"Kefim də yaxşıdır, səhhətim də, lap əlayam” - Artur Rasizadə

artur5Sabiq baş nazir Artur Rasizadə səhhətinin ağır olmasıyla bağlı yayılan xəbərləri təkzib edib.


araz.az  Modern.az-a istinadən xəbər verir ki, keçmiş hökumət başçısı sağlıq durumuyla bağlı narahatlığa əsas olmadığını deyib:

"Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam!”.


Artur Rasizadə deyib ki, doğrudan da bu günlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Amma artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələrilə bir həftəliyə gedibmiş.


86 yaşlı Artur Rasizadə 22 il (1996-2018) Azərbaycanın Baş naziri postunda çalışıb. 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər