Deputat Fəzail Ağamalının sahib olduğu SƏRVƏT – Siyahıya SIĞMAYAN MİLYONLAR

414641113

1995-ci ildən bəri Azərbaycan Milli Məclisindəki kreslosunu qoruyub saxlayan deputat Fəzail Ağamalı cəmiyyətin maddi cəhətdən ağlamalı duruma düşməsində payı olan şəxslərdən biri kimi geniş kütlələrin yaddaşına həkk olunmuşdur. 

araz.az  Guninfo.az-a istinadən xəbər verir ki, ara-sıra məqamına uyğun olmayan ilginc xəbərlərlə gündəmə gələn Fəzail Ağamalı vəzifənin şəxsə verdiyi bir çox fürsətlərdən bəd mənada istifadə edərək özünə sərvət yığmağıda ehmal etməyib.

Əldə etdiyimiz siyahını təqdim edirik:

1. “BUTA” bağçaları (qızı Günay Ağamalının adına)
2. Novxanıda villa (öz adına)
3. Novxanıda villa (oğlu Elçinin adına)
4. Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzil
5. M.Araz küçəsində 2 mənzil
6. Çınqıl zavodu
7. Neftçala rayonunda şadlıq sarayı
8. “555” nömrəli bahalı avtomobillər
9. Ukraynada meyvə biznesi
10. Atatürk prospektində villa
11. Şəhərin bir neçə yerində təzə binalarda mənzillər
12. Xətai rayon məhkəməsinin binası (icarədədir, F.Ağamalıya məxsusdur)
13. Boru sexləri (oğlu idarə edir) və s.

Qeyd edək ki, Fəzail Ağamalı “Ana Vətən” partiyasının sədridir.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər