Vətən müharibəsi qəhrəmanlarına təqaüdlərin verilməsi BAŞLADI

manat e1599821584744man

“Yanvarın 1-dən etibarən Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə başlanılıb”.

araz.az  modern.az-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, ölkədə yarım milyon şəxs müavinət, 1 milyon 250 min nəfər pensiya, 77 min nəfər ailə isə ünvanlı dövlət sosial yardım alır.

A.Kərimov onu da əlavə edib ki, yaxın aylarda 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq.

Əlaqəli xəbərlər