DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN AKADEMİYASINDA MEDİATUR KEÇİRİLİB

dp2a9837_4b586bda8644b193f4e58d1cd406aacf.jpgAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Komitənin təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələrinin təmsil olunduğu mediatur keçirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov media nümayəndələrini salamlayaraq onları görməkdən məmnunluğunu dilə gətirib. Qulu Novruzov Akademiyanın fəaliyyət istiqamətləri, tədrisin təşkili, beynəlxalq əlaqələri, tələbələrin sosial aktivliyi haqqında danışıb. Akademiya rəisi bildirib ki, Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli 1972 saylı Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Akademiyaya tələbə qəbulu hər il Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II və III qruplar üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən həyata keçirilir.

Ardını oxu...

“İlin sahibkar xanımı” olmaq üçün müraciətlər yekunlaşdı

WE_Press.jpg“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarıının və ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “WE2019 xanım sahibkarlar üçün müsabiqə”-ə müraciət mərhələsi artıq yekunlaşdı.

Ardını oxu...

Qubada “Yeni Nəsil” gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

DSC_0056.jpg“Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsi üzrə Quba-Xaçmaz iqtisadi regionundan olan gənclər növbəti təlimlərini yekunlaşdırıb.
Quba şəhərində 2 gün ərzində ümumilikdə 115 iştirakçı təlimçi Sənan Həsənov tərəfindən keçirilən “İdeya Generasiyası”, “Sahibkarlıq bacarıqları”, “Rəqəmsal Marketinq” təlimlərində iştirak ediblər. Layihə çərçivəsində Abşeron, Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi regionları üçün təlimlər və görüşlər fevral ayının sonuna qədər davam edəcəkdir.

Ardını oxu...

Azərbaycandan “beyin köçü”: kimlər hara və niyə gedir?

0cb943fc70f4961a91ea814bf30941cb.jpg

Əsasən yeni nəsil daha yüksək məvacibli iş olan ölkələrdə yaşamaq və təhsil almaq istəyir

Rusiyada yaşı 24-ə qədər olan gənclərin 40 faizi öz vətənində yaşamaq və işləmək istəmir. Bunu ölkədəki siyasi-iqtisadi şəraitlə izah edirlər. Rus gəncliyi antidemokratik idarəçilikdən, iqtisadi sanksiyaların gətirdiyi ağır vəziyyətdən beziblər.

Ardını oxu...

7 -dən səhifə 41

Əlaqəli xəbərlər