Operativ Qərargahdan brifinqlə bağlı yeni açıqlama

nazirler kobineti

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının artması səbəbilə xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi ilə bağlı yerli KİV-də məlumatlar dərc edilib.

araz.az  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə bununla bağlı qərar verəcək və martın 13-də ictimaiyyət üçün brifinq keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Qazet.az-a açıqlamasında Operativ Qərargahın brifinqin keçirilməsi ilə bağlı hər hansı bir məlumat yaymadığını bildirib.

“Brifinqin keçiriləcəyi tarixlə bağlı məlumatımız yoxdur. Ayın 13-nə 8 gün qalıb. Bu barədə məlumatım yoxdur”, – o qeyd edib.

Əlaqəli xəbərlər