Azərbaycanda necə xoşbəxt olmaq olar? – "SUAL"a çevrilən “NİDA”lar

bakli-insan.jpgAha, daxilən çapılmış, bağırsaqları sümüklərinə dolaşan KİŞİyə bax! Səhər yuxudan durub yemək yeməlidir, 4 uşağın nəriltisi, hamısının tualet-hamamı, geyimi var hələ. Cibində də pul yoxdur ki, “arvad, yemək gətir” deməyə cəsarətin çata! Şalvarı əyninə bir təhər keçirib balkona çıxır, bir siqaret yandırıb başlayır içini bir də dişləməyə, yeməyə. Aha, bu da səhər yeməyi... İt oğlu, elə sənə bu da azdır. Pencəyini geyinib evdən rədd olsan, daha yaxşıdır. Nəinki evdə xoşbəxt olmaq, sənə heç ailənlə bir süfrədə oturmaq da yaraşmır. 4 uşağa iki yumurta, hünərin varsa, götür də birini, bunu da edə bilməzsən. Özünü bir təhər işə çatdırmalısan, amma necə? Evdən çıxmaq, evə qayıtmaq var axı. İkiüzlü pencəyinin qara üzünü çevirib əyninə keçirir və məhləyə düşür. İndi hünərin varsa, qonşu Əhmədin ərzaq mağazasının qarısından keç. Əhməd də nisyə dəftərini pencərəyə yapşdırıb elə bil. Qorxma, axmaq vətəndaş, keç görüm! Hələ işdə səni nələr gözləyir, bunun evə qayıtmağı da var. Evə gələndə arvadın sifarişlərini də alıb gətirməlisən, AY SƏFEH ƏR! Telefonuna zəng də çatmır, “blok”a atmadığın adam, borclu olmadığın bank qalmayıb, niyə öldürmürsən özünü, ay axmaq müştəri, bivec dost! Nə isə, rədd ol başımızdan, xoşbəxt olmağı bacarmadınsa, heç olmasa, adam kimi bədbəxt olmağı bacar, BƏDBƏXT ADAM!
Ardını oxu...

Paytaxtın 49 saylı avtobus marşrutunu idarə edənlər, sərnişinlər üçün qoruyucu maskalar paylayıblar – VİDEO

492606201632.jpgİctimai nəqliyyatda koronavirusun profilaktikasına dair tədbirlərə qoşulan marşrutun sahibləri: “Bunları etsəniz…” – deyərək, sərnişinlərinə bu təhlükədən qorunmağın əsas yolunu göstərir, tibbi maskalardan istifadənin vacibliyinin qanunla tənzimləndiyini bildirirlər.

Ardını oxu...

Gömrük Akademiyası beynəlxalq onlayn konfransda iştirak edib

30042020_01_3013864ce70cd9e6dc25961179b5e6e1.jpgDövlət Gömrük Komitəsinin Akademiyası Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) Şimal-Qərb İdarəetmə İnstitutunun təşkilatçılığı ilə “Universitetlərin koronavirusa cavabı: Yeni təhsil mühitində davamlı inkişaf və akademik əməkdaşlığı necə təmin etmək olar?” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda iştirak edib.  

Ardını oxu...

İşdən çıxsan da, ölkədən qaçsan da, ölsən də səndən halal pulumuzu alacağıq

913B0D0A EED7 47A3 8388 3B17EA76B849
Xəbər verdiyimiz kimi, Suqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən bir qrup sahibkar və 400 civarında fəhlə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı uzun müddətdir ki, davam edir. Belə ki, tikinti işlərini hələ 2016-cı ilin sentyabrında başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər. Məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edən və dəstək istəyən iş adamları növbəti dəfə cənab Prezident İlham Əliyevə müraciət ediblər:

Ardını oxu...

1 -dən səhifə 44

Əlaqəli xəbərlər