Hüseynqulu Bağırovun Avropadakı ailə biznesi (FOTO)

huseyn_bagirov.JPGKeçmiş nazirin oğlu Almaniyada 6 milyon avroluq bina alıb

17 il bu hakimiyyətin naziri işləmiş Hüseynqulu Bağırov görün xaricə nə qədər sərvət daşıyıb. Əminəm ki, Mircəfər öz qardaşı nəvəsini heç vaxt bağışlamazdı.

Razim Məmmədov istintaqa cəlb olunub - sabiq başçı həbsin bir addımlığında

1540834651 razim xetaiXətai rayonunun keçmiş rəhbərinin korrupsiya əməlləri araşdırılır; onun rayon ərazisində etdiyi qanunsuzluqlar incələnir, əmlakının milliləşdirilməsi prosesi aparılır...

Xətainin sabiq icra başçısı Razim Məmmədov istintaqa cəlb olunub. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, Razim Məmmədov əmisi oğlu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş Xalid Məmmədovun cinayət işinin araşdırılması zamanı toplanmış materiallarla bağlı sorğu-sual olunur. Qeyd edək ki, Xalid Məmmədov qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Bu əməlinə görə ona qarşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə istintaq aparılıb, ittiham irəli sürülüb. Amma X.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində X.Məmmədovun cinayət işi üzrə araşdırmalar davam etdirilir. Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

Ermənilər Rusiyanın səbr kasasını daşırdı

pasinyan Putin

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistandakı biolaboratoriyalarla bağlı bəyanatı İrəvanı təşvişə salıb. "Komsomolskaya Pravda" qəzetinə verdiyi müsahibəsində S.Lavrov Rusiya ilə Ermənistan arasında yeni anlaşmanın hazırlandığını söyləyib. Onun sözlərinə görə, anlaşma Ermənistan ərazisində hər hansı xarici ölkənin hərbi kontintenginin yerləşdirilməsini və mövcudluğunu birmənalı şəkildə istisna edir. Bu, müqavilənin qayəsidir. Mətndə isə, sadəcə, Ermənistanda fəaliyyət göstərən bioloji laboratoriyalardan bəhs olunur.

2 -dən səhifə 28

Əlaqəli xəbərlər