Artıq gündəmə çevrilən paytaxt səmasındakı görüntülər, getdikcə, ictimaiyyətin daha çox marağına səbəb olur -- FOTO/VİDEO

Screenshot 1Doğrudan da, bu belədir: "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalına ev sahibliyi edən paytaxt Bakı səmasında daha müasir qırıcı təyyarələrin bir müddətdir yaratdıqları heyrətləndirici görüntülər artıq gündəmə çevrilib və getdikcə, ictimaiyyətin daha çox marağına səbəb olur. Danılmaz bir faktdır ki, bu möhtəşəm festival çərçivəsində son iki gündə paytaxt səmasında göstərilən şoular sosial şəbəkələrdə də gündəmə çevrilib. araz.az-ın əməkdaşları ilə təmas yaradan onlarla sosial şəbəkə istifadəçiləri belə həmin anları festivalın ən gözəl şousu kimi dəyərləndiriblər.
Ən maraqlısı odur ki, bu möhtəşəm görüntülər, kimliyindən, iş yerindən və vəzifəsindən aslı olmayaraq, bütün insanlara yeni bir ruh yüksəkliyi bəxş edir. Həmin görüntülərin bəzilərini dəyərli oxucularımıza da təqdim edirik:

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

 

Əlaqəli xəbərlər