Kremlin ideoloqu Qarabağ razılaşmasının SENSASİYALI DETALLARINI AÇDI

“Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından konstruktiv dialoqun bərpası üçün Rusiya, Türkiyə və İranın prosesdə iştirakı əhəmiyyətlidir”.
Bu barədə Rusiyada “Avrasiyaçılıq Hərəkatının” lideri, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişməsəydi, indiyə qədər münaqişənin həlli ilə bağlı əhəmiyyətli nəticələr əldə olunmuşdu.
“Ermənistanda indi güclü qeyri-stabil vəziyyət var. Hakimiyyət dəyişməsəydi, çox əhəmiyyətli nəticələr əldə olunmuşdu. Faktiki olaraq, tərəflər münaqişənin sülh yolu ilə həllinin “yol xəritəsi”ni razılaşdırmışdı”, - deyə Duqin ilkin mərhələdə 5 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutan planı xatırladıb.
O qeyd edib ki, Ermənistan Rusiyanın strateji tərəfdaşı olaraq qalır, lakin bu, o demək deyil ki, İrəvan Moskva ilə manipulyasiya etmək cəhdlərinə təşəbbüs göstərə bilər: “Rusiya ilə əməkdaşlıq Azərbaycana qarşı istifadə edilə bilməz. Rusiya Bakı ilə qarşıdurmada Ermənistanın əlində alət olmayacaq. Rusiya indi Azərbaycanla strateji münasibətləri inkişaf etdirir. Ermənistan-Rusiya münasibətləri heç vaxt anti-Azərbaycan kontekstində olmayıb. Moskva həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Biz Ermənistanla müttəfiqik, lakin bu ittifaq Azərbaycana qarşı deyil. O cümlədən, Azərbaycanla Rusiyanın yaxınlaşması heç vaxt Ermənistanla münasibətlərdən asılı deyil”.

Əlaqəli xəbərlər