FAZİL MƏMMƏDOV ORTAYA ÇIXDI VƏ… ƏMR VERDİ!

fazil-memmedov-məmmədov-azpolitika-info.jpg

Keçmiş nazir keçmiş müavinini vəzifəsindən uzaqlaşdırdı!

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi olub.

Araz.az xəbər verir ki, “AzPolitika”nın məlumatına görə, federasiya prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə qurumun I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Sahib Nurəddin oğlu Ələkbərov tutduğu vəzifədən azad edilib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Firdovsi Qəminalı oğlu Umudova həvalə edilib.

Qeyd edək ki, F.Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. O, güləş idman növünün inkişafındakı xidmətlərinə görə 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.

FAZİL MƏMMƏDOV ORTAYA ÇIXDI VƏ… ƏMR VERDİ!

Nazir vəzifəsindən uzaqlaşdırılsa da, Güləş Federasiyasının rəhbərliyində qalan F.Məmmədovun Vergilər nazirin müavini, yəni özünün keçmiş müavini Sahib Ələkbərovu federasiyadan uzaqlaşdırması maraqlıdır və təsadüfə oxşamır. Hər halda bu, adi kadr dəyişikliyi təsirini bağışlamır. Ümumiyyətlə, siyasi hakimiyyətin güclü pressinqi altında olan Fazil Məmmədovun Güləş Federasiyasının rəhbərliyində qalması, üstəlik hətta burda kadr dəyişikliyi etməsi çox təəccüblüdür. Xüsusən də onun vəzifəsindən uzaqlaşdırdığı şəxsin – Sahib Ələkbərovun Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərovun atası olması faktını nəzərə aldıqda.

Olmaya F.Məmmədov bununla güc göstərir? Bəlkə demək istəyir ki, hələ yıxılmayıb, ayaqdadır? Qəti bir söz demək çətindir. Amma istənilən halda, keçmiş nazirin keçmiş müavinini – hazırda hakimiyyətdəki ən təsirli fiqurlardan birinin atasını vəzifəsindən uzaqlaşdırması adi hadisə deyil.

2018-də Prezidentdən ən yüksək əfv fərmanı – “Qızıl amnistiya”

iha.jpg

Araz.az a24.az-a istinadla xəbər verir ki, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı bu haqda məlumat verib.

M.İbrahimqızı deyib ki, bu il imzalanacaq əfv fərmanı ilə daha çox məhbusun azadlığa qovuşacağı nəzərdə tutulur:

“Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası uzun illərdən bəri fəaliyyət göstərir. Bu komissiya daim çalışır, müraciətlərə baxır və sairə. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da cəzasını çəkən məhbuslara qarşı hümanizmin tərəfdarı olub. Ona görə də zaman-zaman yüzlərlə insan əfv edilib. Hazırda da Prezident yanında Əfv Məsələləri Komissiyası müraciətlərə baxır və müvafiq işlər aparılır. Cəzaların hümanistləşdirilməsi ilə bağlı ölkə başçısının qəbul etdiyi qərarı nəzərə alsaq, o zaman bu il imzalanacaq əfv fərmanının daha çox məhbusa şamil olunacağını söyləmək olar. Ancaq əfv fərmanının dəqiq vaxtını söyləyə bilmərəm. Bu cənab Prezidentimizin bilavasitə səlahiyyətlərinə aid olan məsələdir. Ancaq dövlət başçısı hər zaman olduğu kimi, bu il də ailələri sevindirəcək qərara imza atacaq”.

Deputat xatırladıb ki, 2017-ci ilin fevralında ölkə Prezidenti tərəfindən cəzaların hümanistləşməsi ilə bağlı çox mühüm qərar qəbul edilib:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bütün maddələri də dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq təkmilləşdirilir. Təbii ki, bütün bunlar əfv olunan insanlara şamil edilir. Yəqin ki, bu il də cənab Prezident tərəfindən növbəti əfv fərmanının imzalanması gözlənilir. İnşallah bu il daha çox məhbus Prezidentin imzaladığı qərardan faydalanacaq”. 

“Banklar haqqında” qanuna dəyişikliklər qüvvəyə mindi

cenab.jpg

Azərbaycan prezidenti İlham Əliyev "Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb.

Qanunun 57-11.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilib:

1.1. üçüncü cümlədən "ümumilikdə 90 gün müddətinədək” sözləri çıxarılıb;

1.2. aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilib: "Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur”.

Keçid müddəasında (Maddə 2) isə qeyd olunur ki, bu qanunun 1-ci maddəsi bu qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.

Yeni nazir gəlir, həm də yeniliklərlə!

yeni nazir.jpg

On milyon vətəndaşın əli ürəyinin üstündə qalıb

Araz.az sputnik.az əsasən xəbər verir ki, Yeri gəldi-gəlmədi istifadə olunmasına baxmayaraq, "sistemli siyasət" anlayışı o qədər də vahiməli deyil. Əslində, mövcud olmalı olan və üstəlik əşhədü-ehtiyacdan doğan bir idarəetmə formasıdır. Təbii ki, o sistem və onu yönəldən siyasətin məqsədi uğurlu perspektivləri təmin etdiyi halda.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© AZƏRBAYCAN PREZİDENTİNİN RƏSMİ İNTERNET SƏHİFƏSİ

Məsələn, sistemli siyasət olmayanda Oğuz rayonuna vəlvələ düşür ki, vay aman, yeni icra başçısı təyin olunub. Rayonda hamı pıçıldaşır: "Görəsən, necə adamdır? Xasiyyəti tünddürmü, yumşaqdırmı? Azmı alacaq-çoxmu yığacaq? Özündən əvvəlkinin aldıqlarının-verdiklərinin üzərindən xətt çəkəcəkmi? Dükan-bazarı növbəti dəfə sökəcəkmi? Üzü aqlaylanmış obyektləri yenidən bəzəyəcəkmi?" Və sair…

Sistemli siyasət yoxdursa, yeni polis rəisinin gəlişi Masallı camaatının yuxusunu ərşə çəkəcək. Taksi sürücüsündən bazar müdirinə, divar dibində siqaret tüstülədən yeniyetmədən İrandan çərəz daşıyan iş adamına, kəndçisindən şəhərlisinə qədər hamı təşviş içində düşünəcək: "O biri filan cür davranardı camaatla, bəs bunun iş metodu necə olacaq? Qabağına çıxan hər kəsi asıb-kəsəcəkmi, tutub-buraxacaqmı? Rəhmlidirmi, qəddardırmı?" Filan…

Ya da, hansısa gömrük postunun rəisi dəyişir. Əgər bu sahədə davamlı bir sistem olmazsa, sərhədin o tərəfindəki əcnəbi də, bu tərəfindəki yerli də başlayacaq maraqlanmağa ki: "Bu yeni gələn adam əvvəl haralarda çalışıb, əvvəlki iş yerlərində necə biri kimi tanınıb? Buradakı keçmiş rəislə anlaşdığımız kimi bununla da anlaşmaq mümkün olacaqmı? O yan-bu yana keçə biləcəyikmi, keçirə biləcəyikmi? Dolanıb-dolandıra biləcəyikmi? Yoxsa tutduğunu qoparandırmı?"

Bu cür misalların siyahısını dartıb istədiyiniz qədər uzada bilərik. Bunları qeyd etməkdə məqsəd odur ki, hər hansı ərazi vahidində, yaxud idarədə, müəssisədə qeyri-sistematik yanaşma, fərdlərin şəxsi keyfiyyətlərinə bağlı olan idarəçilik metodu yuxarıdakı problemlərin meydana çıxması ilə nəticələnir.

Baxın, Vergilər Nazirliyinin başında duran şəxs dəyişdi. Artıq nəinki həmin qurumun tabeçiliyində çalışan məsul şəxslərin, eləcə də vergi verən və alan bütün ölkə vətəndaşlarının əli ürəyinin üstündə qalıb. "Pis-yaxşı, o birinin iş metoduna alışmışdıq, alacağımızı-verəcəyimizi bilirdik, indi özümüzü nələrə hazırlayaq?" deyə. "O biri qurduğunu qurdu, yıxdığını yıxdı, ağlına gələn bütün ideyaları tətbiq etdi, bəs təzəsi hansı ideyalarla gəlir?" deyə. "Kimləri və nələri dəyişəcək, hansı sürprizlərlə rastlaşacağıq?" deyə…

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
© AZƏRBAYCAN PREZİDENTİNİN RƏSMİ İNTERNET SƏHİFƏSİ

Ya da, öz struktur genişliyi və əhatə etdiyi kontingentə görə vergilərdən heç də geri qalmayan, üstəlik millət və dövlət üçün vergilərdən daha önəmli olan bir sahəyə — təhsil sahəsinə diqqət yetirək.

On milyon vətəndaş intizarla yeni nazirin kim olacağını gözləyir: Kim olacaq? Necə biri olacaq? (Həm də haralı olacaq?) Bu dəfə 12 illik təhsildən 15 illiyə keçməyəcəyik ki? İndi müəllimlər hansı imtahanlara, şagirdlər hansı əlavə dərs yükünə, valideynlər hansı "əlavələrə" hazır olsunlar? Maaşların hesablanması, ödənilməsi qaydası yenəmi dəyişəcək, dəyişəcəksə, necə? Postda oturanlar onu qorumaq, oturmayanlar onların yerində oturmaq üçün kimlərə elçi düşsünlər, kimləri araya salsınlar…?

Bax belə. İndi əmin olduqmu ki, sistemli siyasət, haqqında danışılanlardan daha yaxşı bir şey imiş?

İşdən azad olunan 64 nəfər vergi işçisinin tam SİYAHISI...

vergiler.jpg
Yeni vergilər naziri Mikayıl Cabbarovun vəzifədən azad etdiyi 64 nəfərin adları məlum olub.
Araz.az “Ölkə.Aza istinadən vəzifədən azad edilən 64 nəfərin tam siyahısını təqdim edir: 
1) Əfəndiyev Rahim Veys oğlu - Nazirin müşaviri,  
2) Seyfullayev Qüdrət Vəkil oğlu    - Nazirin müşaviri,  
3) Məmmədov Əflatun Məsim oğlu - Nazirin müşaviri,  
4) Əhmədov İlqar İsmayıl oğlu - Nazirin müşaviri – Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru, 
5) Abdullayev Natiq Faiq oğlu - Aparat rəhbərinin müavini, 
6) Balaqadaşov Məhəmməd Müslüm oğlu - Maliyyə və təminat departamentinin baş direktorunun müavini, 
7) Rəsul-Əsl Əhmədağa Qafur oğlu - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini, 
8) Cəfərov Nəsimi Əsgər oğlu - Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini,  
9) Abasəliyev İlham Yaşar oğlu - Ərazi vergi orqanları ilə iş departamentinin baş direktorunun müavini, 
10) Miriyev Famil Fail oğlu - Əlaqələndirmə və idarəetmə departamentinin Əlaqələndirmə və idarəetmə idarəsinin direktoru, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti,

11) Axundov Akif Səadi oğlu - Departamentin baş direktorunun müavini,

12)    Verdiyev Mübariz Hüseyn oğlu - Departamentin İqtisadi təhlil idarəsinin 1-ci şöbəsinin rəhbəri, 
13) Bayramlı Fərid Mahmud oğlu  - Departamentin İri vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin böyük dövlət vergi müfəttişi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti    

14) Qurbanov Raqif Qurban oğlu - Departamentin baş direktorunun birinci müavini, 
15) Süleymanov Rasim Ramiz oğlu - Departamentin baş direktorunun müavini,  
16) Rzayev Vüqar Vaqif oğlu - Departamentin baş direktorunun müavini,  
17) Məmmədzadə Nicat Tahir oğlu - Departamentin Apellyasiya İdarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi, 
18) Hacıyev Tural Xəlil oğlu - Departamentin Bəyannamələr İdarəsinin 4-cü şöbəsinin rəhbəri, 
19) Hüseynov Azər Əskər oğlu - Departamentin Digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
20) Əfəndiyev Mahmud Seyfəddin oğlu - Departamentin Digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
21) Bədəlov Eldar Mülküm oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
22) Məmmədov Namiq İbiş oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
23) Qasımov Əbülfəs Natiq oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin rəhbəri, 
24) Rzayev Hünər Yaşar oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi,  
25) Əmiraslanov Mübariz Rəhman oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
26) Tarquliyev Qabil Cəfər oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
27) Quliyev Ceyhun Firəddin oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
28) Cəfərov Nail İslam oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri,  
29) Quliyev Murad Yavər oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini, 
30) Əsədov Bəhram Rafiq oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini, 
31) Muradov İlqar Heydər oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi, 
32) Cahangirov Nazim Sucəddin oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi, 
33) Abbasov Eldar Əvəz oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
34) Şahbazov Taryel Tapdıq oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
35) Həsənzadə Elxan Tofiq oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
36) Zeynalov Raul Süleyman oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
37) Baxşəliyev Kəmaləddin Məcid oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
38) Qurbanov Azər Şahvələd oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 
39) Abdullayev Çingiz Şaban oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 
40) Ağayev Allahverən Əliqulu oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 
41) Zeynalov Fuad Məhəmməd oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 
42) Rzayev Elçin Siyavuş oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
43) Poluxov Fəxrəddin Polux oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
44) Quliyev Fəhrad Mikayıl oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
45) Süleymanov Elyar Salman oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
46) Abbasov Abbas Qoşunalı oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti,

47) Qasımov İsrafil Məmməd oğlu - Departamentin baş direktorunun müavini,

48) Abdullayev Kəramət Həsən oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

49) Mustafayev Zaur Zəki oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
50) Axundov Rauf Tofiq oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
51) Axundov Rəzzaq Fəttah oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin rəhbəri, 
52) Mehdizadə Azər Ədalət oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəhbəri, 
53) Məlikli Cəmil Güləhməd oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
54) Hacıyev Elşad Cavanşir oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,  
55) Aslanov Firdovsi Qubad oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
56) İmanov Yaqub Şaban oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
57) Mahmudov Turac Müzəffər oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
58) Muradzadə Asif Sevindik oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
59) Cahangirov Asif Əbülfət oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
60) Xanməmmədov Emil Məmməd oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru, 
61) Xubanov Ravil Ziyəddin oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
62) Əhmədov Yavər Ziyafər oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
63) Kələntərli Elgüc Asif oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
64) Bəkirov Haley Əhməd oğlu  - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

21 -dən səhifə 29

Əlaqəli xəbərlər