"Biz əvvəldən münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı idik" -- AZƏRBAYCANIN MOLDOVADAKI SƏFİRİ

IMG 20201006 204850 898Sentyabırın 27-i Dağlıq Qarbağda vəziyyət gərginləşdi. Ətraf 7 rayonda fəal döyüşlər gedir. Azərbaycanda və Ermənistanda hərbi vəziyyət elan olunub, səfərbərlikdir. Bununla bağlı Moldova mətbuatı Azərbaycan Respublikasının Moldovadakı səfiri Qüdsi Osmanovdan
müsahibə götürüb. araz.azxəbər portalı həmin müsahibəni təqdim edir: 
         -- Cənab səfir, döyüş bölgəsində vəziyyət necədir? Bu günədək zərər çəkmiş şəxslərin sayı nə qədərdir?
          -- Cəbhədə vəziyyət doqquzuncu gündür ki, gərgindir. Sentyabırın 27-i Azərbaycan yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz Ermənistan silahlı güvvələr tərəfindən güclü artilleriya atəşinə tutulmuşdur. Bunun nəticəsində 24 dinc sakin həlak olmuş, o cümlədən iki uşaq, hərbçilər arasında da gurbanlar var. 121 nəfər yaralanıb və xəstəxanadadır. 300-dən çox yaşayış evlərinə və mülki obyektlərə zərər dəymişdir. Bir neçə gündür ki, Azərbaycanın böyük şəhərlərindən biri Gəncə şəhəri, hansı ki, qoşunların təmas xəttindən uzaqda yerləşir, erməni silahlı güvvələri tərəfindən atəşə məruz qalıb. Nəticədə, insanlar həlak olur, çoxlu sayda yaralananlar var. Yeri gəlmişkən, Gəncə sakini 1943-cü təvəllüdlü Karina Griqoryan da xəsarətlər almışdır. Bu onu göstərir ki, Azərbaycanda indiyə qədər ermənilər yaşayırlar, halbuki Ermənistanda etnik təmizləmə nəticəsində, bir nəfər də olsa,  azərbaycanlı qalmaylb. Bundan başqa Erministanın taktiki raket silahlarından istifadə faktı aşkarlanıb. Gəncə şəhərinə çoxlu raketlər endirilib, kaset tipli silahlardan istifadə olunub, Bakı şəhərinə yaxın Abşeron rayonuna 300 km orta məsafəli raketlər endirilib, su anbarı və elektrik stansiyası yerləşən Mingəçevir şəhərinə hücüm edilib. Hal-hazırda düşmən Ermənistandan Azərbaycanın Bərdə, Tərətər, Ağcəbədi, Beyləqan, Minqəçevir şəhərlərini və digər yaşayış məntəqələrini atəşə tutur, dinc mülki əhali nişana götürülür. Bununla, düşmən bizi təxribata çəkmək istəyir ki, biz onlara cavab verək, onlarda münaqişəyə üçüncü tərəfi cəlb etsinlər. Lakin ən təhlükəlisi odur ki, Ermənistan PPK terror təşkilatının Suriya qanadından, Livandan və Yaxın Şərqdəki digər ölkələrdəki terrorçulardan istifadə edir. Bundan başqa, Ermənistan rəhbərliyi «könüllülərin» toplanması və münaqişə zonasına göndərilməsini təşkil etmək üçün dünya ermənilərinə müraciət edib, bütün dünyadan ermənilərin müharibədə iştirak etməyə çağırırlar. Bunu xarici KİV də təsdiqləyir. 
         -- Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycana hərbi yardımın göstərilməsinin mümkünlüyünü bildirib. Bunu necə şərh edə bilərsiniz?
        -- Türkiyə  bizim üçün qardaş ölkədir. Dünya ictimaiyyəti Ermənistanın Azərbaycana hücüm etdiyini öyrənəndə, Türkiyə ilk olaraq birmənalı şəkildə Azərbaycanı dəstəklədiyini, bununla da, bir daha beynəlxalq hüququ dəstəklədiyini bəyan etdi, çünki Ermənistan bizim əraziləri 30 il ərzində işğalda saxlayaraq, beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu məhz bundan ibarətdir. O, bizə heç bir hərbi yardım göstərmir. Buna heç ehtiyac da yoxdu. Gördüyünüz kimi, biz özümüz təcavüzkara layiqli cavab verməyə qadirik.
       Bütün bunlara baxmayaraq, Ermənistan, məsələn Rusiyadakı səfir Vardan Toqanyanın simasında bildirir ki, türk hərbçiləri Azərbaycan tərəfində döyüşürlər. Guya, Türkiyənin silah ötürür, hətta bu müharibənin Türkiyəyə faydalı olduğu söylənilir. 
         Bütün bunlar təxribat və feykdir. Ermənistan rəhbərliyi 30 ildir ki, bütün dünya ictimaiyyətini və öz xalqını aldadır. Onlar çox şeyi dünən danışıblar və indi danışırlar, bizim ölkəmizi bir çox yalanlarla ittiham edirlər. Bunların arxasında heç bir sübut və əsaslar yoxdur.  
          -- Suriyadan terrorçuların ermənilərin tərəfində vuruşduqlarına dair sizin tərəfinizdə bir sübut varmi?
         -- Uzun illər ərzində işğal olunmuş ərazilərə suriyalı və livanlı «könüllülərin» köçürülməsi həyata keçirilir, bu hamıya məlumdur. Bunun sübütları açıq mənbələrdə mövcuddur. «Beynəlxalq Fransız radiosu» deyir ki, ermənilərin tərəfində suriyalı, livanlı terrorçular və erməni terror təşkilatı ASALA-nın üzvləri vuruşur. Xankəndində erməni birləşmələrinin tərəfində xarici terrorçuların vuruşduğunu öz Twitter səhifəsində The Heritage Foundation Ellison adına Xarici Siyasət Araşdırmalar  Mərkəzinin direktoru Luk Coffidə yazır. O düşünür ki, xarici hərbi qüvvələrin olması təhlükəlidir, lakin bu belə də var. 
         -- Məlum olub ki, Azərbaycan hərbi qüvvələri artıq bir neçə əraziləri götürüblər. Bu belədir?
          -- Bəli, doğrudur. Azərbaycan öz ərazilərində antiterror xilasedici əməliyyat aparır. Biz düşmənə adekvat cavab verməyə məcbur olduq, xalqımızı, öz sakinlərimizi və torpaqlarımızı qoruduq. Yalnız bir gün ərzində Fizuli-Cəbrayıl istiqamətində 8 kənd işğaldan azad olundu. Bundan əlavə, Azərbaycan ordusunun Goranboy istiqamətində apardığı hərbi əməliyyatlar nəticəsində eyni adlı dağ silsiləsinin Murovdağ zirvəsi azad edildi. Həmçinin, Azərbaycanın işğal altında olan torpaqlarını Ermənistanla birləşdirən Vardenis-Ağdərə yolu da nəzarətə götürülüb. Bu, hərbi yüklərin Ermənistandan Ağdərə və Kəlbəcər istiqamətində ötürülməsinin qarşısını almağa imkan verir. Bundan əlavə, Azərbaycan ordusu Azərbaycan bayrağını Ağdərə rayonunun Madaqiz yaşayış məntəqəsində qaldırdı. Həmçinin Tərtər rayonunun Talış kəndi, Cəbrayıl rayonunun Mehtili, Çaxırlı, Aşağı Maralan, Şeybey, Quycaq kəndləri, Cəbrayıl şəhəri və Fizuli rayonunun Aşağı Abdurrəhmanlı kəndi işğaldan azad olundu. Dünən Cəbrayıl rayonunun daha 3 kəndi azad olundu – Şixali Ağali, Sarıcalı, Məzrə. Hal-hazırda bizim Silahlı qüvvələr Azərbaycan torpaqlarını düşmən işğalından fəal azad etməyə davam edirlər. 
       -- Necə düşünürsüz, məsələn, Fransa və ABŞ-in çağırdığı kimi, danışıqlar masasına qayıtmaq, müharibəni bitirmək və mövcud vəziyyətdən sülh yolu ilə bir çıxış tapmaq mümkündürmü? 
       -- Biz əvvəlcədən münaqişənin sülh yolu ilə həllinin tərəfdarı idik, Azərbaycan 25 ildən artıq danışıqlar prosesində iştirak edirdi. Çünki buna ümid edirdik və gözləyirdik. Danışıqlarda işğal altında olan Azərbaycan ərazilərinin mərhələli qaytarılması müzakirə olunurdu. Əvvəlcə 5 rayon, sonra daha 2 rayon qaytarılmalı idi. Biz gözləyirdik ki, azərbaycanlılar öz doğma yurdlarına, Dağlıq Qarabağa qayıdacaqlar, sonra isə, azərbaycanlı və erməni xalqları sülh içində yaşayacaqlar, necə ki, əvvələr yaşayıblar. Lakin biz gördük ki, yeni müharibə ilə təhdid olunuruq. Prezident İlham Əliyev dəfələrlə həm ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə deyirdi ki, Ermənistana təsir etsinlər. Lakin onlar bizi eşitmirdilər. Azərbaycana bu müharibə lazim deyil, sərf də etmir. Biz istəyirdik ki, sülh yolu ilə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq, öz torpağlarımızı qaytaraq. 1 milyon qaçqın və məcburi köçkün 30 ildir ki doğma evlərindən didərgin düşüb. Siz bunu necə təsəvvür edərdiniz? Biz bu 30 ildə onlara evlərini qaytarmaq istəyirdik, bir daha qeyd edim ki, sülh yolu ilə. Lakin əgər erməni baş naziri bəyan edir ki, "Qarabağ – Ermənistandır və nöqtə", onda hansı danışıqlar prosesindən danışmaq olarOndan qabaq heç kəs belə bəyanatlar etməyib və bu, əldə edilən hər şeyi məhv etdi. Qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmağımızı tələb edirlər, yəni 25 ildən artıq mövcud danışıqların formatını pozmağa çalışırlar. 
       Axı, işlənmiş prinsiplərin mahiyyəti ondan ibarətdir ki, işğal olunmuş ərazilər azad olunmalı, bir milyona yaxın qaçqın və məcburi köçkün doğma evlərinə qaytarılmalıdır. Siyasi baxımdan, bunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər oxşar beynəlxalq təşkilatların sənədləri də tələb edir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur, bu sənədlərə məhəl qoymur və bütün dünya buna göz yumur. Təəssüf ki, bu təşkilatlar Ermənistanı bu qətnamələrə riayət etməyə məcbur etmək üçün bir şey etmirlər. 
        Bu yaxınlarda xarici işlər nazirimiz Ceyhun Bayramov, Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell ilə söhbətində, Ermənistanın öz ərazisindən dinc  əhalimizə raket atdığını çatdırdı. Aİ-nin Yüksək Nümayəndəsi, öz növbəsində, bölgədəki vəziyyətin ciddi narahatlığa səbəb olduğunu söylədi və bununla yetərləndi, bu günə qədər erməni tərəfinə heç bir təzyiq göstərilməyib. Biz bu vəziyyətdə nə etməliyik? Hərbi əməliyyatlar - məcburi, son çarədir. 30 il daha dözməliyik ki, onlar vətəndaşlarımızı öldürsünlər və ərazilərimizi işğal altında saxlamağa davam etsinlər? Belə çıxır ki, daha danışmaq üçün heç bir mövzu yoxdu və son hadisələr onu sübut edir ki, Ermənistanla münaqişənin sülh yolu ilə həllinə yönəlmiş 30 illik danışıqlar prosesi yalnız Ermənistan tərəfindən bizə qarşı təcavüz aktlarına səbəb oldu. Baxın, münaqişə zonasından uzaq olan şəhərlərimizə və kəndlərimizə ağır silahlardan atəş açırlar və bunu illər ərzində, hətta danışıqlar davam edərkən edirdilər. Bir daha təkrar edirəm, onlar silahlı qüvvələrin təmas xəttindən uzaq olan şəhərlərimizə və kəndlərimizə Ermənistan ərazisindən raket atırlar. Adi mülki şəxslər həlak olur. Biz isə, tamamilə qanun çərçivəsində hərəkət edirik - ərazilərimizi xarici silahlı qüvvələrdən azad edirik və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi bərpa edirik. 
       Bundan əlavə, tarixə qayıtsaq, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu görürük. 1805-ci ildə Qarabağ Xanlığının xanı İbrahim Xan, Rusiya İmperiyasının generalı Tsitsianovla könüllü Rusiya imperiyasının tərkibinə daxil olmaq barədə müqavilə imzalamışdı. Müqavilənin ermənilərlə deyil, azərbaycanlılarla imzalanması açıq şəkildə qey olunub. Yəni, orada azərbaycanlılar yaşayırdı. Yalnız  1828-ci ildə Dağlıq Qarabağa ilk erməni köçürülüb. 1978-ci ildə Dağlıq Qarabağ erməniləri hətta İrandan köçürülmələrinin 150 illiyini qeyd edirdilər və bunun şərəfinə, 1988-ci ildə ermənilər tərəfindən Qarabağ müharibəsinin ilk dövründə dağıdılmış və sonra tanınmaz dərəcədə dəyişdirilmiş bir abidə ucaldılmışdı. Bu, tarixi bir həqiqətdir.
Biz özümüzü müdafiə edirik, vətəndaşlarımızı müdafiə edirik, qətiyən bizim əks hücumumuz mülki əhaliyə yönəlməyib. Azərbaycan ordusunun hədəfləri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindəki mövqeləri, hərbi obyektləri və hərbi infrastrukturudur. Bizim hakimiyyət nümayəndələri artıq bildiriblər ki, dinc əhaliyə ağır döyüşlərdən xəsarət almamaq və maneəsiz evakuasiya olunmaq üçün müvafiq şərait yaradılacaqdır. Mülki şəxslərə Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq, münasibət göstəriləcək və onların hüquqları qorunacaqdır. Milliyyətindən və dinlərindən asılı olmayaraq, onlar bizim vətəndaşlarımızdır.
        -- Bəs, danışıqların bu qədər uzanmasının və münaqişənin hələdə  həll olunmamasının səbəbi nədir?
        -- Birinci səbəb, yuxarıda qeyd etdiyim kimi, Ermənistanın bu əraziləri işğal etdiyi və bütün dünyanın bu əraziləri Azərbaycanın bir hissəsi kimi tanımasına baxmayaraq, onları qaytarmaq istəməməsidir. BMT Təhlükəsizlik Şurası, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr kağız üzərində qalır. 28 ildir ki, münaqişənin həlli yollarını tapmaq üçün ATƏT-in Minsk Qrupu vasitəçilik məqsədi ilə fəaliyyət göstərir, lakin ortada heç bir nəticə yoxdur. Əslində, bu, münaqişənin hələ də həll olunmamasının ikinci səbəbidir və hal-hazırda artıq müharibə həddinə keçib. Yəni Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün vasitəçilər israr etmirlər və Ermənistana təzyiq göstərmirlər. Özünüz düşünün, erməni əsgəri Azərbaycan ərazisini tərk edən kimi sülh bərqərar olacaqdır?!. 
         -- Azərbaycan hərbi əməliyyatları dayandırmaq üçün hansı şərtləri irəli sürür?
        -- Bizim yalnız bir şərtimiz var, bu da qanuni və hamıya məlumdur. Ermənistan Azərbaycan ərazilərini işğaldan azad etməli, Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk etməli, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpa olunmalıdır. Bundan sonra, nəhayət, bölgədə sülh bərqərar olacaqdır.
         -- Siz deyirsiz ki, müharibə Azərbaycana sərf etmir, bəs onda kimə sərf edir?
         -- Məncə, bu, Ermənistan rəhbərliyinin hakimiyyətini qorumaq və vətəndaşlarını ölkədəki iqtisadi və siyasi problemlərdən yayındırmaq cəhdidir. Hücuma keçmədən iki gün əvvəl Ermənistanda əsas müxalifət partiyasının lideri həbs olunmuşdu. Bundan əlavə, bu il Ermənistan respublikası rəhbərliyinin reytinqi xeyli aşağı düşüb. Digər tərəfdən, ölkəni daha da böyük bir böhrana aparan pandemiya oldu. Bütün bunlar Ermənistan rəhbərliyinin xalqın etimadını itirməsi fonunda hakimiyyəti qorumaq üçün edilir. Xalqı daxili problemlərdən xarici düşmən obrazına yayındırmağa çalışırlar.
        --:Siz demək istəyirsiniz ki, bu hücum öncədən planlaşdırılmışdı?
          -- Əlbəttə, sentyabrın 27-də baş verənləri Ermənistan bir neçə aydır hazırlayırdı. Yalnız bu il, 12 iyul tarixində, Dağlıq Qarabağdakı münaqişə zonasından uzaq, Ermənistan-Azərbaycan sərhədinin Tovuz bölgəsi istiqamətində yerləşən yaşayış məntəqələrinə Ermənistan silahlı qüvvələri tərəfindən atəş açıldı. Onda bir neçə dinc sakin və hərbçi həlak oldu. Qarşıdurma dörd gün davam etdi. Ermənistan ərazisində heç bir hərbi hədəfimiz olmadığına görə, Ermənistan silahlı qüvvələri ərazimizdən geri çəkilən kimi, qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Sonra 23 avqust tarixində, səhər saat 5.45 radələrində erməni diversiya qrupu ərazilərimizə daxil olmaq cəhdi edərkən zərərsizləşdirildi. Bundan əlavə, erməni tərəfi açıq və nümayişkaranə şəkildə işğal olunmuş ərazilərə  və bizim qədim azərbaycan şəhəri olan Şuşaya Livandan ermənilərin köçürüldüyünü elan etdi, bu da, Cenevrə Konvensiyasına ziddir. Bütün bunlar sizin fikrinizcə nədir? Əlbətdə, onlar bizi uzun müddət təxribata çəkirdilər, görəndə ki, heçnə alınmır müharibəyə başladılar. Bütün bu müddət ərzində onlar dövlət sərhədi yaxınlığında silah və canlı qüvvə toplayırdılar. Bizim hökumətimiz dünya ictimaiyyətinə xəbərdarlıq etmişdir ki, Ermənistan müharibəyə hazırlaşır, lakin heç kim buna lazımi diqqət yetirmədi. Beləliklə, sentyabrın 27-də səhər tezdən onlar Azərbaycana hücum etdilər. Təmas xəttində yerləşən dinc sakinlərin yerləşdiyi yaşayış məntəqələrini atəşə tutdular və bu, bu günə qədər də davam edir. Raketlərdən istifadə edirlər. Təbii ki, günahsız vətəndaşlarımızı və bütün cəbhə boyu mövqelərimizi qorumaq üçün, əks hücuma keçməyə məcbur olduq.
 
 
 

Əlaqəli xəbərlər