300 minlik "Yaguar”la sərxoş vəziyyətdə yaxalanan gənc hansı məmurun oğludur? - FOTOLAR, VİDEO

2018-10-31-17-00-54collage.jpgDYP-nin keçirdiyi son reyddə sərxoş halda saxlanılan sürücülərdən biri məmur övladıdır.

Araz.az Avtosfer.az-a istinadən xəbər verir ki, kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan "Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub.

Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.

Əldə edilən məlumata görə, Fərhad Eldar oğlu Hacıyev AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğludur.

DYP Fərhad Hacıyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sənədləri məhkəməyə göndərib.

Qeyd edək ki, F.Hacıyevin idarə etdiyi avtomobilin qiyməti 300 min manat civarındadır.

Görüntülər yayılandan sonra Hüseyn adlı reklam meneceri bir neçə telekanala zəng edərək məhz Fərhad Hacıyevin görüntülərinin efirə verilməməsini xahiş edib.

***

"AZAL”ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən şəxsin qurumun vitse-prezidenti Eldar Hacıyevlə heç bir bağlılığı yoxdur: "O şəxs Eldar Hacıyevin oğlu deyil. Məlumat yanlışdır”.

 

Əlaqəli xəbərlər