Partiya sədrindən Prezidentə xoş arzulu YUBİLEY AD GÜNÜ TƏBRİKLƏRİ

dahi önder

     2021-ci ilin dekabr ayının 24-də müstəqil dövlətimizin yeni tarixini yazan lideri İlham Heydər oğlu Əliyevin yubiley ad günüdür. Bu münasibətlə, Azərbaycan Respublikasının 60 yaşını tamamlayacaq Prezidentinə və Ali Baş Komandanına müxtəlif ünvanlardan xoş arzulu təbriklər bir başqa ahəngə gəlməkdə davam edir. Ad günü münasibətlə, dövlət başçısına Azərbaycan Respublikaçılar Partiyasının çoxsaylı üzvləri adından və şəxsən öz adından partiya sədri Sübut Əsədovun göndərdiyi bu dəfəki təbrikin məzmunu da, əvvəlkilərdən fərqli xarakterdədir və elə, bu təbrikdəcə, bunun səbəbinə aydınlıq gətirilir. Məhz buna görə də, araz.az həmin təbriki, nöqtəsinə -- vergülünə toxunmadan dərc etməyi lazım bildi:

imagesprezident

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev cənablarına!

       Çox hörmətli İlham müəllim!   

     Doğma Azərbaycanımızın və qüdrətli xalqımızın yeni tarixini yazan lideri kimi,
2021-ci ilin dekabr ayının 24-də yubiley ad gününüzü ən yüksək ali hisslərlə qeyd etməkdən, bu gözəl günə dahi liderə məxsus başqa bir ahəng qatmaqdan qürur duyacağıq. Çünki bu dəfəki doğum günü yubileyiniz öncəsi, hakimiyyət başında, Ulu Öndərimiz -- atanız Heydər Əliyev yolunun uğurlu davamçısı olaraq, onun ən əziz bir arzusunu gerçəkləşdirmisiniz.
Konkret desək, bu yubileyiniz Vətənimiz Azərbaycan üçün çox əlamətdar bir hadisəyə – Dağlıq Qarabağda sülh razılaşmasının əldə edildiyi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunduğu dövrə təsadüf etdi. Bu möhtəşəm nailiyyət rəhbər kürsüsündə nümayiş etdirdiyiniz iradə, qətiyyət və müdriklik sayəsində mümkün oldu. İradəli və qətiyyətli bir lider olaraq: "Qarabağ Azərbaycandır və nida işarəsi", -- deməyiniz əhalidə vətənpərvərlik hissini gücləndirdi, onların dövlətə olan inam və etibarını artırdı.
     Əslində, Qarabağ münaqişəsi, son bir neçə onillikdə dünyada həllini tapan yeganə dondurulmuş münaqişə idi. Bir də ki, dövlət rəhbəri, Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə 44 günlük Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbədən sonra, regionda tamamilə yeni bir vəziyyət yarandı. ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən, özünüzün söylədiyiniz kimi, Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirdi.
     Bəli, Azərbaycan 30 ilə yaxın davam edən münaqişənin həllinə hərbi və siyasi vasitələrlə nail oldu. İşğalçı Ermənistanı döyüş meydanında məğlub edərək, düşməni kapitulyasiya sənədini imzalamağa məcbur etdi.Ölkə başçısı, Ali Baş Komandan olaraq, doğma Azərbaycanımızın işğal olunmuş torpaqlarını geri qaytarmağa nail oldunuz. 2020-ci il uzun zaman həyata keçirdiyiniz məqsədyönlü və strateji hədəflərə yönələn siyasətinizin ən parlaq zirvəsi oldu. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın doğma Vətən həsrətinə son qoyuldu.

     Bu böyük qələbənizlə xalqımızın qəhrəmanlıq salnaməsini yaratdınız. Dövlət başçısı postunda, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi, adınızı əbədi olaraq tarixə yazdırdınız və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildiniz. Vətən Müharibəsi Xalq -- Prezident birliyini və həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan kimi, ətrafınızda yumruq kimi birləşdi. O cümlədən, 50-dən artıq siyasi partiya Sizinlə bir, həmrəy olduğunu bəyan etdi. Bu partiyalardan biri də, rəhbəri olduğum və daim Sizin siyasətinizə dəstək olan Azərbaycan Respublikaçılar Partiyasıdır. Bu Bəyanatla, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət - iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Sizin milli maraqların qorunmasına xidmət edən prinsipial mövqeyiniz, tutduğunuz düzgün yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı olaraq, Vətən Müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdiniz.Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Artıq, bu gün, müqəddəs Azərbaycan Bayrağımız Şuşanın, Qarabağın düşmən işğalından azad edilmiş digər ərazilərinin üzərində dalğalanır!

     Biz çox şadıq ki, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın Baş naziri üçtərəfli Bəyanatı imzalamaqla, Azərbaycanın hərbi -- siyasi Qələbəsini dünyaya təqdim etdilər. Bununla da, Vətənimiz Azərbaycan bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatının yaradılması üçün, mühüm işlər görmüş oldu. Bundan sonra isə, Azərbaycanın regiondakı geosiyasi statusunun və rolunun artacağı şübhəsiz idi və artıq bu deyilənlər də mövcuddur. Bütün bunlara görə, dahi bir liderimiz olaraq, xalqımız, Sizə, daim minnətdar olacaq! Çox şadıq ki, Siz, atanız Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirir, ölkəmizin və xalqımızın mənafelərini ən yüksək səviyyədə müdafiə edirsiniz. Ümummilli Liderimiz Heydər Əliyev bizimlə olmasa da, Sizin layiqli rəhbərliyiniz altında onun möhtəşəm ideyaları, siyasəti, fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası bizimlə bərabər yaşayır. Konkret desək, onun yaratdığı müasir Azərbaycan yaşayır və müstəqilliyinə daha möhkəm qovuşan Azərbaycan dövləti böyük sürətlə inkişaf edir. Siz dünya miqyaslı nüfuzlu siyasi xadim kimi təkcə doğma ölkəmizdə deyil, onun hüdudlarından kənarda da, haqlı olaraq, dərin hörmət qazanmısınız. Sizin Prezidentliyiniz dövründə Azərbaycan Respublikasının özünü regional lider kimi təsdiq edib. Bu, siyasi bir partiya olaraq, bizim üçün son dərəcə xoşdur.
     Bu yerdə, bir daha onu qeyd etmək istərdik ki, Sizin prezidentliyiniz illərində Vətənimiz Azərbaycan iqtisadi, sosial və mənəvi həyatın bütün sahələrində də misli görünməmiş nailiyyətlər qazanıb, dünyada hörmətli, güclü və nüfuzlu bir dövlətə çevrilib. Siz, görkəmli milli lider olaraq, doğma Azərbaycanımızın iqtisadiyyatda və sosial sahədə nailiyyətlərinə görə, haqlı olaraq, fəxr ediləsi, beynəlxalq aləmdə nüfuz qazanmış müasir dinamik dövlət kimi inkişaf etməsi üçün çox böyük, vacib və daha mühüm iş görmüsünüz. Xalqımız sabitliyə, dayanıqlı sosial-iqtisadi inkişafa, tərəqqiyə, müstəqil siyasətə səs verməklə, azad və demokratik Azərbaycanımızın xoşbəxt və firavan gələcəyini təmin edib.
     Bir daha dünyaya nümayiş olunub ki, Azərbaycan bütün azadlıqların təmin olunduğu müasir, demokratik bir ölkədir. Çünki Azərbaycanda demokratik yönlü islahatlar daha dərin xarakter daşıyıb. Dövlət idarəçiliyi sistemində köklü islahatlar və kadr dəyişiklikləri aparılıb ki, bu da Azərbaycanın uğurlu ölkə kimi inkişafını təmin edib. Prezident kürsüsündə əhalinin rifahının yüksəldilməsi məqsədi ilə, icra etdiyiniz dövlət siyasətinin davam olaraq, uğurlu iri sosial paketlər təsdiqləyib, onları hərtərəfli reallaşdırmısınız. Uğurlu siyasətiniz, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında vacib rol oynadığını və oynamaqda davam edəcəyini də təsdiqləyib həmişə.

     Sizin vətəndaş mövqeyiniz və siyasi mərdliyiniz, xarakterinizin möhkəmliyi və öz qüvvənizə inam həqiqi liderin parlaq cəhətləridir. Öz ölkənizə səmimi sevgi və onun əsl mənafelərini qorumaq istəyiniz həmvətənlərinizin – Azərbaycan Respublikası vətəndaşlarının Sizə dərin hörmət və ehtiramını daha da artırır.

     Əminik ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir. Sizin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyətiniz ölkə vətəndaşlarının inamı və etibarı ilə, gözəl ölkəmizin firavanlaşması naminə gördüyünüz işə bütün xalqımızın verdiyi yüksək qiymətlə dəstəklənir. Bəli, Sizin vətəndaş mövqeyiniz və siyasi mərdliyiniz, xarakterinizin möhkəmliyi və öz qüvvənizə inam həqiqi liderin parlaq cəhətləridir. Siz yüksək şəxsi keyfiyyətləriniz, qətiyyət və müdrikliyiniz sayəsində xalqın mənafe və amallarını həyata keçirən uzaqgörən və peşəkar siyasi xadim kimi çox böyük nüfuzunuzu hər gün uğurla təsdiqləməyə nail olursunuz. Rəhbəri olduğunuz öz ölkənizə səmimi sevgi və onun əsl mənafelərini qorumaq istəyiniz həmvətənlərinizin – Azərbaycan Respublikası vətəndaşlarının Sizə dərin hörmət və ehtiramını daha da artırır.
     Sizin dövlət başçısı postunda bütün sahələrdə həyata keçirdiyiniz praqmatik siyasət ölkəmizin inkişafına və insanların rifahına öz töhfəsini verməkdədir. Möhtərəm cənab Prezident, Sizin bacarıq və qətiyyətiniz sayəsində bu gün ölkəmiz beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirən bir ölkə kimi qəbul olunur. Dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün daim səy göstərir, Azərbaycan iqtisadiyyatının və sosial həyatının inkişaf etməsinə qayğı ilə yanaşır, ölkədə idmanın tərəqqisinə ciddi diqqət yetirirsiniz. Xarici ölkələrin Azərbaycanda səmərəli fəaliyyətinin müsbət nəticəsidir ki, onlar, respublikamızla tarixi dostluq əlaqələrini, mehriban qonşuluq münasibətlərini və qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığı yüksək qiymətləndirirlər.
     Bütün bunlara görədir ki, bu gözəl gün Sizin üçün, ailəniz üçün, doğma-yaxınlarınız üçün bayram olmaqla bərabər, rəhbəri olduğum partiyanın çoxsaylı kollektivi üçün, ələlxüsus bütün Azərbaycan üçün də, gözəl bayramdır.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, cansağlığı, işlərinizdə böyük uğurlar arzulayırıq. Doğma respublikanızın və onun əhalisinin rifahı naminə Sizə yeni zəfərlər, möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq arzu edirik.
Doğum gününüz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayırıq! Ad gününüz öncəsi, Sizə, səmimi təbriklərimizi və ən xoş arzularımızı bildirməkdən olduqca məmnunuq!

Dərin hörmət, böyük ehtiram və səmimi duyğularla,
Azərbaycan Respublikaçılar Partiyası adından:

Sübut ƏSƏDOV,
partiyanın sədri".

WhatsApp Image 2021 12 20 at 20.04.41

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.                                                  

                                                                REDAKSİYADAN:

     İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.
     1994-cü ildən, 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə, Birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib. İki dəfə -- 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçilib).
      1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə, partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞ PA-nın Büro üzvü seçilib.
2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq, İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. Həmin ilin avqust ayının 4-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilib.
     2003-cü ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb. 2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq, bir daha, beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb. 2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq, yenidən inamlı qələbə qazanıb. Həmin il aprelin 18-dən vəzifəsinin icrasına başlayıb.

 "Araz" Media Qrupunun və araz.az xəbər portalının kollektivi də, bu gözəl təbriklərə qoşularaq, Prezident İlham Əliyevə ad günü münasibətilə səmimi qəlbdən gələn ən gözəl arzularını çatdırır!   

 

Əlaqəli xəbərlər