Düşmənin Aka QORXUSU və Qarabağ Şikəstəsini oxuya-oxuya GÜLLƏLƏNƏN ŞƏHİDİMİZ

1541877826_1530530229_36231158_2297736996903925_8243770956770705408_n.jpg

İlyas Hüseynov Qarabağ müharibəsinin iştirakçısı olub. Ağır döyüşlərdən keçib. Vətənin hər yerindən onun səsi gəlib. Ağır döyüşlərin birində yaralanır, sağaldıqdan sonra yenə də döyüşə qayıdır. Lakin atəşkəs dövründə o, aldığı ağır yaradan dünyasını dəyişir. Onun oğlu belə yazır: İlyas Hüseynov atamdır. Şəhiddir, fəxrimdir, qürurumdur. Kim səni unutsa da, mən səni unutmayacam. Hər an qəlbimdə olacaqsan! İlyas Hüseynov - 161 saylı batalyonun komandiri idi... Xocavənd Rayon İcra hakimi, Xocavənd batalyonunun qurucusu Eyvaz Hüseynovun və Kəşfiyyat bölüyünün komandiri İbad Hüseynovun böyük qardaşıdır.

VətVətən üçün hər əzab-əziyyətə qatlaşmışdı. Bütün çətinliklərə sinə gərmişdi. Vətəninə görə türmə həyatı görmüşdür. Müharibə başlayanda Ukraynadan doğma kəndinə qayıtmasaydı varlı adam olardı. Ancaq hər şeyini satdı, son qəpiyinə kimi hamısını əsgərlərin silahlanmasına xərclədi. Atışma olduqda sakit olduğunu mənə deyirdilər. Çünki bilirdi ki, Azərbaycanın əsgərləri lazım gəlsə SSRİ-ni də dağıdar. Mənə həmişə danışılan bir hekayə var. İstəyirəm sizə də danışım. Aka və əsgərləri ermənilərin mühasirəsinə düşmüşdülər. Aka yenə də sakit idi. Hər kəs mühasirədən çıxmaqdan əlini üzmüşdü. Elə bu anda əsgərlərdən biri ayağa qalxaraq uca səslə "Qarabağ şikəstəsi"ni oxumağa başlayır. Elə uca səslə oxuyurdusa, səsi dağlar arasında əks-səda verirdi. Şikəstəni oxuyan əsgər birdən erməni gülləsinə tuş gəldi. Şikəstə ən gözəl yerində kəsildi. Ermənilərə nifrəti artan əsgərlərə elə bil ALLAHdan qüvvə gəldi. Onlar Bozqurdun çaqqalın üstünə şığıdığı kimi ermənilərin üzərinə şığıyıb mühasirəni yardılar. İlyasın həyatı da "Qarabağ Şikəstəsi" kimi yarımçıq oldu. Həyatın ən şirin hissəsində müharibədə aldığı yaralara görə Şəhidlik zirvəsinə yüksəldi. Həkimlər onun bu qədər müddət necə yaşaya bildiyinə inana bilmirdilər. O, Bakıda ailəsinin yanında qala bilmirdi. O, doğma torpaqlardan əl çəkmədi. Ömrünün ən son anını belə orda keçirdi. İlyas Hüseynov 2006-cı ildə Qarabağın Xocavənd rayonunun Nərgiz təpə hissəsində həyatını başa vurmuşdur.

Səni unutmayacam Ata! QARABAĞ_Aslanı. Qoy onların atası Mövsüm əminin və anası Kifayət xalanın ruhları şad olsun. Allah onlara rəhmət eyləsin!

AY QARABAĞ ASLANI

(Şəhid İlyas Hüseynovun xatirəsinə)

Döyüşlərdə ad qoydun.
Düşməni əllə boğdun.
Şəhid etdin adını,
Ay Qarabağ Aslanı.

Amalın qeyrət oldu,
Qorudun ana yurdu.
Sinən bir sipər oldu.
Seçdin şəhid adını.
Ay Qarabağ Aslanı.

Döyüşlərdən mərd cıxdın,
Göynədi yaraların.
Çox qısa oldu ömrün.
Sevirdin torpağını.
Ay Qarabağ Aslanı.

Apardı yaran səni.
Seçdin şəhid zirvəni.
Yumsan da gözlərini.
Unutmaram adını.
Ay Qarabağ Aslanı.

Sən xəyallar dünyası.
Göynər qəlbin yarası.
Getdi ömrün aynası.
Şəhid etdin adını,
Ay Qarabağ Aslanı.


Mehri Əliyeva
Kiyev
Miq.Az

Əlaqəli xəbərlər