Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olundu- PROKURORLUĞUN TƏQDİMATIYLA

Sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsi olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun 18 sərəncamı ləğv olunub.

Araz.az “Qafqaz Xəbər” qəzetinə əsasən xəbər verir ki, bu barədə Gununsesi.info-ya etibarlı mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, icra başçısının Binəqədi rayonu ərazisində tikinti ilə bağlı verdiyi 18 sərəncam prokurorluğun təqdimatı ilə ləğv olunub.

Əldə etdiyimiz informasiyada həmçinin, o da qeyd olunur ki, həmin 18 sərəncamın bir neçəsi ictimai iaişə obyektləri, digərləri isə yüksək vəzifəli şəxslərə məxsus villalarla bağlıdır.

Xatırladaq ki, icra başçısının həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən ilkin addımlar atılmağa başlayıb. Belə ki, Xaləddin İsgəndərov Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verib.

Məlumatda həmçinin, o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb. Mənzillərin bölgüsü şəffaf aparılmayıb.

Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu yaradılıb. Dünən – yanvarın 7-si həftənin istirahət günü olmasına baxmayaraq, həmin insanlar ifadə vermək üçün avtobuslarla Binəqədi Rayon Polis İdarəsinə aparılıblar.

Bu faktlar onu göstərir ki, Xaləddin İsgəndərovun həbs olunması ilə bağlı versiyalar yaxın zamanlarda öz təsdiqini tapacaq.

“Ramiz Mehdiyevin modeli qələbə çaldı...” - Həmid Herisçi

Tanınmış yazar Həmid Herisçi Böyük Britaniyada Avropa İttifaqından çıxmaq üçün keçirilmiş referenduma münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, o, səsvermənin nəticəsi haqda fikrini bildirərkən "Avropa batır" ifadəsindən istifadə edib. Həmid Herisçi bununla Azərbaycan Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin dəstəklədiyi modelin qələbə qazandığını qeyd edib.

Mədət Quliyev: Aprel döyüşləri Ermənistanı dərin psixoloji sarsıntıya məruz qoyub

"Aprel döyüşlərinin nəticələrinin hərbi-siyasi əhəmiyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinə təsiri çöx böyükdür".
"Ararz.az"-ın "Trend.az"-a istinadən verdiyi xəbərə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı yazdığı məqaləsində qeyd edib.

N.Məmmədovun Nalbandyana cavabı- 'Bu lap ağ eləmək oldu'

"Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı?"

Bunu öz Facebook səhifəsində Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov yazır. 

O, Ermənistanın xarici işlər nazirinə cavab verir.

27 -dən səhifə 29

Əlaqəli xəbərlər