Ustad Şirməmməd Hüseynovun xatirəsi Mətbuat Şurasında keçirilən anım tədbirində yad edildi

 WhatsApp Image 2021 12 17 at 18.51.30

     17 dekabr görkəmli mətbuat tədqiqatçısı, alim, müasir jurnalistikamızın patriarxı, professor Şirməmməd Hüseynovun anadan olduğu gündür. Bu münasibətlə, Azərbaycan Mətbuat Şurasında da, anım tədbiri keçirilib. Bu barədə, Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda deyilir ki, toplantını açan təşkilatın sədri Əflatun Amaşov unikal zəkaya, fundamental biliyə, böyük natiqlik qabiliyyətinə malik Şirməmməd Hüseynovun 95 illik ömründə nəinki Azərbaycan jurnalistikası qarşısında, bütövlükdə ictimai fikir tariximizdə müstəsna xidmətlər göstərdiyini xüsusi vurğulayıb.Xüsusi olaraq onu da bildirib ki, o, bir institutun həyata keçirə bilməyəcəyi işi görüb.WhatsApp Image 2021 12 17 at 18.51.27     Böyük alimin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının miras qoyduqları irsin öyrənilməsindəki fədakar əməyindən bəhs edən Əflatun Amaşov daha sonra vurğulayıb ki, Şirməmməd Hüseynov uzun və mənalı həyatında elmi xəzinə yaradıb. Bu xəzinə özlüyündə gələcəyin tədqiqatçıları və alimləri üçün son dərəcə müstəsna əhəmiyyət daşıyan mənbədir. Mətbuat Şurasının sədri, həm də Ş. Hüseynovu tələbkar pedaqoq kimi xarakterizə edən məqamlardan da ətraflı söz açıb.WhatsApp Image 2021 12 17 at 18.51.29

     “Mən ona hər zaman Ali Ruh deyə müraciət edirdim. O, həqiqətən də ali şəxsiyyət idi. Həm özünə, həm də ətrafdakılara münasibət baxımından son dərəcə həssas xarakter daşıyıcısıydı. Şirməmməd müəllimlə bağlı xatirələri saymaqla bitirmək mümkün deyil. Böyüklə böyük, kiçiklə kiçik, eyni zamanda son dərəcə prinsipial insan idi. O, yalnız alim deyildi, eyni zamanda ideoloq idi, məfkurə qaynağıydı. Şirməmməd müəllimin Azərbaycan jurnalistikası, bütövlükdə elmi qarşısındakı xidmətləri öyrənilməli və cəmiyyətə çatdırılmalıdır. WhatsApp Image 2021 12 17 at 18.51.26

     Bu, bütövlükdə XX əsr tariximizə dəyər olar”, -- deyə, Ə. Amaşov vurğulayıb.
Toplantıda çıxış edənlərdən “Xalq qəzeti”nin Baş redaktor müavini Tahir Aydınoğlu, əməkdar jurnalist Tofiq Yusif, MŞ İdarə Heyətinin üzvü, “Bayraqdar.info” saytının Baş redaktoru Azər Həsrət, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev və başqaları Ş. Hüseynovla bağlı xatirələrini dilə gətiriblər. Onlar ustad jurnalisti xarakterizə edən cəhətlərdən söz açaraq, onu ləyaqət mücəssəməsi, ayrıca jurnalistika məktəbi kimi dəyərləndiriblər.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər