Krasnoyarsk: Azərbaycan imicini yüksəldən Vətən, xalq sevgili milli diasporumuzun etibar və inam məkanı

90843232_1.jpg

Taleh Mahmudov: “Xaricə üz tutan həmyerlilərimizi daim bir olmağa, milli maraqlarımızı qorumağa çağırırıq”

Camal Ələsgərov: “Azərbaycan torpağı bizim üçün müqəddəsdir, burda Vətən sevgimiz daha yüksəkdə dayanır”

Rusiyada yaşadığım vaxtlar, bu ölkədə milli diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətimə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarıyla dövlət mükafatlarına layiq görülmüşəm. İndi Azərbaycanda yaşasam da aktiv ictimai-siyasi fəaliyyətlə bərabər, respublika hüdudlarından kənardakı əvvəlki işlərimi davam etdirir, daha çox, milli diaspor quruculuğu, onun inkişafı üçün faydalı işlər görməyə çalışıram. Bu məqsədlə, vaxtaşırı, soydaşlarımızın daha çox yaşadığı çoxmillətli Rusiya Federasiyasında olur, müxtəlif görüşlər keçirirəm.

Ardını oxu...

Azərbaycanlı məmurun kral həyatından fotolar yayıldı – GÖRÜNTÜ

370df1.jpg

Azərbaycanlı məmur və məmur övladlarının həyatına marağı nəzərə alaraq sizi Vüsal Musayevlə tanış edirik. 
Musayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində rəhbər vəzifədə çalışır. 
Yaşadığı oliqarxsayağı həyat diqqətləri cəlb etməyə bilmir.  
Araz.az 
-ın A24.Az-a istinadən sizə azərbaycanlı məmurun nağıl kimi həyatının, kiçicik bir hissəsidən foto və videoları təqdim edir:

 











Bələdiyyələrə əlavə səlahiyyət verildi (FƏRMAN)

1516299527_untitled-1.jpg

Bələdiyyələrə qəbiristanlıqların idarə edilməsi sahəsində səlahiyyət verilməsini nəzərdə tutan qanun qüvvəyə minib.
 
Araz.az-ın Qaynarinfo-ya məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqi haqqında” fərman imzalayıb.
 
Bundan sonra bələdiyyələrin yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların idarə olunması, saxlanılması və köçürülməsi, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır. 

Bakıda özəl klinikada diplomsuz “həkim” - İDDİA

Elmuraz-2.jpg

Tibb sahəsində ali təhsili olmayan şəxs Bakıda fəaliyyət göstərən klinikalardan birində məşhur həkim kimi təqdim olunur.

Araz.az “Yeniavaz.com” -a əsasən xəbər verir ki, bu barədə məlumatı sabiq millət vəkili Nazim Bəydəmirli sosial şəbəkə hesabında paylaşıb. Sabiq millət vəkili qeyd edib ki, 2 il əvvəl sahibi olduğu klinikada İranda təhsil almış Elmuraz adlı “həkim dermatoloq” işə götürülüb: “Mənə deyirdilər ki, sağalmayan xəstəlikləri müalicə edir. Ancaq diplomunu guya Səhiyyə Nazirliyinə attestasiya komissiyasına verdiyinə görə yubadır. Bir gün onu çağırıb diplomunu tələb etdim. Adam boynuna aldı ki, 3 aylıq təbabət kursu bitirib. Dərhal klinikadan getməsini tələb etdim. İndi baxıram ki, sosial şəbəkələrdə 10 minlərlə izləyicisi var və klinikaların birində məşhur həkim kimi təqdim olunur. Qəribəsi o idi ki, adam özü dərmanlar hazırlayır və iddia edir ki, Nobel mükafatı alacaq”.

Apardığımız araşdırma nəticəsində Nazim Bəydəmirlinin haqqında bəhs etdiyi Elmuraz adlı şəxsin hazırda “Premium Klinika”sında işlədiyini müəyyən etdik. Klinikaya məxsus "premiumclinic.az" saytında qeyd olunur ki, Elmuraz Hüseynov adlı şəxs hazırda bu klinikada dermatoloq kimi fəaliyyət göstərir və 1998-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Müalicə işi fakültəsində təhsil alıb. Həmin klinika ilə əlaqə saxlayıb sabiq millət vəkilinin bu iddiasına münasibət öyrəndik. Özünü klinikanın marketinq meneceri kimi təqdim edən Eşqin Hacızadə “Yeniavaz.com”a bildirdi ki, dermatoloq Elmuraz Hüseynov “Premium Klinika”sından 10 gündür işdən ayrılıb: “Həmin həkim klinikada oturan adam deyil, gəlib-gedən adamdı. İddialar çox olur, başa düşürəm. İddialar düzgün də olur, səhv də olur. Mən klinikanın adından danışıram, həkimin adından yox. O həkim bir müddət bizdə “arendator” kimi işləyib”.

Həkimin diplomunun olub-olmaması barədə sualımızı isə klinikanın nümayəndəsi cavabsız qoydu.

Qeyd edək ki, klinikanın marketinq meneceri Elmuraz Hüseynovun 10 gün bundan əvvəl işdən ayrıldığını desə də, dünən (16 yanvar 2018) “Premium Klinika”sına zəng vurduğumuzda bizə bildirildi ki, adıçəkilən həkim hal-hazırda klinikadadır. Zəngimizə cavab verən xanım xətti Elmuraz Hüseynova bağlamağı təklif etsə də, daha sonra fikrini dəyişib, “Sizinlə “Premium Klinika”sının rəhbərliyi əlaqə saxlayacaq”,-deyə cavab verdi.

 

Altı qumarxana, üstü yasxana: Bakıdakı kazinonun "krişa"sı kimdir? - FOTOREPORTAJ

1515676753_975.jpg

Bura ilk baxışdan internet klub təəssüratı yaratsa da əslində, belə deyil.

Araz.az Yenicag.az-a istinadən xəbər verir ki, fasadı İngiltərənin “Arsenal” Futbol klubunun loqosu və futbolçuların şəkilləri ilə bəzədilən bu məkan əslində, qumarxanadır. Maraqlıdır ki, işbazlar qeyri-qanuni fəaliyyət göstərən bu qumarxananı işlətmək üçün “Vida” mərasim zalının birinci mərtəbəsini seçiblər.

Yenicag.az-ın əməkdaşları sözügedən obyektdə olarkən, qanunla qadağan edilmiş bir sıra faktlarla qarşılaşıblar.

Yasamal rayonu Dadaş Bünyadzadə 232 ünvanında yerləşən bu məkanda müxtəlif növ qumar aparatlarına rast gəlmək mümkündür. Bundan başqa salonda “qara bazar” kimi fəaliyyət göstərən bukmeker kontoru da var ki, bu da dövlət tərəfindən qanunla qadağan olunub. Buranın müştəriləri müəyyən miqdarda pul ödəməklə kompüterlər vasitəsilə öz şanslarını yoxlayırlar. Bəxti gətirənlər uduşlarını kassadan alır, uduzanlar isə suyu süzülmüş şəkildə qumarxananı tərk edir. Məkanın mülki geyimli, adətən, dindarların istifadə etdiyi təsbehlə dolaşan mühafizəçisi də var. O, içəri daxil olanları ilk olaraq göz nəzarətindən keçirir. Təbii ki, bu da başa düşüləndir. Çünki onların özləri də qeyri-qanuni işlə məşğul olduqlarının fərqindədirlər. Buna görə də içəri daxil olan şəxsin müştəri olub-olmaması onlar üçün önəmlidir.

Məkanda olduğumuz yarım saat ərzində kameralar və bu şəxsin gözləri üzərimizdən çəkilmədi. Bu səbəbdən obyektin daxilində çəkilən fotoların az olması başa düşüləndir. Aydın məsələdir ki, Yasamal kimi geniş ərazisi olan rayonda lap kiçik obyektin açılması, fəaliyyət göstərməsi üçün müəyyən qurumlardan icazə alınmalıdır. Ancaq nədənsə, belə bir böyük məkanda qumarxanın fəaliyyət göstərməsinə göz yumulur. Çox güman ki, qumarxananın sahibləri açıq-aşkar şəkildə kazino işlətməkdən heç də çəkinmirlər, öz “krişa”larına arxayındırlar. Bizim vəzifəmiz yazmaq, çəkib göstərmək, hüquq-mühafizə orqanlarının işi isə qumarxana ilə bağlı ölçü götürməkdən ibarətdir.

30 -dən səhifə 39

Əlaqəli xəbərlər