FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi

979c2c6b 830b 3051 9d68 2a32c38a72a6 850

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

FHN-in Mətbuat xidmətindən araz.az-a daxil olan müraciətdə deyilir:

"Hazırda bütün dünyada davam edən pandemiya fonunda ölkəmizdə də COVID-19 virusunun yayılması insanların həyat və sağlamlığı naminə Novruz bayramının bu il ənənəvi şəkildə qeyd olunmasını arzuolunmaz edir.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, qarşıdan gələn qeyri-iş günlərini yalnız ailə üzvləri ilə keçirməyə, kütləvi məclislərdən və bir yerə toplanmaqdan çəkinməyə, şəxsi gigiyena qaydalarına riayət etməyə və qoruyucu maskadan istifadə etməyə çağırır.

Həmçinin, mümkün arzuolunmaz hadisələrin qarşısını almaq üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyin vacibliyini bir daha xatırladırıq.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

araz.az

16 il Bakı merinin müavini olan, bu gün işdən çıxarılan Fidumə Hüseynova kimdir?- DOSYE

1615884440 fd

Xəbər verdiyimiz kimi, bu gün mətbuatda Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Fidumə Məmmədəli qızı Hüseynovanın öz ərizəsi əsasında işdən azad olunduğu barədə məlumat yayılıb.

araz.az xəbər verir ki, Fidumə Hüseynovanın 6 aprel 2005-ci il tarixindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini icra edir.
Bundan əvvəl - 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib.
1959-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun yaxın kadrı hesab olunurdu. Hacıbala Abutalıbov Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olduğu zaman Fidumə Hüseynova Hüseynova Suraxanı Rayon Təhsil şöbəsinin müdiri olub.
Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərir. 18 mart 2000-ci il tarixində Əməkdar Müəllim adına layiq görülüb.\yeniavaz.com/

“Sədərək” ticarət mərkəzində nə baş verir?

sederek12

“Çoxları bu gün ölkənin qarışmasında maraqlıdırlar ki, öz çirkin əməllərini davam etdirsinlər və bunu da uğurla həyata keçirirlər. Hakimiyyət təmsilçiləri isə ya bunu görüb susur, yaxud da ki, baş verənlərdən xəbərləri yoxdur”.

Pravda.az-ın xəbərinə görə bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, bu gün minlərlə sahibkarın on minlərlə insan dolandırdığı Sədərək bazarında və buna oxşar yerlərdə baş verənlər çox ciddi məsələdir və hakimiyyət təmsilçiləri yazdıqlarımı araşdırmalıdırlar: “Epidemiya başlayan kimi bazar bağlanıb və 2020-ci il martın 15-ə kimi bütün sahibkarlar icarə haqqını ödəyiblər. Keçən ilin iyun ayında 20 günlük açılıb və yenidən bağlanlıb. Həmin günlər bazara giriş saat 14.00-a qədər olsa da hamıya bütün gün icarə haqqı hesablanıb. Mən hələ həmin günlər faktiki olaraq insanların gəlmədiyindən işin olmadığını demirəm. Bazar yenidən 15 noyabrdan 15 dekabra kimi açılıb və yenə də bütün günlər üçün icarə haqqı tam həcmdə tələb olunub. Bu il fevralın 1-dən bazar yenidən açılsa da yenə faktiki olaraq heç bir fəaliyyət olmayıb. Buna baxmayaraq bu gün də hamıdan tam həcmdə icarə haqqı tələb olunur. Bəzi sahibkarlar işin olmayacağını bildiyindən mağazalarını açmayıblar. Belələrinin hər birinə Əsgər adlı şəxs zəng edib bildirib ki, mağaza açılmasa da icarə haqqı tələb olunacaq. Heç bir qazancları olmasa da bəzi sahibkarlar qismən icarə haqqı ödəyiblər. Buna görə də başqalarına da hər gün zəng edib icarə haqqı tələb edirlər. İndi onsuz da işsiz, qazancsız qalan sahibkarların baş verənlərdən sonra hakimiyyətə münasibətini təsəvvür edin. Bu gün ölkə içində və xaricində ictimai həyatı qarışdırmaq və Dövləti Qarabağ probleminin həllində daha "üzüyola" etmək istəyənlər çoxdur. Bir tərəfdən də kimlərsə yüz milyonlarla kifayətlənməyib qazanclarını daha da artırmaq istəyirlər. Belələrinə pandemiya dövrü əziyyət çəkən kiçik sahibkarları demirəm, heç olmasa Dövləti düşünmələrini kimsə izah etməlidir”.

araz.az

Evi olmayanlara ŞAD XƏBƏR - Qaydalar DƏYİŞDİ - Bundan sonra...

photo 71651040

 

Ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması, habelə əlçatanlığın artırılması məqsədilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara müvafiq dəyişikliklər edilib.

İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, dəyişikliklər gəlirlərin qiymətləndirilməsi şərtlərinin daha da yumşaldılmasını, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzun müddətə ödəmə imkanının yaradılmasını, habelə sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmasını nəzərdə tutur.

Dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin “bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması” tələb olunmur.

araz.az

"SMS icazə qayıda və tam qapanma ola bilər" - Mirizadə AÇIQLADI

photo 89331303

Azərbaycanda risk qrupuna daxil olan insanların böyük əksəriyyətinə peyvənd vurulub və proses artıq yekunlaşmaq üzrədir.

Bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib.

O bildirib ki, ölkədə risk qrupundan sonra digər kateqoriyanın peyvəndlənmə prosesinə davam ediləcək:
"Hesab edirəm ki, Azərbaycanda peyvəndlənmə prosesi ləng gedir. Yaxın vaxtlarda bu prosesin daha da sürətlənəcəyinə inanıram. Virusdan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır.

Risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsi bitdikdən sonra, yəqin ki, digər qrupa daxil olan insanlara peyvənd vurulacaq. Hazırda isə peyvənd vurulan şəxslərin sayı çox olmadığı üçün bu, yoluxma sayına o qədər ciddi təsir etmir".

Həkim onu da qeyd edib ki, qarşıdakı günlərdə yoluxma sayı kəskin artarsa, tam qapanmaya gedilə bilər:

"Düşünmürəm ki, üçüncü dalğa ikinci kimi sərt olacaq. Bundan sonrakı məhdudiyyətlərin tətbiqi yoluxma sayının artımından asılı olacaq. Məncə, yoluxma sayı artarsa, SMS icazə sistemi və tam qapanma tətbiq edilə bilər. Rəqəmlərdə artım olmasının səbəbi ictimai nəqliyyatda, kafe-restoran və digər qapalı iaşə obyektlərində virusun yayılması üçün münbit şəraitin olmasıdır.

10 -dən səhifə 148

Əlaqəli xəbərlər