Siyavuş Novruzov Vahid Əhmədova söz atdı, cavabını aldı

FotoJet 2021 10 11T141922.230

Milli Məclisin iclasında “Müstəqillik haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar Siyavuş Novruzovla Vahid Əhmədov arasında fikir ayrılığı yaranıb.

araz.az   Oxu.Az-a istinadən bildirir ki,  S.Novruzov bəzi şəxslərin özünü “istiqlalçı deputat” adlandırmasına etiraz edib.

O qeyd edib ki, Azərbaycan SSRİ məkanında öz müstəqilliyini ən gec elan edən ölkələrdən olub.

“Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır”, - deyə S.Novruzov əlavə edib.

V.Əhmədov isə qeyd edib:

“İndi burada danışmaq çox asandır. Bu zalda referendumla əlaqədar 43 deputat Azərbaycanın SSRİ-dən ayrılmasına səs vermişdi. Onlardan biri də ulu öndər Heydər Əliyev idi. İndi durub SSRİ-nin saxlanılmasının əleyhinə səs verən istiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm”.

Qeyd edək ki, 1991-ci ilin 7 martında Azərbaycanda SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilib.

Həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının isə lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb.

Həmin 43 deputat “istiqlalçı deputatlar” kimi tarixə düşüb.

Bundan əvvəl də Siyavuş Novruzov dəfələrlə bəzi “istiqlalçı deputatlar”a iradını bildirib.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər