Tarixi susdurmayın, həqiqət susan deyil!

Azərbaycan Milli EA-nın həqiqi üzvü, AMEA Nəsimi adına Dilçilik  İnstitutunun direktoru, akademik Ağamusa Axundova

AÇIQ MƏKTUB

 

Möhtərəm Ağamusa müəllim!

Sizin ölkəmizdə dilçilik və etnoqrafiya sahəsində böyük alim və gözəl pedaqoq olmanız danılmaz həqiqətdir.  Rəhbərliyiniz altında ölkəmizdə onlarla alim yetişmiş və onlar hal-hazırda müxtəlif ali məktəblərdə dilimizin gözəlliyini, zənginliyini gənc nəslə yorulmadan, əzm və təmkinlə öyrədirlər.
Mənim özüm də dilçiyəm, ancaq rus dili və ədəbiyyatı sahəsində. Lakin buna baxmayaraq etnoqrafiya sahəsində bir sıra uğurlar qazanmışam: məsələn, Dağlıq Qarabağ  ərazisindəki 29 yer-yurd adlarını elmi cəhətdən əsaslandırılmış və mənalarına açmış və “Vətən səsi” qəzetində dərc etdirmişəm.

Möhtərəm Ağamusa müəllim, bu məktubum şəxsən Sizə ünvanlanmışdır. Xahiş edirəm, heç əsəbiləşməyin və bizim iradlarımızı kişi kimi, mərdanə qəbul edin, çünki Siz Azərbaycan etnoqrafiyasına ağır zərbə vurmusunuz. İrad doğuran təhrifləri biz bir-bir incələyib diqqətinizə çatdırmaq istəyirik.

Çox hörmətli  Ağamusa müəllim, kitabxanamda Sizin “Torpağın köksündə tarixin izləri” (Gənclik, Bakı, 1983-cü il) kitabınız saxlanılır. Bu kitabınızı oxuyanda dəhşət məni bürüyür, əsəbləşirəm və düşüncələrə dalaraq fikirləşirəm ki, Ağamusa Axundov kimi görkəmli alim belə bir kitab yaza biməzdi və ola bilsin ki, kitabı kimsə qərəzli məqsədlə, Ağamusa müəllimi hörmətdən salmaq üçün yazıb. Təəssüflər olsun ki, kitabın üz qabığında Sizin adınız və soyadınız yazılıb. Bu danılmaz faktdır və el-aləm bir yerə yığılsa da deyəcək ki, bu Ağamusa müəllimin saxtakarlıqlarla (əlbəttə, elmi saxtakarlıqdan söhbət gedir) dolu olan kitabıdır.

 

1-ci saxtakarlığınız: Həmin kitabın (116-118-ci  səhifələridə)-Qaraqayonlu- bu Azərbaycan toponimiyasında tərkibində “qara” sözü olan çox az yayılmış yer adlarından biridir. Həmin oykonimlə (zootoponim olmalıdır-E.Q.) adlanan üç kənd var. Onlardan biri Ağsu rayonunun Qaraqoyunlu, ikincisi Bərdə rayonunun Güloğullar, üçüncüsü isə Qubadlı rayonunun Xocahəsən kənd sovetlliklərindədir.

Haşiyə: biz bu yazımızla sizi təhqir etmək, yenidən  Qaraqoyunlular dövləti yaratmaq fikrindən çox-çox uzağıq, çünki bizim artıq Azərbaycan adında müstəqil, azad və suveren dövlətimiz, onun möhtəşəm Prezidenti dövlət və hökumət strukturları var.

Lakin məni  bağışlayın,  çünki Sizin saxtakarlığınız qarşısında susa bilmirik, sussaq bağrımız parça-parça olar.

Daha sonra yazırsınız: Azərbaycan tarixində yarım əsr hökümranlıq etmiş Qaraqoyunlu dövləti özündən sonra az iz qoymuşdur. Bunun səbəbi, görünür, onların bütün Azərbaycanı uzun müddət əldə  saxlaya bilməmələri ilə əlaqədardır.

Qaraqoyunlular 700-800 yüz il bundan əvvəl olduqları kimi, bu gün də var və gələcəkdə də olacaqlar, çünki qaraqoyunlular kimi vətəninə, xalqına, millətinə adət -ənənəsinə sadiq qalan ikinci  bir etnos yer üzündə yoxdur. Hörmətli Ağamusa müəllim, Azərbaycan  ərazisində qaraqoyunlu-adlanan üç yox, xeyli sayda yer-yurd adı var:

1. Qaraqoyunlu- Ağsu rayonu ərazisində;

2. Qaraqoyunlu- Kürdəmir rayonu ərazisində;

3. Qaraqoyunlu- Qubadlı rayonu ərazisində;

4. Qaraqoyunlu- Ağdam rayonu ərazisində;

5. Qaraqoyunlu- İmişli rayonu ərazisində;

6. Azad Qaraqoyunlu- Tərtər rayonu ərazisində;

7. Tap qaraqoyunlu-Goranboy rayonu ərazisində,  bizcə tap sözü, tarp-güney, qırraş, daşlı-kəsəkli sözündən proteza hadisəsi yolu ilə “tap” şəklində düşmüşdür.

8. Qaşaltı Qaraqoyunlu - Goranboy  rayonu ərazisində;

9. Xanqaraqoyunlu -Bərdə rayonu ərazisində;

10. Çayqaraqoyunlu-Şəki rayonu ərazisində;

11. Dağ Qaraqoyunlu-Şəki rayonu ərazisində;

12. Qaraqoyunlu kalafası-Qazax rayonu ərazisində yer adı;

13. Qaraqoyunlu qəbirstanlığı -yenə orada;

14. Qaraqoyunlu-Mingəçevir rayonu ərazisində;

15. Qaraqoyunlu -Gədəbəy rayonu  ərazisində;

16. Qaraqoyunlu-Quba rayonu ərazisində

17. Qaraqayonlu-Daşkəsən rayonu ərazisində

18. Qaraqoyunlu-Yevlax rayonu ərazisində

Hörmətli Ağamusa müəllim, bəs üç  oykonim yazmısınız. Bəs bu 18 yer-yurd adı haradan peyda oldu. Yerdənmi çıxdı, göydənmi nazil oldu!

Hələ bu harasıdır, ardınca qulaq asın:

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi və dərədə məskunlaşmış Qaraqoyunlu kəndləri Göyərçin (Bərdə rayonunda da  belə bir  kənd var), Salah (yenə orada və Qazax rayonu ərazisində Daş Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Aşağı Salahlı və Qıraq Salahlı kəndləri: Salah adları bir-birinə necə də gözəl yaraşırlar), Qaraqaya (tərkibində qara sözü olan böyük, iri, nəhəng mənasında), Yanıqpəyə, Çaykənd (bu kənd kürd yox, əsl türklərin kəndidir və beş-altı dağ çayları bu kənddə, Tərsəçayda bir-birinə qovuşur), Bəriabad (yəni uzaqda məskunlaşmayın, bəri gəlin buranı abad edək mənasını verir),  Əmirxeyir (Qaraqoyunluların Qaraqoyunlu dərəsindəki əmrlərindən birinin adını daşıyan kənd), Gölkənd (qul kəndi, qullar yox ey elimin-obamın xalqımın ağsaqqalı, çox hörmətli akademikimiz Budaq Budaqov, bura göllər kəndidir və “Qarqoyunlular” monoqrafiyamızda (Sumqayıt 1999) bu barədə məlumat vermişik), Qara torpağı Qara Əhmədli (tayfa adını bildirən kənd) və Cıvıxlı kəndlərinin əhalisi sırf Oğuz nəslindən olan türklər idi. Bu 19 Göyçə mahalında iki kənd-Kiçik Qaraqoyunlu və Böyük Qaraqoyunlu. Bu 21 Türkiyə Respublikasında İğdır vilayətinin ərazisində, Arazın o tayında iki kənd (köy)-Kiçik Qaraqoyunlu və Böyük Qaraqoyunlu kəndləri: bu 23 Vedibasarda qaraqoyunlu dərəsi və eyni adlı kənd. Bu 24 oldumu? Oldu. Bəs üç oykonim göstərirsiniz?

Hörmətli Ağamusa müəllim, çox xahiş  edirəm inciməyin, çünki həqiqət həmişə bibər kimi acı olur.

İndi isə çox-çox xahiş edirəm, Qaraqoyunlular demiş, ağrın alım, gəlin hərəniz tərəzinin bir gözündə dayanaq və görək ki, Siz  akademikin çəkisi ağır olacaq, yoxsa adi və siravi bir rus dili və ədəbiyyatı müəllimininmi?! Əlbəttə 3-ə qarşı 24 yer-yurd adını tapıb yazan bəndənizin!!!

Ola  bilsin ki, Ağamusa müəllim Bakıdan və doğma vətəni Kürdəmirdən başqa nə Azərbaycanın, nə də Qərbi Azərbaycanın və Gürcüstanın heç bir bilgisində olmayıb və hörmətli Ağamusa müəllim heç bir yana getmədən, Akademiyanın dörd divarlarə arasında yazıb bu kitabı.

Hörmətli akademikimiz yazır: Qaraqoyunlu bu Azərbaycan toponomiyasında tərkibində qara sözü olan çox az yayılmış yer adlarından biridir. Türkiyə Respulikası və Qərbi Azərbaycan istisna olunmaqla Azərbaycan Respublikası ərazisində 16 yer-yurd adı qaraqoyunlularla bağlı deyilmi?!

Biz yenə də təkrar edirik:- bu yazımızla heç də Ağamusa müəllimin Azərbaycan elmi və Azərbaycan dilçiliyi  sahəsində gördüyü böyük işlərin üstünə kölgə salmaq fikrində deyilik. Sadəcə olaraq həqiqəti üzə çıxartmaq istəyirik. İstəyirik ki, haqq-ədalət zəfər çalsın, tariximizdəki, coğrafiyamızdakı və etnoqrafiyamızdakı səhvlər, saxtakarlıqlar birdəfəlik yox olsun, hamı külüngünü bir nöqtəyə vursun. Yoxsa birisi ala kəsir, birisi də kürə. Bununla  biz haqq sözümüzü dünyaya necə çatdıra bilərik?

Kitabın 113-cü səhifəsində isə Ağamusa müəllim tərkibində müxtəlif məna yükləri daşıyan qara sözü  ilə düzəlmiş xeyli sayda mürəkkəb isimlərin (etnonimlərin, antropolinlərin, oronimlərin,  hidronimlərin) adını çəkir. Lakin həmin adların içində Qaramanlı və Murğuzlu tayfalarının qələbəlik halında yaşadıqları Qarayazı və Qaraçöp mahallarının adına rast  gəlmirik.

Ikinci saxtakarlığınız: Adı yuxarıda keçən kitabın 118-ci səhifəsində Ağamusa müəllim möhtəşəm qaramanlı tayfası haqqında yazır: -Yevlax rayonunda kənd sovetliyi və kənd. Bu kəndin adı Qaramanlar adlanan türk tayfası ilə bağlıdır. Vəssalam! Sonra hörmətli Ağamusa müəllim ASE-dən iqtibas  gətirmişdir. Belə çıxır ki, Azərbaycan ərazisində yalnız Yevlax rayonu ərazisində Qaramanlı kəndi var. Apardığımız tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Neftçala rayonu ərazisində Yuxarı, Orta və Aşağı Qaramanlı (Yuxarı qaramanlı kəndini yer üzündən silmişlər), qərbi Azərbaycanın Göyçə mahalında Qaramanlı (tayfanı soykökündən ayırmaq üçün ermənilər kəndin adını qaramanlı kimi xəritəyə salmışdılar), Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsini Qaraqaya və Yanıqpəyə, Qazax rayonu ərazisindəki İncədərəsində Gürcüstanın Qarayazı və Qaraçöp mahallarında xeyli  sayda Qaramanlıların yaşadıqları haqqında məlumatımız var. Ağdam rayonu ərazisidəki Qaramandağ oronimi (dağ adı) bu möhtəşəm qəbitlənin haqqında çox  mətləbləri aça bilər.

Qaraqoyunlular dövlətinin qurulmasında müstəsna rodl oynamış Qaramanlı tayfasına Gəncə və Bərdə əmri olmuş Əmir Qaraman başçılıq etmişdir. Azərbaycan, Qərbi Azərbaycan və Gürcüstan ərazilərində məskunlaşmış qaramanlıları bəzi müəlliflər Türkiyədə fəaliyyətdə olmuş Qaramanoğulları bəylərbəyliyi ilə qarışdırırlar. Burada, bizcə, adların eyni olması çaşbaşlıq yaratmışdır.

Üçüncü saxtakarlığınız: Kitabda Alpout (alpavut və ya alpağut olmalıdır E.Q.) türk tayfasının adı da çox səthi, ötəri qələmə alınmışdır. Belə ki, alpaut sözünün tərkibindəki alp sözü ucalıq mənasını daşısa da, “out” komponenti  heç bir  məna bildirmir.

Biz öncə M.Qaşqarlının lüğətinə müraciət etdik. Lüğətdə alpavut//alpağut sözünün qəhrəman, bahadır, düşmənlə təkbaşına vuruşan mənası bildirdiyi qeyd edilmişdir.  Bizcə sözün  ilk fonramsı “alpağut”dur. Çünki türk dillərinin onomastikasında Alpağut şəxs adına rast gəlinir. Alpağut Oğuz-türk tayfalarından  birinin başçısı olmuş və çarpışmaların birində həlak olmuşdur. Zaman keçdikcə baş  bilənlərimiz Alpağut şəxs adının heç  bir məna bildirməyən Alpout və ya Alpoud adları ilə əvəz etmişlər.

Hörmətli  Ağamusa müəllim həmin kitabda Bərdə, Qazax və Göyçay rayonları ərazilərindəki üç kəndin adını göstərmişdir. Axtarışlarımızın nəticəsində Azərbaycan  Respublikası ərazisində üç deyil xeyli sayda kənd var: Alpout (Laçın rayonu), Alpout (Ağsu rayonu), Alpout (Ağdaş  rayonu) Alpout (Quba rayonu) sonuncu kəndi özümüzünkülər yer üzünədən və tariximizdən silmişdilər.

Qaraqoyunlu xanədanının və dövlətinin qurulmasında Alpoutlu tayfası da misilsiz rol oynamışdır. Hətta Qaraqoyunlu hökmdarı Cahan şahın (əsl adı Əbu -Müzəffər Baranidir) hakimiyyəti illərində Alpavut tayfasından olan Davaçı Pir Məhəmməd Bağdad valisi olmuşdur.

Hörmətli Ağamusa müəllim, sonuncu iradım isə bizcə bu kəndlərin adı ya Çakirlı, ya da Cakirlı olmalıdır. Azərbaycan toponimiyasında Bərdə, Göyçay, İmişli, Cəbrayıl, Masallı, Qərbi Azərbaycanın Göyçə mahalında eyni adlı kəndlər qeydə alınmışdır. Fərz  edək ki, Azərbaycanda  üzümçülüklə  məşğul olan rayonlarda çaxırçılıqla məşğul olmuşlar. Bəs Göyçə mahalında, Göyçə gölünün ətraflarında  soyuq iqlim şəraitində kim üzüm yetişdirib çaxır istehsal edirdi. Heç kim!

Bəs bu Çaxırlı kəndlərinin adlarını bizə kim sırıyıb?! Əllbəttə, erməni daşnaqları və rus şovnistlərinə dəstək verən  özümüzünkülər.

Qaraqoyunlu  dövlətinin qurulmasında misilsiz rol oynamış Çakirli (bəzi mənbələrdə Çakurlu və Çakirli) türk tayfasının adı çəkilir. Bəs  bu  Çakirli (Cakurlu  və Cakirli) kimdir?

1405-ci ilə qədər Əmir Teymurun Bistam Çakir Ərdəbil valisi olmuş, Əmir Teymur  Hindistan yürüşündə qəflətən  dünyasını dəyişəndən sonra Əmir Bistan  öz qəbiləsi ilə birlikdə Qaraqoyunlu Əmiri Qara Yusifin tərəfinə keçmişdi. Döyüşlərdə göstərdiyi igidliyə  və qəhrəmanlığa görə Qara Yusif ona “əmirlər-əmri” rütbəsi vermişdir. Deməli adı bu keçən kəndlərin adı bu  möhtəşəm qəbilənin adını daşımalıdır.

Hal-hazırda Masallı rayonu ərazisindəki Çaxırlı kəndinin  sakinləri özlərini çaxırlı deyil cakirli kimi adlandırırlar.

2007-ci ildə İmişli rayonunun Caxırlı kəndində qonaq oldum. Saxırlı  kənd  orta məktəbinin direktoru Atamoğlan müəllimdən soruşdum ki, sizin kəndin adı niyə Çaxırlı kimi deyilir. O mənə belə cavab verdi: kəndimiz (Çaxırlı kəndini nəzərdə  tuturdu) Arazın sahilində yerləşdiyinə görə Çaybasar sözündən əmələ gəlmiş Çaxırlı adını daşıyır.

Dedim:  -Atamoğlan müəllim, Çaybasar sözü  ilə  Çaxırlı sözü arasında heç bir qohumluq əlaqəsi yoxdur. Bu sözləri hər  bir komponentinə görə bir-birinə tamamilə yad olan, oxşamayan sözlərdir.

Hörmətli Ağamusa müəllim, görürsünüzmü, hətta məktəb direktoru işləyən adam öz kəndinin adının mənasını bilmirsə, onda zavalı kəndli haradan bilsin. Bax  budur tarixi saxtakarlıq, bax budur bizim dərdimiz!

Qaraqoyunluların bayraqlarında qara qoyun əsminin olmasını onqon (totem) inancından irəli  gəldiyini söyləyənlər çoxdur.  Mərhum akademikimiz Mirəli  Seyidov da bunu təsdiq etmişdir. Lakin bunun  heç bir e lmi əsası yoxdur, çünki Oğuz türklərinin onqoları (totemləri) əti yey ilməyən şalhin, şonqar, dovşanul, çağrı və s. ov quşları olmuşdur. Əgər türklər qoyuna  onqon (totem) kimi sitayiş etmişlərsə, bəs onda  onların varisləri nə üçün qoyun əti yeyirlər?

Oğuz türklərinin əsas peşəsi, əllbəttə müharibələrdən savayı maldarlıq və qoyunçuluqla məşğul olmaq idi.

 Rəvayətə görə Oğuz xan hələ sağlığında oğulları arasında pay bölgüsü aparmışdı ki, onun ölümündən sonra oğulları pay (əlbəttə ət  bölgüsü) üstündə savaşmasınlar. Zamain keçəcək və onların varisləri bu pay bölgüsünü unudacaq və rənglərə üstünlük verəcəklər. Qoyunçuluqla məşğul olan Oğuz türkləri qoyun sürülərini bir-birindən fərqləndirmək üçün qaraqoyunlu -qaracaqoyunlu;  ağqoyunlu - ağcaqoyunlu; bozqoyunlu - bozcaqoyunlu; alaqoyunlu-alacaqqoyunlu; kərəqoyunlu-kürəqoyunlu sözlərindən istifadə etməyə başladılar. Bu sözlər sonralar onların qəbilə və ya tayfa ittifaqı şəklində işlənməyə başladı. Deməli, burada onqon (totem) inancından söhbət gedə bilməz.

Dərin hörmətlə:
Elbrus Qaraqoyunlu

Əlaqəli xəbərlər