Masallını sarsıdan qətl hadisəsinin istintaq gedişindəki qanunsuzluqlara Rusiyadan sərt reaksiya

Araz.az saytı və “İrəvanın səsi” qəzeti Masallıda baş verən sarsıdıcı bir ölüm hadisəsi barədə dəfələrlə yazıb. Yazılarda qeyd olunub ki, qətli törədənlər hələ də azadlıqdadır. Oğlu öldürülən ata qan ağlayır, istintaqçı isə, öz bildiyini edir. İstintaq prosesinin gedişindəki biabırçılıq dolu özbaşınalıq və qanunsuzluq, sözün həqiqi mənasında, tükürpədicidir. Ölkə mətbuatında olduğu kimi, Rusiyada da, bu biabırçılığa ciddi reaksiya olub. Belə ki, mərkəzi ofisi Novosibirsk şəhərindəki Türkdilli Xalqlarla Slavyan Xalqları Arasında “Sodrujestvo” Əməkdaşlıq Fondu adından, qurumun İdarə Heyətinin sədri Fərman T. Rəsulov Azərbaycan Respublikası Prezidenti Aparatınin hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova, bu qətlin istintaq prosesinin gedişinə dərin narazılıq ifadəsi olan məktub ünvanlayıb.

Qəssaba media mükafatı: Təəssüf ki, mətbuata hörmətsizliyə qurumlarımız və həmkarlarımız ciddi reaksiya vermədilər

Mətbuatımızın bu cür acınacaqlı durumu ürək ağrıdır
1508055752_1.jpgAzərbaycan mətbuatında böhranın davam edib, daha da dərinləşməsini hamımız bilirik. Bu - sirr deyil, sübuta ehtiyacı olmayan bir aksiomadır. Bu, bir yana, qəzetçi kimi, bizi daha çox yandırıb, yaxan, daha çox məyus edən hazırki qəzetçilikdə baş verən biabırçılıq və iyrəncliklərdir. Bu da onu göstərir ki, jurnalistika dəstəmiz qədim maarifçi ruhu özündə daşımır. Müasir mətbuatın da, ilk sələfləri kimi, yoxsul olmasını yaxşı bilirik. Lakin mətbuatda pul əldə etmək üçün, sələflərimizdən fərqli olaraq, olduqca iyrənc üsullara əl atılır. Bir sözlə, klassik mətbuat kimi, müasir jurnalistika ağılı, xeyirxahlığı, əbədiyyəti yaymaq əvəzinə. cəmiyyətə ağılsızlığı və dəyərsizliyi daşıyır.

Bir yanda “Gloria Palace”, bir yanda “Rifah-Plaza” mülkiyyətçilərə "qan uddurur" - YENİLƏNİB

Pilot layihə adıyla özbaşınalıqların pik həddə çatmasına
başçı Asif Əsgərov münbit şərait yaradıb

WhatsApp Image 2017-10-06 at 22.46.16.jpeg

Pilot layihə gündəmə gələndən, özüylə bir ətək problem gətirib, cəmiyyətin çözülməz bir bəlasına çevrilib. Paytaxtda hara baxsan, bu yeni “xəstəliyin” təzahürləri hiss olunur. Elələri var, bu bəla onları yataq xəstəsinə çevirib, ağır xəstələrtək ayağa da dura bilmirlər. Axı, necə də ola bilər? Halalca ata-baba mülkü başına uçurulan kimin ürəyi bu dəhşətə tab gətirər?! Bu dəhşətdən bəhs edən bir yazını araz.az saytının və "İrəvanın səsi" qəzetinin əməkdaşları bu yaxınlarda oxucularımıza təqdim etmişdilər. Böyük rezonans doğuran “Pilot layihə adıyla özbaşınalıq və...” sərlövhəli həmin yazı, əsasən, Bakının Nəsimi rayonundakı Nəsib bəy Yusifbəyli küçəsi, 48, 50, 52, 54, 56, 58, 60, Abbas Səhhət küçəsi, 45, 47, 49, 51, 53, 55, 57... ünvanlarında yerləşən həyət tipli yaşayış evlərinin olduqca narahat və narazı mülkiyyətçilərinə qarşı bu pərdə altında həyata keçirilən və heç bir qanun çərçivəsinə sığmayan özbaşınalıqlardan bəhs edirdi.

23 -dən səhifə 28

Əlaqəli xəbərlər