Toylarla bağlı mühüm açıqlama: "Açıq havada..."

toysenliyi

Ötən ilin mart ayının 15-dən etibarən ölkədə toyların keçirilməsi qadağandır. Operativ Qərargah bir neçə sahədə, o cümlədən restoran və kafelərin fəaliyyətinə qoyduğu məhdudiyyətləri aradan qaldırsa da, hələlik kütləvi məclislərin keçirilməsi haqda qərar qəbul etməyib.

Bununla belə, tez-tez mətbuatda, sosial şəbəkələrdə kimlərinsə gizlin şəkildə toy və nişan məclisləri keçirməyə cəhd etdiyi, polisin bu məclisləri basdığı haqda məlumatlara rast gəlirik. O da gizlin deyil ki, fevral ayından etibarən Bakının bir sıra şadlıq sarayları və restoranlarında kiçik heyətlə toy-nişan məclisləri keçirilir. Məclislərdə bəy-gəlin toy paltarı geyinmir və yaxud məclislər yalnız qadınlardan ibarət olur və sairə. Bu barədə ara-sıra şou-biznes nümayəndələrinin dilindən eşidirik.

Məsələn, Xatirə İslam ötən gün sosial şəbəkədə qeyd etmişdi ki, gün ərzində 500-dən çox toy keçirilir və sənətçi kimi həmin məclislərə dəvət alır. Eləcə də bir müddət öncə sənətçi Nazilə Səfərli də Musavat.com-a açıqlamasında toy və nişan mərasimlərinə dəvətlər aldığını və bir sıra şadlıq sarayları, restoranlarda 150 nəfərlik məclislər keçirildiyini bildirmişdi.

İki həftə öncə  Naxçıvan MR-də toylara icazə verildiyi haqda məlumat yayıldı. Məlumata görə, şadlıq evlərində qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etmək mümkündür.

Pandemiyanın nə zaman bitəcəyi, həyatımızdan çıxacağı məlum deyil. Üstəlik, mütəxəssislər virusun yeni mutasiyaya uğramış variantlarının ortaya çıxması ilə yenidən yoluxma və ölüm hallarının artacağı haqda proqnozlar verir. Bütün bunları nəzərə alaraq, ölkədə kiçik heyətlə toyların keçirilməsinə icazə verilməsi mümkündürmü? Mövzu ilə bağlı millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a danışıb: “Birmənalı şəkildə toylar keçirilməlidir. Toy keçirmək, qız köçürüb, oğul evləndirmək hər bir ailənin həm də təbii haqqıdır. Lakin bir ildən çoxdur ki, nişan və toy mərasimlərinin keçirilməsinə icazə verilmir, insanlarda da dözüm qalmır.

Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Rusiyada toylar keçirilir. İnsanlarımız da bunu görür və haqlı sual yaranır ki, yəni bir il ərzində toy keçirməyin yolları tapılmadı? Ona görə də insanlar məcburən gizlin şəkildə toy etmək fikrinə düşürlər və cərimələnir, toyları dərd-qəmə çevrilir, toy keçirmək istəyib, qəmlə üzləşirlər. Hesab edirəm ki, insanlara bu cür stresli vəziyyət yaşatmaq olmaz. Bir sözlə, toylara icazə vermək lazımdır. Operativ Qərargah bunun yollarını tapıb, bəy-gəlini, insanları razı salacaq şəkildə icazə verməlidir.

Hazırda havalar da isinib. Fikrimcə, açıq havada toylar keçirmək olar. Məsələn, bir çox şadlıq saraylarının geniş həyətləri, əraziləri var, orada toy təşkil etmək olar. Və yaxud şadlıq saraylarının bütün pəncərələrini açıb, ventilyasiya sistemini işə salıb, məhdudlaşdırıcı tədbirlər də təşkil etməklə toy keçirmək olar.

Axı toy təkcə bəy-gəlin məsələsi deyil. Şadlıq evlərinin işləməsi nəticəsində Azərbaycanda az qala 1 milyona yaxın insan evinə çörək pulu aparırdı. İndi o qədər insan çörək pulundan məhrum olub, işsiz qalıb.

Ümumiyyətlə, toylar demək olar ki, iqtisadiyyatımızın aparıcı qüvvəsi idi. Bir şadlıq sarayından ən azı 500 nəfər ailəsinə çörək pulu aparırdı. Bu baxımdan toylara icazə verilməlidir. Hesab etmirəm ki, bu cür isti havalarda açıq havada toy keçirməklə insanlar koronavirusa yoluxar".

AĞ Partiya sədri Tural Abbaslı da qeyd etdi ki, artıq müəyyən şərtlər çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilməlidir:

“Bir ildən çoxdur ki, toy, nişan mərasimləri qadağan olunub. Azərbaycanın milli xüsusiyyətlərini nəzərə alıb, deyə bilərik ki, bu heç də cəmiyyətdə birmənalı, xoş qarşılanmır. Məşhur bir deyimdə deyildiyi kimi - ”Elmizin toy kimi bir adəti var", yəni övladının evlənməsini, toy etməsini istəyən valideynlər də təbii ki, istəyir ki, arzularındakı toyu həyata keçirsin.

Hər halda, bəzən gizlin şəkildə toylar keçirilir və bu zaman epidemioloji qaydalara riayət olunmur. Hesab edirəm ki, bunun baş verməməsi, həmçinin cəmiyyətimizin gələcəkdə demoqrafik problem yaşamaması üçün artıq Operativ Qərargah bəzi şərtlər çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verməlidir.

Təbii ki, burada ekpsertlərin də fikir və rəyləri nəzərə alınmalıdır".

Sosioloq Əhməd Qəşəmoğlu isə açıq havada toyların keçirilməsini təklif edib:

“Təklif edirəm ki, bundan sonra toylarımız açıq havada təşkil edilsin. Bu bizim qədim toy adət-ənənəmizdir. Lakin bu zaman toylarda məclis təşkil olunmasın.  Burada əsas məqsəd iki adamın təntənəli şəkildə ailə qurmasıdır və bunu da təşkil etmək lazımdır. Əvvəllər bu cür açıq toylar olanda insanlar əsasən rəqs edirdilər. İndi də o toylarımızda rəqs meydançasını təşkil etmək lazımdır.  Bir sözlə, biz son 50 ilin toy modelindən qaçmalıyıq. Əsas məsələ insanların ailə qurmasıdır. Hesab edirəm ki, vəziyyətdən çıxış yolu budur”.

İqtisadçı Natiq Cəfərli isə qeyd edib: “Azərbaycanda toy mərasimlərinə qadağa qoyulması iqtisadi aktivliyə də ciddi mənfi təsir göstərən amilə çevrilib. Çünki toy biznesi kifayət qədər geniş sahələri əhatə edir və onları inkişaf etdirirdi.

İlk günlərdə aydın idi ki, virusla bağlı problemlərin yeni olması, tibbin buna hazır olmaması sərt karantin rejimi, toylara qadağanın məntiqini anlamağa imkan verirdi. İndi isə havalar da isinib və buna görə də ən azı açıq havada toy mərasimlərinin keçirilməsinə icazə verilməlidir. Çünki bu həm demoqrafik, həm də ailə siyasətinə aid məsələdir. Ona görə toylarla bağlı qadağalardan artıq çıxmalıyıq.

Şadlıq evlərinin açılması ilə bağlı məsələ olacaqsa, burada isə az sayda qonaqla toylara icazə verilməsi effekt verməyəcək. 500-600 nəfərlik şadlıq saraylarında 50 nəfərlik məclislərə icazə verilsə, bu zaman şadlıq evlərinin sahiblərinə sərf etməyəcək. Çünki işçilərin maaşı, kommunal ödənişlərə sərf olunan xərc 50 nəfərlik qonaqların hesabına qarşılanmayacaq. Bu zaman ya qiymətləri kəskin halda artırmalıdırlar, ya da qeyd etdiyim kimi, sərf olunan vəsaiti götürə bilməyəcəklər.

Ona görə də ən azından açıq havada toy məclislərinin keçirilməsinə icazə verilməlidir".Ötən ilin mart ayının 15-dən etibarən ölkədə toyların keçirilməsi qadağandır. Operativ Qərargah bir neçə sahədə, o cümlədən restoran və kafelərin fəaliyyətinə qoyduğu məhdudiyyətləri aradan qaldırsa da, hələlik kütləvi məclislərin keçirilməsi haqda qərar qəbul etməyib.

Ona görə də ən azından açıq havada toy məclislərinin keçirilməsinə icazə verilməlidir".

Operativ Qərərgah daha bir məlumat yaydı - TƏCİLİ

kabinet123 1

Bu gün Azərbaycanda 22 min 932 doz vaksin vurulub.

araz.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ peyvənd olunanların sayı 8 min 451 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 14 min 481 olub.

Ümumilikdə, indiyədək ölkədə 947 min 745 doz vaksin vurulub. Bunlardan 590 min 914-ü birinci mərhələ, 356 min 831-i isə ikinci mərhələ vaksinasiyadır.

Azərbaycanda yaxın günlərdə tam qapanma olacaq? - AÇIQLAMA

karantin89

Dünyanı cənginə alan COVID-19 virusu hələ də can almağa davam edir. Artıq dövriyyədə bir neçə şirkətə məxsus vaksin var. Bölgüsü ədalətsiz olsa da, əksər ölkələrdə vaksinasiya prosesi başlayıb.

Ancaq hələ ki, bu proses COVID-19-un yayılmasını, ölümlərə səbəb olmasını önləmir. Dünyada yoluxmanın ikinci (bəzi mənbələr 3-cü də hesab edirlər) dalğası başlayıb. Ötən sutkada dünya üzrə 701 min 18 nəfər koronavirusa yoluxub, 11 min 767 nəfər isə dünyasını dəyişib. Hər iki göstərici son ay yarımda ən yüksək həddir. Yoluxmanın bu cür artmasını yeni yaranan ştammlar və əhalinin karantin qaydalarından bezməsi, sosial məsafəni qorumamaları ilə izah edirlər.

1 ildən çoxdur ki, əvvəlki yaşam tərzindən imtina edən dünya əhalisi koronavirusun ölüm maşınının nə zamana qədər davam edəcəyini bilmir. Ona görə də insanlar artıq psixoloji olaraq da gəriliblər.

Dünyanın bir parçası olan Azərbaycanda da koronavirusa yoluxanların günlük sayı 2 mini keçib. Ölənlər də ötən həftələrlə müqayisədə çoxalıb. Lakin hələ ki, ölkədə keçən ilin eyni dövründə olduğu kimi sərt karantin, evə qapatma qərarı verilməyib.

Azərbaycanda da sorğular nəticəsində insanların sərt karantindən yana olmadıqları üzə çıxır. Bəs bu barədə TƏBİB-də nə düşünürlər?

TƏBİB rəsmiləri hələ ki, karantinin sərtləşdiriləcəyi və yaxud da vəziyyətin bu cür davam edəcəyi ilə bağlı konkret fikir söyləmirlər. Sözlərindən belə aydın olur ki, onlar da sabah nələrin yaşanacağından xəbərsizdirlər və dəyişən epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

Onu da bildirək ki, aprelin 1-də ölkədə tədris müəssisələrinin yenidən qapadılması qərarı verilib. Belə ki, Təhsil Nazirliyindən Musavat.com-a verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək. Qərar məktəbdənkənar təhsil müəssisələrinə də aiddir.

Bəs bu hal sərt karantinə keçidin başlanğıcıdırmı?

Bu barədə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib ki, bir ildir bu virusla yaşayırıq və artıq insanlar gedişatın və taktikanın necə olduğunu bilirlər. O, karantin rejimin sərtləşdirilməsi ilə bağlı TƏBİB tərəfindən Nazirlər Kabinetinə müraciətlə bağlı dəqiq nəsə deyə bilməyəcəyini söyləyib: “Hamımız ümid edirik ki, yoluxma sayı artmayacaq. Ümid edirik ki, xəstəliyin gedişatı ağır olmayacaq və xəstəxanalarda çarpayılar dolmayacaq. Dəfələrlə qeyd etmişik yoluxma sayı yüksək olsa belə, xəstəliyin gedişi yüngül olarsa, insanların çoxu xəstəliyi evində keçirirsə, bu, o qədər qorxulu göstərici deyil. Təhlükəli göstərici o zaman olur ki, ağırlaşan xəstəyə xəstəxanada yer olmur. Bu məqamda hansısa təklifdən və müraciətdən söhbət gedə bilər. Hər birimiz çalışmalıyıq ki, yoluxma sayı artmasın ki, normal olmasa da, normala yaxın şəraitdə yaşamağa davam edə bilək”.

“Yeni Müsavat”a açıqlamasında professor Adil Qeybulla da bildirib ki, əgər yoluxma sayı artarsa, epidemioloji vəziyyət pisləşərsə, qapanmaya getmək lazımdır.

Operativ Qərərgah daha bir məlumat yaydı

kabinet67

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

araz.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib. /pravda.az\

Deputat: “Pensiya yaşına 5-6 il qalmış insanların işdən çıxarılması qadağan edilsin”

qenire pashayeva 2

“Aprel döyüşlərinin ildönümüdür. Biz qəhrəman şəhidlərimizin qarşısında baş əyirik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, bu gün dünyada Autizm Sindromlu Uşaqların günüdür, bu ailələrə dəstək artırılmalıdır: “Həmçinin onlayn təhsillə bağlı problemlər var. Kənd rayonlarından ali məktəblərdə təhsil alan tələbələr və şagirdlər ciddi problemlərlə üzləşir. Tovuz rayonu ilə bağlı da aidiyyəti qurumlara bir neçə dəfə səslənmişəm. Biz bilmirik, pandemiya səbəbindən onlayn dərslər nə qədər davam edəcək. Bu problem həllini tapmalıdır”.

Deputat təklif edib ki, pensiya yaşına 5-6 il qalmış insanların ixtisara salınması qadağan edilsin: “Ən azı 7 il qalmış insanların ixtisara salınmasının qadağan edilməsi qanunvericiliyə salınmalıdır. Eyni zamanda Aliment Fondunun yaradılmasını dəstəkləyirik. Alimenti dövlət ödəyə bilər, ancaq sonra bu pulu qarşı tərəfdən məcburi almalıdır. Məhkəmə proseslərində ən çox gözlənilən problem alimentlərin ödənilməsi ilə bağlıdır. Bunun çətinliyini uşaqlar çəkir. Ana təkbaşına bu proseslərin həyata keçirilməsində zəif qalır. Digər bir məsələ bəzi kəndlərdə olan məktəblərin ağır vəziyyəti ilə bağlıdır. Təhsilin millətin həyatında nə qədər vacib olduğunu nəzərə alaraq, bu problemlər ən qısa zamanda həllini tapmalıdır”/APA.

5 -dən səhifə 148

Əlaqəli xəbərlər