Kamran Əliyev məşhur prokuroru işdən çıxartdı

kamran

Abşeron rayon prokuroru Rahib Seyidov 5 illik müddətin başa çatması ilə əlaqədar işdən azad edilib.

araz.az  Bakipost.az-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Həmin vəzifəyə Baş Prokurorluqda İstintaq İdarəsinin rəis müavini Qabil Qasımov təyin edilib.

Rahib Seyidova isə Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirmə İdarəsinin prokuroru vəzifəsi həvalə edilib.

Qeyd edək ki, Rahib Seyidov prokurorluq orqanlarında tanınmış simadır. O, Abşerondan əvvəl Göygöl, İsmayıllı və Şəkidə prokuror vəzifəsində çalışıb

Əlaqəli xəbərlər