Mətbuat Şurası İdarə Heyətinin keçirilən növbəti iclasında, vəzifələrə yeni təyinatlar da olub

IMG_20221115_231022_561.jpg

Noyabrın 15-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Bu barədə, qurumdan araz.az-a daxil olan məlumatda bildirilir ki, toplantını giriş sözü ilə açan Mətbuat Şurasının yeni sədri Rəşad Məcid gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. O, bu vəzifəyə seçiləndən ötən bir ay ərzində gördüyü işlər barədə danışaraq, bildirib ki, hesabat dövrünün ən mühüm hadisəsi, oktyabrın 12-də Azərbaycan Mətbuat Şurası ilə, Medianın İnkişafı Agentliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumudur. Bundan başqa, Şuranın təşəbbüsü ilə, sosail media və sosial şəbəkələrdəki populyar səhifə istifadəçiləri ilə, Vətən Müharibəsində iştirak etmiş jurnalistlərlə, Xüsusi Təyinatlı Qüvvələrin qaziləri ilə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ilə birlikdə, regional medianın inkişaf məsələlərinə dair Qubada, şimal bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşlər, həmçinin “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib. Qurumun Şikayətlər üzrə Komissiyasının və Beynəlxalq Əlaqələr Komissiyasının iclasları da baş tutub. Bundan başqa, Mətbuat Şurası, Şuşa Rayon İcra Hakimiyyəti ilə birgə, “Şuşa” qəzetinin 90 illik yubileyini qeyd edib və tanınmış media qurumlarına əlamətdar günləri ilə əlaqədar təbriklər ünvanlayıb.

İh-iclas-15.11.2022-2.jpg      Rəşad Məcid onu da bildirib ki, uzun illər Şuranın icraçı katibi vəzifəsini Şəmsəddin Əliyev tutub. O, Ş. Əliyevin bu vəzifədə səmərəli fəaliyyət göstərdiyi nəzərə alınaraq, Şuranın diplomu ilə təltif edildiyini diqqətə çatdırıb və diplom ona təqdim olunub.
     Məlumata görə, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə isə öz çıxışında, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunması ilə bağlı Şuranın görəcəyi işlərin böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. O, mövcud istiqamətdə ayrıca tədbirlər planının hazırlanacağını və İdarə Heyətinin növbəti iclasına təqdim ediləcəyini bildirib.
        Məlumatda daha sonra bildirilir ki, bu iclasda Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri Vüqar Zifəroğlu, qurumun baxdığı şikayətlərlə bağlı məlumat verib. O bildirib ki, bu Komissiyanın müzakirəsinə çıxarılmış 6 şikayətdən 4-ü ilə bağlı Qərar çıxarılması məqbul sayılıb. Qərar layihələri nəzərdən keçirildikdən sonra, qəbul olunub.       Bu çıxışdan sonra, Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərlinin məlumatı dinlənilib. O, bu Komissiyanın xətti ilə, ölkəmizdəki beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinin prioritet olaraq müəyyənləşdirildiyini, bununla bağlı, onlara müraciətlər ünvanlandığını vurğulayıb.

İh-iclas-15.11.2022-3.jpg     Məlumata görə, iclasda ekstremal şəraitdə, kütləvi aksiya və tədbirlərdə, kriminal hadisələrin işıqlandırılması zamanı jurnalistlərin davranışlarına dair müzakirələr də aparılıb. Bununla əlaqədar, Şuranın Etika Komissiyasının sədri Qulu Məhərrəmli, İdarə Heyətinin üzvləri Əflatun Amaşov, Yadigar Məmmədli, Yeganə Hacıyeva fikirlərini bildiriblər. Çıxış edənlər media məkanımızdakı tendensiyaları diqqətdə saxlamağın ümumən cəmiyyətin maraq və mənafelərinin qorunmasına dəstək baxımından əhəmiyyətini qabardıblar. İclasda medianın cəmiyyəti formalaşdırdığı reallığına söykənilərək, jurnalistlərlə etik prinsiplərin qorunması istiqamətində davamlı iş aparılmasının zəruriliyi önə çəkilib. Xüsusən bildirilib ki, tutduğu vəzifədən, ictimai statusundan və populyarlıq dərəcəsindən asılı olmayaraq, jurnalistlərin təqdimatları cinayət əməlində təqsirləndirilən şəxslərin kultlaşdırılmasına xidmət etməməlidir. Hazırda mövcud olan bu tendensiyanın ziyanlı tərəflərinə diqqət yetirilib.
       İclasda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Mediasiya Şurası ilə əməkdaşlıq məsələlərinə dair, Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəylinin məruzəsinin dinlənildiyi də, araz.az-a daxil olan məlumatda əksini tapıb. Qeyd olunub ki, E. Mirzəbəyli bununla bağlı təklifləri də diqqətə çatdırıb. Təkliflər müsbət qiymətləndirilib və hər iki qurumla əməkdaşlıq üçün əsas götürülüb.

İh-iclas-15.11.2022-5 (1).jpg     Bu toplantıda Mətbuat Şurasının Media subyektləri, həmçinin Sosial media təmsilçiləri ilə əlaqələr komissiyalarının sədrlərinin müəyyənləşdirildiyi barədə də, qurumun bu məlumatında bildirilib. Qeyd olunub ki, birinci komissiyaya İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin, ikinci komissiyaya isə, İdarə Heyətinin üzvü Hacıbəy Heydərlinin rəhbərlik etməsi məqbul sayılıb. İclasda, Şuranın digər komissiyalarının tərkiblərinin komplektləşdirilməsi ətrafında da, müzakirələr aparılıb. Təklif edilib ki, Etika Komissiyasının tərkibinə nüfuzlu ictimaiyyət nümayəndələri də daxil olunsun. Bu baxımdan, tanınmış jurnalist İlhamiyyə Rzanın Komissiyada təmsilçiliyi məqbul qiymətləndirilib. “Xalq qəzeti”nin əməkşdaşı, əməkdar jurnalist Tahir Aydınoğlu Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, “Kür” qəzetinin Baş redaktoru Əminə Yusifqızı isə, sədrin müavini olaraq, təsdiqləniblər. Vətən Müharibəsində iştirak etmiş jurnalistlərlə işin əlaqələndirilməsi üçün, “Təbib” qəzetinin Baş redaktoru, Vətən Müharibəsi iştirakçısı Məğrur Əliyevin koordinatorluğu irəli sürülüb və məqbul qiymətləndirilib.

İh-iclas-15.11.2022-4.jpg     Mətbuat Şurasından araz.az-a daxil olan bu məlumatın sonunda isə bildirilib ki, iclasda, İdarə Heyətinin üzvü Yadigar Məmmədlinin, Avropa Mətbuat Şuraları Alyansının Kiprdə keçirilmiş illik toplantısında iştirakına imkan verilməməsi, onun Kiprə buraxılmaması məsələsi üzərində xüsusi dayanılıb. Bildirilib ki, Avropa Mətbuat Şuraları Alyansı Avropanın media cameəsini əhatə edən kifayət qədər mötəbər təşkilatdır və onun iclaslarında iştirakın bütün detalları nəzərə alınmalıdır.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri. 

Əlaqəli xəbərlər