"O, mənim ən yaxın dostum, sirdaşım, atdığım hər addımda nəfəsi olan dayağım idi..."

295473"

 

Hüznlü günlərimdə yanımda olan hər kəsə təşəkkürümü bildirirəm"

İctimai-siyasi xadim, Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurasının sədri, Ərciyəz Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı həyat yoldaşı Rahilə Mehdiyevanın vəfatı ilə əlaqədar ona başsağlığı verən hər kəsə təşəkkür edib:
"25 İyul 2020. Həyatımın ən acı gününü yaşadım. Ömür-gün yoldaşım Rahilə xanımı itirdim. O mənim ən yaxın dostum, sirdaşım, atdığım hər addımda nəfəsi olan dayağım idi. Bu kədərli, hüznlü günlərimdə yanımda olan, mənə başsağlığı verən bütün qohumlara, dostlara, tanışlara dərin təşəkkürümü bildirirəm. Var olun. Allah hamınızdan razı olsun."
araz.az

Əlaqəli xəbərlər