Bir yanda “Gloria Palace”, bir yanda “Rifah-Plaza” mülkiyyətçilərə "qan uddurur" - YENİLƏNİB

Pilot layihə adıyla özbaşınalıqların pik həddə çatmasına
başçı Asif Əsgərov münbit şərait yaradıb

WhatsApp Image 2017-10-06 at 22.46.16.jpeg

Pilot layihə gündəmə gələndən, özüylə bir ətək problem gətirib, cəmiyyətin çözülməz bir bəlasına çevrilib. Paytaxtda hara baxsan, bu yeni “xəstəliyin” təzahürləri hiss olunur. Elələri var, bu bəla onları yataq xəstəsinə çevirib, ağır xəstələrtək ayağa da dura bilmirlər. Axı, necə də ola bilər? Halalca ata-baba mülkü başına uçurulan kimin ürəyi bu dəhşətə tab gətirər?! Bu dəhşətdən bəhs edən bir yazını araz.az saytının və "İrəvanın səsi" qəzetinin əməkdaşları bu yaxınlarda oxucularımıza təqdim etmişdilər. Böyük rezonans doğuran “Pilot layihə adıyla özbaşınalıq və...” sərlövhəli həmin yazı, əsasən, Bakının Nəsimi rayonundakı Nəsib bəy Yusifbəyli küçəsi, 48, 50, 52, 54, 56, 58, 60, Abbas Səhhət küçəsi, 45, 47, 49, 51, 53, 55, 57... ünvanlarında yerləşən həyət tipli yaşayış evlərinin olduqca narahat və narazı mülkiyyətçilərinə qarşı bu pərdə altında həyata keçirilən və heç bir qanun çərçivəsinə sığmayan özbaşınalıqlardan bəhs edirdi.

Araz Qurbanov “Müsəlman ermənilər” haqda YAZDI

xsx10102017.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) onilliyi ərəfəsində qurumun yeni nəşri – «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabı çapdan çıxıb.

30 ilin zəhməti bir saata dəymədi

xa_22.jpg

Millət vəkili Aqil Abbas qanunsuz işdən çıxarılan aktyor Əjdər Zeynalovun müdafiəsinə qalxdı

İrəvan Dövlət Dram Teatrında baş verən olaylardan hamının xəbəri var. Teatrda dava-dalaş düşmüşdü, belə davam etsəydi məsələni ATƏT-in Minsk qrupuna çıxaracaqdılar, yaxşı qurtardıq. Mədəniyyət və Turizm Nazirliyi özü məsələni yoluna qoydu. Bizdə olan məlumata görə, teatrın direktoru İftixar Piriyevə şiddətli töhmət verildi. Teatrın bir qrup tanınmış aktyorları da direktor İftixar Piriyevin müəyyən hərəkətləri ilə bağlı Nazirliyə müraciət etmişdilər. Nazirliyin yoxlaması da həmin müraciətdən sonra olmuşdu.

24 -dən səhifə 29

Əlaqəli xəbərlər