Əhməd Əhmədzadənin təcrübəsi oliqarx olmaqdırmı? - Əli Əsədovun qərarı təəccüb və etiraz yaratdı

EHMEDEHMEDZADE4

günlərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edilib. Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən bu sahədə mövcud vəziyyəti sərt tənqid etmişdi. Bundan bir gün sonra Baş nazir Əli Əsədov Ə.Əhmədzadəni özünə müşavir təyin edib. Bu isə ictimaiyyət arasında ciddi narazılıqlara səbəb olub . Prezidentin tənqid etdiyi şəxsin baş nazir tərəfindən müşavir təyin edilməsi hansı zərurətdən yaranıb?

Mövzu ilə bağlı fikirlərini aldığımız ekspertlər də belə bir sual qarşısında təəccüblüdürlər. Politoloq Qabil Hüseynli bildirdi ki, Əhməd Əhmədzadə sovet sövründən bu sahədə çalışıb və böyük sərvət sahibidir: “Belə adamların məsuliyyətə cəlb edilməsi əvəzinə müşavir təyin edilməsi anormal bir hadisədir. Mən özüm də təəccüblənirəm ki, bu qoca kişi, meliorasiya sahəsində bərbad vəziyyət yaradan bir insan yenidən başqa bir sahəyə irəli çəkilir. Onun yerinə isə xeyli gənc bir şəxs təyin edilib. Ağır bir təsərrüfatdır, kənd təsərrüfatının şah damarıdır. Belə yerə məncə təcrübəli şəxslər təyin edilməlidir. O kişidən haqq-hesab sormaq əvəzinə yenidən vəzifəyə gətirirlər. Təcrübəsi var, ancaq bu təcrübəsinin xeyli hissəsi öz şəxsi imkanlarının genişləndirilməsinə yönəldilib”.

“Əhməd Ədmədzadənin hansı təcrübəsi var, onun təcrübəsi oliqarx olmaqdırmı?” “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev sualımıza belə bir sualla cavab verdi: “Özü də deyirdi ki, 1967-ci ildən indiyədək ölkədə müxtəlif yüksək vəzifələrdə olub. Meliorasiya və Su Təsərrüfatı ASC də yetərli qədər ciddi problemləri olan təchizat olub. Ölkədə ərazilərin şoranlaşmasında bu təchizatın günahı var. Eyni zamanda hər il orta hesabla bu qurumun dövriyyəsi 2 milyarda yaxın olub. Eləcə də satınalmalarla bağlı məsələlərdə çox ciddi problemlər var. Hətta ötən il Hesablama Palatasının hesabatında da bununla bağlı məsələlər vardı. Bizim “Şəffaflıq Azərbaycan” təşkilatı dövlət satınalmalarında şəffaflığın təmin edilməsi ilə bağlı tədqiqat aparıb. Tədqiqatda da satınalmalarla bağlı məsələlərdə qanunvericiliyin tələblərinin kobud surətdə pozulması barədə bu ASC-də çoxsaylı ciddi problemlər olduğunu aşkarlamışdıq. Hətta satınalmalarda bir neçə şirkətin qalib olmasını da müəyyənləşdirmişdik. Hər il dövlət büdcəsindən böyük miqyasda bu təchizata vəsait ayrılıb. Ancaq bu vəsait təyinatı üzrə xərclənibmi, yaxud xərclənibsə bu vəziyyət niyə belədir?”

Ə.Nuriyevin sözlərinə görə, Azərbaycan su ehtiyatlarına görə, Cənubi Qafqazda 30 faiz özü tərəfindən təmin olunur, o qədər də geniş su ehtiyatlarına malik deyil: “Ona görə də su ehtiaytlarından qənaətlə istifadə edilməsi vacibdir. Bütövlükdə su kanallarının tikilməsi, meliorasiya işləri əksər hallarda bərbad vəziyyətdə olub. Su ehtiyatları qənaətlə istifadə edilməyib. Xüsusilə də su ehtiyatlarının böyük bir hissəsi bu quruma aid olan məsələ idi. Təsərrüfatla məşğul olan insanlar çox zaman bu suyu əlavə vəsaitlər ödəməklə alırlar. Eyni zamanda ayrı-ayrı böyük təsərrüfatların, oliqarxların maraqlarına yönəlib ki, burada da ASC-nin müstəsna rolu var. Əlbəttə, Ə.Əhmədzadənin illərin təcrübəsi var, ancaq bunun pozitiv olub-olmaması müzakirə olunan məsələdir. Özü də deyib ki, 67-ci ildən bu yana rahat yatmamışam, qorxmuşam vəzifədən. Hesab edirəm ki, ASC-nin geniş ciddi surətdə təftişə ehtiyacı var. Genişmiqyaslı yoxlamalar olmalıdır, bütün avadanlıq, dövriyyə vəsaitləri yoxlanmalıdır. Burada böyük çatışmazlıqların olması istisna edilmir. Ötən il böyük bir müşavirə olmuşdu və ölkə başçısı tərəfindən konkret tapşırıqlar verilmişdi. Ölkədə su ehtiyatlarının optimallaşdırılması, bu prosesin idarəe dilməsində təkmilləşdirilmə ilə bağlı çox ciddi vəzifələr qoyulmuşdu. Bundan əvvəlki müşavirədə də həmin şəxs bir sıra suallara cavab verə bilmədi. Ancaq bura dövlət büdcəsindən çox böyük miqyaslı vəsait yönəldilib”.


AFN

Elmar Vəliyev bu yolla canını qurtarmağa çalışır – Guya anlaqsızdır, heç kimi tanımır…

elmar56Sabiq nazir Səlim Müslümovun həbsi vəzifədə işləyərkən dövlət əmlakını talan etmiş, rüşvət və korrupsiyaya bulaşmış keçmiş məmurların başı üzərində "qara buludların” dolaşdığını ortaya çıxardı. Səlim Müslümovdan sonra Milli Qəhrəman, sabiq briqada komandiri Rövşən Əkbərovun dəmir barmaqlıqların arxasına göndərilməsi bu kateqoriyaya daxil olan insanlar üçün təhlükənin artdığını göstərdi. Hacıbala  Abutalıbovun "sağ əli” kimi tanınan BŞİH-in keçmiş Aparat rəhbəri Rasim Quliyevin ardınca vaxtilə MTN-də yüksək post tutmuş generallar Mövlam Şıxəliyevin və Nizami Şirinovun həbsi bu prosesin dönməz xarakter aldığını göstərdi.

araz.az  xəbər verir ki, müxtəlif dövrlərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş şəxslərin məsuliyyətə cəlb olunması bundan sonra da davam edəcək. Mənbələrimizin iddialarına görə, Azərbaycan cəmiyyəti qarşıda daha səs-küylü həbslərə şahidlik edəcək.

Aldığımız məlumatlara görə, taleyilə bağlı ciddi narahatlıq keçirən şəxslərdən biri də Gəncənin sabiq icra başçısı Elmar Vəliyevdir. Elmar Vəliyevin karyerasının başa çatmasıyla nəticələnən məlum güllələnmə olayına dair məhkəmə prosesi yekunlaşsa da, onun öz personası ətrafında başlanmış müzakirələr hələ də davam edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, külli miqdarda sərvət toplamış sabiqlərlə haqq-hesab çəkildiyi bir vaxtda Vəliyev yaxasını kənara çəkə biləcəkmi?

Yaxın ətrafının dediyinə görə, Elmar Vəliyev təhlükənin günbəgün artdığını hiss etdiyi üçün ağlasığmaz üsula əl atıb. Qohumlarının sözlərinə görə, o, sağlıq durumu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldur. Məhz onun öz istəyinə uyğun olaraq, yaxın ətrafındakı insanlar hər yerdə Elmar Vəliyevin anlaqsız vəziyyətdə olduğunu, heç kimi tanlmadığını danışır. Keçmiş icra başçısı bu yolla hüquq-mühafizə orqanlarının diqqətini öz üzərindən yayındıra biləcəyinə ümid edir.

Mənbə sonda onu da deyib ki, əslində Elmar Vəliyevin səhhəti qənaətbəxşdir. O, gözdən-könüldən uzaq bir yerdə, Göygöl rayonunun Dəyirmanlar kəndindəki villasında istirahət edir. Onun bu ünvanı təkcə dincəlmək deyil, həm də kənar şəxslərlə ünsiyyətdən yayınmaq üçün seçdiyi bildirilir. 

Yenisabah

Səlim Müslümovun yerinə təyinat

selimmuslumov1

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov daha bir vəzifəsini itirib.

araz.az-ın məlumatına görə, S.Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri  vəzifəsindən azad olunub. Onun yerinə isə Vəfa Nəcəfova təyin edilib.

Qeyd edək ki, S.Müslümov fevral ayında DTX tərəfindən həbs edilib.

Unikal.org

Karantin rejimi ilə bağlı təklif

karantin89

"Vaksinasiya başlayar-başlamaz karantin tədbirlərinin yumşaldılması epidemioloji baxımdan doğru deyil. Vaksinasiya aylnız 70-80 faiz əhalini əhatə etdiyi halda effektivdir. Bu gün əhalinin 50 faizi vaksinasiya edilmiş olsa belə vaksin yolxuma sayını azaltmayacaq".

araz.az xəbər verir ki, bu sözləri "ARB24"ə Türkiyənin "Hacettepe" xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusun yayılmasına ən çox ictimai nəqliyyatın səbəb olmasını nəzərə alsaq əhalinin iş saatlarına müəyyən dəyişiklik edilməsi mümkündür:

"Bununla pik saatlarında yüklənmənin qarşısını almaq olar. Məsələn, 08:00, 09:00 və 10:00 kimi fərqli saatlarda işə başlamaq mümkündür. Distant çalışmaq mümkündürsə, mütləq şəkildə buna keçmək lazımdır.

İşçilərin sayının azaldılması, ictimai nəqliyyatla bağlı dəyişikliklərin edilməsi və bu kimi tədbirləri görməklə tam qapanmanın qarşısını almaq mümkün ola bilər".

"Sərt karantin tətbiq edilsə..." - VACİB AÇIQLAMA

karantin89

COVİD-19 infeksiyasına qalib gəlməyin yeganə yolu kütləvi şəkildə əhalimizin peyvəndlənməsindən keçir. Bir ildir ki, bütün dünyada olduğu kimi biz də pandemiyadan əziyyət çəkirik. Çox təəssüf ki, bu infeksiyaya gündəlik yoluxanların və ölənlərin sayı artmaqdadır. ÜST COVİD-19 infeksiyasına qarşı həm ölkədə effektiv mübarizə tədbirlərinin aparılmasına görə, həm də beynəlxalq təşəbbüslərə qoşularaq verdiyi töhfələrinə görə Azərbaycanın dünya ölkələri üçün nümunəvi olduğunu dəfələrlə qeyd edib.

araz.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, dünyanın bütün ölkələri nə pandemiyaya qarşı effektiv mübarizə apara bilir, nə də koronavirusa qarşı peyvəndlərdən yararlana bilir:

“Prezident İlham Əliyev beynəlxalq tribunalardan kasıb ölkələrə yardımların edilməsini, peyvəndlərin bərabər, ədalətli bölgüsünün və hamı üçün əlçatanlığının təmin olunmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev bilirdi ki, peyvəndlər istehsal olunanda bölgüsündə ədalətsizlik baş verəcəkdir və ona görə də beynəlxalq COVAX təşəbbüsünə qoşulmaqla yanaşı, fərdi qaydada Çindən peyvənd idxal edilməsinə nail olmuşuq.

Bu gün ölkəmizdə aktiv peyvəndlənmə aparılır. Pandemiyaya qalib gəlməyinin yeganə yolu peyvəndləmə olduğundan ölkəmiz peyvəndlənməyə başlayan ilklərin sırasındadır. Bu gün əhalinin sayının nisbətinə görə də Azərbaycan peyvəndləmədə öncül yerlərdədir. Dövlətimiz bütün bu işlərini insanların sağlamlıqları naminə icra edir. Hər bir vətəndaşımız da başa düşməlidir ki, hamılıqla, kütləvi şəkildə peyvəndlənməyə getməliyik. Heç də sirr deyil ki, çoxlu ölkələrin vətəndaşları gözləyirlər ki, peyvəndlər gətirsinlər və qəbul etsinlər.

Amma dövlətimiz bu şəraiti bizim üçün yaratmışdır. Çox təəssüf ki, peyvənd vurulmasına tərəddüdlə baxanlar da var. Belə insanlar başa düşməlidirlər ki, peyvəndlənmənin alternativi yoxdur. Bir müddətdən sonra dünyada gediş-gəliş üçün də ölkələr peyvəndləyən insanlar üçün sərbəst ola bilər. Həm də sərt karantin rejimi tətbiq ediləcəyi halda peyvəndlənmiş şəxslər SMS icazələrindən azad oluna bilərlər. Çünki peyvəndlənmiş insanın yoluxma riski çox aşağıdır və hətta yoluxma baş versə belə, çox yüngül şəkildə keçirirlər. Əgər biz adi normal həyata qayıtmaq istəyiriksə, mütləq şəkildə hamımız vaksinasiya olunmalıyıq”.


Trend

3 -dən səhifə 148

Əlaqəli xəbərlər