Gələn il Novruz bayramında 8 gün ardıcıl qeyri-iş günü olacaq

novruz 1Gələn il Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq

Gələn il Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl qeyri-iş günü olacaq.

araz.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Gələn il martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

Gələn il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

Gələn 9 və 10 iyul tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.

 

Əlaqəli xəbərlər