Moldovada Nizami Gəncəvi İli münasibətilə silsilə tədbirlər təşkil edilib - Foto

211689 438x7f22ej

     Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycan və Moldova Mədəniyyət nazirliklərinin dəstəyi ilə ölkəmizin Moldovadakı Səfirliyi və Moldova Milli Kitabxanası tərəfindən “Nizami Gəncəvi irsi mədəniyyətlərarası dialoq kontekstində” adlı birgə konfrans təşkil edilib. 211691 4zypiiddm5

     Azərbaycanın Moldovadakı Səfirliyindən araz.az-a verilən məlumata görə, konfransda Moldova Respublikasının mədəniyyət naziri Sergiu Prodan, Yazıçılar Birliyinin sədri Teo Kiriyak, deputat Vitaliy Jakot, Elmlər Akademiyasının müxbir üzvü İon Hadırke, tanınmış jurnalist İqor Volnitski, şair Arkadi Suçeveanu, yerli ədəbiyyatşünaslar, Moldovadakı diplomatik korpusun əməkdaşları, eləcə də Moldovada yaşayan müxtəlif icmaların nümayəndələri, həmvətənlərimiz və yerli media nümayəndələri iştirak edib.WhatsApp Image 2021 12 19 at 03.28.37

     İlk öncə, Moldovanın mədəniyyət naziri S.Prodan çıxış edərək, konfrans iştirakçılarını salamlayıb, dahi mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş konfransın Moldova və Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.

     Daha sonra, səfir Qüdsi Osmanov Moldova Milli Kitabxanasına Azərbaycanın görkəmli şairinə həsr edilmiş konfransın və Nizami Gəncəvinin yaradıcılığına dair kitablardan ibarət sərginin təşkilində göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Səfir Nizami irsinin öyrənilməsinin xalqlararası əlaqələrin qurulması və möhkəmləndirilməsi baxımından vacib olduğunu vurğulayıb. Eyni zamanda, Q.Osmanov ölkəmizin mədəniyyət naziri Anar Kərimovun bu əlamətdar yubileylə bağlı müraciətini konfrans iştirakçılarının diqqətinə çatdırıb.WhatsApp Image 2021 12 19 at 03.28.38

     Öz növbəsində, Moldova parlamentinin hakim Fəaliyyət və Həmrəylik partiyasının deputatı V.Jakot çıxışında Nizami Gəncəviyə həsr edilmiş konfrans mədəniyyətlərarası dialoqun uğurla davam etdirilməsinə zəmin yaratdığını bildirib, Azərbaycan mədəniyyətinin, eləcə də Nizami irsinin Moldovada təbliğində fəal və nümunəvi iştirakına görə ölkəmizin Səfirliyi ilə yanaşı Moldovada yaşayan azərbaycanlılara minnətdarlığını dilə gətirib.WhatsApp Image 2021 12 19 at 03.28.38 1

     Konfransda dahi şair və mütəfəkkirin yaradıcılığına dair hərtərəfli fikir mübadiləsi aparılması məqsədilə  Moldovanın Yazıçılar Birliyinin sədri T.Kiriyak, Elmlər Akademiyasının müxbir üzvü İ.Hadırke, şair A.Suçeveanu, jurnalist İ.Volnitski, həmyerlimiz Yasin Seyidov və digərləri çıxış edib, konfrans iştirakçıları tərəfindən Nizami Gəncəvinin əsərlərindən götürülmüş azərbaycan və rumın dilində nümunələr səsləndirib.WhatsApp Image 2021 12 19 at 03.28.39

     Eyni zamanda, konfransda səfir və moldovalı ədəbiyyat xadimlərinin görüşünə əsasən, Azərbaycan kitablarının rumın dilinə və Moldova kitablarının azərbaycan dilinə tərcümə edilərək, gələn il çoxsaylı şair və yazıçıların iştirakı ilə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada tədbir təşkil edilməsinə dair təşəbbüs qonaqların diqqətinə çatdırılıb.WhatsApp Image 2021 12 19 at 03.28.39 2

     Konfrans çərçivəsində Nizami Gəncəvi yaradıcılığına dair azərbaycan, rumın, rus və ingilis dilində kitablardan ibarət sərgi təşkil edilib. Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən göndərilmiş dahi şairin həyat və fəaliyyəti ilə bağlı kitablar Moldova Milli Kitabxanasının kitab fonduna hədiyyə edilib. Kitab sərgisi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.211690 7bxzx841wf

     Konfrans və kitab sərgisi Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər