Toyların keçirilməsinə nə vaxt icazə veriləcək? – Rəsmi CAVAB

1600856960 toy

“Hazırda toyların bərpası ilə bağlı məsələlər müzakirə edilmir”.

Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. (modern.az)

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı - RƏSMİ

1402318

Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.

araz.az xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərarı imzalanıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.

Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:

2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

 

 

araz.az

Bakıya və rayonlara giriş-çıxış dayandırılır

karantin

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir.

araz.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, bu məqsədlə martın 20-də saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.

Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır.

Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilir.

Ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir.

Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.

araz.az

Bayram günlərində ictimai nəqliyyat işləməyəcək

avtobus 1

Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair qərar qəbul edib.

araz.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qərar qəbul edib.

Qərara əsasən, martın 20-si saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

araz.az

Marşrut avtobusları 9 gün işləməyəcək? - RƏSMİ AÇIQLAMA

avtobus4

Novruz tətili ilə bağlı martın 20-dən 29-na qədər ölkədə qeyri-iş günü olduğu artıq hər kəsə məlumdur. Lakin insanları ən çox bir sual düşündürür: 9 günlük tətil müddətində ictimai nəqliyyat işləyəcək? Məsələ ilə bağlı  araz.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib:

"Bu məsələylə bağlı qərar vermək Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Bu səbəbdən də hər hansı bir açıqlma verə bilmərik. Qeyd etdiyim kimi bununla bağlı hər hansı bir açıqlamanı da Operativ Qərargah verə bilər, onlara aid məsələdir".

 

 

araz.az

9 -dən səhifə 148

Əlaqəli xəbərlər