər, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK-ın) üzvləri, çoxsaylı həmvətənlərimiz, bu ölkədə yaşayan müxtəlif təşkilat və icmaların nümayəndələri də qatılıblar.

   Mərasimdə Ümummilli Lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar çıxışlar da səsləndirilib, Dahi Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
   Ulu Öndərin vəfatının on səkkizinci ildönümünə həsr edilmiş bu mərasim Heydər Əliyevin Səfirliyin qarşısındakı bağçada ucadılmış büstü önünə qonaqlar tərəfindən gül dəstələri qoyulması ilə yekunlaşıb.
Onu da qeyd edək ki, Anım Günü ilə əlaqədar səfirin verdiyi müsahibəni, eləcə də Səfirlikdə keçirilmiş mərasimlə bağlı məlumatları Moldovanın nüfuzlu “Noi”, “Tribuna”, “Deschide”, “TV8”, “Dosarmedia”... xəbər agentlikləri geniş işıqlandırıblar.
   araz.az-ın dəyərli oxucularının diqqətinə onu da çatdırırıq ki, onlar, həmin yazılarla daha ətraflı aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər:
--https://noi.md/ru/obshhestvo/posol-azerbajdzhana-nashi-narody-ocheni-pohozhi-trudolyubivye-gostepriimnye-shhedrye;

--https://tribuna.md/ru/2021/12/12/a-18-a-aniversare-de-la-moartea-liderului-national-al-poporului-azer-heydar-aliyev;

--https://tribuna.md/2021/12/12/a-18-a-aniversare-de-la-moartea-liderului-national-al-poporului-azer-heydar-aliyev;

--https://tv8.md/2021/12/12/s-au-implinit-18-ani-de-la-moartea-liderului-national-al-poporului-azer-heidar-aliev;

--https://dosarmedia.md/ambasadorul-gudsi-osmanov-a-18-a-aniversare-de-la-moartea-liderului-national-al-poporului-azer-heidar-aliev;

--https://tribuna.md/ru/2021/12/13/memoria-liderului-national-al-poporului-azer-heydar-aliyev-cinstita-in-moldova;

--https://tv8.md/ru/2021/12/13/v-moldove-pochtili-pamyat-obshhenatsionalnogo-lidera-azerbajdzhana-gejdara-alieva;

--https://dosarmedia.md/foto-memoria-lui-heidar-aliev-a-fost-onorata-in-moldova-eveniment-la-ambasada-azerbaidjanului;

--https://noi.md/ru/stolica/v-moldove-pochtili-pamyati-obshhenacionalinogo-lidera-gejdara-alieva;

--https://dosarmedia.md/memoria-lui-heidar-aliev-va-fi-onorata-la-ambasada-azerbaidjanului-din-chisinau;

--https://tribuna.md/2021/12/13/memoria-liderului-national-al-poporului-azer-heydar-aliyev-cinstita-in-moldova;

-https://deschide.md/ru/russian_news/social_ru/97082;

--https://agora.md/stiri/94559/comunitatea-azera-cu-flori-la-bustul-lui-heidar-aliev-din-chisinau-diplomat-el-va-ramane-un-simbol-al-constructiei-azerbaidjanului-modern.


Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər