Rusiyada Azərbaycan diasporunun acınacaqlı durumu: Problemlərdən çıxmaq üçün, diaspor fəalının soydaşlarımıza MÜRACİƏTİ

 1mz.jpg

Əvvələr taleyini Rusiya ilə bağlayan, Federasiyanın Novosibirsk vilayətində çoxşaxəli iqtisadi fəaliyyətlə bərabər, regionun ictimai-siyasi mühitində fəallığı ilə seçilən, burada olduqca səs-küylü Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Həmrəylik”) Əməkdaşlıq Fondunu yaradan, rəhbəri olduğu bu təşkilatın aktiv fəaliyyətini doğma Vətən naminə günü-gündən genişləndirmək üçün çalışan, təkcə bu ölkədə deyil, beynəlxalq miqyasda belə, adıçəkilən təşkilatın xətti ilə, ulu öndər Heydər Əliyev ideyalarının təntənəsinə, onun banisi olduğu milli dölətçiyilimizin, mədəniyyətimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin... geniş təbliğinə, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşıb, inkişaf etməsinə həsr edən Mirkazım Seyidovu respublikamızda da tanımayan tapılmaz: O səbəbdən ki, ümummilli liderin əsl fanatlarından biri olan fəal ictimai-siyasi xadim kimi, ölkəmizin bütün ictimai-siyasi təbəqələri arasında, elə, belə də ad çıxarıb, hörmət-izzət sahibi olub, ulu öndərin layiqli varisi, möhtərəm İlham Əliyev cənablarının dövlət başçısı postunda həyata keçirdiyi hərtərəfli möhtəşəm işlərə siyasi, maddi-mənəvi dəstək olmaqdan daim rahatlıq tapıb. Bu sadaladıqlarımızdan əlavə, Novosibirskdə uzun zaman qəzet redaktoru vəzifəsində çalışıb, ana dilimizdə “Odlar yurdu” adlı qəzet və jurnal çıxarıb. Novosibirskin ən populyar media orqanı olan “Moment istinı” qəzeti ilə əməkdaşlıq edib, oxucularına Azərbaycan həqiqətlərini çatdırmaq üçün gecə-güündüz əziyyət çəkib. Yaradıcılığı müxtəlif mükafatlara layiq görülən şair-publisist kimi, onlarla maraqlı kitabını da, Azərbaycan həqiqətləri, ulu öndər ideyalarının qələbə çalması naminə qələmə alıb. Diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə, mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə, respublika prezidentinin sərəncamlarıyla, əvvəlcə “Tərəqqi” medalı, sonra isə, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Mirkazım Seyidov, Rusiyadakı Azərbaycan diasporunun mövcud acınacaqlı durumuyla əlaqədar, soydaşlarımıza və əlaqədar dövlət qurumlarına səs-küylü MÜRACİƏT ünvanlayıb.

Həmin MÜRACİƏTDƏ deyilir: “Mən, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ictimai-siyasi həyatlarına dərindən bələd olan bir şəxs kimi, açıq-aşkar onu deyə bilərəm ki, bu ölkədəki Azərbaycan diasporu çox acınacaqlı durumdadır və vəziyyəti olduqca təəssüf doğurur. Burada yaşayıb, fəaliyyət göstərən digər millətlərin diaspor qurumları kimi, hələ də siyasi qüvvəyə çevrilə bilməmişik. Rusiyadakı diaspor fəaliyyətimizin uğursuzluğu ümumi hərəkətsizliyin, bu sahədə ümummilli məqsəddən kənar hərəkətliliyin acı nəticəsidir. Əslində, milli diaspor dövlətimizin xarici siyasətinin əsas meyarı və lokomotividir. Hazırda – Rusiya vətəndaşı olmasam da – bu ölkədə diaspor quruculuğu, onun inkişafı ilə bağlı müxtəlif görüşlərim olur; Bu yaxınlarda Krasnoyarsk vilayətində ən fəal diaspor nümayəndələrindən olan Taleh Mahmudovla və Camal Ələsgərovla, Tomsk vilayətindəki Milli-Mədəniyyət Muxtariyyatinin rəhbəri Ələkbər Rəhimovla, eləcə də digər fəal şəxslərlə görüşlər keçirdim. Görüşlərimizdə əsas məqsəd, diaspor fəaliyyətində buraxılan boşluqların, eyni zamanda, son vaxtlar bu regionlardakı Azərbaycan icmasının diaspor təşkilatlarına qarşı yaranan inamsız, incik, soyuq münasibətin səbəblərinin müzakirəsi ilə bağlı idi... ...Xatırladım ki, bir müddət öncə Milli Məclisin üzvlərindən birinin Rusiyada yaşayan soydaşlarımız barədə səsləndirdiyi məsuliyyətsiz fikirlər, o cümlədən, əsası Heydər Əliyev tərəfindən qoyulan Diasporlarla İş üzrə Dövlət Komitəsinin bu məsələyə reaksiya verməməsi nəinki burada yaşayıb, fəaliyyət göstərən çoxsaylı ziyalılarımızı və iş adamlarımızı, eləcə də adi insanlarımızı belə müəyyən mənada incik salıb. Bu məsələ, ümumi mənada, çox mənfi bir hal kimi bütövlükdə Azərbaycanımızın xeyrinə olmayıb. Eyni zamanda, Azərbaycandakı məmur kontingentinin bəzi nümayəndələrinin Rusiyada fəaliyyət göstərən diaspor nümayəndələrinə - bunların əksəriyyəti iş adamlarıdır – doğma münasibət bəsləməmələri, bu insanları ölkəmizdən incik salmaqla yanaşı, həm də Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun qarşısını alır. Dünya Azərbaycanlılarının III qurultayında ölkə başçısı, çox hörmətli İlham Əliyev cənabları, bütün bunlarla bağlı, çoxlu iradlar səsləndirdi və öz tövsiyyələrini verdi. Əsas tövsiyyələrdən biri ondan ibarət idi ki, diaspor təşkilatları öz aralarındakı mövcud problemləri təcili aradan qaldırmalı, səfirlik və konsulluqlarla iş mexanizmlərini operativ hala gətirməli idilər. Çalışmaq lazım idi ki, bu problemlər aradan qaldırılsın. Lakin bu olmadı, prezident tövsiyyələrinin həyata keçirilməsinə belə əməl olunmadı. Təşkilatların vahid birliyinə nail olmaq heç kəsi maraqlandırmadı. Çünki, diaspor təşkilatlarımızın fəaliyyət istiqamətlərini indiyədək hansısa vahid qurum yox, onları yaradan şəxslər müəyyənləşdirir. Bu şəxslər arasında olan münaqişə və iddialar, dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə olan diaspor birliyinə imkan vermir: Rusiyada diaspor təşkilatlarımız, demək olar ki, qəbilə formasında ayrı-ayrılıqda fəaliyyət göstərir. Və buna görə də, bunun müsbət nəticəsi indiyədək ortada yoxdur. Onu da deyim ki, təşkilatlar arasındakı əlaqəsizlik və narazılıq mühitindən yerli hakimiyyətlər də böyük məharətlə istifadə edirlər. Rusiyanın müəyyən dairələrinin Azərbaycana qarşı münasibətlərini hamımız çox yaxşı bilirik; Bunu, uzaq olmayan tariximizə nəzər saldıqda belə aydın görmək olur. Belələri, bu gün Rusiyada Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən düşmən qüvvələr tərəfindən maliyyələşərək, hər vəchlə xalqımız və mövcud hakimiyyət əleyhinə cürbəcür iyrənc iftiralar yağdıran "azərbaycanlıların” yaratdıqları "təşkilatlar”dan məharətlə istifadə edirlər. Əlbəttə, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları vaxtında vahid siyasi gücə çevrilə bilsəydilər, indki situasiyada olmazdı. Bu gün Rusiyada yəhudilərin, ermənilərin, almanların, tatarların, hətta ruslarla müharibə vəziyyətində olan ukraynalıların çox güclü diaspor qurumlarını görəndə, təəssüflənməyə bilmirsən. Onlarla Rusiyanın mərkəzi hakimiyyəti belə hesablaşmaq məcburiyyətindədir. Sözün həqiqi mənasında, Azərbaycan diasporu, sadaladıqlarım ölkələrin diasporları ilə müqayisədə, demək olar ki, yox dərəcəsindədir. Yoxluğumuza və zəifliyimizə başlıca səbəb isə, yuxarıda qeyd etdiyim kimi, bu ölkədəki səfirlik və konsulluqlarımızın, Diaspor Komitəmizin, bir də bu təşkilatların fəaliyyətini tənzimləyib, yönləndirən şəxslərin düzgün, dinamik iş prinsipi seçməmələridir. Bunu, tədricən də olsa aradan qaldırmaq isə, çox çətin görünür. Təşkilat rəhbərləri arasındakı inamsızlığı aradan qaldırmağın özünün belə olduqca çətin bir proses olduğu heç kəsə sirr deyil. Ölkə başçısı Dünya Azərbaycanlılarının IV qurultayında "Mən çox istərdim ki, xaricdə yaşayan, fəaliyyət göstərən hər bir azərbaycanlı, heç olmasa, ildə iki dəfə öz ölkəsinə gəlsin, buraya investisiyalar yatırsın” sözlərini ona görə xüsusi vurğuladı ki, əvvəllər, yəni 90-cı illərdə xaricə üz tutan bəzi həmyerlilərimizin tez-tez "Mən Azərbaycandan küsüb gəlmişəm” sözlərini işlətmələrini, o da yaxşı bilirdi. Çox sevindirici haldır ki, bu kimi məyusedici sözlər sonradan unuduldu. Vətən, yurd sevgisi bu kimi zərərverici sözləri unutdurdu. Bu gün könüllü şəkildə Rusiyaya gedənlərimizin sayı, o illərdə gedənlərdən çoxdur. Artıq "küsüb getmək” məfhumu köhnəlib. Rusiya ¬ böyük ölkə, xalqımız – qoçaqdır! Bu ölkədə müəyyən biznes işləri təşkil edib, uğur qazanmaq şansları da yüksəkdir, bu səbəbdən, oğul-qızlarımız ora üz tuturlar. Diasporumuz Azərbaycan dövlətinin xarici siyasətinin tərkib hissəsidir, bu sahəyə xüsusi diqqət olmalıdır; Əslində, bu var. Əsası ulu öndər tərəfindən qoyulan Diasporlarla İş üzrə Dövlət Komitəsi, bütövlükdə, Azərbaycan diasporunun dünya səviyyəsində yaradılıb, formalaşmasına nail ola bildi. Bu sahədə əvvəlcə güclü gedən iş, sonradan diaspor təşkilatları arasında gedən çəkişmələr, "mənəm-mənəm”liklər nəticəsində getdikcə zəiflədi, sonda görülən möhtəşəm işləri heçə endirdi. Eyni zamanda, ölkədaxili ictimai-siyasi proseslər, məmur özbaşınalığı da, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın normal fəaliyyətlərinə müəyyən mənada mənfi təsir göstərdi. Nəticəsi isə, göz qabağındadır! Bəs, mövcud vəziyyətdən çıxış yolu varmı? Əlbəttə, bu mümkündür! Rusiyadakı diaspor siyasətimizlə bağlı yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu, ilk növbədə, yenidən təşkilatlanmağımızdan ibarət olmalıdır. Möhtərəm prezidentin yürütdüyü vahid siyasəti özümüzə prioritet seçərək, toparlanmalı, təcrübəmizdən yararlanaraq, formalaşmalıyıq. Dövlətimizin vahid Milli Konsepsiyasından, prezidentimizin yürütdüyü siyasətdən, qanunlarımızdan irəli gələn tələblərə əməl etməliyik. Buna nail olacağımız zaman, bütün keyfiyyətləri də özümüzdə tapacağıq. Onu da qeyd etməyi vacib bilirəm ki, bu gün Rusiyada xeyli sayda qeyri-aktiv fəaliyyət göstərən təşkilatlarımız var. Bu cür təşkilatları Azərbaycan amalı, Azərbaycan mənafeyi maraqlandırmır. Bu gün azərbaycanlılara aid Permdə 4, Sverdlovskda 3, Krasnoyarskda 3, Novosibirskdə 6 diaspor təşkilatları var. Eləcə də, Rusiyanın digər regionlarında belədir. Hər yerdə 3-4 diaspor təşkilatımız olsa da, ancaq bunun heç birinin uğurlu nəticəsi olmayıb. Keyfiyyəti olmayan kəmiyyət göstəricisi nəyə lazımdır?! Ən yaxşısı, Rusiya regionlarında fəaliyyət göstərən diaspor təşkilatlarımız öz aralarında hörməti olan, hər kəs tərəfindən rəğbətlə qarşılanan, ürəyi Azərbaycan eşqi ilə döyünən şəxsi, bu ölkədə yaranacaq vahid diaspor qurumunda təmsil olunmaq üçün nümayəndə seçməlidir. Vahid təşkilatda qəbul olunan qərarları, müəyyən edilən istiqamətləri yerli təşkilatlara bu nüfuz sahibi çatdırmalıdır. Çox təəssüflər olsun ki, fəaliyyətinə bir müddət öncə xitam verilən Ümumrusiya Azərbaycan Konqresi də, bunu zamanında edə bilmədi. ÜAK-ın bazasında yaranacaq yeni diaspor təşkilatının öncə bu məsələni nəzərə alması daha yaxşı olardı. Təşkilatın gələcəkdə keçirəcəyi müzakirələrdə, konfranslarda hər bir azərbaycanlının, hər bir təşkilat rəhbərinin, hər bir təşkilat nümayəndəsinin iştirakına zəmin yaradılmalıdır. Bu kimi ümumxalq və ümumdövlət məsələlərində şəxsi münasibətlər önə çəkilməməlidir. Hər bir şəxsin, hər bir təşkilatın güc əmsalının fərqinə varmadan, bundan ümummilli məqsədlər naminə istifadə edilməməlidir. Ümumiyyətlə, diaspor təşkilatlarını məsuliyyətli olmağa vadar etmək mütləq vacibdir. Daha bir vacib amil, ÜAK-ın bazasında yeni yaranacaq diaspor təşkilatının tərkibində Təftiş Komissiyasının yaradılması olmalıdır. Bu Təftiş Komissiyası Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarının iş mexanizminə nəzarət etməli, rüblük hesabatlarını tabe olduqları quruma, həm də Diasporla İş üzrə Dövlət Komitəsinə verməlidir. Sonda bu hesabatlara rəğmən analiz aparmalı, fəaliyyəti və güc göstəriciləri zəif olan təşkilatlar ləğv edilməlidir. Bu cür olduğu halda, diaspor təşkilatlarımız arasında ümumi mənafe xeyrinə rəqabət başlayar, dinamika yüksələr və nəticədə, vahid siyasi gücə çevrilə bilərik. Diaspor təşkilatlarımızın stimullaşması, fəaliyyətlərinin yüksəlməsi, operativliklərinin artması üçün, möhtərəm prezidentimizin də tövsiyyə etdiyi kimi, doğma Vətənlə onların əlaqələrinin sürətlənməsinə önəm verilməlidir. Vətənlə yaranacaq birbaşa bağlılıq, həm də, Azərbaycan hakimiyyətindən, vəzifəli şəxslərdən asılı olan bir məsələdir. Diaspor nümayəndələrinə doğma Vətəndə xüsusi sevgi, xoş münasibət bəslənəcəyi halda, Azərbaycan güclü diaspor təşkilatlarına nail ola bilər. Bu, həm də sevimli dövlətimizin xoş gələcəyi naminə möhtərəm prezidentimizin apardığı hərtərəfli möhtəşəm siyasətə böyük bir dəstək olardı. Çox təəssüflər olsun ki, Rusiyanın bəzi bölgələrində bəzi etnik millət nümayəndələrinin yaratdığı, hər addımda dövlətimiz əleyhinə çirkin kampaniyalar aparan, yalan və müxtəlif böhtanlar yağdıran “təşkilatlar” fəaliyyət göstərir. Bütün bu hərc-mərcliyə son qoymaq üçün, bu insanlara başa salmaq lazımdır ki, nankor olmasınlar, əks halda, dövlətimizə iftira atan belə nankorları təcili ictimai qınağa verməli, xalq mühakiməsinə təqdim etməliyik. Bu nanəcib qüvvələrə qarşı həm Azərbaycan dövləti, həm də diaspor təşkilatlarımız birgə mübarizə aparmalıdırlar; "Xalq-Dövlət, Dövlət-Xalq" birliyi yaşamalı, öz monolitliyini qorumalıdır. Belə olan təqdirdə, milli diasporumuz da ciddi inkişaf edərdi. Əgər, ləğv edilmiş ÜAK-ın bazasında təsis ediləcək yeni təşkilat gündəlik fəaliyyətində yuxarıda sadaladığım amilləri nəzərə alarsa, hesab edirəm ki, milli diasporumuz tez bir zamanda çox böyük nailiyyətlər əldə edər. Rusiya kimi nəhəng bir ölkədə, böyük siyasi təsirə malik diasporumuzun olması həm dövlətimizə, həm də xalqımıza çox gərəklidir. Taleyini bu ölkə ilə bağlayanlar, ilk növbədə, doğma Vətən və xalq mənafeyi naminə fəaliyyət göstərməyi qarşılarına vətəndaşlıq borcu kimi qoymalıdırlar!”. 

araz.az

Tarif Şurasından siqaret və benzinlə bağlı yeni qərar - BAHALAŞDI

siqaret-300x300.jpg

Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

Araz.az-ınn APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minir.

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

****

Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Digər qərarla isə Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə yeni aksiz dərəcələrin tətbiq edilməsinə başlanılıb.

Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb.

Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minib.

Bəs rüsumların bu qədər artırılması qiymətlərə necə təsir edəcək?

İqtisadçı-ekspert Qubad İbadoğlu mövzunu şərh edərkən bildirib ki, qərar istehlak bazarında qiymətlərin səviyyəsinə təsiri çox olacaq.

“Əvvəla, onu qeyd edim ki, 21 yanvar 2017-cii il tarixli, 574 saylı qərarla edilən dəyişiklik yalnız idxal mallarına şamil olunur. Bu qərar ölkəyə xaricdən gətirilən yalnız 1 növ benzin markasına (tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, oktan ədədi 95-dən az olan) və tərkibində tütün olan siqaret və siqarların qiymətinin bahalaşmasına təsir edir. Bu qərarın digər növ benzin markalarına təsiri yoxdur. Belə ki, 92 markalı benzin idxal malı deyil, onun qiymətini yalnız Tarif Şurası artıra bilər. Super -95 və premium - 98 markalı benzin markaları idxal olunsa da bu qərarla onlara tətbiq edilən aksiz dərəcələri qaldırılmayıb. Amma bu o demək deyil ki, həmin markalı benzinin qiyməti bahalaşmayacaq. Çünki, onların qiyməti neftin dünya bazar qiymətlərindən asılı olduğuna görə hər an bahalaşa bilər.

İkincisi, siqaretlərə və siqarlara gəlincə, qiymət artımı labüddür, lakin ilk növbədə xaricdən hazır məhsul kimi gətirilən siqaret və siqarlar, sonra isə bazarların qarşılıqlı təsiri ilə daxildə istehsal olunan tütün məmulatları bahalaşacaq.

Üçüncüsü, alkoqollu içkilər, o sıradan pivə, üzüm çaxırı, viski, rom cin, araq, likörlər və digər spirtli içkilərin idxalına aksiz dərəcələri qaldırıldığından onların da qiyməti bu gündən etibarən artacaq.

Yuxarıda sadalan üç qrup məhsulun hər birinin yerli istehsalında keyfiyyət problemi olduğuna görə, istehlak bazarında həmin qrup mallar üzrə idxalın payı yüksək olaraq qalır. Bu halda da aksiz dərəcələrinin artması ümumi qiymət bahalaşmasına da təsirsiz ötüşməyəcək və Mərkəzi Bankın iki rəqəmli inflyasiyadan bir rəqəmliyə keçid istiqamətində hədəfinə çatmasında çətinliklər yaradacaq", - deyə Qubad İbadoğlu bildirib.

İqtisadçı Natiq Cəfərli modern.az-a bildirib ki, bu gündən başlayaraq hissə-hissə qiymətlərin artımını müşahidə edəcəyik:

“Əsas artım yeni partiyanın idxalından sonra baş verəcək. Növbəti ayın əvvəlindən satışa çıxarılan xarici istehsal tütün və tütün məmulatlarının, spirtli içkilərin qiymətləri bahalaşacaq. Ümumilikdə tütün və tütün məmulatlarının, spirtli içkilərin satış qiymətlərinin 25 faizə qədər bahalaşacağı gözlənilir”.

Ekspert bahalaşmanın yerli mallardan da yan keçməyəcəyini vurğulayıb:

“Əksər vaxt idxal mallarının aksiz dərəcələrinin artırılmasının xaricdən gətirilən malların qiymətinə təsir edəcəyi bildirilir. Eyni zamanda, yerli istehsala təsiri olmayacağı vurğulanır. Düzdür, əsas artım xaricdən gətirilən məhsullarda olacaq. Amma spirtli içki istehsal edən yerli müəssisələrin bir çoxunda xammal xaricdən gətirilir. Xammalın da aksiz vergisinin artırıldığını nəzərə alsaq, yerli istehsal olan spirtli içkilərin qiymətlərinin 10-15 faiz artacağı ehtimal olunur".

Prezident olsam, 20 martda bu ölkəni işğal edəcəm – Jirinovski

Jirinovski.jpeg

Əgər prezident olsam, Donbas müharibəsini bitirəcəyəm.

Araz.az axar.az-a əsasən xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Onların hər şeyini məhv etmək lazımdır. Bütün Kiyev rejimi yıxılmalıdır. Ukraynadakı bütün hərbi hissələr tam məhv edilib, yandırılmalıdır. Bundan sonra xüsusi təyinatlılar Kiyevə daxil olub, Poroşenkonu həbs etməlidirlər. Mən bunun haqqında seçkidən əvvəl də deyirdim, indi də deyirəm. 18 martda prezident olsam, 20 martda Kiyevdə rus bayrağı dalğalanacaq”, – deyə o bildirib.  

Nazir müavini işdən çıxarıldı – 30 min “paket”, yeyinti və intihar…

1-48-300x200.jpg

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki müavin vəzifədən azad olunub. 

Araz.az-ın musavat.com-a əsasən məlumatına görə, qurumda aparılan islahatlara görə, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifə ixtisar olunub.

Əvəzində isə Əli İzzət oğlu Abdullayev nazirin rabitə üzrə müavini təyin edilib. Nəqliyyat üzrə isə müavin vəzifəsinə isə hələlik təyinat olmayıb.

Xəbər verdiyimiz kimi, dekabrın 27-də, axşam saatlarında 1987-ci il təvəllüdlü paytaxt sakini Əliyev Elvin Əziz oğlu M.Əlizadə küçəsi, ev 18, mənzil 17- də özünü asaraq intihar edib. Elvin Əliyev Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkəni idi.

İntiharla bağlı məlumatda deyilirdi  ki, E.Əliyev  üst-üstə yığılmış külli miqdarda borcdan depressiyaya düşərək özünü öldürüb.  İlkin məlumatlara görə, Əliyevin şəxsi biznesi olub. Amma son vaxtlar onun işləri qaydasında getmirmiş. Əliyev biznesini dayandırmağa məcbur olub. Məmur kürəkəninin intihar məktubu buraxdığı haqda iddialar var. Onun cibindən “Məni bağışlayın” məzmunlu məktub aşkar olunaraq götürülüb.

İddiada  o da deyilir ki, onun küllimiqdarda borcunu atası ilə qayınatası qaytarıbmış. Ancaq buna baxmayaraq, o, özünü asaraq intihar edib.

“Qafqaz Xəbər” qəzeti musavat.com-a istinadən xəbər verir ki, “rabitə çetesi”nin bir neçə ay davam edən məhkəməsində İltimas Məmmədova qarşı keçmiş iş yoldaşları tərəfindən dəfələrlə ağır ifadələr verilmişdi. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov ifadəsində İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini demişdi. İltimas Məmmədov isə istintaqa ifadəsində ayda 30 min manat “paket” aldığını etiraf etmişdi. İ.Məmmədov bildirmişdi ki, nazirliyin işçilərinə “paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi. Belə ki, Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər “paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat, son bir ildə isə 30 min manat pul verilib. Lakin nazir müavini “həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” demişdi.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da məhkəmədə İ.Məmmədovu ittiham edən çıxışlar etmişdi. Məsələn, o, proseslərin birində “mən məsul şəxs olmamışam, heç bir sənəddə imzam yoxdur. Nazir müavini İltimas Məmmədov daha çox günahkardır. İltimas Məmmədov niyə məhkəmədə şahid kimi dindirilmədi? Kimdən çəkindiniz?” deyərək, onun nazir olmaq istədiyini demişdi. İltimas Məmmədov barəsində məhkəmədə və istintaqda səsləndirilən ittihamlara cavab vermək əvəzinə medianın bu barədə suallarına susmaqla qarşılıq verdi.

İltimas Məmmədov 1963-cü il fevral aynın 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində fəhlə ailəsində anadan olub. 1970-1980-ci illərdə həmin kənddə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1980-cı ildə Bakı şəhəri 23 nömrəli texniki-peşə məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. 1981-1983-cü illərdə orduda həqiqi hərbi xidmətdə olub. İ.Məmmədov 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib. Bir müddət sonra laboratoriyanın KRR qrupunda elektromexanik, 1990-cı ildə həmin qrupda mühəndis vəzifəsinə təyin olunub. 1991-ci ildə Bakı Kabel Qovşağında 2-ci dərəcəli mühəndis, 1992-ci ildə isə qovşağın xətt xidməti rəisi vəzifəsinə təyin olunub. 1996-cı ildə həmin qovşağın baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə təyin olunub.

2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə rabitə nazirinin texniki məsələlər üzrə müşaviri, 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri, 2005-ci il 22 dekabr tarixindən isə Prezidentin sərəncamına əsasən rabitə və informasıya texnologiyalari nazirinin (indi bu qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanır) müavini təyin olunub. Əli Abbasovun vəzifədən çıxarılmasından sonra bir müddət nazir əvəzi işləyib. Hətta onun nazir təyin edilə biləcəyi də deyilirdi. Lakin ötən ilin noyabr ayının 25-də prezidentin sərəncamı ilə İltimas Məmmədov nazirin birinci müavini vəzifəsindən azad edildi. İltimas Məmmədov prezidentin digər sərəncamı ilə nazir müavini vəzifəsinə təyinat aldı.

İ.Məmmədov iki dəfə (1994 və 2002-ci illərdə) “Rabitə ustası” fəxri adına layiq görülüb. İki elmi əsərin və 10-dan artıq elmi məqalənin müəllifidir. Onun üç övladı var.

İltimas Məmmədovun oğlu İdrak Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovun kürəkəni olduğu deyilir. 

Ölkə başçısından siyasi gücə: Prezidentləri lider edən cəhətlər

Ng7fycB.jpg

Araz.az cebhe.info-ya əsasən xəbər verir ki, Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılmasından sonra vaxtilə Rusiya tərəfindən işğal edilən digər 14 respublika demokratiya və liberalizmlə tanış oldu və müstəqilliklərini elan etdi. “XX əsrin ən böyük çöküşü” adlandırılan bu hadisə ilə ittifaqa daxil olan bir sıra  respublikalar (Estoniya, Litva və Latviya) SSRİ-dən tamamilə imtina edərək, NATO və Avropa İttifaqına inteqrasiya xətti tutdu, Qərbin hərbi-siyasi bloklarına qoşuldu. Bu ölkələr Rusiyadan tamamilə uzaqlaşmaq qərarı verdilər. Azərbaycan da daxil olmaqla digər müstəqil dövlətlər Rusiyadan gələn təhlükəni əsas götürərək, 1991-ci ildə qurulmuş Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində Moskva ilə siyasi-iqtisadi münasibətlərini davam etdirdilər. Lakin buna baxmayaraq, Rusiyanın keçmiş ittifaq respublikalarına qarşı hücumları səngimədi.

Əvvəlcə Moldova ərazilərini (Dnestryanı bölgəsi) işğal edən Rusiya Ermənistan vasitəsilə Azərbaycana qarşı hərbi müdaxilələr edərək ölkənin ərazi bütövlüyünün pozulmasında əhəmiyyətli rol oynadı. Nəticədə Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən işğal olundu.

Sonrakı dövrlərdə - 2008-ci ildə Gürcüstan (Abxaziya və Cənubi Osetiya), 2014-cü ildə isə Ukrayna (Krım və Donbas) ərazilərinə edilən təcavüzkar hərəkətlər Rusiyanın hələ də bu məkanda yerləşən dövlətlər üçün ciddi təhlükə olaraq qalmasından xəbər verirdi. Əlbəttə, bu məqamda Rusiyanın təcavüzkar həmlələrinə qarşı MDB-nin bir sıra dövlətlərinin xarici və daxili siyasətdə tutduğu xətt əsas rol oynayırdı. Yeni dönəmdə də bu dövlətlər və  dövlətləri idarə edən siyasi liderlərin öz ölkələrilə bağlı verilən qərarlarda iradə sahibi olmamaları  onları kənar və daxili təhlükələr qarşısında müdafiəsiz vəziyyətdə saxlayır. Ona görə Rusiya təhlükəsi hər zaman bu ölkələrin başı üzərində kabus kimi dolaşır.

Belə bir məqamda nə etməli?

Təbii ki, siyasi bacarıq və iradə ilə dövlətin müstəqilliyini qorumaq yeni işğal faktlarına imkan verməmək və dövləti gücləndirməklə yaxın qonşuluq siyasətinə söykənilməlidir. MDB məkanında bu prinsipi davam etdirməklə həmin təhlükələri dəf etmək dövlət başçılarından böyük bacarıq və siyasi strateji xətt tələb edir. Rusiya bu baxımdan sərbəstdir, çünki həmin “aqressor” güc özüdür. Digər ölkələrdən isə yalnız Qazaxıstan və Azərbaycan bu təhlükədən özünü sığortalaya bilib. Qazaxıstan müstəqilliyin ilk illərindən  balanslaşmış siyasətlə təhlükənin qarşısını alıb. Azərbaycan isə ötən əsrin 90-cı illərinin əvvəllərində bu təhlükəni adlaya bilmədi və Ermənistan açıq-aşkar Rusiyanın hərbi gücündən yararlanaraq, hərbi təcavüzlə torpaqlarımızı işğal etdi. Lakin Azərbaycan da artıq bu təhlükəni adlayıb və hazırda nəinki dünyanın demokratik ölkələri, hətta Rusiya da Azərbaycan torpaqlarının azad olunmasını, Ermənistanın təcavüzkar siyasətdən əl çəkməsini, Azərbaycan ərazilərini boşaltmasını tələb edir. Bu fikir həm Rusiya ictimaiyyətində, həm də rəsmi elitada artıq səsləndirilir. Bu da onu göstərir ki, Azərbaycan hazırda düzgün strateji xəttə sahibdir. Müxtəlif prizmalardan yanaşılsa, MDB məkanında 3 ölkənin öz prinsipləri və inkişaf tempi gözə çarpır ki, bu da həmin dövlətləri digər MDB dövlətlərindən üstün göstərir. Təbii ki, burada aparılan siyasət və dövlət rəhbərlərinin bacarığı önəmli faktorlardan biridir.

MDB-nin ən güclü liderləri kimdir?

Mübaliğəsiz demək olar ki, 3 ölkə lideri həm MDB məkanında, həm dünya gücləri, həm də öz cəmiyyətləri tərəfindən təkcə preizdent kimi deyil, eyni zamanda lider kimi qəbul edilir. Bu üç ölkə prezidentini digər həmkarlarından fərqləndirən əsas cəhət də dövlət maraqlarını qorumaq, siyasi manevrlər, düzgün strateji və taktiki bacarıqlara sahib olmalarıdır. Bu üç ölkə Rusiya, Azərbaycan və Qazaxıstandır. Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev həm MDB məkanında, həm də dünya düzəninin yeni formatında söz sahibidir.

Keçmiş “KQB” zabiti, cüdoçu, karateçi, taktika ustası...

Keçmiş Sovet, yaxud MDB məkanının 3 güclü siyasi liderindən biri Rusiya prezidenti Vladimir Putindir. Digərlərindən fərqli olaraq Putinin istər daxili, istərsə də xarici siyasətinin parametrlərinin sayı çox deyil, amma açıqdır. Putin Rusiyanın SSRİ-nin dağılmasıyla itirdiyi imperiya gücünü geri qaytarmaq istəyir. Rusiyanın daxili resurslarını da bunun üçün xərcləyən Vladimir Putin ölkə iqtisadiyyatını çökdürən böhranın da başlanğıc və istinad nöqtəsidir. Siyasətdə strateqdən çox özünü taktika ustası kimi aparan Putin hədəfə aldığı dövlətlərin qüsurlarından özlərinə qarşı istifadə etməyi yaxşı bacarır. O, daxili və xarici siyasətdə fürsətcildir. Hakimiyyəti illərində Gürcüstan və Ukraynaya  hərbi müdaxilə planlarının müəllifi olan Putin qonşu dövlətlərə etdiyi həmlələrlə bu ölkələrin parçalanmasında əhəmiyyətli rol oynayıb. Əlbəttə, bu müdaxilələr onun daxili reytinqini xeyli dərəcədə yüksəldib. Rusiya əhalisinin 85%-dən çoxu ondan razıdır. Xarici siyasətdə daha çox təcavüzkar kimi görünən Putin ölkəsinə həm də düşmənlər qazandırıb. Amma buna rəğmən, Putinin siyasi ustalıqları Rusiyanı yenidən dünyanın əsas güc mərkəzlərindən birinə çevirib.

Putin mərhum prezident Boris Yeltsinin dönəmində 3 ay baş nazir kimi fəaliyyət göstərsə də, yerli və dünya ictimaiyyəti tərəfindən o qədər də yaxşı tanınmayan  şəxs idi. Lakin Yeltsinin postuna iddiası ilə başladığı vəkalət mübarizəsində özünü göstərməyi bacardı. Həmin dönəmdə həyata keçirdiyi layihələrlə namizəd kimi qatıldığı ilk seçkilərdə xalqın mütləq əksəriyyətinin dəstəyini təmin etdi. Rusların nəzərində böyük nüfuza malik olan keçmiş “KQB”dəki fəaliyyəti, cüdodan karateyədək bir çox idman növlərindəki istedadı, Rusiyanın son bir əsrlik tarixində yüksək posta iddialı şəxslər arasında yeganə gənc kadr olması və s. kimi amillər Putinin siyasətdə yüksəlişinə zəmin yaratdı. Hakimiyyətinin ilk günlərindən cəmiyyətə qənim kəsilmiş oliqarxları zərərsizləşdirməsi, korrupsiya ilə apardığı mübarizə və “Böyük Rusiya” iddiası da onu federasiyanın mütləq gücünə çevirdi. Yeltsin dönəmində baş qaldırmış anarxiyadan sonra nəhayət ki, ruslar cəmiyyəti birləşdirən lider tapdıqlarına inandılar. Çeçenistandakı müharibə və digər bölgələrdəki münaqişələri “söndürən” Putin SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq Rusiya sərhədlərindən uzaqda - Suriyada gedən müharibədə iştirak edərək, ölkəsini geosiyasi oyunçu kimi təsdiqlətdi və ABŞ-ın təkqütblü dünya iddiasının üzərindən xətt çəkdi. Bununla da Rusiya dünyanın yenidən bölüşdürülməsi planında əsas oyunçu namizədlərdən birinə çevrildi.

Əlbəttə, bu addımları Putinin daxili populyarlığının artmasında önəmli rol oynadı və bununla özü haqda kritik vəziyyətlərdə doğru addım atmağı bacaran siyasi lider imici formalaşdırdı. Buna görə də Rusiya cəmiyyəti “Böyük Rusiya” iddiası naminə tətbiq etdiyi siyasətin demokratiyaya uyğun olmamasına baxmayaraq, onu dəstəkləyir.

Qazaxıstanın mütləq lideri

MDB məkanındakı əsas simalardan biri də Nursultan Nazarbayevdir. Qazaxıstan prezidenti SSRİ dönəmindən bu günədək öz taxtını qoruyub saxlayan yeganə siyasi liderdir. O, 1991-ci ildən bu günədək Qazaxıstanın prezidentidir. Ölkəsinin müstəqilliyinin ilk illərindən Rusiyanın bütün siyasi liderləri ilə normal münasibətləri olan qazax lider 1991-ci ildə SSRİ-də dövlət çevrilişi vaxtı Boris Yeltsinin rəhbərlik etdiyi inqilabı dəstəkləyərək, ittifaqın parçalanmasında mühüm rol oynadı. Bu, Qazaxıstan da daxil olmaqla 15 respublikanın müstəqil olması üçün tarixi addımlardan biri sayıla bilər.

1991-ci ildən sonra - 1999 və 2005-ci illərdə Qazaxıstanda müxalifətin etirazlarına baxmayaraq cəmiyyətin digər hissəsinin dəstəyi ilə prezidentlik səlahiyyətini 7 ilə qaldırdı, sonradan prezidentin seçilmə limitini ləğv edərək, Qazaxıstanın əbədi dövlət başçısı oldu. Nazarbayevin bu addımı Qərb siyasi dairələrində narazılıq yaratsa da, ona qarşı hər hansı təzyiq edilmədi. Səbəb çox sədəydi. Nazarbayev Qazaxıstanın mütəqilliyinin və  sabitliyinin əsas qarantıdır. Çünki Nazarbayev Rusiya ilə yaxın iqtisadi-siyasi əlaqələrini davam etdirməklə yanaşı, ABŞ, İsrail, o cümlədən Avropa dövlətlərilə münasibətləri ölkəsinin maraqları çərçivəsində inkişaf etdirməyin yolunu bilirdi.

1997-ci ildə paytaxtı Almatıdan Astanaya köçürərkən də məhz bu nüfuzuna və siyasi ustalığına görə Rusiyanın təzyiqi ilə üzləşmədi.

Daxili siyasətdə özünə qarşı olan müxalifətin radikal qanadını və dini kəsimi zərərsizləşdirməsinə baxmayaraq, Nazarbayev istər müxalif düşərgə, istərsə də cəmiyyət arasında yüksək nüfuzunu qoruyub saxlayır. Ölkəsinin təbii qaz və neft ehtiyatlarından əldə edilən milyardlarla dollar maddi vəsaiti Qazaxıstan iqtisadiyyatının inkişafı üçün səmərəli istifadə etməyi bacaran prezident ölkəsi adına böyük uğurlara imza atıb. Xüsusilə, radikal, separatizmə meyilli etnik və dini qrupları zərərsizləşdirməklə Nazarbayev ölkəsini bu təhlükələrdən sığortalamağı da bacarıb.

Qazaxıstanın Rusiya ilə sərhəd bölgələrində 6 milyondan çox etnik rusun yaşadığını nəzərə alsaq, Nursultan Nazarbayevin ölkənin müstəqilliyinin qorunması və vətəndaş sülhünün davamlı olmasında hansı rola malik olduğunu da anlamaq çətin deyil.

Nazarbayevi istər daxildə, istərsə də xaricdə nüfuzlu edən əsas vektorlardan biri də onun yürütdüyü xarici siyasətlə bağlıdır. O, hər nə qədər Rusiya ilə münasibətlərini yaxından davam etdirsə də, xarici siyasətdə çoxşaxəli əlaqələrə əhəmiyyət verir.

Bir neçə il əvvəl ATƏT-in dönəm sədrliyindəki iddiası da Nursultan Nazarbayevin istər daxildə, istərsə də xaricdəki nüfuzu ilə bağlıdır. Əlbəttə, Qərb ölkələri bu addımı dəstəkləməklə, həm də Nazarbayevin Qazaxıstanı fərqli etniklər və dinlər üçün dinc şəraitdə yaşayan sülh məkanına çevirmək siyasətini də alqışlamışdı. 120-dən çox fərqli millətləri özündə birləşdirən Qazaxıstan bu mənada dünyaya örnək göstəriləcək nümunələrdəndir. Nazarabeyin ölkəsi eyni zamanda SSRİ dağıldıqdan sonra daxili sabitliyi qorumağı bacaran ölkədir.

Şübhəsiz ki, hazırda Orta Asiyadakı keçmiş Sovet respublikaları arasında Qərblə münasibətləri ən yaxşı formada davam etdirməyi bacaran yeganə ölkə də Qazaxıstandır. Beynəlxalq aləmdə çoxşaxəli siyasətə üstünlük verərək özünü balans yarada bilən lider kimi göstərməyi bacaran Nursultan Nazarbayev Suriyadakı böhrana görə də dövrəyə girərək ölkəsinin qapısını danışıqlar üçün müharibə tərəflərinə açdı. 2015-ci ildə Rusiya - Türkiyə münasibətləri qarşıdurma həddinə çatanda da Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevlə birgə tərəflər arasında vasitəçilik missiyasını üzərinə götürən ikinci siyasi lider idi. İlham Əliyev və Nursultan Nazarabayevin bu səyləri Rusiya -Türkiyə münasibətlərinin qaydasına düşməsində əhəmiyyətli rol oynadı.

Qazaxıstanın əhəmiyyəti həm də sahib olduğu geosiyasi mövqeyi və zəngin karbohidrogen (neft-qaz) ehtiyatlarından qaynaqlanır. Müstəqilliyinin ilk illərindən digər türkdilli dövlətlər kimi daxili problemlərlə üz-üzə qalan Qazaxıstan bütün enerjisini Nursultan Nazarbayevin liderliyi altında inkişafa və modern dünyaya açılmağa xərclədi. O, ABŞ, Çin və Rusiyanın diqqət mərkəzində olan Qazaxıstanı bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda və dünyanı maraqlandıran bir sıra məsələlərin həllində söz sahibi mövqeyinə gətirdi.

Qafqazın görünən gücü – Azərbaycan

MDB-nin əsas və aparıcı siyasi liderlərindən biri də Azərbaycan prezidenti İlham Əliyevdir. İlham Əliyevin özəl siyasi bacarığı ilə Azərbaycan istər türk dünyasının birləşməsində, istərsə də dünyanın bütün dövlətləri ilə münasibətlərdə yürütdüyü siyasətə görə əvəzedilməz mövqeyə malik olub. Azərbaycanın yerləşdiyi coğrafi bölgə - Cənubi Qafqaz ABŞ və Rusiya kimi dünyanın siyasi qütblərinin geosiyasi maraqlarının toqquşduğu məkan olmasına baxmayaraq prezident İlham Əliyevin istər xarici, istərsə də daxili siyasətdə əldə etdiyi bir sıra uğurlar ölkəmizi həm daxili, həm də xarici təhlükələrdən sığortalayıb.

Diqqət edək. Bir tərəfdən Rusiyanın öz siyasi orbitinə çəkmək istədiyi Azərbaycanı Yunanıstan, Ukrayna, Gürcüstan və bütün Şərqi Avropanı əhatə edən “Şərq xətti”nə daxil etməyə cəhdlər olunur. Lakin MDB-nin digər respublikalarından fərqli olaraq İlham Əliyevin rəhbərlik etdiyi ölkənin Rusiya və Qərbin hərbi-siyasi bloklarında yer almaması təzyiqləri də özü ilə gətirir. Tərəf seçmək məsələsində zaman-zaman Rusiya və Qərbdən təzyiqlər olsa da, İlham Əliyev bütün maneələri dəf etməyi bacardı. Artıq Azərbaycanın mövqeyi ilə nəinki adıçəkilən güclər, həm də digər qüvvələr, regional dövlətlər birmənalı olaraq hesablaşır. Təzyiqlərin açıq müstəvidə olduğu dönəmlərdə Rusiya və Qərb rəsmi Bakını hətta Dağlıq Qarabağın “müstəqilliyini” tanıyacağı ilə təhdid edirdi. Lakin xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllini prioritet kimi qəbul edən prezident nəinki geri çəkilmədi, hətta təhdidləri bumeranqa çevirməyi bacardı və öz siyasi iradəsini qəbul etdirdi. Qərbin təzyiqləri, Rusiyanın əks-hücumları qarşısında geri çəkilməyən Azərbaycan öz siyasətilə heç kəsdən asılı olmadığını sübut etdi. Bir neçə il əvvəl Rusiyanın Qəbələdəki hərbi bazasını da ölkədən çıxaran İlham Əliyev bununla heç bir dövlətin diktəsilə hərəkət etməyəcəyini açıq formada nümayış etdirdi. Ordu quruculuğunda və iqtisadi inkişaf göstəricilərində də İlham Əliyev rəhbərlik etdiyi dövləti regionun söz sahibinə çevirə bildi.

İlham Əliyevin xarici siyasətinin təməl prinsiplərini dövlətin ümumi maraqları əks etdirir. Bu, Azərbaycanı təhdidlərdən yayındırmaq baxımından incəliklə işlənmiş siyasi xətdir. Əlbəttə, bu baxımdan İlham Əliyevin xarici siyasəti bir çox dövlətlər üçün örnək sayıla bilər. Xarici siyasətdə əldə edilən uğurlar daxili sabitliyin qorunmasına, çoxvektorlu diplomatik fəaliyyətlərin genişləndirilməsinə sərf olunur. Bu baxımdan, İlham Əliyevin rəhbərlik etdiyi ölkə müasir dünyanın siyasi düzənində özünə layiqli mövqe seçə bilib. Bu da dövlətin ümumi maraqlarının həyata keçirilməsində önəmli rol oynayır. Əlbəttə, bütün bunların ana xəttini Azərbaycanın uzun illərdir həll etməli olduğu əsas problemi - Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına edilən səylər təşkil edir. Hakimiyyətinin ilk illərindən İlham Əliyev bu məsələnin həlli üçün ciddi diplomatik addımlar atıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bu uğurun nəticəsi idi. BMT-dəki səsvermədə Azərbaycanın lehinə 155 ölkə səs vermişdi. Həmin dönəmdə (2012-ci il) Azərbaycan beynəlxalq terrorizmlə mübarizə çərçivəsində tədbirin təşkilatçısı oldu. Zaman-zaman “G 20” (İstanbul, Mexiko, Seul sammitləri və digər böyük tədbirlər) dövlətlərinin sammitlərinə dəvət alması da İlham Əliyevin lider olaraq nüfuzundan xəbər verir. Prezidentin siyasi xəttinə uyğun olaraq Azərbaycanın Qoşulmamaq Hərəkatının da üzvü olması dövlətin geosiyasi mövqeyinin güclənməsində və daxili təhlükəsizliyin təmin edilməsində ciddi rola malikdir.

Zaman-zaman İlham Əliyevin gərgin münasibətlərdə olan dövlətlər arasında üzərinə götürdüyü vasitəçilik missiyası da onun daxili və xarici reytinqinə müsbət xallar qazandırır. Məsələn, Türkiyə - İsrail, Türkiyə -Rusiya arasındakı vasitəçilik missiyasını buna nümunə göstərmək olar ki, uzun müddət İlham Əliyevin bu səyləri xarici KİV-lərdə geniş müzakirə mövzusuna çevrilmişdi.

Bir tərəfdən də fərqli mədəniyyət və dinlərin mərkəzinə çevrilmiş Azərbaycan beynəlxalq humanitar yardım aksiyalarının təşkilatçısıdır. Fərqli etniklərin, müxtəlif dinlərin birgəyaşayışının əsas təminatlarının olduğu ölkədir. Azərbaycan bu baxımdan sistemli layihələr həyata keçirən nadir dövlətdir. Beləliklə, İlham Əliyev ölkəsini daxili separatizm və radikalizm təhlükəsindən sığortalamağı bacarıb. Günümüzdə kənar dövlətlərdən Azərbaycana separatçı müdaxilələrin olacağı ehtimal mövzusu belə deyil. Əlbəttə, MDB məkanında bu qədər sistemli diplomatik fəaliyyət göstərən ikinci ölkə yoxdur.

İlham Əliyevin MBD məkanında əsas söz sahiblərindən biri olduğunu təsdiqləyən faktlardan biri də Ermənistanın Avrasiya İttifaqına üzvlüyü zamanı bir daha təsdiqləndi. Ermənistanın Avrasiya İttifaqına üzvlüyü qəbulu zamanı Avrasiya İttifaqını yaradan 3 dövlətdən ikisinin lideri - həm Qazaxıstan prezidenti Nazarbayev, həm də Belarus prezidenti Lukaşenko Sarkisyana etiraz etdi və Ermənistanın Azərbaycan torpaqlarını azad etməli olduğunu ən yüksək kürsülərdən səsləndirdi. Putinin şəxsi xahiş və təkidlərindən sonra Ermənistanın üzvlüyünə razılıq verildi.

Digərləri...

Vassal, 5 ildən bir yada düşən, dünyaya bağlanılan qapılar

Məsələn, MDB zəncirinin ilk həlqələrindən biri olan Ermənistan. SSRİ-dən çıxdığını elan etdiyi ilk gündən Rusiya asılılığında qalmağa üstünlük verən Ermənistan və bu ölkənin prezidentləri yalnız Moskvadan verilən tapşırıqları yerinə yetirərək, dünyanın bütün qapılarını bu dövlətin üzünə bağlayıb. Serj Sarkisyan da Ermənistanın Kreml tərəfindən təyin edilən prezidentlərindən sadəcə biridir.

Tacikistan və Özbəkistan da MDB məkanına daxil olan, amma dünyanın siyasi gündəmində adları nadir hallandırılan, çox vaxt isə çəkilməyən dövlətlərdir. Xarici siyasətdə Rusiyadan asılılığı olan bu iki ölkənin siyasi lider baxımından da bəxti gətirməyib. Yerli ictimaiyyət üçün qorxulu tiran obrazı yaratmağı bacaran tacik (İmaməli Rəhmon) və özbək (Şovkət Mirziyoyev) liderlər bundan o tərəfə keçə bilmirlər. Özbəkistan mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbsi hesabına bir müddət gündəmdə olsa da, Tacikistan 5 ildən bir keçirilən seçkilərdə yada düşür. MDB məkanına daxil olan Orta Asiyanın digər ölkəsi Türkmənistan da Özbəkistan və Tacikistan qədər qorxulu səssizlik içindədir, ancaq həm də Qərb və Rusiyanın diqqətini cəlb edən ölkə sayıla bilər. Lakin özünü əbədi prezident elan edərək Türkmənistan qapılarını dünyanın üzünə bağlayan Qurbanqulu Berdiməhəmmədovun yerli müxalifət və vətəndaş cəmiyyətinə qarşı radikal addımlarını “yada salan” yoxdur. Türkmənistanı ara-sıra xatırladan əsas məsələsi isə sözsüz ki, bu ölkənin sahib olduğu zəngin qaz yataqlarıdır.

Görməzdən gəlinənlər

Son illərdə iki inqilaba ev sahibliyi etmiş Qırğızıstan demokratik dünyaya açılmaqda xeyli məsafə qət etsə də, keçmiş prezident Almazbek Atambayev Amerikanın ölkəsindəki sonuncu hərbi bazasını da çıxararaq yenidən ölkəsini Rusiyanın siyasi təsir dairəsinə saldı. Yeni prezident Sooranbay Jeenbekov da Atambayevin kadrıdır, istər daxili, istərsə də xarici siyasətdə tutduğu mövqeyilə keçmiş həmkarından fərqlənmir, həmçinin o, yerli ictimaiyyətə də tanış sima deyil. Qərbin özü də keçən ilin son günlərində Qırğızıstanda baş tutmuş seçkilərə səssiz qaldı. Görünən budur ki, nə təbii ehtiyatlar, nə də geosiyasi mövqe baxımından əlverişli olan Qırğızıstan siyasi güclər arasında hələlik mübahisə predmeti deyil.

MDB-yə üzv olan digər dövlət- Moldova Ermənistandan sonra həm bu məkanın, həm də Avropanın ən kasıb ölkəsi statusunun sahibidir. Ərazilərinin bir hissəsi rus separatçılarının işğalı altında olan Moldovanı Rusiyanın adamı olduğu deyilən İqor Dodon idarə edir. Əgər bunu idarə etmək deyilərsə. Prezidentin səlahiyyətləri tez-tez dondurulur və bunu həm yerli, həm də əcnəbi ekspertlər “oyun” kimi qiymətləndirir. Böyük ölçüdə Rusiyadan asılı olan Moldova dəfələrlə bu təhlükədən qorunmaq üçün NATO və Avropa İttifaqına sığınmaq istəsə də, istədiyinə nail olmayıb. Hazırda da tərəflər arasında mübahisə məsələsi olmayan Moldovada xaotik vəziyyət hökm sürür. Cəmiyyət yeni seçdiyi Dodondan narazıdır, Rusiya  müdaxilələr hesabına vəziyyətə nəzarəti əlində saxlayır. Qərb isə Moldovada baş verənlərə hələlik susqunluq nümayiş etdirir.

Ara-sıra yada düşənlər və Avropaya həsrət qalan prezident

Vaxtilə MDB-də təmsil olunan Gürcüstan və Ukraynada da fərqli mənzərə yoxdur. Düzdür, hər iki ölkəni idarə edən siyasi sistem Qərbin maraqlarına cavab verir, lakin iki dəfə Rusiya əleyhinə baş vermiş inqilabla hakimiyyətə gələn Qərbyönümlü siyasi qüvvələrin bu qazancı hər iki ölkəyə baha başa gəldi. Qərbin Gürcüstan və Ukraynada möhkəmlənməsindən ehtiyat edən Rusiya öz təhlükəsizliyini təmin etmək məqsədilə Gürcüstan və Ukrayna ərazilərini işğal etdi. Bu vəziyyətdə isə Qərb nə Ukraynanı, nə də Gürcüstanı müdafiə edir. Rusiya ilə təkbətək qalmış hər iki ölkənin Qərbdən imtina edərək yenidən Rusiyanın siyasi təsir dairəsinə qayıdacağı ehtimalları da hər gün artır. Gürcüstan – Ukrayna xətti üzərində yerləşən Belarusu isə Avropa İttifaqı dövlətlərinə səfərləri qadağan edilmiş Lukaşenko idarə edir. Müstəqilliyinin ilk illərindən Belarus Rusiyasız idarə oluna bilmir. Amma bütün bunlara baxmayaraq, Lukaşenko normal dövlətçilik və iqtisadiyyat qura bilib. Belarus məhsulları dünyada rəqabətə davamlı məhsullar sayılır. Son zamanlar Lukanşenko özünə yönələn təzyiqləri də azalda bilib. Qərb Belarus üzərindən embaqroları götürüb və artıq bu ölkə ilə Avropa Birliyi arasında istiləşmə meyilləri var. Lakin bu cəhətlər  nəzərə alınmaqla belə, ölkənin MDB məkanında lider dövlət və söz sahibi olmaq şansları zəifdir.

20 -dən səhifə 30

Əlaqəli xəbərlər