91441548 1544744319027076 3794661987506454528 nÖLKƏDƏ APARILAN DEZİNFEKSİYA İŞLƏRİNƏ ŞİRKƏTDƏN TƏMƏNNASIZ DƏSTƏK

Gətirdiyi bəlayla təşvişə saldığı dünyanın dövlətlərinin belə düzənini ciddi şəkildə sarsıdan koronavirus pandemiyası bəşəriyyətə ağır günlərini yaşatmaqdadır. Mövcud vəziyyətdə birbaşa olaraq ölkə başçılarının nəzarəti altında dövlətlər adına gərəkən tədbirlər görülsə də, bütün bunlar yenə azlıq təşkil edir -- eynən Azərbaycandakı kimi! Bu ağır durumda, böyük dünya savaşlarında olduğu kimi, insanlar kütləvi şəkildə ölsə də, şükürlər olsun ki, insanlığın ölmədiyi bir daha özünü göstərir; Varlısı, imkanlısı kasıbının, yoxsulunun əlindən tutub, xeyriyyəçilik etməklə, qapısına yardımlar göndərməklə deyilənləri təsdiq etmiş olur. Bu istiqamətdə ölkəmizdə də ciddi addımlar atılmaqdadır ki, bunun da effektini hər kəs görür.

Deyilənlərlə bağlı araz.az-ın apardığı araşdırmalardan aydın olur ki, elə, bu öldürücü pandemiyaya qarşı mübarizəyə könüllü dəstək və birlik hesabına da, onun özünün məhvini tezləşdirəcəyik. Həm də, ona görə ki, imkanlı Vətən oğulları bu istiqamətdə həyata keçirdikləri hər bir yaxşı işlərini dövlətimiz adından, onun rəhbərinin çağırışıyla, vətəndaşlarımızın mənafeyi və sağlamlıqlarının qorunması naminə edirlər. Bu ağır durumda ölkəmizi və xalqımızı düşünən xeyriyyəçi Vətən oğullarından biri də Hacı Natiq Nəbilidir. Elə, saytımızın əməkdaşı da, hər gün, ölkədə aparılan dezinfeksiya işlərinə onun rəhbəri olduğu “AZER-N-AGRO” MMC-dən təmənnasız dəstəyə şahidlik edir.
natiq-nebili.jpg"İnkişaf etmiş ölkələrin belə koronavirusla mübarizədə aciz olmaları, vətəndaşlarının hər gün bu xəstəliyə kütləvi yoluxub, həyatla vidalaşmaları danılmaz faktlardır. Pandemiya xofunun və qorxusunun dünyanı caynağına aldığı, təşviş içindəki insanlarını ev dustağına çevrdiyi belə bir ağır durumda vətəndaş birliyinin olmasının, hamının sağlam həyatın qorunması üçün çalışmasının, eləcə də yaxşılığın və xeyriyyəçiliyin vacibliyi əsas şərtlər sırasında önə keçdiyindən, ölkə başçısının koronavirusla mübarizə çağırışına ilk qoşulan özəl qurumlardan biri də, bizim "“AZER-N-AGRO” şirkəti oldu. Artıq neçə vaxtdır ki, işçilərimiz öz avadanlıq və aqreqatlarımızla ölkəmizin üçüncü böyük şəhəri olan Sumqayıtın, eləcə də Şabran rayonundakı yaşayış məntəqələrinin küçələrini dezinfeksiya etmə işlərinə qoşulublar. Yeri gəlmişkən, onu da qeyd edim ki, hər şeyi təmənnasız edirik. Əgər müvafiq dövlət qurumları bizə müraciət edərlərsə, ödənişsiz olaraq, kənd təsərrüfatında istifadə olunan həmin aqreqat və avadanlıqlarımızla digər yol, küçə və yaşayış məntəqələrində də dezinfeksiya işləri apara bilərik!" -- deyə, əməkdaşımızla söhbətində Hacı Natiq Nəbili rəhbəri olduğu şirkətin həyata keçirdiyi alqışalayiq işlərin vacibliyindən danışıb. Onu da bildirib ki, koronavirus dünyaya bəla gərirməklə yanaşı, çoxdandır onun bağlanmış gözlərini də açıb: "Varlı da, kasıb da bu ölümcül bəla qarşısında əlacsız olduğundan, bu çətinlik bir sınağa çevrilib; İnsanları bir-birindən ayırsa da, evlərinə daşısa da, onları daha da yaxınlaşdırıb. Artıq hər bir insan tanımadığı insan həyatı uğrunda könüllü olaraq ölümə gedir, bu ölümcül virusa yoluxa biləcəyini qabaqcadan anlasa da, xəstə ilə birgə olmaqdan çəkinmir, ehtiyacı olanlara, bir-birlərinə təmənnasız yardımlar edirlər. Bu da onu göstərir ki, bir vaxtlar insan övladının adına deyilən həqiqi mərhəmət hissləri artıq geri qayıdır. Deməli, insanlar ölsə də, insanlıq ölməyib hələ! Bu belədirsə, bəşəriyyət də ölməyəcək və dünyamızı yaxşılar xilas edərək, başdan-ayağa tamamilə dəyişdirəcəklər. Beləcə, karantin və fövqəladə rejim qadağalarının "acısını dadan" dünyamız, bu qadağaların ləğvindən sonra, Böyük Allahın izni ilə, tam fərqli olacaq!".
Yazının sonunda onu da bildirək ki,
ölkədə aparılan dezinfeksiya işlərinə fəal dəstək verən “AZER-N-AGRO” şirkəti, çoxdandır ki, xaricdən gətirib, satışını təşkil etdiyi kənd təsərrüfatı texnikalarının, aqreqat, avadanlıq və ləvazimatların, eləcə də təkər və ehtiyyat hissələrinin yüksək keyfiyyətləri ilə tanınıb. Həmin texnika və aqreqatlardan, əsasən, genişmiqyaslı əkin sahələrinin dərmanlanmasında daha çox istifadə olunub. Bütün bu əməliyyatların müsbət nəticələri isə, daim göz qabağında olub -- eynən, COVİD-19-la mübarizədəki kimi!..

 

Nadir HƏSƏNLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.