"Nizami Gəncəvi bu gün bütün bəşəriyyətə məxsusdur!" -- MOLDOVA MEDİASINDAKI MÖVZULARIN ANA XƏTTİ

WhatsApp Image 2021 12 21 at 17.36.21

       Moldova mətbuatı, bu ölkədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş bir sıra mədəni tədbirləri geniş işıqlandırıb. Bu barədə, Azərbaycanın Moldovadakı səfirliyindən araz.az xəbər portalına daxil olan xəbərdə deyilir ki, ilk öncə, Səfirliyin önündəki bağçada Nizami Gəncəvinin barelyefinin rəsmi açılışı olub və mətbuat bu tədbiri geniş işıqlandırıb. Media qeyd edib ki, tədbirdə Moldovanın mədəniyyət naziri Sergey Prodan, Yazıçılar Birliyinin sədri, müxtəlif ölkələrin səfirləri, müxtəlif icmaların üzvləri, ziyalılar, çoxsaylı ictimaiyyət nümayəndələri iştirak ediblər.WhatsApp Image 2021 12 21 at 17.34.28
       "O, bu gün bütün bəşəriyyətə məxsusdur. Hələ XII əsrdə qələmə aldığı əsərlərində, kitablarında hamımıza, müasir cəmiyyətə, indiki nəslə həyatın müdrikliyini çatdırmağa çalışıb ki, biz sülh və harmoniya şəraitində yaşayaq, bir-birimizi düzgün anlayaq, təbiətə anlayışla nəcib davranaq. Onun şeirlərində hələ də öyrənə bilərsiniz ki, sevgi sərvətdən, ədəb gücdən dəyərlidir”, -- deyən Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun tədbirlərdə çıxışına mətbuat materiallarında geniş yer ayrılıb. Diplomatın çıxışlarındakı "Kişineuda Nizami Gəncəvinin barelyefinin açılışı, Azərbaycan və Moldova münasibətləri üçün çox əlamətdar hadisədir" sözlərindən ibarət fikir, bu materiallardakı mövzuların ana xəttini təşkil edib.WhatsApp Image 2021 12 21 at 17.34.50
       Daha sonra, Səfirliyin və Moldova Milli Kitabxanasının, iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil etdikləri “Nizami Gəncəvi irsi mədəniyyətlərarası dialoq kontekstində” adlı mədəni tədbir barədə də, media vasitələri ictimaiyyətin diqqətinə geniş yazı və verlişlər çatdırıb. Həmin yazı və verilişlərdə bildirilib ki, bu tədbirdə mədəniyyət naziri Sergey Prodan, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, Moldova Yazıçılar Birliyinin sədri Teo Kiriak, Nizaminin aforizmlər kitabını tərcümə edən şair İon Hadirko, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mədəniyyət naziri Sergey Prodan çıxışında xüsusi olaraq onu vurğulayıb ki, Nizami Gəncəvi böyük mədəniyyət xadimidir, onun yaradıcılığı dünya ədəbiyyatına təsir göstərir.Məhz buna görə də, o, Azərbaycan Səfirliyinin binası qarşısında şairin barelyefinin açılışı mərasimində böyük məmnuniyyətlə iştirak etdiyini dəfələrlə dilə gətirib. Öz növbəsində, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da, Nizami yaradıcılığının əsrlər boyu nadir mədəni dəyərlər xəzinəsində layiqli yer tutduğunu vurğulayıb. WhatsApp Image 2021 12 21 at 17.35.09

       Səfir, həm də Azərbaycanın mədəniyyət nazirinin Nizami Gəncəvinin əsərlərindən ibarət kitabların Moldova Milli Kitabxanasına hədiyyə edilməsinə dair məktubunu tədbir iştirakçılarına oxuyub. Diplomat qeyd edib ki, son illər Moldova -- Azərbaycan mədəni əlaqələri geniş şəkildə inkişaf edib. Qüdsi Osmanov onu da bildirib ki, bu il Bakıda, YUNESKO-nun mənzil qərargahında, Vaşinqtonda, Los -- Ancelesdə... yubiley tədbirləri, Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş beynəlxalq konqreslər keçirilib.WhatsApp Image 2021 12 21 at 17.35.22

       Mətbu orqanlar keçirilən bu tədbirlərdəki digər çıxışlara da geniş yer ayırıb.
Sonda onu da qeyd edək ki, bu tədbirlər barədə rumın və rus dillərində
daha ətraflı məlumatı Moldovanın TV kanallarından və internet media resurslarından ala bilərsiniz.

Rəşad CƏFƏRLİ.

araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər