Müstəqil, qüdrətli Azərbaycan Heydər Əliyevin bizlərə mirasıdır

sabir_m1

Sabir Tarverdiyev:

“Hər bir azərbaycanlı müstəqil Azərbaycanda yaşadığı

üçün Heydər Əliyevin ruhu qarşısında baş əyməlidir”

“May ayının 10-da mənim üçün ən əziz gündür. Həmin gun  dahi öndər Heydər Əliyev dünyaya gəlib. O, artıq 8 ildir aramızda yoxdur. Əlbəttə, səkkiz il az vaxt deyil. Amma Heydər Əliyev hər zaman bizimlə olduğu üçün, bizlərə bu səkkiz il çox qısa bir müddət təsiri bağışlayır. O, sadəcə, cismən bizim aramızda yoxdur. Dahi öndər hər zaman mənim qəlbimdə, xatirələrimdə yaşayır”.  Bu kəlmələri qəzetimizə verdiyi müsahibəsində Milli Dövlətçilik Partiyasının sədri, İrəvan Mühacir Hökumətinin rəhbəri, xeyriyyəçi-messenant Sabir Tarverdiyev dedi...

 

- Sabir müəllim, siz Heydər Əliyevi şəxsən tanıyan, onun xarakterinə bələd olan azsaylı insanlardansınız. Bu gün onun haqqında nə danışa bilərsiniz?

- Heydər Əliyev haqqında danışmaq mənimçün yenə də ağırdır. Düzdür, onun ruhu hər an bizimlədir, amma onun cismən yoxluğunu düşünəndə, ən ağrılı hissləri yaşayıram. Bilirsiz, Heydər Əliyev haqqında hələ əsrlər boyu danışılacaq. Bu şəxsiyyət Azərbaycanın tarixinə əbədi yazılmaqla bərabər, həm də Azərbaycan tarixinin mühüm səhifələrini yazıb. Onun haqqında yüzlərlə kitab, məqalə yazılsa da, bunlar Heydər Əliyevin kim olduğunu açıb ortaya qoya bilməz. Çünki o, doğurdan da geniş qəlbə, mükəmməl xarakterə malik insan idi. Bu keyfiyyətləri sözlə, fikirlə ifadə etmək mümkün deyil. Şəxsən mən onu çox yaxından tanıyan insan kimi bunları bilirəm.

- Heydər Əliyev Azərbaycana nələri yadigar qoyub getdi?

- Elə müstəqil, qüdrətli Azərbaycanın özü Heydər Əliyevin bizlərə mirasıdır. Bunu kimsə dana bilməz ki, 1992-93-cü illərdə  Azərbaycanın yenicə bərpa olunmuş dövlət müstəqilliyi təhlükə altına düşmüşdü. Faktiki olaraq, xarici qüvvələr daxili düşmənlərimizin vasitəsi ilə Azərbaycanı əbədi işğal etməyə hazırlaşırdılar, bu istiqamətdə bir çox addımlar atmışdılar. Atılan addımların ağır nəticələri göz önündə idi o zamanlar. Azərbaycanın tamamilə işğal planı hazırlanmışdı. Bunun qarşısını almaq o zamankı yarıtmaz, fərasətsiz Cəbhə hakimiyyətinin imkanları xaricində idi. O zamanlar Cəbhəçilər özləri də anlayırdılar ki, düşdüyümüz bu bəladan Azərbaycanı ancaq Heydər Əliyev çıxara bilər. Həmin vaxt Heydər Əliyevin Bakıya gəlməsi, ölkəyə rəhbərlik etməsi üçün cani-dildən çalışan bir çox insanlar var idi. Onlardan biri də mən olmuşam. Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün biz canımızdan da keçməyə hazır idik. Çünki bu bizim tale məsələmiz idi. Başa düşürdük ki, dövlətimizi ancaq o xilas edə bilərdi. Heydər Əliyev gəldi, qısa bir müddətdə yox olmaq təhlükəsi ilə qarşılaşan Azərbaycanı düşdüyü vəziyyətdən çıxardı, müstəqilliyimizi, dövlətimizi göz bəbəyi kimi qorudu və onu qüdrətli bir dövlətə çevirib, Azərbaycan xalqına miras qoydu. Hər bir azərbaycanlı müstəqil Azərbaycanda yaşadığı üçün Heydər Əliyevin ruhu qarşısında baş əyməlidir. Həm də ona görə baş əyməliyik ki, o, dövlətimizin daha da inkişaf etməsi, onun naşı əllərə düşməməsi üçün xəstə yatan vaxtlarında da xalqımızı, dövlətimizi düşündü. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində səhhəti ilə əlaqədar namizədliyini Cənab İlham Əliyevin xeyrinə geri götürməsi də Heydər Əliyevin dahiliyindən, həyatının son günlərində də dövləti düşünməsindən xəbər verirdi. Çünki Heydər Əliyev siyasətini layiqli şəkildə ancaq İlham Əliyev davam etdirə bilərdi, dövlətimizi o inkişaf etdirə, regionun lider ölkəsinə çevirə bilərdi.

- Heydər Əliyevlə bağlı ən çox yadınızda qalan xatirənizi bilmək maraqlı olardı...

- Heydər Əliyev elə bir insan idi ki, onun hər bir addımı, sözü bizlərin yaddaşlarında həkk olunub. Onun çıxışları, keçirdiyi müşavirələr, məmurları danlaması, onlardan hesabat tələb etməsi, fəaliyyətlərini tənqid etməsi, mətbuat işçiləri ilə təmasları, xalq içərisində olarkən səmimi hərəkətləri bir lent kimi hər gün gözümün önün önündə canlanır. Mən Heydər Əliyevin fanatı olmuşam, indinin özündə də elə bilirəm ki, o, bizim aramızdadır, hər an biz onun qulluğunda durmalıyıq.

- Belə fikir var ki, əvəzolunmaz insan yoxdur. Amma Heydər Əliyev əvəzolunmaz olub. Bunu siz də təsdiq edirsiniz yəqin...

- Təbii ki, hər hansı bir deyim mütləq deyil. Hansısa aforizmin müəllifi də yanıla bilər. Konkret olaraq “əvəzolunmaz insan yoxdur” deyiminin yanlış olduğunu biz Heydər Əliyevin timsalında gördük. Heydər Əliyev əvəzolunmaz insandır. Tarixdə çox dahilər, ümummilli liderlər olub. Amma Heydər Əliyev tam fərqli bir dahidir, şəxsiyyətdir. O, məhv olmaqda olan Azərbaycanı xilas etdi. Elə bir siyasi kurs müəyyən etdi ki, yenicə müstəqillik qazanmış Azərbaycan cəmi 10 ildən sonra Avropa Şurasının üzvü də oldu. Regionun lider ölkəsinə çevrildik. Ölkənin əksər problemləri həll olundu. Bunların Heydər Əliyevdən başqa kimsə edə bilməzdi...

Müsahibəni apardı:

Hamlet SADIQOV

29 -dən səhifə 29

Əlaqəli xəbərlər