Sumqayıtda 3 yataqxana sökülüb: bu yataqxana da söküləcək - AÇIQLAMA

1611052186 1610890387 index1
 
 
"Sumqayıt Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində 70 yataqxana var. Ötən müddət ərzində bu yataqxanalardan artıq 3-ü sökülüb və orada yaşayan əhaliyə kompensasiya ödənilib. Sokülən yataqxanalardan biri 15- ci məhəllədə yerləşirdi və hazırda yerində park salınıb. Digər ikisi isə 42 və 76-cı məhəllələrdə idi. Daha 2 yataqxana barəsində isə Fövqəladə Hallar Nazirliyinə rəy bildirilməsi üçün sorğu göndərilib”.

Bu barədə Xeberle.com-a Sumqayıt Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilən açıqlamada bildirilib. Qeyd olunub ki, şəhərin 2-ci mikrorayonunda yerləşən 13 saylı yataqxananın söküntüsü üçün FHN artıq rəy verib: "Söküntüdən qabaq isə əhalinin yeni mənzillə təmin olunması da nəzərə alınıb. Belə ki, sözügedən yataqxananın sakinlərinin siyahısı tərtib olunaraq aidiyyatı üzrə təhvil verilib. Sakinlər kompensasiya ilə təmin olunacaqlar və istədikləri ərazidə mənzil almaq hüquqları var. Sökülən yataqxananın yerində abadlıq işləri aparılacaq. 29-cu məhəllədə olan yataqxana barədə isə sorğu göndərilib”.

Digər yataqxanalara gəldikdə isə "heç bir problem yoxdur və əhali yaşayışını həmin yataqxanalarda davam edir” – deyə verilən açıqlamada bildirilir.

Yaranan kiçik problemlərin isə Mənzil İstismar Sahələri (MİS) tərəfindən araşdırılaraq, həll edildiyi vurğulanıb.

Xədicə Səxavətqızı

Xeberle.com

Əlaqəli xəbərlər