“Azərcell”dən “Bakcell”ə keçdi, peşman oldu-“Bu şirkətin dilini kimsə bilir görən?”

1611169674 1610710560 1609399260 baksell 642x336 1

 

Son günlər mobil operatorlarla bağlı şikayətlər çoxalıb. Xüsusilə “Bakcell” mobil operatoru ilə bağlı şikayətlər pik həddə çatıb. Abunəçilər kütləvi şəkildə mobil şirkətin fəaliyyətinə etiraz edirlər.

Gundemxeber.Az-ın xəbərinə görə, Kaim.az-a şikayət edən Həsən Hüseynov deyir ki, əvvəl “Azərcell” abonenti imiş. Sonradan “Bakcell”ə keçib. Ancaq keçdiyinə çox peşman olub. Bu şirkətin servis xidmətləri çox aşağıdır. Şikayətlərə baxan yoxdur.

Şikayətçinin yazdıqların olduğu kimi dərc edirik:

“Yazib sizə bildirirəm ki, bir müddət əvvəl mənə məxsus olan, “Azercell” operator (+994 50) 326 87 01 nömrəmi “Bakcell” operatoruna daşıdım. Qarabağ müharibəsinin 10-cu günündən etibarən, yəni oktyabrda mənim danışıq şəbəkəmdə ciddi problemlər başladı . Mən “Bakcell”in “Elmlər Akademiyası” müştəri xidmətinə müraciət etdim. İlk öncə nömrəmin dublikatını çıxarsaq problemin həllinə heç bir xeyri olmadı. ”Bakcel”in əməkdaşları istiqamət olaraq “Call center”ə müraciət etməyimi tövsiyyə etdilər. Etdiyim şikayətlərə baxmayaraq “Bakcell”in “call center” əməkdaşları hər dəfə özlərinə uyğun tərzdə bəhanə gətirdilər. Dəfələrlə müştəri xidmətlərinə və “Call center”ə müraciətimə baxmayaraq şikayətim ciddiyə alınmadı. Elə cibimə girib pulumu mənimsədilər.

Şikayətlərimin 4-5-ci dəfəsindən sonra mənə texniki şöbədən bir dəfə zəng olundu. Bildirdilər ki, guya yaşadığımız ərazidə qazıntı zamanı “Bakcel”ə aid olan naqilləri hansısa dövlət qurumu tərəfindən zədələnib. Və bunun bərpası olunmadan heç bir vəd verə bilmirlər.

Mən “Bakcel”in əməkdaşından tələb etdim ki, texniki şöbənin səlahiyyətli şəxslərindən dəqiq məlumat alsın və dolğun informasiya versin. 5-10 dəqiqə keçdikdən sonra təkrar mənimlə əlaqə saxlayan şəxs bildirdiyi məlumatda heç bir dəyişiklik olmadığını dedi.

Şəbəkəylə bağlı olan problemimin nəçə ay və neçə il müddətinə həll olacağına dair məlumatın olmadığını bildirdi.

“Bakcel”in “Texniki şöbə”sinə, “Müştəri xidmətləri”nə, “Call center”in əməkdaşlarına başa sala bilmədim ki, tək yaşadığım ərazidə deyil, Bakı şəhərini əhatə edən bütün ərazilərdə bu problem var.

Xahiş edirəm bu şirkətin dilini bilən, bununla bağlı aidiyyatı olan qurumlar mənim məsələmə aydınlıq gətirsinlər. Bu kimi problemlərlə bağlı ciddi məşğul olsunlar və abonentlərin pulu müqabilində təlimata uyğun xidmət göstərsinlər.

Sonuncu dəfə “Call center”lə danişarkən mən onlara sonuncu dəfə zəng etdiyimi bildirmişdim .Demişdim ki mətbuat və sosial şəbəkə vasitəsilə, məhkəməyə qədər şikayət edəcəm.

Yenə iradlarımı ciddi qəbul etmədilər. Əsəblərimi, vaxtımı və pulumu mənimsiyərək mənə ziyan vurublar. “Bakcel”in əməkdaşları ilə danışığım mən tərəfdən bütünlüklə qeydə alınmışdır.

Lazım olsa audio yazıları məcbur olub işıqlandıracam. Bəlkə şirkət bununla bağlı bir ölçü götürüb nəticə çıxarar. Müştərilərinə ciblərinə girməyərək doğru xidmət göstərməyi unutmazlar.

Hüseynov Həsən İslam oğlu

P.S. Qarşı tərəfi dinləyə bilərik.

Əlaqəli xəbərlər