Yeni nazir gəlir, həm də yeniliklərlə!

yeni nazir.jpg

On milyon vətəndaşın əli ürəyinin üstündə qalıb

Araz.az sputnik.az əsasən xəbər verir ki, Yeri gəldi-gəlmədi istifadə olunmasına baxmayaraq, "sistemli siyasət" anlayışı o qədər də vahiməli deyil. Əslində, mövcud olmalı olan və üstəlik əşhədü-ehtiyacdan doğan bir idarəetmə formasıdır. Təbii ki, o sistem və onu yönəldən siyasətin məqsədi uğurlu perspektivləri təmin etdiyi halda.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© AZƏRBAYCAN PREZİDENTİNİN RƏSMİ İNTERNET SƏHİFƏSİ

Məsələn, sistemli siyasət olmayanda Oğuz rayonuna vəlvələ düşür ki, vay aman, yeni icra başçısı təyin olunub. Rayonda hamı pıçıldaşır: "Görəsən, necə adamdır? Xasiyyəti tünddürmü, yumşaqdırmı? Azmı alacaq-çoxmu yığacaq? Özündən əvvəlkinin aldıqlarının-verdiklərinin üzərindən xətt çəkəcəkmi? Dükan-bazarı növbəti dəfə sökəcəkmi? Üzü aqlaylanmış obyektləri yenidən bəzəyəcəkmi?" Və sair…

Sistemli siyasət yoxdursa, yeni polis rəisinin gəlişi Masallı camaatının yuxusunu ərşə çəkəcək. Taksi sürücüsündən bazar müdirinə, divar dibində siqaret tüstülədən yeniyetmədən İrandan çərəz daşıyan iş adamına, kəndçisindən şəhərlisinə qədər hamı təşviş içində düşünəcək: "O biri filan cür davranardı camaatla, bəs bunun iş metodu necə olacaq? Qabağına çıxan hər kəsi asıb-kəsəcəkmi, tutub-buraxacaqmı? Rəhmlidirmi, qəddardırmı?" Filan…

Ya da, hansısa gömrük postunun rəisi dəyişir. Əgər bu sahədə davamlı bir sistem olmazsa, sərhədin o tərəfindəki əcnəbi də, bu tərəfindəki yerli də başlayacaq maraqlanmağa ki: "Bu yeni gələn adam əvvəl haralarda çalışıb, əvvəlki iş yerlərində necə biri kimi tanınıb? Buradakı keçmiş rəislə anlaşdığımız kimi bununla da anlaşmaq mümkün olacaqmı? O yan-bu yana keçə biləcəyikmi, keçirə biləcəyikmi? Dolanıb-dolandıra biləcəyikmi? Yoxsa tutduğunu qoparandırmı?"

Bu cür misalların siyahısını dartıb istədiyiniz qədər uzada bilərik. Bunları qeyd etməkdə məqsəd odur ki, hər hansı ərazi vahidində, yaxud idarədə, müəssisədə qeyri-sistematik yanaşma, fərdlərin şəxsi keyfiyyətlərinə bağlı olan idarəçilik metodu yuxarıdakı problemlərin meydana çıxması ilə nəticələnir.

Baxın, Vergilər Nazirliyinin başında duran şəxs dəyişdi. Artıq nəinki həmin qurumun tabeçiliyində çalışan məsul şəxslərin, eləcə də vergi verən və alan bütün ölkə vətəndaşlarının əli ürəyinin üstündə qalıb. "Pis-yaxşı, o birinin iş metoduna alışmışdıq, alacağımızı-verəcəyimizi bilirdik, indi özümüzü nələrə hazırlayaq?" deyə. "O biri qurduğunu qurdu, yıxdığını yıxdı, ağlına gələn bütün ideyaları tətbiq etdi, bəs təzəsi hansı ideyalarla gəlir?" deyə. "Kimləri və nələri dəyişəcək, hansı sürprizlərlə rastlaşacağıq?" deyə…

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib
© AZƏRBAYCAN PREZİDENTİNİN RƏSMİ İNTERNET SƏHİFƏSİ

Ya da, öz struktur genişliyi və əhatə etdiyi kontingentə görə vergilərdən heç də geri qalmayan, üstəlik millət və dövlət üçün vergilərdən daha önəmli olan bir sahəyə — təhsil sahəsinə diqqət yetirək.

On milyon vətəndaş intizarla yeni nazirin kim olacağını gözləyir: Kim olacaq? Necə biri olacaq? (Həm də haralı olacaq?) Bu dəfə 12 illik təhsildən 15 illiyə keçməyəcəyik ki? İndi müəllimlər hansı imtahanlara, şagirdlər hansı əlavə dərs yükünə, valideynlər hansı "əlavələrə" hazır olsunlar? Maaşların hesablanması, ödənilməsi qaydası yenəmi dəyişəcək, dəyişəcəksə, necə? Postda oturanlar onu qorumaq, oturmayanlar onların yerində oturmaq üçün kimlərə elçi düşsünlər, kimləri araya salsınlar…?

Bax belə. İndi əmin olduqmu ki, sistemli siyasət, haqqında danışılanlardan daha yaxşı bir şey imiş?

İşdən azad olunan 64 nəfər vergi işçisinin tam SİYAHISI...

vergiler.jpg
Yeni vergilər naziri Mikayıl Cabbarovun vəzifədən azad etdiyi 64 nəfərin adları məlum olub.
Araz.az “Ölkə.Aza istinadən vəzifədən azad edilən 64 nəfərin tam siyahısını təqdim edir: 
1) Əfəndiyev Rahim Veys oğlu - Nazirin müşaviri,  
2) Seyfullayev Qüdrət Vəkil oğlu    - Nazirin müşaviri,  
3) Məmmədov Əflatun Məsim oğlu - Nazirin müşaviri,  
4) Əhmədov İlqar İsmayıl oğlu - Nazirin müşaviri – Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru, 
5) Abdullayev Natiq Faiq oğlu - Aparat rəhbərinin müavini, 
6) Balaqadaşov Məhəmməd Müslüm oğlu - Maliyyə və təminat departamentinin baş direktorunun müavini, 
7) Rəsul-Əsl Əhmədağa Qafur oğlu - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini, 
8) Cəfərov Nəsimi Əsgər oğlu - Əlaqələndirmə və idarəetmə departamentinin baş direktorunun müavini,  
9) Abasəliyev İlham Yaşar oğlu - Ərazi vergi orqanları ilə iş departamentinin baş direktorunun müavini, 
10) Miriyev Famil Fail oğlu - Əlaqələndirmə və idarəetmə departamentinin Əlaqələndirmə və idarəetmə idarəsinin direktoru, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti,

11) Axundov Akif Səadi oğlu - Departamentin baş direktorunun müavini,

12)    Verdiyev Mübariz Hüseyn oğlu - Departamentin İqtisadi təhlil idarəsinin 1-ci şöbəsinin rəhbəri, 
13) Bayramlı Fərid Mahmud oğlu  - Departamentin İri vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin böyük dövlət vergi müfəttişi, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti    

14) Qurbanov Raqif Qurban oğlu - Departamentin baş direktorunun birinci müavini, 
15) Süleymanov Rasim Ramiz oğlu - Departamentin baş direktorunun müavini,  
16) Rzayev Vüqar Vaqif oğlu - Departamentin baş direktorunun müavini,  
17) Məmmədzadə Nicat Tahir oğlu - Departamentin Apellyasiya İdarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi, 
18) Hacıyev Tural Xəlil oğlu - Departamentin Bəyannamələr İdarəsinin 4-cü şöbəsinin rəhbəri, 
19) Hüseynov Azər Əskər oğlu - Departamentin Digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
20) Əfəndiyev Mahmud Seyfəddin oğlu - Departamentin Digər xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
21) Bədəlov Eldar Mülküm oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
22) Məmmədov Namiq İbiş oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
23) Qasımov Əbülfəs Natiq oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin rəhbəri, 
24) Rzayev Hünər Yaşar oğlu - Departamentin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi,  
25) Əmiraslanov Mübariz Rəhman oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
26) Tarquliyev Qabil Cəfər oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
27) Quliyev Ceyhun Firəddin oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
28) Cəfərov Nail İslam oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbəri,  
29) Quliyev Murad Yavər oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini, 
30) Əsədov Bəhram Rafiq oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəhbərinin müavini, 
31) Muradov İlqar Heydər oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi, 
32) Cahangirov Nazim Sucəddin oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi, 
33) Abbasov Eldar Əvəz oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
34) Şahbazov Taryel Tapdıq oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
35) Həsənzadə Elxan Tofiq oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,  
36) Zeynalov Raul Süleyman oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
37) Baxşəliyev Kəmaləddin Məcid oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
38) Qurbanov Azər Şahvələd oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 
39) Abdullayev Çingiz Şaban oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 
40) Ağayev Allahverən Əliqulu oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 
41) Zeynalov Fuad Məhəmməd oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 
42) Rzayev Elçin Siyavuş oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
43) Poluxov Fəxrəddin Polux oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
44) Quliyev Fəhrad Mikayıl oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
45) Süleymanov Elyar Salman oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
46) Abbasov Abbas Qoşunalı oğlu - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti,

47) Qasımov İsrafil Məmməd oğlu - Departamentin baş direktorunun müavini,

48) Abdullayev Kəramət Həsən oğlu - Departamentin Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

49) Mustafayev Zaur Zəki oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
50) Axundov Rauf Tofiq oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
51) Axundov Rəzzaq Fəttah oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin rəhbəri, 
52) Mehdizadə Azər Ədalət oğlu - Departamentin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəhbəri, 
53) Məlikli Cəmil Güləhməd oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
54) Hacıyev Elşad Cavanşir oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini,  
55) Aslanov Firdovsi Qubad oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
56) İmanov Yaqub Şaban oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
57) Mahmudov Turac Müzəffər oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
58) Muradzadə Asif Sevindik oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
59) Cahangirov Asif Əbülfət oğlu - Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini, 
60) Xanməmmədov Emil Məmməd oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru, 
61) Xubanov Ravil Ziyəddin oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
62) Əhmədov Yavər Ziyafər oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
63) Kələntərli Elgüc Asif oğlu - Departamentin Xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini, 
64) Bəkirov Haley Əhməd oğlu  - Departamentin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini,

Bakını köhnələrdən təmizləmə prosesi nə vəd edir?

qedim b.jpg

Millət vəkili: "Bu söküntü-tikinti dalğasında əsas məqsəd köhnə evlərdə yaşayan insanları yeni mənzillərlə təmin etməkdir"

Nazirlər Kabinetinin 86 saylı qərarından sonra Bakının müxtəlif rayonlarında söküntü bumu başladı. Qərara görə, Bakının 11 rayonunda köhnə binalar sökülüb yeniləri ilə əvəz edilməli, köhnə binaların sakinləri razı salınmalı, yeni mənzillə təmin edilənə qədər, kirayədə yaşamaları üçün kirayə haqları ödənilməli idi.

Tikinti eksperti Elnur Fərzəliyev
Tikinti eksperti Elnur Fərzəliyev

Araz.az-ın xəbər saytı supitnik.az-dan əldə etdiyi məlumatda deyilir ki, hələ bu proses sakit şəkildə davam edir. Amma ekspertlər hesab edirlər ki, cari ildə hansısa maliyyə böhranı baş verərsə, tikinti şirkətlərinin əksəriyyəti işi yarımçıq qoya bilər.

Tikinti eksperti Elnur Fərzəliyevin Sputnik Azərbaycan-a izahına görə, Bakı şəhərində start verilmiş pilot layihələrin tikintisi köhnə binaların yenilənməsinə və şəhərin gözəlləşməsinə xidmət etsə də, bu layihələrin geniş miqyas alması gələcəkdə bəzi ciddi problemlərə yol aça bilər: "Dövlət layihəsi olan bu proses dövlətin dəstəyi ilə, bir çox hallarda iş adamları tərəfindən aparılır. Evləri sökülmüş sakinlərə bina təhvil verilənə qədər kirayə pullarının ödənilməsində və həmin binalardan mənzillə təmin olunmalarında hələ ki ciddi problem yaşanmasa da, söküntülərin geniş halda aparılması gələcəkdə tikinti şirkətlərinin iflasa uğramasına gətirib çıxara bilər".

Ekspert bildirir ki, tikinti şirkətləri qoyduqları sərmayələri əlavə tikilmiş mənzillərin satışından əldə edir: "Lakin tikintilərin geniş miqyaslı aparılması gələcəkdə tikinti şirkətlərini alıcı qıtlığı ilə üz-üzə qoya bilər. Bu isə, həm evlərin qiymətlərinin ucuzlaşmasına, həm də tikintilərin yarımçıq qalmasına gətirib çıxara bilər".

Fərzəliyev hesab edir ki, söküntü işləri, əsasən qəzalı binalarda və istismar müddətini tam başa vurmuş, şəhərin arxitekturasına xələl gətirən keçmiş yataqxanalarda və bu tip binalarda aparılmalıdır: "Lakin söküntü aparılacaq ərazilərin seçiminin tikinti işlərini aparan şirkətlərin öhdəsinə buraxılması da sakinlərdə bəzi narazılıqlar yaradır. Belə ki, söküntü işlərinin, əsasən qəzalı və sökülməli binalarda aparılmalı olduğu hallarda, şirkətlər daha çox geniş həyət-bacası olan binaları sökməyə və daha geniş binalar tikməyə üstünlük verir".

"Bu layihələrə nəzarət edən qurumlar söküntü işləri aparılmış ərazilərdəki yarımçıq binalar tikilib təhvil verilməyənə qədər digər söküntülərin aparılmasına icazə verməməlidir. Əks halda, baş verə biləcək problemlər hər kəsə məlumdur. Çıxış yollarından biri kimi tikilməkdə olan mənzillərin qısa müddətdə çıxarışla təmin olunması və mənzillərin az faizlə, uzunmüddətli kreditlə satılmasıdır" – deyə ekspert qeyd edir.

Həmsöhbətimiz iddia edir ki, əks halda Bakını ciddi narazılıq dalğası bürüyə bilər.

Millət vəkili Vahid Əhmədov isə bu tip fikirləri qəbul etmir. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tikinti ilə bağlı mühüm mexanizmlər həyata keçirilir: "Bilirsiniz ki, bu istiqamətdə dövlət başçısının sərəncamları var. Bakı Şəhər İcra Hakimiyyətindən də köhnə tikintiləri söküb, yeni tikililərlə əvəz etməyə icazə verilib. Yeni binaların tikilməsi üçün sahibkarlara şərait yaradılıb. Buna görə də tikinti şirkətləri köhnə binaları sökür və həmin binalarda yaşayan sakinlərə də başqa yerlərdə kirayə yaşamaq üçün müəyyən qədər vəsait verilir".

Milli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov

"Düzdür, bəzən tikinti şirkətləri ilə sakinlər arasında müəyyən narazılıqlar yaşanır, qiymətlə əlaqədar müəyyən problemlər olur. Amma bu problemlər də öz həllini tapır. Buna görə də gələn il kütləvi aksiyaların baş qaldırması fikri ilə razılaşmıram" — deyən millət vəkili hesab edir ki, kiçik miqyaslı aksiyalar hər zaman olub.

"Ancaq dövlət heç bir zaman belə aksiyaları diqqətdən kənarda saxlamır, zaman-zaman bu problemlər müzakirə edilərək həllini tapır. Yadınıza gəlirsə, Yasamalda söküntülər olanda baş nazirin müavini Abid Şərifov əhali ilə görüşdü, vəziyyəti başa saldı. Yəni problemlər olur və zamanında da həllini tapır. Hökumət, dövlət, tikinti şirkətləri ilə əlaqədar olan istənilən problemlər zamanında həllini tapır. Bu söküntü-tikinti dalğasında əsas məqsəd köhnə evlərdə yaşayan insanları yeni mənzillərlə təmin etməkdir. Bu baxımdan ciddi kütləvi narazılığın olacağını düşünmürəm" — deyə V.Əhmədov qeyd edib.

Стройфирма выселяет людей из домов, Исполнительная власть обещает разобраться – ФОТО – ВИДЕО

dd.jpg

Баку, как живой организм, постоянно развивается.

Город становится больше, вырастая вширь и ввысь. Это - естественный и необходимый процесс, как и то, что старые постройки потихоньку уступают место новым домам.

Государство придает большое значение обновлению жилого фонда столицы, и с начала 2000-х в Баку появилось много новостроек, разительно изменился центр города, ранее застроенный одно- и двухэтажными домами, зачастую аварийными. Это заметно улучшило жилищные условия тысяч семей, транспортное сообщение в городе, экологию и т.д.

 

Одним из важных законодательных актов, регулирующих этот процесс, стало решение Кабинета министров Азербайджана №86 от 2016 года о проведении в ряде районов столицы работ по благоустройству, сносу аварийных зданий и строительству на их месте новых зданий, отвечающих современным требованиям, а также по улучшению жилищно-бытовых условий людей, проживающих в аварийных домах.

В рамках этого в разных частях города в рамках пилотных проектов уже снесен ряд домов, на их месте строятся новые. Этот процесс проходит в основном без особых проблем, и чаще всего компании-застройщики находят общий язык с жильцами. Но бывают, увы, и другие случаи – когда владельцы стройкомпаний предпочитают разговаривать с людьми с позиции силы, угроз и запугиваний.

 
 
 
Одним из ярких примеров этого является ситуация, сложившаяся сейчас вокруг жителей домов, расположенных в квартале между улицами Сулеймана Рустама, Хана Шушинского, Ханифы Алескерова и Гулу Гулиева в Насиминском районе столицы (между Насиминским базаром и парком Кероглу).

Они столкнулись с давлением со стороны представителей стройфирмы ООО Grand Plaza, которые выстроили забор вокруг их домов и приказали выселяться из квартир. При этом каких-либо гарантий жильцам стройфирма не дает, лишь обещает построить за 2 года здесь новый дом, в котором планирует предоставить квартиры старым жильцам. До того времени им будут ежемесячно выдаваться средства для аренды жилья.

 
 
 Во время ограждения территории представители стройфирмы вели себя напористо и по-хозяйски, замуровывая забором людей, живущих в своих домах и имеющих право на свободный доступ в жилище. Учитывая эту нахрапистость, тревога людей понятна. В целом здесь  проживает 101 семья, всего около 400 человек, и они сейчас обеспокоены своей будущей судьбой, резонно опасаясь оказаться на улице и стать бомжами.

«Люди протестовали против забора, некоторым женщинам стало плохо, приехали две кареты «Скорой помощи».

Также сотрудники стройфирмы вызвали полицию, обвиняя нас в каких-то акциях. Но мы всего лишь хотим понять, почему наш дом хотят снести. Мы его аварийным не считаем! Стройфирма обещает построить дом и выдать в нем нам квартиры, но лишь на словах. А где гарантии? Если через год эта фирма станет банкротом, где мы будем жить?!

А позиция Исполнительной власти Насиминского района нас удивила. Представитель ИВ, некто Нури Ахмедов, пришел на встречу с нами, но встал на сторону стройкомпании», - говорит один из жильцов Самир Джафаров.

«Я не хочу жить на съемной квартире, у нас хороший, вовсе не аварийный дом. Пусть тогда стройфирма купит мне равноценную квартиру в нашем районе, потому что она не предоставляет никаких гарантий, я им не верю», - говорит Лейла Ализаде.

 Комментируя ситуацию, в Исполнительной власти Насиминского района 1news.az заявили, что они не в курсе происходящего, и обещали направить своего представителя к жильцам для разбирательства.

Однако жители домов предоставили нам копию распоряжения главы ИВ Насиминского района Асифа Аскерова от 14 ноября 2017 года, в котором оговариваются условия сноса домов, а исполнение распоряжения поручается замглавы ИВ Гурбану Исмайлову.

 

В свою очередь, в Управлении полиции Насиминского района 1news.az заявили, что никто из жильцов не был наказан за акцию протеста, сотрудники полиции лишь прибыли на место и следили, чтобы в ходе нее соблюдался общественный порядок.

Все это весьма удручает, учитывая всю важность осуществления строительных проектов для Баку, их необходимость для обновления жилого фонда столицы. Но если говорить с людьми с позиции силы, не принимая во внимание обращения жильцов, проблем не избежать. В конце концов, люди имеют право получить гарантии того, что не останутся без крыши над головой, и задача соответствующих органов – обеспечить соблюдение законности в этом сложном, но таком нужном Баку вопросе, стать мостиком между жильцами и стройфирмами, помочь решить возникающие проблемы, найти взаимовыгодный компромисс.

1news.az будет следить за развитием событий и информировать читателей. Оставайтесь с нами.

 

Artıq sürücülük vəsiqəsinə ehtiyac qalmayacaq

img2000827.jpg

 

Almaniyanın nəhəng avtomobil firması "Volkswagen" sürücüsüz avtomobillər istehsal etməyə hazırlaşır.

Araz.az yenicag.az-a istinadən xəbər verir ki, firma "Google"un keçmiş idarəçilərindən olan Kris Urmsonun başçılıq etdiyi "Aurora" şirkəti ilə sürücüsüz avtomobillər istehsal etmək üçün razılaşma imzalayıb. Şirkət 2021-ci ilə qədər bir çox şəhərdə sürücüsüz avtomobillərin hərəkət edəcəyini bildirib. "Aurora" və "Volkswagen" arasındakı razılaşmaya əsasən, beş il içində bu avtomobillərə 34 milyard avro (80 milyard manat) investisiya yatırılacaq.

22 -dən səhifə 29

Əlaqəli xəbərlər