"Hamısında şişirdilmiş dodaq, gözlər qalxıb, burun kiçildilib... "

rovsane1

"Bir tədbirdəydim və insanları bir-birindən ayıra bilmirdim, hamısı bir-birinə bənzəyirdi - şişirdilmiş dodaqlar, gözlər qalxıb, burun kiçildilib. Təssüf ki, indi bu görünüşdə aparıcılar çoxdur".

araz.az-ın xəbərinə görə, bu sözləri Rövşanə Ağasəfqızı MTV kanalına danışarkən deyib. Aparıcı qeyd edib ki, hazırda individual aparıcı yoxdur:

"Səsi, xarizması, danışıq tərzi ilə seçilən, tanınan aparıcını xatırlamıram. Desəz ki "ad çək", köhnələri, bizim nəsildən olanları sadlayaram.Yenilərini tanımıram, çünki hamısı bir-birinə bənzəyir. Saçları, geyim tərzi, makyajları, düzəldilmiş bədənləri, üzləri ilə eynidir"

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər