Sumqayıt Polis İdarəsinin rəisi tutduğu vəzifədən azad edildi və... Nazirdən ƏMR

1606505253 neriman3ppx

Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov tutduğu vəzifədən azad edilib.

Xeberle.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə isə Nəriman İmanov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Sumqayıt şəhər Polis İdarəsinin rəisi vəzifəsinə isə hələlik təyinat olmayıb. Rəis vəzifəsini əməliyyat işləri üzrə müavin Rauf Babaşov icra edir.

Qeyd edək ki, N. İmanov 2019-cu ilin yanvar ayından Sumqayıt polisinə rəhbərlik edirdi.

Xədicə Səxavətqızı

Əlaqəli xəbərlər