“Broker”MMC və Məlikovun dosyesi – ermənilərlə işbirliyi və Ara Abramyan sevgisi

1519734999_1501080097_1501062997_ebulfez-melikov.jpg


 "Gömrük İmperiyası”nın Anar Allahverdiyevi kimdir?

1 – ci yazı
Bir neçə gün öncə Realliq.info saytında “Trans-Broker” MMC-nin gömrükdəki hegemonlüğündan və sahibkarlara çevrilmiş kabusdan bəhs olunub. Məqalədə “Broker” MMC-nin fəaliyyətinə toxunularaq Dövlətdən milyonlarla vəsaitin necə oğurlanması ilə bağlı aparılan araşdırmalar nəticəsində üzə çıxan faktlara yer verilib.

Əbülfəz Məlikovun “Gömrük İmperiyası”

Realliq.info –nun araşdırmaları zamanı aydın olur ki, “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikov gömrük sistemini tamamilə nəzarətinə götürüb, Dövlət Kömrük Komitəsindən də böyük səlahiyyətlərə sahibdir. Onun cinayətkar şəbəkəsi gömrükdə özəl qaydalar tətbiq etməklə sahibkarları tələblərini yerinə yetirməyə məcbur edirlər. Tələblərdən imtina edən sahibkar sərhəddən heç bir mal ölkəyə keçirə bilməz.
Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə “haqq” ödəmək məcburiyyətindədir. Sahibkarların gətirdiyi mallar Əbülfəz Məlikovun brokerlərinin adına rəsmiləşdirilib, rüşvəti də sahibkarlardan bu yolla alırlar. Brokerlər ən müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq ediblər ki, bu da sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olub. Sahibkarlardan yığılan rüşvət isə “Trans Broker” MMC-yə axıb. Buna görə brokerlərin hər birinə Ə.Məlkov 5 min manat “paket” maaş verib. İşçilərin sayı isə 3000 nəfərdən çoxdur.
Realliq.info-nun araşdırmasına görə, invoys dəyəri 100 min dollar olan mal “Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min doların gömrük rüsumu və ƏDV-si daxil olur. Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir.

Ermənilərlə işbirliyi və Dövlətə xəyanət

“Broker MMC” –nin rəhbəri Əbülfəz Məlikovun korrupsiyalaşmış fəaliyyəti barədə verilən məlumatların həqiqətə əsaslandığına şübhə yoxdur. Maraqlı faktlardan biri isə odur ki, “Gömrük imperatoru” düşmənlərimizlə gizli işbirliyi quraraq dövlətə xəyanət edir. Ə.Məlikovun ermənilərlə qohum olması barədə mediada məlumatlar gedib. Lakin, bu qohumluq münasibətlərinin gizli tərəfləri açıqlanmır. Realliq.info qeyd edir ki, Əbülfəz Məlikov Rusiyada biznesmen kimi tanınan ermənilərlə sıx işbirliyindədir. Hətta onların ölkədən kənarda şərikli biznesləri də var. Məslənin əsl mahiyyəti isə xaricdə yerləşən erməni şirkətlərinin məhsullarının Azərbaycana daşınmasıdır. Məhz bu yolla ermənilərə böyük miqdarda qazanc verən Ə.Məlikov ölkə sahibkarlarını da istiqamətləndirir.

Realliq.info ölkə medisına istinadən qeyd edir ki, Sovetlər dönəmində Nəsimi rayonu ərazisində yerləşən “Pioner” kinoteatrının yanında qastronom mağazası fəaliyyət göstərirmiş. Həmin qastronomun müdiri əslən Gəncədən olan İsmayıl adlı şəxs olub. İsmayıl kişinin qastronomunda erməni millətindən olan Raisa Ovanesyan adlı bir qadın satıcı işləyirmiş. Raisa təcrübəli satıcı olduğu üçün o qastronomda İsmayılın sağ əli sayılırdı. Raisanın yanında isə köməkçi kimi öz ticarət fəaliyyətinə başlayan və əslən Şamaxıdan olan Əbülfəz adlı cavan bir oğlan var idi. Bu cavan şamaxılı balası Raisa Ovanesyan və onun gənc qızı Rena ilə dostluq edirdi. Bu dostluq sonra qohumluğa və böyük bir işbirliyinə çevrildi. Hətta Rena Ovanesyan dönüb Rena Məlikova oldu. Düzdür, apardığımız araşdırmaların nəticəsinə görə “qəhrəman”ımız hazırda kağız üstündə subaydır, ancaq… Apardığımız araşdırma nəticəsində o da məlum oldu ki, Raisa Ovanesyan və Rena Məlikova hazırda Bakı şəhərində yaşayırlar. Olsun. Onsuz da Azərbaycanda 30 min erməni əsilli gəlin yaşayır. Rena da olsun otuz min birinci. Hətta Rena Ovanesyanın 2 oğul anası olması da məlumdur. Bunu da haradasa qəbul etmək olar. Baxmayaraq ki, ermənilərlə hazırda müharibə vəziyyətindəyik. Ancaq bir şeyə heç cür dözmək və yazmamaq olmur. …
Sayt daha sonra yazır: Bu yaxınlarda bir həmyerlimiz Moskvadan Minvoda təyyarə ilə dincəlməyə uçarkən təyyarədə bir Moskva ermənisi olan Ara Abramyanla tanış olur. Söhbət Azərbaycandan düşəndə Ara deyir ki, , mənim bacım Raisa Ovanesyan, onun qızı Rena da Bakıda yaşayırlar, kürəkənim də azərbaycanlıdır. Ara öz kürəkənindən xeyli razılıq edib və deyib ki, yeznəm Bakıda nazirdir. Xeyli təəccüblənən həmyerlimiz soruşub ki, yeznəniz hansı sahəyə rəhbərlik edir? Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir.

Sonra Ara danışıb ki, “Moskvada bütün ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələr bizim əlimizdə cəmləşib”. Onun sözlərinə görə, “Monopoliya naziri” olan “yeznə” Moskvaya gələn kimi Azərbaycan üçün ərzaq məhsullarını sifariş edir. “Biz də ona bu işlərdə öz köməkliymizi əsirgəmirik, axı o bizim yeznəmizdir”, – deyə Ara Abramyan bildirib.

A.Abramyanın kim olması da oxucularda sual doğura bilər. Belə ki, Ara Arşaviroviç Abramyan da Moskvada “ermənilərin naziri” hesab olunur. Belə ki, erməni diasporunun lideri olan bu şəxsin müxtəlif biznes sahələrinə nəzarət etdiyi və hətta Azərbaycana qədər də əlinin uzandığı barədə iddialar var. Maraqlıdır, Abramyanın “əlini” Azərbaycana buraxan, onun pul kisəsini doldurmağa yardımçı olanlar kimdir?
Dövlətin milyonlarını, daha doğrusu milyardlarını ermənilərə daşıyan Əbülfəz Məlikovun gizli fiqurları siyahısında Allahverdiyivin adına az rast gəlinmir.

Anar Allahverdiyev kimdir?
“Broker”MMC və Məlikovun dosyesi – ermənilərlə işbirliyi və Ara Abramyan sevgisi
Realliq.info qeyd edir ki, əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun "Broker" MMC-nin "kassiri" və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Anar Allahverdiyevin "Broker" MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar. 

Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun "bəzi işlərini" görüdüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində iştirak etdiyi deyilir. Məlumatda qeyd olunur ki, Əbülfəz Məlikov "Broker" MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib. 
Ermənilərlə və ABŞ-da olan erməni lobbisi ilə əlaqələr məhz Anar Allahverdiyev vasitəsilə qurulur. Əbülfəz Məlikovun xalası oğlunın erməni lobbisini maliyyələşdirməkdə adı keçir və onun haqqında ciddi ittihamlar səslənməkdədir. Bu barədə növbəti yazıda...
Ardı var

İkram Rəhimov
Realliq.info saytının baş redaktoru

P.S. - Əbülfəz Məlikov Ara Abramyanla daha hansı biznesdə şərikdir?
- “Broker”MMC-nin gizli qalan himayədarı kimdir?
- Anar Allahverdiyevin dostluq əlaqələri qurduğu erməni şirkətlər hansılardır?
- Əbülfəz Məlikov erməni sahibkarlarına məxsus hansı məhsulları Azərbaycana gətirir?
- Rusiyada erməni şirkətlərinin hesabına ayda nə qədər köçürülür?
- Akif Çovdarovla “Broker”MMC –ni nə bağlayır?
- Əbülfəz Məlikovun ölkə mediasındakı adamı kimdir?
Bu və digər suallara növbəti yazıda cavab tapa bilərsiniz.

Ağdamda pambıq qalmaqalı: pulunu Kəmaləddin Heydərovdan al!

1519684078_q1384188275_kkamal.jpg


 Bu gün respublikanın kənd təsərrüfatı sahəsindən danışarkən xüsusi qeydlə pambıqçılığa dövlətin ən təpəsindən marağın önəmini görmək olur. Təsadüfi deyil ki, bu gün həmin sahənin Gilan Holdinqdə olması da yerli icra sturuktorlarının hansı səbəbdən cənfəşanlığını anlamaq asandır. Reportyor.info-nu bilgiləndirən mənbənin məlumatına görə, Ağdam rayonunda icra başçısı Raqub Məmmədov ilə Pambıq Məntəqəsinin müdiri Habil Abbasov arasında pul bölüşmə qalmaqalı yaranıb. Belə ki, Habil müəllimə “ənam” verəcəyini vəd verən icra başçısı sonradan sözündən qaçıb. Rüşvət qalmaqalı insidentə çevrilibdir. Hətta iş o həddə çatıb ki, Raqub Məmmədov; “Pambıq məsələsi Gilan Holdinqə aiddir, get pulunu Kəmaləddin Heydərovdan al”- deyə bildirməsi bir çox müəmmalı suallar doğurub. Görəsən həqiqətənmi həmin rüşvəti Habil müəllimə K.Heydərov verməlidir,yoxsa icra başçısı bilef edir? Mövzuya qayıdacağıq… 
repotyor.info

Füzuli Məmmədovun (Frenk Elkapone) yalanı və ayıbı

1519505134_jji.jpg


 "İnter Server” şirkətlər qrupunun prezidenti Füzuli Məmmədov (Frenk Elkapone) güya İtaliya mətbuatında Xocalı soyqırımına həsr edilmiş yazısının dərc olunması ilə bağlı uydurduğu yalan nəyə xidmət edir?

 Rusiyalı milyoner həmyerlimizin siyasi məqsədlərlə öz həmyerlilərini aldatmağa çalışması ayıb olduğu kimi, özünü Xocalı soyqırımı kimi ümummilli faciənin üzərindən ucuz bir şəkildə reklam etməsi isə ikiqat ayıbdır.
 
Azərbaycan əsilli iş adamı Füzuli Məmmədov–Frenk Elkapone bu dəfə daha ucuz reklam vasitəsi seçib. Azərbaycan mediasına verdiyi məlumata görə, guya onun İtaliya mətbautında Xocalı soyqırımına həsr edilmiş yazısı dərc olunub. Müəllifin mediamıza təqdim etdiyi bilgilərə görə, onun həmin yazsı İtaliyada qeydiyyatdan çıxmış reiverflash.it saytında dərc olunub.
 
PİA.AZ-ın əməkdaşıının apardığı kiçik araşdırmadan isə bəlli olub ki, Füzuli Məmmədovun həmin çox kiçik həcmli yazısı əslində adı şəkilən internet resursunun bloqunda yerləşdirilib ki, bunu istənilən oxucunun çox asanlıqla etməsi mümkündür. Oxucuların öz yazılarını yerləşdirməsi üçün internet portallarında ayrıca bloq səhifələrinin mövcudluğu hələlik bizim media üçün yad olsa da, belə bölmələr dünyada əksər internet qəzetlərində var və ənənə şəklini alıb.
 
Yəni istənilən internet istifadəçis, dünyanın hər hansı bir ölkəsində qeydiyyatdan keçmiş nüfuzlu bir internet resursunun oxucular üçün nəzərdə tutulmuş bloqunda yazı yerləşdirilə bilər. Məsələn, Azərbaycanda oturub Türkiyənin "Milliyyət” qəzetinin bloqunda, lap elə adı çəkilən İtaliya internet nəşrinin bloqunda yazı yerləşdirmək mümkündür. Füzuli Məmmədovun da həmin məqaləsinin linkinə diqqət etsəniz, http://www.riverflash.it/wordpress/?p=98780 bloq yazısı olduğu aydın görünür.
 
Qeyd edək ki, wordpress açıq qaynaq kod olaraq istifadəçilərə ödənişsiz olaraq paylanan bir blog proqramıdır. Hər gün həmin İtaliya nəşrinin wordpress bloq proqramında da minlərlə istifadəçi yazı yerləşdirir ki, bu yazıların demək olar ki, oxucusu olmur və heç kim üçün maraqlı da deyil.
 
Fuzuli Məmmədovun belə ucuz vasitələrdən istifadə edərək bizi guya İtaliya mediasında məqalə dərc etdirməsi adı ilə Azərbaycan mediasını və Azərbaycan ictimaiyyətini aldatması isə sadəcə olaraq ayıbdır. Burdan da həmçinin iş adamının genosidə məruz qalmış insanların ağrı və acıları üzərindən özünü ən ucuz şəkildə reklam etməyə çalışması və müəyyən siyasi məqsədlər güdməsi açıq-aydın görünməkdədir. İş adamının siysi məqsədlərlə öz həmyerlilərini aldatmağa çalışması ayıb olduğu kimi, özünü Xocalı soyqırımı kimi ümummilli faciənin üzərindən reklam etməsi isə ikiqat ayıbdır.
 
P.S. Qeyd edək ki, Elkapone mediamıza təqdim etdiyi screen-də yazının bloq materialı olduğunu gizlətmək üçün linkin "wordpress” hissəsini fotoşop vasitəsilə kəsdirib.
 
 
Qlobal.az

“Yapı Kredi Bank” hakim Vüqar Həsənova nə qədər “hörmət” edib?

tam-300x178.jpg


 “Yapı Kredi Bank Azərbaycan”la “Qafqaz Xəbər Agentliyi”nin məhkəmə çəkişməsi davam edir.

 
Belə ki, birinci instansiya məhkəməsi iddiaçı “Yapı Kredi Bank”ın iddiasını rədd etsə də, apellyasiya instansiyasında hakim Vüqar Həsənov çox güman ki, “Yapı Kredi Bank”ın ona etdiyi “hörmət” müqabilində bankın xeyrinə gözüyumulu əsassız qərar çıxarıb.
 
Olsun, ölkədə onsuz da Vüqar Həsənov kimi hakimlərin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsinə tez-tez rast gəlirik. Amma necə deyərlər, belə hakimləri vəzifədən tez bir zamanda uzaqlaşdırmağın vaxtı çoxdan çatıb. Və bu işlərlə bağlı Prezident cənab İlham Əliyevin nəzarəti ilə Məhkəmə-Hüquq Şurası ciddi tədbirlərini davam etdirir.
 
Qeyd edək ki, “Qafqaz Xəbər”ə qarşı çıxardığı əsassız qərar Vüqar Həsənovun təcrübəsində heç də birinci deyil. Hətta bir müddət əvvəl onun qanunazidd qərarları ilə bağlı Ali Məhkəmənin sədri özü Məhkəmə-Hüquq Şurasına müraciət etmişdi.
 
Şuranın 25.01.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Məhkəmə-Hüquq Şurasına müraciət edərək məhkumların barələrində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı müraciətlərə baxarkən qanunvericiliyin tələblərini pozduğuna görə Binəqədi rayon Məhkəməsinin hakimi Vüqar Həsənovun haqqında intizam icraatının başlanılması məsələsinə baxılmasını xahiş etmişdir. Şura nəticəyə gəlmişdir ki, Vüqar Həsənovun fəaliyyətində yol verdiyi qanun pozuntuları “Məhkəmələr və hakimlər haqqında” Qanunun 111-1 maddəsinə uyğun olaraq onun intizam məsuliyyətinə cəlb edilməsinə əsas verir.
Lakin hakim Vüqar Həsənovun fəaliyyətində yol verilmiş qanun pozuntularının dərəcəsini, işin hallarını və müvafiq işlərə baxarkən hakimlik təcrübəsinin az olduğunu nəzərə alaraq Məhkəmə-Hüquq Şurasının hakim üzvləri qərara alıblar ki,onun barəsində başlanmış intizam icraatına müzakirə ilə kifayətlənlənməklə xitam verilsin.
 
Bu rəsmi qərardan təqdim edilən bəzi hissələr də onu deməyə əsas verir ki, Vüqar Həsənovla bağlı səsləndirdiyimiz fikirlər, şübhələr heç də əsassız və yalnız bizim şəxsi mülahizəmiz deyil.
 
Hakimlər qərarları Azərbaycan dövlətinin adından çıxarırlar. Görəsən, hakim Vüqar Həsənov düşünmür ki, gözüyumulu çıxardığı qətnaməyə görə o, ölkə ictimaiyyətinin qınağına tuş gələ bilər?
 
Çox güman ki, bu onu maraqlandırmır, ona lazım olan “Yapı Kredi Bank”la bağlı öz maraqlarıdır ki, hansılara görə o, Məhkəmə-Hüquq Şurasının qarşısında cavab verməli olacaq. Onun gözüyumulu çıxardığı qətnamə sabah bu məhkəmə mübahisəsini hətta Avropa Məhkəməsinədək aparıb çıxara bilər. Bax onda bu hakimin gözünü açan orqanlar, ona deyəcəklər ki, “sən nə vaxtdan gözüyumulu qərarlar çıxarırsan?!”
 
“Yapı Kredi Bank” haqlı olsaydı, 1-ci instansiya məhkəməsi onun iddiasını mütləq təmin edərdi. Bank özü də haqlı olmadığını yaxşı bilir.
 
Qeyd edək ki, bankın, kreditə verdiyi milyonlarla manat pulları sonradan dollara çevirməsi səbəbindən problemlərlə üzləşən sahibkarlar “Qafqaz Xəbər”ə üz tutublar və bu barədə hal-hazırda araşdırmalar aparılır, agentliyin saytlarında silsilə yazılar hazırlanır.
 
Elə bu səbəbə bank əvvəlcədən “Qafqaz Xəbər”i susdurmaq istəyir. Lakin “Yapı Kredi Bank” üçün əfsuslar olsun ki, “Qafqaz Xəbər” susan deyil. Bağlanan bir neçə banklar kimi, bu bankla da bağlı sorğu-sual vaxtı çatacaq. Onsuz da ziyanla işləyən bu bankın filialları bağlanmaqdadır.
Neyləsin axı, vaxtı ilə nəqliyyat naziri olan Ziya Məmmədovdan istifadə edib oğluna milyonlarla kredit verirdi, amma indi nə Ziya Məmmədov var, nə də onun iş adamı olan oğlu Anar Məmmədov.
 
Onlara görə vaxtı ilə “yekə-yekə yapan” bankın filialları indi “bala-bala qapanır”.
 
Çünki, bank öz işini Azərbaycanda quranda əsas kreditləri iş adamlarına, onların məmur qohumlarına görə verirdi, indi isə həmin məmurlarla birlikdə iş adamları da ölkədən qaçaq düşüblər. Onlarla bacara bilməyən bank qərara gəlib ki, heç olmasa bir az xərcə düşüb müstəqil media ilə məhkəmə çəkişməsi açıb öz zorunu göstərsin. Ancaq iddiaçı bankın gücü heç vaxt olmayıb, sadəcə o bununla xof yaratmaq istəsə də cəhdi boşa çıxır. Çünki, zillətə saldıqları müştəriləri indi üz tutublar “Qafqaz Xəbər”ə və digər mətbu orqanlara.
 
İddiaçı “Yapı Kredi Bank” onun “İşgüzar nüfuzuna zərər vuran məlumatların dərc edilməsinə görə üzr istənilməsi, həmin məlumatların çıxarılması tələbinə dair iddia ərizəsi” ilə 5 may 2017-ci il tarixdə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir.
 
Bank iddiasında göstərmişdir ki: “Cavabdehlər “Qafqaz Xəbər Agentliyi” və Məmmədov Araz Kərəm oğlu özünün şəxsi facebook səhifəsində “Yapı Kredi Bank” haqqında həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatlar yaymışdır”.
Məlumatların mənbəsini iddiaçı bank özü ərizəsində göstərərək məhkəməyə bildirir ki, “365info.az” saytında verilmiş 21.03.2017-ci il tarixli “Yapı Kredi Bank” Azərbaycanın başını qara buludlar alıb, Nüanslar” və 28.03.2017-ci il tarixli “Yapı Kredi Bank Azərbaycan” Anar Məmmədovu məhkəməyə verib?-Araşdırma”; “Azerbaycaninfo.az” saytında verilmiş 2015-ci il tarixli ”Yapı Kredi Bank Azərbaycan” vətəndaşları necə aldadır?”; “Anaxeber.az” saytında verilmiş 15.09.2016-cı il tarixli “Fətulla Gülənin Azərbaycandakı gizli bankı-“Yapı Kredi Bank Azərbaycan”ın əsl sahibi kimdir?-ÖZƏL”; “Teref.info” saytında verilmiş 20.10.2016-cı il tarixli “Daha bir bank bağlanır-“Yapı Kredı Bank Azərbaycan” İDDİA”; “Ölkə.az” saytında verilmiş 17.04.2015-ci il tarixli “Yapı Kredı Bank Azərbaycan” müştərilərini aldadır-FOTOFAKT” başlıqları ilə yazılan məlumatları cavabdeh “Qafqaz Xəbər Agentliyi” özünün facebook səhifəsində 30-31 mart 2017-ci il tarixlərdə paylaşmışdır ki, bu da bankın işgüzar nüfuzuna xələl gətirir.
 
İddiaçı bank məhkəmədən Qafqaz Xəbər Agentliyi və Məmmədov Araz Kərəm oğlunun üzərinə “Yapı Kredi Bank”dan rəsmi qaydada üzr istəməsi, özünün şəxsi facebook səhifəsindən bank haqqında məlumatların çıxarılması və Qafqaz Xəbər Agentliyinin facebook səhifəsində və qafqaznews.az internet portalında bankın işgüzar nüfuzuna zərər vuran məlumatların yayılmasının qadağan edilməsi vəzifəsi qoyulması barədə qətnamə qəbul etməyi tələb etmişdir.
 
İddiaya cavab olaraq Qafqaz Xəbər Agentliyi “KİV haqqında” Qanunun tələblərini pozmadığına və Məmmədov Araz Kərəm oğlunun isə agentliyə aidiyyətinin olmaması barədə müvafiq sənədləri təqdim etməklə iddianın əsassız və qanunazidd olduğunu məhkəməyə bildirmişdir.
 
Nərimanov rayon Məhkəməsində hakim Qanunun tələblərinə uyğun olaraq cavabdeh olmayan tərəfi – Qafqaz Xəbər Agentliyini əsl cavabdehlə, yəni ilkin mənbə kimi məqalələri dərc etmiş saytlarla əvəz etməyi iddiaçı “Yapı Kredi Bank”a təklif etdikdə o, bundan imtina edərək, məhz Qafqaz Xəbər Agentliyinin məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Bu isə iddiaçının özünün qərəzli mövqedə olduğuna əsas verir.
 
İddiaçı bank qafqaznews.az saytını və Məmmədov Araz Kərəm oğlunu da cavabdehlər qismində məhkəməyə cəlb olunmalarını təkidlə məhkəmədən tələb etsə də, konkret olaraq buna dair heç bir sübut təqdim etməmişdir.
 
Məhkəmədə hakimin “Məmmədov Araz Kərəm oğlunun adını hardan götürüb iddiada göstərmisiniz?” sualını iddiaçı bankın nümayəndəsi Hacıyev Aydın belə cavablandırmışdır: “İnternetdən.Həmin vaxt saytlarda “Mətanət A” şirkətinin onu məhkəməyə verdiyi barədə yazılar gedirdi” (?).
 
Oxucuların marağı üçün bildirək ki, ötən il “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov əvvəlcə Xətai, sonra Nizami və axırda Nərimanov rayon Məhkəmələrinə müraciət etdiyi “şirkətin işgüzar nüfuzuna vurulmuş zərərə görə” əsassız iddiasında “Qafqaz Xəbər Agentliyi”ndən və şirkətin sabiq işçisi – Qarabağ Müharibəsi Veteranı F.S.İsmayılovdan “Mətanət A” şirkətinin xeyrinə 1.000 000 (bir milyon) manat və Bəşirov Elxan Hidayət oğluna, yəni özünə 1.000 000 (bir milyon) manat kompensasiya tələb etmişdi. Bütün instansiya məhkəmələri əsassız iddianı rədd etmiş olsa da, Elxan Bəşirov hələ də özünü məhkəmələrin dəhlizlərində “söküb-dağıdır”.
 
Bu misalı həm də ona görə çəkdik ki, əgər doğrudan da “Yapı Kredi Bank”ın məqsədi-məramı “bankın işgüzar nüfuzuna zərər vuran məlumatların yayılması”dırsa, bəs niyə onda yuxarıda göstərildiyi kimi hakim Abbas Əliyevin qanuni təklifindən, yəni məqalələri ilk dərc edən saytları məsuliyyətə cəlb etməkdən qətiyyətlə imtina edərək, məhz “Qafqaz Xəbər Agentliyi”nin məsuliyyətə cəlb etdirmək üçün dəridən-qabıqdan çıxır?
Nədəndir tərs damarına salıb dirəniş etmək?!
 
Yəqin ki, sahibkarlara verilmiş kreditlərlə bağlı problemlərin agentlik tərəfindən araşdırılacağından yaranan xof bankın canına üşütmə salıb.
 
Nərimanov rayon Məhkəməsinin hakimi Abbas Əliyev 03.07.2017-ci il tarixli qətnaməsi ilə “Yapı Kredi Bank”ın cavabdehlər Qafqaz Xəbər Agentliyi və Məmmədov Araz Kərəm oğluna qarşı “işgüzar nüfuza zərər vuran məlumatların dərc edilməsinə görə üzr istənilməsi, həmin məlumatların çıxarılması” tələbinə dair iddianı rədd etmişdir. Bununla razılaşmayan iddiaçı “Yapı Kredi Bank” apellyasiya şikayəti vermişdir.
 
Apellyasiya Məhkəməsinin hakimi Vüqar Təvəkkül oğlu Həsənov şikayəti qismən təmin edərək, yeni qətnamə ilə agentliyin üzərinə iddiaçıdan üzr istənilməsi həvalə etməklə özünün şəxsi Facebook səhifəsindən “Yapı Kredi Bank” haqqında həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatlar çıxarılmaqla, özünün şəxsi Facebook səhifəsində və qafqaznews.az internet portalında “Yapı Kredı Bank” haqqında həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatların yayılmasının qadağan edilməsini qət etmişdir.
 
Hakim Vüqar Həsənov bu qətnaməsi ilə Qafqaz Xəbər Agentliyinin qanunvericilikdə nəzərdə tutulan maddi və prosessual hüquqlarını pozmuşdur. Qətnamədən açıq-aşkar görünür ki, hakim Vüqar Həsənov istədiyi nəticəni əsaslandırmaq məqsədi ilə, ya özünün əldə etdiyi, ya da onun tapşırığı ilə iddiaçının sonradan tapıb gətirdiyi – “Yapı Kredi Bank”a dair olan, lakin iddiaya heç bir aidiyyəti olmayan materialları özü işə yerləşdirərək, onlardan ara-sıra yamaq kimi istifadə etməklə niyyətinə “qanuni” don geyinidirmək üçün əməlli-başlı canfəşanlıq etmişdir. Bu isə qətnamənin sifarişlə verilməsini düşünməyə əsas verir.
Belə ki, hakim Vüqar Həsənovun özünün (bəli, məhz özünün) qətnaməsində istifadə etdiyi, aşağıda sitat gətirilən “sübutlar”ın heç biri bankın iddia ərizəsində göstərilməmişdir və 1-ci instansiya məhkəməsinə təqdim olunmamışdır. Həmçinin onlar apellyasiya şikayətində də yoxdur, apellyasiya məhkəməsində də təqdim olunmamışdır. Hətta olunsaydı belə: “Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır” – Mülki Prosessual Məcəllə, Maddə 372.
 
Beləlikə hakim Vüqar Həsənovun qətnaməsində göstərilənləri və bununla bağlı iaradlarımızı, şərhlərimizi təqdim edirik:
 
1). “İşin materiallarında olan “Sumqayıt şəhər Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(060)-506/2017 saylı qərardadından məlum olur ki, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “Cumhuriyyet.az” internet informasiya portalına qarşı iddia ərizəsi iddiaçının ərizəsi əsasında baxılmamış saxlanmışdır.
 
İş materiallarına əlavə edilmiş “cumhuriyyet.az” saytının 12 dekabr 2016-cı il tarixli çıxarışından məlum olur ki,… …“Yapı Kredi Bank Azərbaycan” bitir: FƏTÖ ittihamı maliyyə problem yaradıb” başlığı altında…” və iddiaya aidiyyəti olmayan məqalənin uzun-uzadı məzmunundan hakim tərəfindən sitat gətirilir. (səh.6, abz.1);
 
1-A). Yenə eyni ilə “İş materiallarında olan 20 oktyabr 2016-cı il tarixli “anaxeber.az” saytından çıxarışdan məlum olur ki, “Yapı Kredi Bank Azərbaycan bitir: FƏTÖ ittihamı maliyyə problemi yaradıb” adlı məqalə dərc olunmuşdur və göstərilmişdir ki, “cumhuriyyet.az”-a daxil olan məlumata görə…” (səh.7, abz.4);
 
2). “…qafqaznews.az saytında isə 21 mart 2017-ci ildə yayımlanmışdır” (səh.7, 1-ci sətir);
 
3). “…qafqaznews.az saytında isə 29 mart 2017-ci ildə yayımlanmışdır” (səh.7, abz. 1);
 
4). “İşin materiallarında olan Ağdam rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(13)-1618/2017 saylı qətnaməsindən məlum olur ki, cavabdehlər “politika.az” informasiya agentliyi… Qətnamənin məzmunundan müəyyən olunur ki, politika.az rəsmi internet portalında “dollardan ən çox qazanan bank faş oldu: FƏTÖ-çu “Yapı Kredi Bank” haqqında iddialar” adlı məqalə dərc etmişdir.” (səh.8, abz.1);
 
4-A). Və yenə eynilə: “Bundan başqa, Ağdam rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(13)-1618/2017 saylı qətnaməsindən məlum olur ki, cavabdeh “politika.az” informasiya agentliyi … “dollardan ən çox qazanan bank faş oldu: FƏTÖ-çu “Yapı Kredi Bank” haqqında iddialar” adlı məqalə dərc etmişdir” (səh.9, abz.3);
 
5). “İşin materiallarında olan məqalədən müəyyən edilir ki, mülki iş üzrə məhkəmə icraatı dövründə-24 oktyabr 2017-ci ildə Qafqaz Xəbər Agentliyinə məxsus “qafqazxeber.az” saytında “Yapı Kredi Bank Azərbaycan” müştərilərini aldadır-FOTOFAKT” adlı məqalə yenidən oxşar məzmunla yayımlanmış və məqalədə digər mənbəyə istinad göstərilməmişdir” (səh.8, abz. 3) – bu məqalə barədə iddia ərizəsində göstərilməmişdir;
 
6). “İş materiallarında olan Teref.info tərəfindən 20.10.2016-cı il tarixdə dərc olunmuş və 31.03.2017-ci il tarixdə Qafqaz Xəbər Agentliyinin facebook səhifəsində yayımlanmış “Daha bir bank bağlanır-“Yapı Kredi Bank Azərbaycan” adlı məqalənin… …“cumhuriyyet.az” saytının 12 dekabr 2016-cı il tarixli “Yapı Kredi Bank Azərbaycan” haqda yazılanlar təsdiqini tapmadı” başlıqlı məqaləsi ilə 20 oktyabr 2016-cı il tarixdə yayımlanan “Yapı Kredi Bank Azərbaycan” bitir: FƏTÖ ittihamı maliyyə problemləri yaradıb” başlığı altında yer alan yazıda məqalə…” (səh.9, abz. 1) QEYD: yayımlanan məqalə ilə təkzib olunan məqalənin başlıqları və mətni eyni deyildir.;
 
7). “Məhkəmə Kollegiyası bu nüansla bağlı bildirir ki, …21 və 29 mart 2017-ci il tarixlərdə isə qafqaznews.az saytında yayımlanmışdır.” (səh.10, abz.2) – bu məqalələrə dair iddia ərizəsində göstərilməmişdir.
 
Hakim Vüqar Həsənov təkrar-təkrar “iş materiallarında olan” sadaladığı aidiyyətsiz sənədlərin mülki işdə necə peyda olduğunu məxfi saxlamışdır, yəni iddia ərizəsinə əlavə olmayan və 1-ci instansiya məhkəməsində araşdırılmayan bu sənədlər, heç apellyasiya məhkəməsində də rəsmi qaydada təqdim olunmamış və cavabdeh tərəfə də bildirilməmişdir.
 
İddiaçının ərizəsində göstərilməyən, iddia tələbi irəli sürülməyən yazıların qafqaznews.az saytında 21 və 29 mart 2017-ci il tarixlərdə dərc edilməsinin, həmçinin “…məhkəmə icratı dövründə-24 oktyabr 2017-ci ildə Qafqaz Xəbər Agentliyinə məxsus qafqazxeber.az saytında “Yapı Kredi Bank Azərbaycan” müştərilərini aldadır–FOTOFAKT” adlı məqalə yenidən oxşar məzmunla yayımlanmışdır” göstərməklə, yəni 5 ay sonra qafqazxeber.az saytında dərc edilmiş bu məqalənin Qafqaz Xəbər Agentliyinin Facebook sosial şəbəkəsindəki səhifəsində 30-31 mart 2017-ci il tarixlərdə başqa mənbələrdən götürmüş olduğu 6 məlumatı paylaşmasına dair iddiaya calaq etmək gözüyumulu tərəfkeşlik deyilmi?
 
Qanunvericilik Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyənləşdirir: “Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır”. Mülki Prosessual Məcəllənin 372. və 372.4. maddələrində bu öz əksini tapır, cənab hakim!
 
İddiaçı bankın Qafqaz Xəbər Agentliyinə qarşı iddia ərizəsində bu məqalənin “izi-tozu olmadığı” halda Qafqaz Xəbər Agentliyi məsuliyyət daşımalıdırmı?
 
Qətnamənizdə əsaslanmağa cəhd etdiyiniz “Kütləvi informasiya vasitələri haqqında” Qanunun “Təkzib, düzəliş və cavab vermək hüququ”nu müəyyənləşdirən 44-cü maddəsinə əsasən, fiziki və hüquqi şəxslər həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
 
Həmin Qanunun “Təkzib, cavab və düzəliş verilməsi qaydası”nı təyin edən Maddə 45.-in 6-cı hissəsinin 5-ci bəndində göstərilmişdir ki: “Təkzibdən imtina üçün aşağıdakılar əsas ola bilər: məlumatın və ya materialın kütləvi informasiya vasitəsində yayılmasından bir aydan çox müddət keçmişdirsə”
 
İddiaçı “Yapı Kredı Bank” isə “Qafqaz Xəbər Agetliyi”nin 30-31 mart 2017-ci il tarixlərdə paylaşdığı yazılar barədə agentliyin redaksiyasına ümumiyyətlə müraciət etməmişdir.
 
05.05.2017-ci il tarixdə, yəni 1 aydan çox müddət keçdikdən sonra isə məhkəməyə müraciət etmişdir.
 
Qətnamədə göstərilmişdir ki: “…qafqaznews.az internet portalında “Yapı Kredı Bank” haqqında həqiqətə uyğun olmayan və bankın işgüzar nüfuzuna zərər vuran məlumatların yayılması qadağan edilsin”.
 
Qafqaz Xəbər Agentliyinin özünün facebook səhifəsində paylaşdığı hər hansı bir məlumata görə “qafqaznews.az” saytı məsuliyyət daşımır və daşıya bilməz. Mülki iş üzrə cavabdehlik daşımayan və daşıması mümkün olmayan “qafqaznews.az” internet portalına gələcəkdə hər hansı bir əməli törətməyi Apellyasiya məhkəməsinin qadağan etməsi hansı qanuna uyğundur?
 
Daha sonra, qətnamədə Qafqaz Xəbər Agentliyindən özünün şəxsi Facebook səhifəsindən ”məlumatların çıxarılması” tələbi də qanunvericilikdə yoxdur.
 
Bütün bunlarla ürəyi soyumayan hakim Vüqar Həsənov özünün qətnaməsində təkrarən göstərir ki: “Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli,… …20 oktyabr 2016-cı il tarixli “anaxeber.az” saytında dərc olunmuş “Yapı Kredi Bank Azərbaycan bitir: FƏTÖ ittihamı maliyyə problemləri yaradıb” adlı məqalənin Qafqaz Xəbər Agentliyi tərəfindən 31.03.2017-ci ildə facebook səhifəsində yayımladığı üçün “Qafqaz Xəbər Agentliyi” MMC-in üzərinə “Yapı Kredi Bank” QSC-dən üzr istənilməsi…” (səh.11, abz.5).
 
Belə başlıqlı bir məqaləni 20 oktyabr 2016-cı il tarixdə “anaxeber.az” saytı dərc etməyib və Qafqaz Xəbər Agentliyi 31.03.2017-ci ildə facebook səhifəsində paylaşmayıb. Hakimin banka bu boyda “mərhəməti” nədən yaranmışdır? Yoxsa, “mərhəmət hörmətdən törəyib”?
 
Burda sual yaranır ki, “Axı ay, yoldaş Həsənov… bu “hörmət” nə boydadır ki, tarixi, başlığı, müəllifi, mətbu orqanı düz gəlməyən, yəni yerli-dibli olmayan bir şeyə görə gözünüzü yumub Qafqaz Xəbər Agentliyinin üzərinə üzr istənilməsi vəzifəsini qoymaq üçün əldən gedirsiniz?
 
Öz qətnamənizi özünüz bir daha diqqətlə oxuyun və yenidən qərar qəbul edin, kim-kimdən üzr istəməlidir?”
 
Əlavə olaraq qeyd edim ki, “Qafqaz Xəbər Agentliyi” dəfələrlə media ekspertlərinin bu məsələ ilə bağlı fikirlərini dərc edib ki,onları da oxuculara təqdim edirik:
 
“Məsələ ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Qafqaz Xəbər Agentliyinə bildirmişdir ki, “KİV haqqında” qanuna görə, başqa KİV-də dərc olunan və təkzib olunmayan məqalənin təkrar dərcinə görə məsuliyyət yoxdur. Mətbuat Şurası İdarə Heyətinin digər üzvü Yadigar Məmmədli isə məsələ ilə bağlı Qafqaz Xəbər Agentliyinə bildirib ki, KİV başqa media vasitəsində dərc olunmuş və təkzib olunmayn tənqidi xarakterli məqaləni dərc etmək hüququna malikdir.
 
Qanun digər tərəfin fikrinin öyrənilməsini mütləq tələb etmir. Qanunda yazılır ki, əgər material təkzib olunmayıbsa, başqa KİV-in onu təkrar dərc etmək hüququ var”. (LEGION).
 
Bundan başqa hüquq müdafiəçisi Səadət Bənənyarlı keçən il Qafqaz Xəbər Agentliyinə bildirmişdir ki, onun fikrincə , KİV başqa mediaya istinadən məqalə dərc edibsə, məsuliyyəti ilkin mənbə daşıyır.
 
Mövzu ilə bağlı vəkil Elçin Sadıqov isə Qafqaz Xəbər Agentliyinə bildirib ki, əgər məqalə təkzib olunmayıbsa, onda həmin məqaləni təkrar və istinadla dərc edən KİV “KİV haqqında” qanunun 62-ci maddəsinə görə, heç bir məsuliyyət daşımır.
 
Müzakirə olunan mövzu ilə bağlı hüquq müdafiəçisi Səidə Qocamanlı da Qafqaz Xəbər Agentliyinə bildirib ki, bu halda KİV qanunu pozmayıb və ilkin mənbəni göstərib: “Mən bu situasiyanı jurnalistikanın təqib olunması kimi qiymətləndirirəm”.
 
“Yapı Kredi Bank”ın iddiası ilə bağlı media üzrə ekspert Ələsgər Məmmədlinin də fikirlərini öyrənmişdik:“Əgər məqalə ilkin mənbəyə istinadla verilibsə, “KİV haqqında” qanuna görə, agentlik heç bir məsuliyyət daşımır”.
 
Məsələ ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət LEGİON-a bildirmişdir ki, “KİV haqqında” qanunda dəqiq göstərilib ki, digər KİV-in dərc etdiyi və təkzib olunmayan informasiyanı yayan media orqanı heç bir məsuliyyət daşımır. Bu halda məsuliyyəti ilkin mənbə daşıyır. Yəni istinadla təkrar dərc etməyə görə məsuliyyət yoxdur”.
 
“İki sahil” qəzetinin baş redaktor müavini İsmayıl Hacıyev də burada qanun pozuntusunun olmamasını qeyd edib. İsmayıl Hacıyev LEGİON-a bildirib ki, əgər Qafqaz Xəbər Agentliyi istinadla məqalə dərc edibsə, həmin məqalənin məzmununa görə məsuliyyətdən azaddır.
 
Haqqin.az saytının əməkdaşı Yusif Əliyev isə Qafqaz Xəbər Agentliyinə bildirib ki, siz heç bir məsuliyət daşımırsınız: “haqqin.az saytı da belə bir halla üzləşmişdi. Qarşı tərəfə cavab olaraq bildirdik ki, fikrinizi dərc etməyə hazırıq”.
Qafqaz Xəbər Agentliyi qarşı tərəfin fikrini öyrənmək üçün “Yapı Kredi Bank”ın mətbuat xidmətinin rəhbəri Heydər İsmayılovla əlaqə saxladı. O, bildirdi ki, “Bizə yazılı müraciət edin”.
 
Gördüyünüz kimi media səhəsində kifayət qədər nüfuzu olan şəxslər, ekspertlər, məsul şəxslər, həmçinin tanınmış hüquqşünaslar da o fikirdədirlər ki, “Yapı Kredi Bank”ın Qafqaz Xəbər Agentliyinə və Araz Məmmədova qarşı qaldırdığı iddia tam əsassızdır və bu baxımdan hakim Vüqar Təvəkkül oğlu Həsənovun “Yapı Kredı Bank”ın şikayətini təmin etməsi qanunvericiliyə tam ziddir”.
 
P.S. Qafqaz Xəbər Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.11.2017-ci il tarixli, 2(103)-9831/2017 saylı qətnaməsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilmişdir.

Ərdoğan əmr verdi: Kreml dərhal Əsədi…

erdogan.jpg2_.jpg


 Afrində kürdlərin Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı “dərin dövlət”ə aiddir.

Araz.az  xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi qeyd edib ki, Suriya Prezidenti Bəşər Əsəd Moskvanın marionetkasıdır:

“Bunun bariz nümunəsini Rusiya Prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik. Birincisi, Putinin təyyarəsi Dəməşqə yox, Rusiyanın hərbi bazasına endi və Əsəd həmin bazaya gəlib onu qarşılamağa məcbur oldu. İkincisi, Putin mikrafona yaxınlaşıb, hərbçilərini salamlayarkən rusiyalı adi zabit Suriya prezidentinin qolundan tutaraq, Putindən aralı dayanmağı tələb etdi. Bunları nəyə görə xatırlayıram?

Fikrimcə, Afrində YPG-nin Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı “dərin dövlət”ə aiddir. Kreml bununla Ərdoğanın nəbzini yoxlamaq istəyirdi. Təsadüfi deyil ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ötəngünkü açıqlamasında dedi ki, Afrin məsələsində Ankara ilə Dəməşq razılığa gəlməlidirlər. Amma Ərdoğanın “Afrində Əsədin qüvvələri olsa belə, şəhərə daxil olacağıq” ifadəsi Kremlin Əsədə “stop” əmri verməsilə nəticələndi. Afrinə daxil olmaq istəyən Əsəd gücləri Türkiyə ordusunun ilk xəbərdarlıq atəşindən sonra geri çəkildilər.

Türkiyə bu bölgəyə uzun müddətə gəlib”.   /Axar.az/

14 -dən səhifə 29

Əlaqəli xəbərlər