Azərbaycan Mətbuat Şurası Avropa Müstəqil Mətbuat Şuraları Alyansında “Yenilənmiş qeydiyyat” prosesini tamamlayıb

20190513013147_photoXR9x2c (1).jpg
 
Azərbaycan Mətbuat Şurasının Avropa Müstəqil Mətbuat Şuraları Alyansında (AİPCE) “Yenilənmiş qeydiyyat” prosesini tamamlaması barədə, bu media qurumundan araz.az-a daxil olan məlumatda bildirilir ki, prosesin  tamamlanmasından sonra,  -nin loqosu və saytının linki, adıçəkilən Alyansın  (AİPCE) saytında, "Tam hüquqlu üzvlər" kateqoriyasında yerləşdirilib: https://presscouncils.eu/#:~:text=The%20Alliance%20of%20Independent%20Press,European%20Councils%20are%20associate%20members  
         Bu məlumata görə, Mətbuat Şurası İdarə Heyətinin üzvü, təşkilatın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli bildirib ki, mətbuat şuralarının beynəlxalq koordinasiya mərkəzi olaraq, iki qurum fəaliyyət göstərir. Bunlardan biri Ümumdünya Mətbuat Şuraları Assosiasiyası (World Association of Press Councils (WAPC), digəri isə, Avropa Müstəqil Mətbuat Şuraları Alyansıdır (AİPCE). Azərbaycan Mətbuat Şurası adları çəkilən hər iki qurumla sıx əməkdaşlıq edir: “WAPC və AİPCE yenilənən media trendləri fonunda öz fəaliyyətlərini yenidən qururlar. Bu sırada üzvlüklə bağlı standartlarını da yeniləyirlər. Azərbacan Mətbuat Şurasının fəaliyyəti yeni trendlərə uyğun olduğunudan, “Yenilənmiş qeydiyyat” prosesini də müvəffəqiyyətlə tamamlayıb”.
 
 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.