Laçında 25, Kəlbəcərdə 19 nəslin kökü tamamilə kəsilib...- Araşdırma

183983.jpg

Rövşən Novruzoğlu:“Heydər Əliyev genetik xəritənin hazırlanması haqqında mərhum Şəmsi Rəhimova tapşırıq vermişdi...”
Hazırda “Ermənistan” adlandırılan Qərbi Azərbaycan və Qarabağ torpaqlarının işğalının uzanması bir xalq olaraq bizim milli genefondumuza hansı zərbələri vurur? Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, qaçqın və köçkün soydaşlarımız öz dədə-baba yurdlarına qayıtmayıb, bu sual sıravi vətəndaşdan, nazirə, prezidentədək hər kəsi düşündürməlidir. Təəssüf ki, alim və mütəxəssislərimiz son 3 onillikdə deyilən istiqamətdə heç bir ciddi araşdırma aparmayıblar. Yazar olaraq bizim gücümüz isə yalnız belə mövzuları gündəmə gətirməyə çatır.

Aktuallığını nəzərə alıb 2015-ci ildə “Həftə içi” qəzetində bu mövzuda dərc etdiyim kiçik araşdırmanı Moderator.az oxucularının da diqqətinə çatdırmaq istəyirəm. Deyirəm, bəlkə bu dəfə səsimizə bir hay verən oldu...

(Materialın əvvəli bu linkdə:http://www.moderator.az/news/229235.html)

BMT-nin yardım fondları qaçqınlar arasında xərçəng törədən ərzaqlar yayıb...

Professor R.Novruzoğlu ilə söhbətimizin davamında məlum oldu ki, Qarabağın işğalından sonra da bugünədək əcnəbilər, xüsusən NATO ölkələri Azərbaycanda sağlam gen axtarışlarını davam etdirirlər. Həmin “gen işğalı” nəticəsində bizlər məhv edilməli, onlar isə daha da sağlam və uzunömürlü olmalıdırlar.

Rövşən Novruzoğlu: “Laçın-Kəlbəcər qrupu üzrə 1936-cı il ekspedisiyasının məxfi arayışı bu gün də Almaniyanın məxfi idarələrində -“BND”-də saxlanılır. O arayışdakı müddəalar hələ ki, qüvvəsini itirməyib. Almanlar Qarabağın işğalından sonra da, bu gün də “dost” cildində Azərbaycana gələrək bu istiqamətdə elmi tədqiqatlarını təzələyirlər. 1993-2007-ci illərdə qarabağlıların məskunlaşdığı çadır şəhərcikləri açıq səma altında ölüm düşərgələri və laboratoriyalara çevrilmişdi. Qaçqınlara yardım(?) əli uzadan xarici təşkilatların heç birinin nümayəndəsi soydaşlarımızla söhbətdə bir dəfə də Qarabağ haqqında söhbət açmırdılar. Yalnız bunu soruşurdular:”Dünən verdiyimiz həblərin sizə təsiri olubmu? Dəriniz səpibmi? Vurduğumuz iynələrdən sonra özünüzü necə hiss edirsiniz?..” Bu minvalla çadır şəhərciklərimiz 14-15 il ərzində eksperimental institutların, elmi-tədqiqat laboratoriyalarının görəcəyi işləri gördü. Həmin eksperimentlərin nəticələri bu illər boyu qaçqınlar arasında vaxtsız ölümlərdə, cürbəcür xəstəliklərdə, sonsuzluqda və s. özünü göstərdi. BMT-nin yardım fondlarının xətti ilə qaçqınların kütləvi şəkildə növbəyə duraraq aldığı ərzaq yardımlarının tərkibində xərçəng törədə bilən kimyəvi konsentratlar olub. Nəticədə xərçəng xəstəlıyi Azərbaycanda sürətlə artıb. Xüsusən qadınlarda döş xərçəngi 1990-cı illərə nisbətən 17 dəfə çoxalıb. Bu həm də anaların öz övladlarını ana südü ilə qidalandırmasının qarşısını almaqla genofondumuza daha bir güclü zərbə vurur.

Amerikanlar Qarabağda şəkəri və qan təzyiqini normal saxlayan maddələr olan bulaqları möhürləyib...

Bu gün Ermənistandan və Qarabağdan gələn sularımızın zəhərlənməsi bir yana, işğal altındakı torpaqlarımızdakı 152 qeyri-adi su mənbəyinin çaylarımıza axarı amerikalılar tərəfindən möhürlənərək dayandırılıb və oradakı ermənilərə də verilmir. Həmin suların tərkibində insanda ömür boyu şəkəri və qan təzyiqini normal saxlayan maddələr var. Bundan əlavə, adi su və hava ilə yanaşı, qarabağlılar doğma torpaqlarındakı turşsu, istisu, kükürdlü su və s. kimi mineral sulardan, eləcə də o dağlardakı dərman bitkilərindən, ov heyvanlarından, çay balıqlarından da 3-cü onillikdir ki, məhrumdurlar”...

Keçmiş kəşfiyyatçının söylədiklərindən belə nəticəyə gəlmək olur ki, “sürünən soyqırım”ı torpaqlarımız işğaldan azad edilməyənədək dayandırmaq olmayacaq. Onu da nəzərə almaq lazımdır ki, ermənilərə dəstək olan xarici kəşfiyyat və elm qurumlarının bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş müxtəlif vasitələrlə tədrici məhvetmə proqramı Ermənistan və Qarabağ ərazisindən gələn suların zəhərlənməsi, GMO tərkibli və zəhərli konservantlarla yüklənmiş ərzaq məhsulları, süni mayalanma ilə artan quş və heyvanlar, xəstəlik daşıyıcısı olan cürbəcür geyimlər, ekoloji mühitin maksimum korlanması, şüura və şüuraltına mənfi təsir edən televeriliş və filmlər və s. qarabağlı köçkünlər üzərində də tətbiq edilir.

Dünyanın 12 sağlam genetik mərkəzindən biri Şuşada idi...

R.Novruzoğlu hesab edir ki, Dağlıq Qarabağ və ətraf bölgələr istiqamətində genofondumuz tam şikəstdir: “Ən təmiz genlərdən biri Şuşada formalaşmışdı.Amerika genetiklərinin gəldiyi nəticəyə görə, ən təmiz, milli ruhlu, əqli potensiala malik olan adamlar şuşalılar arasında olub. Dünyadakı 12 sağlam ekoloji genetik mərkəzdən biri məhz Qarabağda –Şuşadadır. On illərdir ki, o torpaqlarda sağlam azərbaycanlı genləri yox, erməni genləri yetişməkdədir. Bizim nəsillər isə kəsilir...

Araşdırmalarımıza görə, son erməni işğalı nəticəsində Laçında 25, Kəlbəcərdə 19, Şuşada isə 16 nəslin kökü kəsilib. Bu günədək qaçqın şuşalıların, laçınlıların və s. yaşadığı o çadır, qazma, vaqon və yataqxanalarda doğulan və yaşayan, mənşəyi məlum olmayan humanitar yardımlarla böyümüş uşaq və gənclərin genləri keçmiş üstün xüsusiyyətləri özlərində yaşada biləcəkmi? Artıq“genofond körpümüz" çat verərək sınıb. Onu düzəltmək mümkün olacaqmı?”.

2020-ci ilədək genetik xəritəsi olmayan xalqlar məhv olacaq...

Professor R.Novruzoğlu milli genefondu xilas etməyin yollarından biri kimi təcili olaraq Azərbaycanın genetik xəritəsini tərtib etməyin gərək olduğunu söyləyir:”Hər bir xalq öz genetik xəritəsini tərtib etməli və ona uyğun özünü qorumalıdır. Pentaqonun araşdırmalarına görə, yalnız ötən əsrdə 112 etnik qrup sıradan çıxıb. Hansı xalqın genetik xəritəsi tərtib olunmursa, həmin xalq 2020-ci ilədək bu qloballaşma şəraitində əriyib gedəcək. Beynəlxalq mərkəzlər bu siyahıya hələlik 9 xalqı daxil ediblər. Hazırda xarici düşmən kəşfiyyatlar ciddi-cəhdlə Azərbaycan xalqını da həmin siyahıya daxil etmək istəyirlər.Təəssüf ki, bu gün nə Səhiyyə Nazirliyi, nə Genetika İnstitutu Azərbaycanın genofondunun tədqiqi istiqamətində heç bir ciddi iş görmür. Mənim də genetik xəritəmizin hazırlanması üzrə apardığım işlərə öz institutumuzdan savayı heç bir elmi qurum tərəfindən dəstək yoxdur. “Genetik ölüm” adlı çapa hazırlanan kitabımda artıq 25 ildir ki, üzərində çalışdığım Azərbaycanın genetik xəritəsinin bəzi cizgilərini vermişəm. Bu strateji xəritə düşmən kəşfiyyatlarının əlinə keçməməsi üçün bütövlükdə qapalı qalmalıdır”.

“Heydər Əliyev tapşırmışdı ki, genetik xəritə haqda hesabatı yalnız mənə verin...”

“Dövlət sizin bu istiqamətdəki işinizlə maraqlanıbmı?”sualını R.Novruzoğu belə cavablandırdı:“Rəhmətlik Heydər Əliyev 1994-cü ilin əvvəlində məni Prezident yanında Xüsusi İdarənin 2-ci şöbəsinin əməkdaşı kimi işə qəbul edəndə həmin idarənin mərhum rəhbəri general Şəmsi Rəhimova tapşırmışdı:”Mən bu informasiya “xəzinəsi”ni sənə tapşırıram, ondan ehtiyatla istifadə et. Bir zaman onu səndən götürəcəm. Rövşən genetik xəritə hazırlayır, o xəritə haqqında yalnız mənə mütəmadi olaraq hesabat verin”. Təbii ki, bu gün də dövlət tərəfindən dəstək olmasa, biz belə ciddi təhqiqatları apara bilmərik.

Onu da deyim ki, Heydər Əliyev azərbaycanlılığın nə olduğunu həm tarixi-siyasi, həm də elmi-genetik baxımdan bildiyindən böyük qürurla demişdi:”Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu həm də xalqa böyük bir mesaj idi ki, özünüzü, öz nəslinizi mənim təki qoruyun və yetişdirin, daim əqli və fiziki, fizioloji cəhətdən öz üzərinizdə çalışın, inkişaf edin və öz övladlarınıza, nəvələrinizə də bu cür yanaşın”...

Bir daha təkrar edirik, bu gün Qarabağın işğalı və ölkədə baş verən digər mənfi proseslər digər müsəlman xalqları kimi, Azərbaycan xalqının da tamamilə fiziki və mənəvi-ruhi məhvinə, assimilya olunmasına yönəlib. İnşallah, Rəbbimizin ipindən hamılıqla möhkəm yapışsaq , heç bir qüvvə bizlərin sonuna çıxa bilməz. Və nicatımızın formulu Qurani-Kərimdə çox qısa və aydın şəkildə göstərilib:
“Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv etməz! (Hud,117)
Deməli, əgər milli genofondumuzun qorunmasına, torpaqlarımızın azadlığına, digər problemlərimizin həllinə nail olmaq istəyiriksə, xalqın, toplumun bir üzvü olaraq daim ixlasa, əməlisalehliyə can atmalıyıq.

Yaradanın digər bir ayəsi də bu mənada ibrətamizdir:

“Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!..”

Sultan Laçın

Əlaqəli xəbərlər