İkinci Qarabağ Savaşının astanasında: İşğalçının burnunu ovmağın əlifbası...

89323.jpg

İstər müharibədə, istərsə sakit həyatda əldə etdiyin nailiyyəti möhkəm tutub, onu maraqların naminə istifadə edə biləcəksənsə,  bu, uğur sayılacaq. Yox, qazandığın, əldə etdiyin nədisə, efemer cücüsü kimi bir anlıq parlayıb sönəcəksə, qısa müddət üçün xoş olub, sonra baş bəlasına çevriləcəksə bu, fəlakət sayılacaq.  Bu halda uğurla fəlakəti tərəziyə qoyanda, fəlakət gözünün ağır gələcəyi şübhəsizdir.
 Aprel döyüşləri zamanı Azərbaycan tərəfi canlı itkilər bahasına iki təpə - yəni yüksəklik aldı. Lələtəpə və bir də Talış kəndinin üstündəki yüksəkliklərdən birini. Neçə vaxtdan bəri əlimizdə olan, amma yaşayış riski böyük olan Cocuq Mərcanlı kəndinə olan təhlükə çəkildi və kənddə yenidən abadlıq və məskunlaşma prosesi başladı. Ermənilər bərk qorxdular, Dağlıq Qarabağdan, ətrafdakı işğal olunmuş rayonlardan da bəzi adamlar qaçmağa başladı. Xalqımızda yenidən ruh yüksəkliyi yarandı. Gənclərin döyüşə qorxmadan getmək istəyi ümidverici oldu. Təəssüf ki, bu uğurun ardı nə diplomatik cəbhədə, nə də hərbi sahədə davam etmədi, əksinə, getdikcə əleyhimizə işlədi.  
 
Ermənilər aprel döyüşlərindən sonra İrəvan küçələrində Rusiyanın bayrağını yandırmağa qədər etiraz etdilər. Nəticədə Rusiya “İsgəndər”raket kompleksini Ermənistan silahlı qüvvələrinə verdi. Rusiya və İran hərbi mütəxəssislərinin köməyilə müdafiə qurğularını yeniləyib möhkəmlətdilər. Rusiya Ermənistana 200 milyon dollarlıq, daha sonra 150 milyon dollarlıq silah verdi. Bir sözlə, erməni zəif tərəflərini bütün cəbhə boyu gücləndirdi. Ötən ilin fevralın sonunda 5 kəşfiyyatçımızın öldürülməsi də, düşmənin ən müasir gecəgörmə qurğuları ilə təmin olunmasının nəticəsi idi.
 
Beynəlxalq aləmdə daha ciddi uğurlara imza atıb Avropa İttifaqı ilə əməkdaşlıq müqaviləsini imzaladılar və islahatlar aparmaq üçün 170 milyon avro vəsait aldılar.
 
Düşmən hərbi işlərdən başqa ən əsas işləri Qarabağ ərazisində aparıb. Müntəzəm olaraq düşmənin işğal etdiyi torpaqlarımızda hansı məskunlaşma işləri görməsi haqqında mətbuatda  məlumatlar verilir.  Son zamanlar əldə olunan başqa məlumatları da diqqətinizə çatdırır, tərəzimizin fəlakət gözünün ağırlığını göstərməklə gözlərimizin nəhayət açılmasını, dörd olmasını xatırlatmaq vacibdir.
 
- Ermənilər Qubadlı rayonu ərazisindən axan Həkəri çayının qarşısını Zilanlı kəndinə çatmamış, yəni  Bərgüsad çayına birləşməmiş kəsiblər və faktiki olaraq Həkəri çayı Araza axmır. Orada iki böyük su anbarı tikilib və iki böyük balıq vətəgəsi yaradılıb və həmin su mənbələrindən Gəyən düzü deyilən yerdə taxıl tarlalarını suvarmaq üçün istifadə edirlər. Vətəgələrdə yetişdirilən nadir dağ fareli isə Rusiya bazarlarına Qarabağ məhsulu kimi göndərilir.
 
-  Ermənilər bütün kəndlərin və  başqa coğrafi yerlərin adlarını erməniləşdirib və GOOGLE-da  yerləsdirib. Bədbəxtçilik ondadır ki, Azərbaycan tərəfi də GOOGLE-da Qarabağ kəndlərinin adlarını erməni əlifbası ilə və ermənicə yazır və göstərir. Bir sıra hallarda Azərbaycan tərəfi  kəndlərin adını bilmədiyindən, ermənicə yazılmış adını dilimizdə yazır və ən biabırçısı da odur ki, bir sıra hallarda ağıla gələni yazırlar. Məsələn, Bərgüşad çayını Bazarçay yazırlar...!
 
- Məskunlaşma Aprel döyüşlərindən sonra  daha da sürətlənib və İrəvan - Kəlbəcər - Ağdərə yolunun çəkilməsi düşmən üçün həm hərbi, həm mülki mənada böyük əhəmiyyətə malikdir. Düşmən yeni binalar tikir, yollar çəkir və elektrik stansiyaları qurulur. Nədən düşmən atəşkəsə nəzarət adı ilə məskunlaşmanı sərbəst aparmaq məqsədilə cəbhə bölgəsində ATƏT-in səlahiyyətli nümayəndəsinin müşahidəçilərinin sayını artırmağa nail ola bilir, amma Azərbaycan tərəfi ATƏT qarşısında problem həll olunmayana qədər qanunsuz məskunlaşmanı qadağan edən müqavilənin bağlanmasını tələb edə bilmir və bu məqsədlə həmsədrlərin əlavə müşahidəçisinin təyin olunmasına, onun ofisinin əməkdaşlarının da paritet şəkildə olmasına nail ola bilmir?
 
- Erməni işğalından əlavə İranın işğalından heç kim danışmır. Xəbərimiz varmı ki, İran bizim ərazimizdə Xudafərin su anbarı tikib. Zəngilan və tam olaraq Gubadlı rayonuna xidmət edən Akara dəmiryol stansiyası, Cəbrayılın və Füzulinin kəndləri su anbarının altında qalıb. Bakı-Naxcıvan dəmiryolunun bu hissəsi də su altında qalıb.
  
Amma, burda qeyri-adi heç nə yoxdur. Torpağına sahib olmayan millətin yiyəsiz bostanını bir tərəfdən ermənilər, bir tərəfdən də İran uralayıb. Biz ili-ilə sata-sata 24 ilə çatmışıq. Heç kim bizim əvəzimizə bizə vətən torpağı qaytarmayacaq. 
 
Ona görə də torpaqlarımızda azğıncasına, saymazyana məskunlaşma aparan işğalçının burnunu ovmaq üçün onlara haqq etdikləri qulaqburması verilməlidir. Dəqiq zərbələrlə onların strateji hədəfləri və tikdikləri qurğuları yerlə bir etməliyik. Buna raket zərbəsi ilə nail olmaq risklidirsə, kəşfiyyatımızın əli ilə partizan hərəkatına başlamaqla Qarabağın hər guşəsini işağlçı üçün cəhənnəmə döndərməliyik ki, kimsə cürət edib orada nəsə tikib yaratmağa ürək eləməsin. Heç bir əcnəbini erməni fitnəsinə uydurub işğal altındakı rayonlara investisiya qoymasına nail ola bilməsinlər. Yəni birbaşa hərbi əməliyyatlara başlamırıqsa heç olmasa, onlara rahatlıq verməyək. Yoxsa hər şey üçün çox gec olacaq...

Rusiyada Azərbaycan diasporunun acınacaqlı durumu: Problemlərdən çıxmaq üçün, diaspor fəalının soydaşlarımıza MÜRACİƏTİ

 1mz.jpg

Əvvələr taleyini Rusiya ilə bağlayan, Federasiyanın Novosibirsk vilayətində çoxşaxəli iqtisadi fəaliyyətlə bərabər, regionun ictimai-siyasi mühitində fəallığı ilə seçilən, burada olduqca səs-küylü Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Həmrəylik”) Əməkdaşlıq Fondunu yaradan, rəhbəri olduğu bu təşkilatın aktiv fəaliyyətini doğma Vətən naminə günü-gündən genişləndirmək üçün çalışan, təkcə bu ölkədə deyil, beynəlxalq miqyasda belə, adıçəkilən təşkilatın xətti ilə, ulu öndər Heydər Əliyev ideyalarının təntənəsinə, onun banisi olduğu milli dölətçiyilimizin, mədəniyyətimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin... geniş təbliğinə, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşıb, inkişaf etməsinə həsr edən Mirkazım Seyidovu respublikamızda da tanımayan tapılmaz: O səbəbdən ki, ümummilli liderin əsl fanatlarından biri olan fəal ictimai-siyasi xadim kimi, ölkəmizin bütün ictimai-siyasi təbəqələri arasında, elə, belə də ad çıxarıb, hörmət-izzət sahibi olub, ulu öndərin layiqli varisi, möhtərəm İlham Əliyev cənablarının dövlət başçısı postunda həyata keçirdiyi hərtərəfli möhtəşəm işlərə siyasi, maddi-mənəvi dəstək olmaqdan daim rahatlıq tapıb. Bu sadaladıqlarımızdan əlavə, Novosibirskdə uzun zaman qəzet redaktoru vəzifəsində çalışıb, ana dilimizdə “Odlar yurdu” adlı qəzet və jurnal çıxarıb. Novosibirskin ən populyar media orqanı olan “Moment istinı” qəzeti ilə əməkdaşlıq edib, oxucularına Azərbaycan həqiqətlərini çatdırmaq üçün gecə-güündüz əziyyət çəkib. Yaradıcılığı müxtəlif mükafatlara layiq görülən şair-publisist kimi, onlarla maraqlı kitabını da, Azərbaycan həqiqətləri, ulu öndər ideyalarının qələbə çalması naminə qələmə alıb. Diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə, mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə, respublika prezidentinin sərəncamlarıyla, əvvəlcə “Tərəqqi” medalı, sonra isə, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Mirkazım Seyidov, Rusiyadakı Azərbaycan diasporunun mövcud acınacaqlı durumuyla əlaqədar, soydaşlarımıza və əlaqədar dövlət qurumlarına səs-küylü MÜRACİƏT ünvanlayıb.

Həmin MÜRACİƏTDƏ deyilir: “Mən, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ictimai-siyasi həyatlarına dərindən bələd olan bir şəxs kimi, açıq-aşkar onu deyə bilərəm ki, bu ölkədəki Azərbaycan diasporu çox acınacaqlı durumdadır və vəziyyəti olduqca təəssüf doğurur. Burada yaşayıb, fəaliyyət göstərən digər millətlərin diaspor qurumları kimi, hələ də siyasi qüvvəyə çevrilə bilməmişik. Rusiyadakı diaspor fəaliyyətimizin uğursuzluğu ümumi hərəkətsizliyin, bu sahədə ümummilli məqsəddən kənar hərəkətliliyin acı nəticəsidir. Əslində, milli diaspor dövlətimizin xarici siyasətinin əsas meyarı və lokomotividir. Hazırda – Rusiya vətəndaşı olmasam da – bu ölkədə diaspor quruculuğu, onun inkişafı ilə bağlı müxtəlif görüşlərim olur; Bu yaxınlarda Krasnoyarsk vilayətində ən fəal diaspor nümayəndələrindən olan Taleh Mahmudovla və Camal Ələsgərovla, Tomsk vilayətindəki Milli-Mədəniyyət Muxtariyyatinin rəhbəri Ələkbər Rəhimovla, eləcə də digər fəal şəxslərlə görüşlər keçirdim. Görüşlərimizdə əsas məqsəd, diaspor fəaliyyətində buraxılan boşluqların, eyni zamanda, son vaxtlar bu regionlardakı Azərbaycan icmasının diaspor təşkilatlarına qarşı yaranan inamsız, incik, soyuq münasibətin səbəblərinin müzakirəsi ilə bağlı idi... ...Xatırladım ki, bir müddət öncə Milli Məclisin üzvlərindən birinin Rusiyada yaşayan soydaşlarımız barədə səsləndirdiyi məsuliyyətsiz fikirlər, o cümlədən, əsası Heydər Əliyev tərəfindən qoyulan Diasporlarla İş üzrə Dövlət Komitəsinin bu məsələyə reaksiya verməməsi nəinki burada yaşayıb, fəaliyyət göstərən çoxsaylı ziyalılarımızı və iş adamlarımızı, eləcə də adi insanlarımızı belə müəyyən mənada incik salıb. Bu məsələ, ümumi mənada, çox mənfi bir hal kimi bütövlükdə Azərbaycanımızın xeyrinə olmayıb. Eyni zamanda, Azərbaycandakı məmur kontingentinin bəzi nümayəndələrinin Rusiyada fəaliyyət göstərən diaspor nümayəndələrinə - bunların əksəriyyəti iş adamlarıdır – doğma münasibət bəsləməmələri, bu insanları ölkəmizdən incik salmaqla yanaşı, həm də Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun qarşısını alır. Dünya Azərbaycanlılarının III qurultayında ölkə başçısı, çox hörmətli İlham Əliyev cənabları, bütün bunlarla bağlı, çoxlu iradlar səsləndirdi və öz tövsiyyələrini verdi. Əsas tövsiyyələrdən biri ondan ibarət idi ki, diaspor təşkilatları öz aralarındakı mövcud problemləri təcili aradan qaldırmalı, səfirlik və konsulluqlarla iş mexanizmlərini operativ hala gətirməli idilər. Çalışmaq lazım idi ki, bu problemlər aradan qaldırılsın. Lakin bu olmadı, prezident tövsiyyələrinin həyata keçirilməsinə belə əməl olunmadı. Təşkilatların vahid birliyinə nail olmaq heç kəsi maraqlandırmadı. Çünki, diaspor təşkilatlarımızın fəaliyyət istiqamətlərini indiyədək hansısa vahid qurum yox, onları yaradan şəxslər müəyyənləşdirir. Bu şəxslər arasında olan münaqişə və iddialar, dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə olan diaspor birliyinə imkan vermir: Rusiyada diaspor təşkilatlarımız, demək olar ki, qəbilə formasında ayrı-ayrılıqda fəaliyyət göstərir. Və buna görə də, bunun müsbət nəticəsi indiyədək ortada yoxdur. Onu da deyim ki, təşkilatlar arasındakı əlaqəsizlik və narazılıq mühitindən yerli hakimiyyətlər də böyük məharətlə istifadə edirlər. Rusiyanın müəyyən dairələrinin Azərbaycana qarşı münasibətlərini hamımız çox yaxşı bilirik; Bunu, uzaq olmayan tariximizə nəzər saldıqda belə aydın görmək olur. Belələri, bu gün Rusiyada Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən düşmən qüvvələr tərəfindən maliyyələşərək, hər vəchlə xalqımız və mövcud hakimiyyət əleyhinə cürbəcür iyrənc iftiralar yağdıran "azərbaycanlıların” yaratdıqları "təşkilatlar”dan məharətlə istifadə edirlər. Əlbəttə, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları vaxtında vahid siyasi gücə çevrilə bilsəydilər, indki situasiyada olmazdı. Bu gün Rusiyada yəhudilərin, ermənilərin, almanların, tatarların, hətta ruslarla müharibə vəziyyətində olan ukraynalıların çox güclü diaspor qurumlarını görəndə, təəssüflənməyə bilmirsən. Onlarla Rusiyanın mərkəzi hakimiyyəti belə hesablaşmaq məcburiyyətindədir. Sözün həqiqi mənasında, Azərbaycan diasporu, sadaladıqlarım ölkələrin diasporları ilə müqayisədə, demək olar ki, yox dərəcəsindədir. Yoxluğumuza və zəifliyimizə başlıca səbəb isə, yuxarıda qeyd etdiyim kimi, bu ölkədəki səfirlik və konsulluqlarımızın, Diaspor Komitəmizin, bir də bu təşkilatların fəaliyyətini tənzimləyib, yönləndirən şəxslərin düzgün, dinamik iş prinsipi seçməmələridir. Bunu, tədricən də olsa aradan qaldırmaq isə, çox çətin görünür. Təşkilat rəhbərləri arasındakı inamsızlığı aradan qaldırmağın özünün belə olduqca çətin bir proses olduğu heç kəsə sirr deyil. Ölkə başçısı Dünya Azərbaycanlılarının IV qurultayında "Mən çox istərdim ki, xaricdə yaşayan, fəaliyyət göstərən hər bir azərbaycanlı, heç olmasa, ildə iki dəfə öz ölkəsinə gəlsin, buraya investisiyalar yatırsın” sözlərini ona görə xüsusi vurğuladı ki, əvvəllər, yəni 90-cı illərdə xaricə üz tutan bəzi həmyerlilərimizin tez-tez "Mən Azərbaycandan küsüb gəlmişəm” sözlərini işlətmələrini, o da yaxşı bilirdi. Çox sevindirici haldır ki, bu kimi məyusedici sözlər sonradan unuduldu. Vətən, yurd sevgisi bu kimi zərərverici sözləri unutdurdu. Bu gün könüllü şəkildə Rusiyaya gedənlərimizin sayı, o illərdə gedənlərdən çoxdur. Artıq "küsüb getmək” məfhumu köhnəlib. Rusiya ¬ böyük ölkə, xalqımız – qoçaqdır! Bu ölkədə müəyyən biznes işləri təşkil edib, uğur qazanmaq şansları da yüksəkdir, bu səbəbdən, oğul-qızlarımız ora üz tuturlar. Diasporumuz Azərbaycan dövlətinin xarici siyasətinin tərkib hissəsidir, bu sahəyə xüsusi diqqət olmalıdır; Əslində, bu var. Əsası ulu öndər tərəfindən qoyulan Diasporlarla İş üzrə Dövlət Komitəsi, bütövlükdə, Azərbaycan diasporunun dünya səviyyəsində yaradılıb, formalaşmasına nail ola bildi. Bu sahədə əvvəlcə güclü gedən iş, sonradan diaspor təşkilatları arasında gedən çəkişmələr, "mənəm-mənəm”liklər nəticəsində getdikcə zəiflədi, sonda görülən möhtəşəm işləri heçə endirdi. Eyni zamanda, ölkədaxili ictimai-siyasi proseslər, məmur özbaşınalığı da, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın normal fəaliyyətlərinə müəyyən mənada mənfi təsir göstərdi. Nəticəsi isə, göz qabağındadır! Bəs, mövcud vəziyyətdən çıxış yolu varmı? Əlbəttə, bu mümkündür! Rusiyadakı diaspor siyasətimizlə bağlı yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu, ilk növbədə, yenidən təşkilatlanmağımızdan ibarət olmalıdır. Möhtərəm prezidentin yürütdüyü vahid siyasəti özümüzə prioritet seçərək, toparlanmalı, təcrübəmizdən yararlanaraq, formalaşmalıyıq. Dövlətimizin vahid Milli Konsepsiyasından, prezidentimizin yürütdüyü siyasətdən, qanunlarımızdan irəli gələn tələblərə əməl etməliyik. Buna nail olacağımız zaman, bütün keyfiyyətləri də özümüzdə tapacağıq. Onu da qeyd etməyi vacib bilirəm ki, bu gün Rusiyada xeyli sayda qeyri-aktiv fəaliyyət göstərən təşkilatlarımız var. Bu cür təşkilatları Azərbaycan amalı, Azərbaycan mənafeyi maraqlandırmır. Bu gün azərbaycanlılara aid Permdə 4, Sverdlovskda 3, Krasnoyarskda 3, Novosibirskdə 6 diaspor təşkilatları var. Eləcə də, Rusiyanın digər regionlarında belədir. Hər yerdə 3-4 diaspor təşkilatımız olsa da, ancaq bunun heç birinin uğurlu nəticəsi olmayıb. Keyfiyyəti olmayan kəmiyyət göstəricisi nəyə lazımdır?! Ən yaxşısı, Rusiya regionlarında fəaliyyət göstərən diaspor təşkilatlarımız öz aralarında hörməti olan, hər kəs tərəfindən rəğbətlə qarşılanan, ürəyi Azərbaycan eşqi ilə döyünən şəxsi, bu ölkədə yaranacaq vahid diaspor qurumunda təmsil olunmaq üçün nümayəndə seçməlidir. Vahid təşkilatda qəbul olunan qərarları, müəyyən edilən istiqamətləri yerli təşkilatlara bu nüfuz sahibi çatdırmalıdır. Çox təəssüflər olsun ki, fəaliyyətinə bir müddət öncə xitam verilən Ümumrusiya Azərbaycan Konqresi də, bunu zamanında edə bilmədi. ÜAK-ın bazasında yaranacaq yeni diaspor təşkilatının öncə bu məsələni nəzərə alması daha yaxşı olardı. Təşkilatın gələcəkdə keçirəcəyi müzakirələrdə, konfranslarda hər bir azərbaycanlının, hər bir təşkilat rəhbərinin, hər bir təşkilat nümayəndəsinin iştirakına zəmin yaradılmalıdır. Bu kimi ümumxalq və ümumdövlət məsələlərində şəxsi münasibətlər önə çəkilməməlidir. Hər bir şəxsin, hər bir təşkilatın güc əmsalının fərqinə varmadan, bundan ümummilli məqsədlər naminə istifadə edilməməlidir. Ümumiyyətlə, diaspor təşkilatlarını məsuliyyətli olmağa vadar etmək mütləq vacibdir. Daha bir vacib amil, ÜAK-ın bazasında yeni yaranacaq diaspor təşkilatının tərkibində Təftiş Komissiyasının yaradılması olmalıdır. Bu Təftiş Komissiyası Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarının iş mexanizminə nəzarət etməli, rüblük hesabatlarını tabe olduqları quruma, həm də Diasporla İş üzrə Dövlət Komitəsinə verməlidir. Sonda bu hesabatlara rəğmən analiz aparmalı, fəaliyyəti və güc göstəriciləri zəif olan təşkilatlar ləğv edilməlidir. Bu cür olduğu halda, diaspor təşkilatlarımız arasında ümumi mənafe xeyrinə rəqabət başlayar, dinamika yüksələr və nəticədə, vahid siyasi gücə çevrilə bilərik. Diaspor təşkilatlarımızın stimullaşması, fəaliyyətlərinin yüksəlməsi, operativliklərinin artması üçün, möhtərəm prezidentimizin də tövsiyyə etdiyi kimi, doğma Vətənlə onların əlaqələrinin sürətlənməsinə önəm verilməlidir. Vətənlə yaranacaq birbaşa bağlılıq, həm də, Azərbaycan hakimiyyətindən, vəzifəli şəxslərdən asılı olan bir məsələdir. Diaspor nümayəndələrinə doğma Vətəndə xüsusi sevgi, xoş münasibət bəslənəcəyi halda, Azərbaycan güclü diaspor təşkilatlarına nail ola bilər. Bu, həm də sevimli dövlətimizin xoş gələcəyi naminə möhtərəm prezidentimizin apardığı hərtərəfli möhtəşəm siyasətə böyük bir dəstək olardı. Çox təəssüflər olsun ki, Rusiyanın bəzi bölgələrində bəzi etnik millət nümayəndələrinin yaratdığı, hər addımda dövlətimiz əleyhinə çirkin kampaniyalar aparan, yalan və müxtəlif böhtanlar yağdıran “təşkilatlar” fəaliyyət göstərir. Bütün bu hərc-mərcliyə son qoymaq üçün, bu insanlara başa salmaq lazımdır ki, nankor olmasınlar, əks halda, dövlətimizə iftira atan belə nankorları təcili ictimai qınağa verməli, xalq mühakiməsinə təqdim etməliyik. Bu nanəcib qüvvələrə qarşı həm Azərbaycan dövləti, həm də diaspor təşkilatlarımız birgə mübarizə aparmalıdırlar; "Xalq-Dövlət, Dövlət-Xalq" birliyi yaşamalı, öz monolitliyini qorumalıdır. Belə olan təqdirdə, milli diasporumuz da ciddi inkişaf edərdi. Əgər, ləğv edilmiş ÜAK-ın bazasında təsis ediləcək yeni təşkilat gündəlik fəaliyyətində yuxarıda sadaladığım amilləri nəzərə alarsa, hesab edirəm ki, milli diasporumuz tez bir zamanda çox böyük nailiyyətlər əldə edər. Rusiya kimi nəhəng bir ölkədə, böyük siyasi təsirə malik diasporumuzun olması həm dövlətimizə, həm də xalqımıza çox gərəklidir. Taleyini bu ölkə ilə bağlayanlar, ilk növbədə, doğma Vətən və xalq mənafeyi naminə fəaliyyət göstərməyi qarşılarına vətəndaşlıq borcu kimi qoymalıdırlar!”. 

araz.az

Tarif Şurasından siqaret və benzinlə bağlı yeni qərar - BAHALAŞDI

siqaret-300x300.jpg

Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

Araz.az-ınn APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minir.

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

****

Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Digər qərarla isə Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə yeni aksiz dərəcələrin tətbiq edilməsinə başlanılıb.

Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb.

Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minib.

Bəs rüsumların bu qədər artırılması qiymətlərə necə təsir edəcək?

İqtisadçı-ekspert Qubad İbadoğlu mövzunu şərh edərkən bildirib ki, qərar istehlak bazarında qiymətlərin səviyyəsinə təsiri çox olacaq.

“Əvvəla, onu qeyd edim ki, 21 yanvar 2017-cii il tarixli, 574 saylı qərarla edilən dəyişiklik yalnız idxal mallarına şamil olunur. Bu qərar ölkəyə xaricdən gətirilən yalnız 1 növ benzin markasına (tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, oktan ədədi 95-dən az olan) və tərkibində tütün olan siqaret və siqarların qiymətinin bahalaşmasına təsir edir. Bu qərarın digər növ benzin markalarına təsiri yoxdur. Belə ki, 92 markalı benzin idxal malı deyil, onun qiymətini yalnız Tarif Şurası artıra bilər. Super -95 və premium - 98 markalı benzin markaları idxal olunsa da bu qərarla onlara tətbiq edilən aksiz dərəcələri qaldırılmayıb. Amma bu o demək deyil ki, həmin markalı benzinin qiyməti bahalaşmayacaq. Çünki, onların qiyməti neftin dünya bazar qiymətlərindən asılı olduğuna görə hər an bahalaşa bilər.

İkincisi, siqaretlərə və siqarlara gəlincə, qiymət artımı labüddür, lakin ilk növbədə xaricdən hazır məhsul kimi gətirilən siqaret və siqarlar, sonra isə bazarların qarşılıqlı təsiri ilə daxildə istehsal olunan tütün məmulatları bahalaşacaq.

Üçüncüsü, alkoqollu içkilər, o sıradan pivə, üzüm çaxırı, viski, rom cin, araq, likörlər və digər spirtli içkilərin idxalına aksiz dərəcələri qaldırıldığından onların da qiyməti bu gündən etibarən artacaq.

Yuxarıda sadalan üç qrup məhsulun hər birinin yerli istehsalında keyfiyyət problemi olduğuna görə, istehlak bazarında həmin qrup mallar üzrə idxalın payı yüksək olaraq qalır. Bu halda da aksiz dərəcələrinin artması ümumi qiymət bahalaşmasına da təsirsiz ötüşməyəcək və Mərkəzi Bankın iki rəqəmli inflyasiyadan bir rəqəmliyə keçid istiqamətində hədəfinə çatmasında çətinliklər yaradacaq", - deyə Qubad İbadoğlu bildirib.

İqtisadçı Natiq Cəfərli modern.az-a bildirib ki, bu gündən başlayaraq hissə-hissə qiymətlərin artımını müşahidə edəcəyik:

“Əsas artım yeni partiyanın idxalından sonra baş verəcək. Növbəti ayın əvvəlindən satışa çıxarılan xarici istehsal tütün və tütün məmulatlarının, spirtli içkilərin qiymətləri bahalaşacaq. Ümumilikdə tütün və tütün məmulatlarının, spirtli içkilərin satış qiymətlərinin 25 faizə qədər bahalaşacağı gözlənilir”.

Ekspert bahalaşmanın yerli mallardan da yan keçməyəcəyini vurğulayıb:

“Əksər vaxt idxal mallarının aksiz dərəcələrinin artırılmasının xaricdən gətirilən malların qiymətinə təsir edəcəyi bildirilir. Eyni zamanda, yerli istehsala təsiri olmayacağı vurğulanır. Düzdür, əsas artım xaricdən gətirilən məhsullarda olacaq. Amma spirtli içki istehsal edən yerli müəssisələrin bir çoxunda xammal xaricdən gətirilir. Xammalın da aksiz vergisinin artırıldığını nəzərə alsaq, yerli istehsal olan spirtli içkilərin qiymətlərinin 10-15 faiz artacağı ehtimal olunur".

Prezident olsam, 20 martda bu ölkəni işğal edəcəm – Jirinovski

Jirinovski.jpeg

Əgər prezident olsam, Donbas müharibəsini bitirəcəyəm.

Araz.az axar.az-a əsasən xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Onların hər şeyini məhv etmək lazımdır. Bütün Kiyev rejimi yıxılmalıdır. Ukraynadakı bütün hərbi hissələr tam məhv edilib, yandırılmalıdır. Bundan sonra xüsusi təyinatlılar Kiyevə daxil olub, Poroşenkonu həbs etməlidirlər. Mən bunun haqqında seçkidən əvvəl də deyirdim, indi də deyirəm. 18 martda prezident olsam, 20 martda Kiyevdə rus bayrağı dalğalanacaq”, – deyə o bildirib.  

Nazir müavini işdən çıxarıldı – 30 min “paket”, yeyinti və intihar…

1-48-300x200.jpg

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki müavin vəzifədən azad olunub. 

Araz.az-ın musavat.com-a əsasən məlumatına görə, qurumda aparılan islahatlara görə, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifə ixtisar olunub.

Əvəzində isə Əli İzzət oğlu Abdullayev nazirin rabitə üzrə müavini təyin edilib. Nəqliyyat üzrə isə müavin vəzifəsinə isə hələlik təyinat olmayıb.

Xəbər verdiyimiz kimi, dekabrın 27-də, axşam saatlarında 1987-ci il təvəllüdlü paytaxt sakini Əliyev Elvin Əziz oğlu M.Əlizadə küçəsi, ev 18, mənzil 17- də özünü asaraq intihar edib. Elvin Əliyev Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkəni idi.

İntiharla bağlı məlumatda deyilirdi  ki, E.Əliyev  üst-üstə yığılmış külli miqdarda borcdan depressiyaya düşərək özünü öldürüb.  İlkin məlumatlara görə, Əliyevin şəxsi biznesi olub. Amma son vaxtlar onun işləri qaydasında getmirmiş. Əliyev biznesini dayandırmağa məcbur olub. Məmur kürəkəninin intihar məktubu buraxdığı haqda iddialar var. Onun cibindən “Məni bağışlayın” məzmunlu məktub aşkar olunaraq götürülüb.

İddiada  o da deyilir ki, onun küllimiqdarda borcunu atası ilə qayınatası qaytarıbmış. Ancaq buna baxmayaraq, o, özünü asaraq intihar edib.

“Qafqaz Xəbər” qəzeti musavat.com-a istinadən xəbər verir ki, “rabitə çetesi”nin bir neçə ay davam edən məhkəməsində İltimas Məmmədova qarşı keçmiş iş yoldaşları tərəfindən dəfələrlə ağır ifadələr verilmişdi. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov ifadəsində İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini demişdi. İltimas Məmmədov isə istintaqa ifadəsində ayda 30 min manat “paket” aldığını etiraf etmişdi. İ.Məmmədov bildirmişdi ki, nazirliyin işçilərinə “paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi. Belə ki, Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər “paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat, son bir ildə isə 30 min manat pul verilib. Lakin nazir müavini “həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” demişdi.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da məhkəmədə İ.Məmmədovu ittiham edən çıxışlar etmişdi. Məsələn, o, proseslərin birində “mən məsul şəxs olmamışam, heç bir sənəddə imzam yoxdur. Nazir müavini İltimas Məmmədov daha çox günahkardır. İltimas Məmmədov niyə məhkəmədə şahid kimi dindirilmədi? Kimdən çəkindiniz?” deyərək, onun nazir olmaq istədiyini demişdi. İltimas Məmmədov barəsində məhkəmədə və istintaqda səsləndirilən ittihamlara cavab vermək əvəzinə medianın bu barədə suallarına susmaqla qarşılıq verdi.

İltimas Məmmədov 1963-cü il fevral aynın 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində fəhlə ailəsində anadan olub. 1970-1980-ci illərdə həmin kənddə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1980-cı ildə Bakı şəhəri 23 nömrəli texniki-peşə məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. 1981-1983-cü illərdə orduda həqiqi hərbi xidmətdə olub. İ.Məmmədov 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib. Bir müddət sonra laboratoriyanın KRR qrupunda elektromexanik, 1990-cı ildə həmin qrupda mühəndis vəzifəsinə təyin olunub. 1991-ci ildə Bakı Kabel Qovşağında 2-ci dərəcəli mühəndis, 1992-ci ildə isə qovşağın xətt xidməti rəisi vəzifəsinə təyin olunub. 1996-cı ildə həmin qovşağın baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə təyin olunub.

2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə rabitə nazirinin texniki məsələlər üzrə müşaviri, 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri, 2005-ci il 22 dekabr tarixindən isə Prezidentin sərəncamına əsasən rabitə və informasıya texnologiyalari nazirinin (indi bu qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanır) müavini təyin olunub. Əli Abbasovun vəzifədən çıxarılmasından sonra bir müddət nazir əvəzi işləyib. Hətta onun nazir təyin edilə biləcəyi də deyilirdi. Lakin ötən ilin noyabr ayının 25-də prezidentin sərəncamı ilə İltimas Məmmədov nazirin birinci müavini vəzifəsindən azad edildi. İltimas Məmmədov prezidentin digər sərəncamı ilə nazir müavini vəzifəsinə təyinat aldı.

İ.Məmmədov iki dəfə (1994 və 2002-ci illərdə) “Rabitə ustası” fəxri adına layiq görülüb. İki elmi əsərin və 10-dan artıq elmi məqalənin müəllifidir. Onun üç övladı var.

İltimas Məmmədovun oğlu İdrak Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovun kürəkəni olduğu deyilir. 

19 -dən səhifə 29

Əlaqəli xəbərlər